Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə1/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   23
Mövzu -21 1
RAMIZ MEHDIYEV-MAQALA, Ali cəbr və riyazi analiz - PDF, muh. 4, Siddharta, referat 1089, Informatika-Abdullayeva Rena-, Insan resursları, Insan resursları, Misir memarlığı, Əyyub Fətəliyev, Akademik kommunikasiya, İşdən azad əmri-21 (2), Əyyub Fətəliyev, GƏNCƏ, Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki


Mövzu: 21

Nitqin üslubları
Mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni danışarkən elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini, onun nəzərdə tutulan fikrin ifadəsi üçün nə dərəcədə yararlı, dəqiq olmasını nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma rənga-rəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat bəhsində öyrənilir (2, 204).
Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm nəzəri, həm də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəng-darlığı, bədiiliyi üçün üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yarar-lanmağı bacarmalıdır.
Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik, leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə tərzidir, sistemidir. Bu istifadə bir sıra amillərlə, şərtlərlə (ünsiyyətin şəraiti, məqsədi, müsahibin marağı, anlama səviyyəsi və s.) bağlı olur və müxtəlif formalar kəsb edir. Bir halda danışan qarşısına müsahibindən nəyisə öyrənmək və ya ona hər hansı əşya, hadisə barədəsə məlumat vermək, başqa bir halda təbiət və cəmiyyətdəki hadisələr, qanunauyğunluqlarla bağlı biliklərini şərh etmək, digər bir məqamda əşya və hadisənin təsvirində müsahibin hisslərinə, duyğularına təsir göstərmək və sair məqsədlər qoyur. Üslub fərdidir, danışanların hər birinin özünəməxsus nitq üslubu vardır.
Dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilin fonetikası, leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi


çalarlıq gətirir, onu səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır. Dil vahidlərinin üslubi imkanlarından danışarkən prof.Ə.Dəmirçizadə yazır: “Üslub dedikdə biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkan-ların məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük” (18, 32). “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” kitabında dil vahidlərinin üslubi imkanları eyni mövqedən qiymətləndirilir (37).


Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi dilin strukturu ilə bağlı olub nitqin düzgünlüyünü təmin edirsə, üslub normaları leksik-qrammatik normaların bir növ törəməsi olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini artırmaqla ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan, oxuyan və dinləyənin ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təmin edir.


Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə