|
 Mövzu 16 cı əsrdə səfəvi osmanlı müharibəsi
|
tarix | 22.05.2023 | ölçüsü | 12,76 Mb. | | #111982 |
| 16 - cı əsrdə səfəvi osmanlı müharibəsi Azərbaycan dili Sinif 3, iqtisadiyyat nmf, MUHAZİRƏ1, Riyaziyyat Sinif 3, layihe numunesi (2), Zərdüştlüyün Azərbaycanda yayılması və onun xüsusiyyətləri, KSQ 2V, AraqIN KİMYƏVİ ANALİZİ, Korroziyaya davamlı poladlar, Atmosferi çirkləndirən maddələr və onun insan sağlamlığına təsiri., Alternativ yanacaq növləri..
Azərbaycan Dövlət Neft və Sənaye
Unİversİtetİ
Təqdimat
Tələbə: Talıbova Hülya
Müəllim: Quliyeva Zenfira
Qrup: 615.20
Fənn: Azərbaycan Tarixi.
Mövzu
16 - cı əsrdə səfəvi osmanlı müharibəsi
. Osmanlı sultanı II Bayazid (1481-1512) 1504-cü ildə Səfəvi dövlətini tanımalı oldu. 1512-ci ildə I İsmayılın qoşunu Kiçik Asiyada Qarahisar və Malatya, Diyarbəkir şəhərlərinə
yiyələndi.
I Sultan Səlim hərbi əməliyyata başlamazdan əvvəl bir sıra tədbirlər gördü-Böyük Moskva knyazlığı,
Macarıstan, Venesiya, Moldaviya və Valaxiya ilə
sülh müqavilələri bağladı.
- Qərbdə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırıldı. Roma papası Almaniya, Fransa, İspaniya, Portuqaliya, Skandinaviya dövlətlərinin başçılarına məktublar yazaraq, Şah İsmayılın hərbi uğurlarını “Allahın xristian dünyası üçün yaratdığı bir fürsət” (Osmanlı imperatorluğuna qarşı) kimi qiymətləndirmiş və bundan dərhal istifadə etməyə çağırmışdı.
Avropa diplomatları Səfəvi-Osmanlı münasibətlərini daim müharibə həddində saxlamaq üçün bu silahdan istifadə etməyi məsləhət görürdülər.
1507-1508-ci illərdə Roma papası və Venesiya, 1510-cu ildə isə İtaliya ilə əlaqə yaradıldı. Aralıq dənizi vasitəsilə qərbdən silah gətirtdirəcəyinə əmin olmayan şah Portuqaliya ilə əlaqəyə girib İran körfəzi və Hind okeanı vasitəsilə qərbdən silah və artilleriya mütəxəssisləri gətirməyə çalışdı.
Məqsədinə çatmaq üçün Portuqaliyanın İran körfəzində
möhkəmlənməsinə mane olmadı. Bundan istifadə edən
Portuqaliya donanması Hörmüzü ələ keçirib Səfəvilərin
Hind okeanına çıxış yolunu bağladı(gənc şahın bu səhvini
düzəltmək üçün onun varisləri 100 ildən çox vaxt sərf
etməli oldular).
- I Sultan Səlim 1514-cü ilin yazında Ədirnədə fövqəladə divan çağırdı və məclisdə qızılbaşlarla müharibə bütün müsəlmanların müqəddəs vəzifəsi elan olundu
I Sultan Səlim 100 min nəfərlik avropasayağı təşkil olunmuş qoşunu, topxanası da var idi. Qızılbaşların isə 40 min nəfər döyüşçüsü vardı.
Sultan Səlim Şah İsmayılın döyüşə
girmək fikrini biləndən sonra Maku
yaxınlığındakı Çaldıran düzünə doğru hərəkət etdi. 1514-cü il avqustun
23-də Çaldıran düzündə qanlı döyüş oldu.
Üz-üzə gələn ordu ən ifrat din düşmənçiliyi ruhunda tərbiyə
edilib bir-birinə qarşı qoyulan və şəhid olmağa hazır olan silahlı
fanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını
idi, türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə
qələbəsi oldu.
Səfəvilər 3 min itki verdilər, yaralanmış Şah İsmayıl ordunun salamat qalan hissəsi ilə mühasirə həlqəsini yarıb-Təbrizə döğru çəkildi.
1516-cı ilin əvvəllərində Mardinin cənubunda
Qoçhisarda Osmanlılar qələbə çaldı. Şimalda
Xarput və Bitlisdən Rakkiyə qədər, cənubda isə
Mosul Osmanlıların əlinə keçdi. Təbriz alındıqdan
sonra Osmanlılar burada 6 gün qala bildilər.I Sultan
Səlim Azərbaycanı zəbt etmək cəhdi baş tutmadı.
Şah İsmayılın ölümündən sonra oğlu I Təhmasib
(1524-1576) taxta çıxdı. Qızılbaş əmirləri mərkəzi
hakimiyyətə itaətdən boyun qaçırırdılar.
I Sultan Süleyman Qanuninin (1520-1266) hakimiyyəti dövründə Azərbaycana dörd yürüş edildi. 1534-cü ilin yayında I Sultan Süleyman 100 min nəfərlik qoşunla etdiyi yürüşdə Təbriz işğal olundu. Sərt qış, ərzaq çatışmamazlığı osmanlıları ölkəni tərk etməyə vadar etdi.
I Süleyman 1535-ci ilin yazında II dəfə Təbrizə yürüş etdi. Şah Təhmasib təbrizliləri ölkənin içərilərinə köçürdü, düşmən əlinə keçməmək üçün ot-ələfə od vurdular, mal-qara məhv edildi, şah özü isə Sultaniyyəyə çəkildi.
- Şirvanşah II Xəlilullahın dövründə (1524-1535) Şirvan hələ də Səfəvilərdən asılı idi. 1535-ci ildə II Xəlilullahın ölümündən sonra Şeyxşahın oğlu Şahruxu taxta çıxardılar (1535-1538). 1537-ci ilin sonlarında Kələntərin başçılığı ilə üsyan qalxdı. Şahrux saray əyanları ilə birlikdə Buğurd qalasına qaçdı. I Təhmasib 1538-ci ilin yayında başda qardaşı Əlqas Mirzə olmaqla 20 minlik qoşun Şirvana göndərdi.
I Təhmasib Şirvanı idarə etmək üçün Əlqas Mirzəni ilk bəylərbəyi təyin etdi. Şirvan
ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvi
dövlətinin tərkibinə qatıldı. Əlqas Mirzə
özünü müstəqil hakim elan etməyi qərara
aldı və 1547-ci ili əvvəlləridə Səfəvi
hakimiyyətinə qarşı qiyam qaldırdı.
Sonralar I Təhmasib öz paytaxtını Qəzvin şəhərinə köçürdü. Sultan qoşunlarının hərəkətini Azərbaycanda çətinləşdirmək üçün I Təhmasibin əmri ilə Təbrizə qədər bütün yerlər xarabazarlığa çevrilmişdir.
Diqqətiniz üçün Diqqətiniz üçün Təşəkkürlər
Dostları ilə paylaş: |
|
|