Mövzu №13. Kağız və kartonla görülən işlərlə əlaqədar təşkili



Yüklə 39 Kb.
səhifə1/2
tarix08.01.2022
ölçüsü39 Kb.
#82714
  1   2
mühazire 13


Mövzu № 13.

Kağız və kartonla görülən işlərlə əlaqədar təşkili.

Məktəbəqədər təhsil müəssisəsində sadə əmək bacarıq və vərdişlərinin formalaşdırılması əsasən kağız və kartonla işlər zamanı həyata keçirilir. Buna görə də kağız və kartonla işlərə daha çox yer verilir. Digər tərəfdən kağız və kartonla işlərkən istifadə edilən üsul və əməliyyatlar, aşılanan bacarıqlar parça, gil, plastilin və s. materiallarla işlənərkən geniş tətbiq edilir. Bu da uşaqların əvvəlcədən həmin materiallarla işləmələrinə zəmin yaradır.

Kağız və kartonla görülən işlərin səmərəli aparılması üçün əsas şərtlərdən biri alət və avadanlıqları vaxtında təşkil edilməsidir. Əmək təlimi prosesində uşaqların kağız və kartonla işləməsi, alətlərlə onların təyinatı ilə tanışlıqdan başlanır. Alətlərin xüsusi qovluqda saxlanma; onlara məsuliyyətlə yanaşma, səliqəlilik, təhlükəsizliyə əməl edilməsi də əsas tələblərdəndir. Kağız və kartonla iş zamanı işlədilən alətlər: qayçı, üçbucaq və düz xətkeş, fırça, yapışqan və s. Bu alətlərin hər biri ilə iş qaydaları möv­cuddur və bunlar təlim prosesində aşılanır.

Kağızın emalı prosesi de uşaqlara öyrədilməlidir. Bunun iqtisadi və sosial mahiyyəti kiçikyaşlı uşaqlara izah edilməlidir. Onlara kağız istifadəsində sərf edilən materiallar və ona çəkilən əmək açıqlanmalıdır.

Kağız istehsalında texno­loji proses özlüyündə 5 əsas hissədən ibarətdir: 1) kağız uçun oduncağın hazırlanması; 2) meşədən oduncağın yığılması 3)oduncağm sənaye müəssisəsinə gətirilməsi 4) ağacın üyüdülməsi; 5) kağız lövhələrin, vərəqlərin alınması

Əmək hazırlığında iş kağızın qatlama prıyomunun öyrənilməsindən başlayır. Bu zaman müəllim uşaqlara düzgün istiqamət verir.

Vərəqi iki priyomla qatlayırlar. Əvvəlcə qatı çox zəif hiss olunan qədər etmək lazımdır. Əgər vərəqin əks tərəfləri bir-biri ilə uyğun gələrsə, qatlama bükmə xəttini hamar­layıcı ilə hamarlayırlar. Qalın kağızın qatlanması zamanı bükülmə xəttini hamarlayıcının iti ucu ilə hamarlayırlar. Qatlama üçün bir çox məmulatları hazırlayarkən düzbu­caqlı, dəyirmi, yumru şəkilli qəliblərdən istifadə etmək məqsədəuyğundur. Bükülmə xəttinin düz alın­ması üçün kartonu qalınlığının yarısına qədər çərtib, çərtilmənin əks xətti ilə kənara əymək lazımdır.

Bu çox qədim sənət növüdür. Yaponca oriqami adlanır, (yəni "ori" - qatlayıram, "qam" - kağız). Bu uşaqlarda səbr, müşahidəçilik qabiliyyətinin, yaddaşın möhkəmlənməsinə, həmçinin əl barmaqlarının, əzələlə­rinin inkişafı üçün xeyirlidir. Vərəqləri çox səliqə ilə qatlamaq lazımdır. Bunun üçün nazik kağızdan istifadə olunur.



Qulaqlarını tərpədən dovşan əsasən, rəngli ka­ğızdan düzəldilir. Uşaqlara əvvəlcə kvadrat qatlamağı öyrədin. Bunun üçün enli tərəfi uzun tərəfin üstünə qatlayın, artıq hissəni kəsin. Alınmış kvadratı diaqonal boyu qatlayın və şəkildə göstərildiyi kimi bir qədər kə­sin. Kəsiyin uclarım hər iki tərəfə aşağı qatlayın. Bu dovşanın ayaqlarıdır. Bunları sol əlinizdə tutun. Sağ əlinizlə quyruğu sol ələ tərəf əyin, sürüşdürün. Qulaqlar müxtəlif istiqamətlərdə açılacaq. Göz də çəkmək olar.








Kağız və kartondan müxtəlif əşya və məmulatlar hazırlamaq mümkündür. şəkildə kvadratın qatlanması ilə balıq fiqurunun alınması göstərilmişdir










İndi isə kağızdan zərfin hazırlanma ardıcıllığına baxaq. Zərfi müxtəlif üsullarla hazırla maq olar. Onlardan biri də şəkildə göstərilən qaydadadır. Əvvəlcə kağız

üzərində zərfin ölçüləri götürülür. Eni, uzunu - ölçülür və nişanlanır. Sonra həmin

ölçü nöqtələri birləşdi­rilir, uzunluq tən ortadan ölçülüb, qatlanma xətləri ilə qeyd olunur. Həmin qatlanma xəttindən yuxarı hissənin sol, sağ tərəfdən, üst tərəfində isə enində əlavə zolaq ölçülür, xətlənir və ştrixlənir. Ştrix xətt qatlanma yerini göstərir. Sxemdə göstərilən qatlanma ştrix xətləri ilə göstərilən sahə zərfin üstünə qatlanaraq yapışdırılır.Zərfi istənilən ölçüdə hazırlamaq olar.









Yüklə 39 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə