Mövzu 15. Ünsiyyət prosesində psixoloji təsir vasitələri


Təlqin – bir adamın başqasının psixologiya və davranışında müəyyən dəyişikliklərin yaranmasına səbəb olan dərk edilməyən təsiridir



Yüklə 76,5 Kb.
səhifə2/3
tarix28.12.2022
ölçüsü76,5 Kb.
#97967
1   2   3
Təlqin – bir adamın başqasının psixologiya və davranışında müəyyən dəyişikliklərin yaranmasına səbəb olan dərk edilməyən təsiridir. Bu baxımdan təlqin bir adamın digərinin psixikasına təsiretmə vasitəsidir. Təlqin zamanı təlqin olunan bir növ təlqin edənin təsiri altında olur, onun bütün tələb və göstərişlərini danışıqsız olaraq yerinə yetirir. Bu proses bir növ suqqestik, gipnoz xarakteri daşıyır. Ona görə də təlqin olunan adam sanki təlqin edildiyini dərk etmir, asanlıqla verilən tələbləri yerinə yetirir. Bu baxımdan “Tərbiyə işində bu, ya digər iş və hərəkət, yeri gəldikdə, tərbiyə olunana təlqin edilir. Təlqin adətən başqasının fikir və iradəsinə təsirlə əlaqədardır. Buna görə də kifayət qədər müstəqil düşünə bilməyən, zəif iradəli adamlar nisbətən daha tez təlqinə qapılırlar”.
Mövcud ədəbiyyatda təlqini həyata keçirən adam suqqestor, təlqin edilən, təlqin obyekti vəzifəsini yerinə yetirən adam isə suqqerand adlandırılır. Bəzən təlqin olunan təlqin edənin bütün təsir vasitələrinə müqavimət göstərir və bir çox hallarda təlqin altına düşmür. Bu hadisə kontrsuqqestiya adlandırılır.
Adətən təlqin prosesi ən çox verbal xarakter daşıyır. Hətta bəzi psixoloqlar (V.D.Parıgin) verbal yolu yeganə vasitə hesab edirlər. Lakin psixoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, təlqin prosesi nə qədər verbal xarakter daşısa da, burada paralinqvistik (səsin keyfiyyəti, diapazonu, tonallığı və s.) və ekstrolinqvistik (pauza, öskürmək, ağlamaq, gülmək, nitqin tempi və s.) vasitələr mühüm rol oynayır. Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, emosional təsir vasitələri ilə yanaşı suqqestorun şəxsiyyəti və onun təmsil etdiyi qrupun nüfuzu təlqin şəraitində “inam effektinin” yaranmasında əsaslı rola malikdir.
Nəhayət, yorğun, fiziki cəhətdən zəif adamlar gümrah adamlara nisbətən təlqinə qapılan olurlar. Başqa sözlə, dərk etmədən asanlıqla başqasının təsiri altına düşə bilirlər.
Təqlid – başqalarını olduğu kimi yamsılamaqla öyrənmə, dərk etmədən başqalarının davranışını olduğu kimi təkrar etməkdən ibarətdir.
Təqlid iki istiqamətdə özünü göstərə bilir. Birincisi, insanlar bir-birlərini bilərəkdən, şüurlu şəkildə təqlid edir, ya onların müəyyən müsbət cəhətini özü üçün etalon hesab etdiyinə görə, ya da bir növ onun bu və ya digər davranış tərzini (nitqini, hərəkətlərini və s.) başqalarına nümayiş etdirmək üçün yamsılayır. İkincisi, özü də dərk etmədən, qarşısına heç bir məqsəd qoymadan qeyri-ixtiyari şəkildə başqalarının davranışını bir növ təkrar edir.
Ə.S.Bayramov və Ə.Ə.Əlizadə haqlı olaraq göstərirlər ki, “.. təqlid prosesində həm koqnitiv, həm də affektiv cəhətləri fərqləndirmək lazımdır. Onlar təqlid şəraitində özünəməxsus etalon rol oyanyır. İnsan adətən başqa adamda məhz bu etalonlara müvafiq cəhətləri gördükdə, onu təqlid etməyə başlayır. Koqnitiv və affektiv etalonlar bütövlükdə insanın sərvət meyllərini, məsələn, ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və anlayışlarını əks etdirir. İnsanda təqlid obyektinə seçici-emosional münasibət məhz bu zəmində formalaşır”.
Şayiə ünsiyyət prosesində sosial-psixoloji təsir vasitəsi olub kortəbii xarakter daşıyır. Şayiə müəyyən bir məlumatın əhali arasında sosial aləmdə rəsmi qurumlar vasitəsi ilə deyil, dildən-dilə gəzməklə yayılan sosial-psixoloji prosesdir. Şayiə müəyyən sosial-psixoloji hadisə haqqında hələ heç nə ilə təsdiq olunmayan, lakin insan kütləsində bir şəxsdən başqasına şifahi surətdə verilən məlumatdır. Şayiə sosial-psixoloji təsir vasitəsi olub son nəticədə kollektivin yaradıcılıq məhsuluna çevrilir. Şayiə sosial-psixoloji təsir vasitəsi olub onun informasiyaekspressiv şayiə tiplərini fərqləndirirlər. İnformasiya tipli şayiələrin aşağıdakı növlərini fərqləndirirlər:

  • Qəti surətdə həqiqətə uyğun olmayan şayiələr;

  • Həqiqət ünsürlərinə malik, lakin əslində yalan olmayan şayiələr; həqiqətə bənzər;

  • Həqiqətə bənzər ünsürləri olmayan inandırıcı şayiələr.


Yüklə 76,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə