Mövzu: 21 Nitqin üslubları


Atalar sözü, zərbi-məsəllər, aforizmlər



Yüklə 58,64 Kb.
səhifə7/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   23
Mövzu -21 1

Atalar sözü, zərbi-məsəllər, aforizmlər. Xalq zəkasının, müdrikliyinin ümumiləşdirilmiş bədii ifadəsi olan atalar sözü, zərbi-məsəl və aforizmlərdən ünsiyyət prosesində geniş istifadə olunur. Bu yığcam, müdrik, obrazlı ifadələr öz dərin mənaları ilə yanaşı, gözəl səslənməyə də malikdir. Orada səslərin, xüsusən samit səslərin alliterasiyası, saitlərin assonansı deyilişdə ahəngdarlıq yaradır ki, bu da həmin ifadələri qulağayatımlı edir, ölçülü nəzm kimi səslənməsinə səbəb olur. Məsələn; uma-uma döndüm muma; asta vur, usta vur; kor-kor, gör-gör; qız yükü, duz yükü; bala dadı bal dadı; pulu pul, minnəti minnət s. Bu qəbildən olan atalar sözü və məsəllər nitqə səslənmə baxımından xüsusi effekt verir, söylənilən fikri konkretləşdirir, onu daha mənalı edir.
Natiqlik praktikasında, xüsusən tərbiyəvi mövzuda aparılan söhbətlərdə ibrətamiz ifadələrdən fikri əsaslandırmaq, dinləyəni hər hansı bir işin icrasına sövq etmək və ya ondan çəkindirmək, düşündürmək, deyilənləri əsaslandırmaq, yekunlaşdırmaq və s. məqsədlərlə istifadə olunur. Düzgün, yerinə düşən atalar sözü və məsəllər söylənilən fikrin, bir növ, məntiqi özəyi olur. Dinləyici bu hikmətli ifadələrin köməkliyi ilə nə vaxtsa eşitdiyi və ya oxuduğu bir əhvalatı xatırlaya və bütövlükdə yaddaşında bərpa edə bilir. Adamlar bəzən hər hansı bir atalar sözünü əsas götürüb onun məzmununa uyğun mühakimələr söyləyirlər. Bu mənada atalar sözü, zərbi-məsəllər bir çox hallarda şagird və tələbə inşaları üçün mövzu kimi seçilir. Məsələn; Arzu arzudan doğur; Torpaq ovuclayan qızıl ovuclayar; Dirilik birlikdədir; El sevəni aləm sevər; Vətənə gəldim, imana gəldim və s.
Natiq həyatın müxtəlif sahələrinə aid olan bu hikmətli ifadələrdən nitqində yerində və məqsədəuyğun istifadə etməyi, onları mövzularla, izah olunan məsələlərlə uyğunlaşdırmağı bacarmalıdır. Atalar sözü və zərbi-məsəllər, aforizmlər yerində deyiləndə daha təsirli olur. Gözəl müəllim, istedadlı natiq olan mərhum yazıçımız İ.Şıxlı öz danışığında, mühazirələrində, əsərlərində xalqın yaratdığı bu zəngin ifadələrdən ustalıqla istifadə edirdi. Vətənin ağır günləri idi. Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Belə ağır vaxtda satqınlar, dönüklər əl-qol açmışdı, meydan sulayırdı. Ermənilərdən də qorxulu olan belə-lərini xalqa tanıtmaq lazım idi. Elə bu vaxt İ.Şıxlının dövrü mətbuatda kəsərli bir yazısı çap olundu. Yazıçı “sapı özümüzdən olan baltalar” məsəlini misal çəkərək satqınlar, xainlərlə bağlı dolaşıq fikirlərə bir aydınlıq gətirdi. Xalq dost və düşmənini tanıdı. Bu zərb-məsəl indi də yaramazları adlandırmaq üçün ən tutarlı ifadə kimi işlədilir.
Gətirdiyimiz nümunə bir daha sübut edir ki, hikmətli ifadələr, məsəllər, əhvalatlar yerində, vaxtında deyiləndə nitqi zənginləşdirir, onun təsir gücünü artırır.
Ritorik sual. Müasir Azərbaycan dilində sual cümləsinin elə bir forması işlədilir ki, bu cümlələr cavab almaq deyil, nitqin təsirini artırmaq, dinləyicini düşünməyə sövq etmək məqsədi daşıyır. Bunlar ritorik sual cümləsi adlanır. Məsələn;
Arzuya bax, sevgilim, tellərindən incəmi?

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə