Mövzu №20. Savad təliminə hazırlıq anlayışı. Plan



Yüklə 21,6 Kb.
səhifə1/5
tarix08.01.2022
ölçüsü21,6 Kb.
#82713
növüYazı
  1   2   3   4   5
Mövzu20.Nitq ink.metodikası


Mövzu № 20. Savad təliminə hazırlıq anlayışı.

Plan:

1.Uşaq bağçasında uşaqların nitq inkişafı üzrə iş sistemində savad öyrənməyə hazırlıq.

2.Oxu təliminə hazırlıq üzrə işin məzmunu.

3.Yazı təliminə hazırlıq üzrə işin məzmunu

Savad təliminə hazırlıq anlayışı



Adətən, uşaq bağçasında savad təliminə hazırlıq işi sistemsiz, başlı-başına gedir. Bəzi tərbiyəçilər yalnız məktəbə hazırlıq qrupunda bir neçə saat məşğul olmaqla kifayətlənirlər.

Bağçada uşaqların məktəbə hazırlanmaları onun başlıca vəzifəsidir. Bir neçə il ərzində uşaqların məktəbə hazırlanmaları fonunda onların konkret olaraq savad təliminə hazırlanmaları böyük əhəmiyyət kəsb edir.

Təcrübə göstərir ki, I sinfə gələn altıyaşlıların 60 faizə qədəri savad təliminə hazır olmur. Məktəb isə ailədən, xüsusilə uşaq bağçalarından hazırlıqlı uşaqlar gözləyir. «Savad təliminə hazırhqw dedikdə, hansı keyfiyyətlər nəzərdə tutulur? Bir çox valideynlər, hətta bəzi tərbiyəçilər savad təliminə hazırlığa uşağa oxumağı və yazmağı tam öyrətməyi daxil edirlər. Bunanla da onlar məktəbin vəzifəsini, müəllimin işini bütövlükdə ailəyə, bağçaya köçürməyə çalışırlar. Onlar unudurlar ki, mükəmməl oxu və yazı texnikası bəzən ən bacarıqlı sinif müəllimləri tərəfindən çox çətinliklə, gərgin əmək hesabına mənimsədilir. Məktəbə gedənədək uşaqlar baxmağı və görməyi, dinləməyi və eşitməyi bacarmalı, onların fonematik eşitmə qabiliyyətləri, nitqi inkişaf etməli, cümlə qurmaq, onu sözlərə ayırmaq, cümlədə sözlərin sayını və yerini göstərmək, sözləri hecalara ayırmaq, hecaların sayını və ardıcıllığını müəy­yənləşdirmək, nitq səslərini düzgün tələffüz etmək, qələ­mi tutmaq, dəftərdə sətir xəttini göstərmək, və.s.bilməlidirlər. . Belə hazırlığı olan uşaqlar az-çox bacarıqlı müəllimin əlində asanlıqla oxu və yazı texnikasına yiyələnirlər.


Yüklə 21,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə