Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə9/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
Mövzu -21 1

Metafora. Metafora yunan sözü olub mənası “məna keçirilməsi” deməkdir. Metafora müxtəlif əşyalar arasında əlaqə - (bənzətmə, oxşarlıq, müqayisə) kimi dərk edib, onları eyni səs tərkibli sözlə adlandırmaqdır. Məsələn; canavarın başlıca xüsusiyyəti güclü, yırtıcı, vəhşi, dağıdıcı olmasıdır. Hər hansı adamda belə xüsusiyyət olarsa, ona “canavar” deyilir və bu sözlə bağlı dildə metafora yaranır. Yaxud, bic, hiyləgər adama “tülkü” deyilərsə, bu da metaforadır. Hal-hazırda məşhur səhnə ustaları, müğənni və başqalarının “ulduz” adlandırıl-ması da metaforadır. Dilimizdə heyvan adlarından: pələng, aslan, canavar, tülkü, çaqqal, ayı, ilan, qoyun, quzu, maral, ceyran, öküz, eşşək, qurbağa və s.; quş adlarından tərlan, bülbül, kəklik, sona, göyərçin, bayquş; həşərat adlarından hörümçək, əqrəb və s. sözləri metaforik mənada işlənə bilir. Danışıq dilində insan-lar dəyərləndirilərkən onlara verilən mənfi və müsbət qiymətlər müvafiq metaforalarla ifadə olunur. Müsbət xüsusiyyəti ifadə edəndə ceyran, maral, aslan, pələng, sona, bülbül, göyərçin, mənfi xüsusiyyətləri göstərmək üçün tülkü, öküz, ilan, qurbağa və s. kimi metaforalar işlədilir.
Metaforalar əşya və hadisələrin müəyyən bənzəyiş əlaqələri əsasında yaranır. Dilçilik ədəbiyyatında bu oxşarlığın aşağıdakı formaları göstərilir:
zahiri oxşarlıqla əlaqədar yaranan metaforalar. Bəzən insana aid cəhətlər adi oxşarlıq nəticəsində başqa əşyaların üzərinə keçirilir. Məsələn; qabın boğazı, ayaqqabının burnu, çayın qolu, südün üzü s.
daxili əlamətlərinə görə oxşarlıq nəticəsində əmələ gələn metaforalar. Məsələn; tülkü, maral, aslan, canavar, quzu, göyərçin, sona və s. Heyvan və quş adları insan üzərinə köçürüldükdə həmin sözlər metaforaya çevrilir. İnsana və ümumiyyətlə, canlılara məxsus xassələr əşyaların üzərinə köçürüləndə metafora əmələ gəlir. Məsələn; ölüm gəzir, fikir doğur, işlər axsayır, ay doğur s.
Metafora, adətən, bədii təsvir vasitəsi kimi qiymətləndirilir və onun
haqqında bu səpkidə bəhs edilir. Eyni zamanda məcazın bu növündən emosional-ekspressiv xarakterli nitqdə təsirli bir vasitə kimi istifadə olunur. Qədim Roma alimi Kvinntilian metaforanı məcazın ən yaxşı növü hesab etməklə onu “təbiətin vergisi” kini qiymətləndirmişdir: “Metafora, yaxud məna köçürməsi nitqi gözəlləşdirməklə bərabər, adları olmayan əşyalara da ad verir” (22, s.16).
Mədəni nitqdə, natiqlik sənətində metaforadan istifadənin əhəmiyyəti böyükdür. Natiq dərin və incə hissləri verə bilmək, dinləyicinin estetik zövqünü oxşamaq, ona qüvvətli emosional təsir göstərmək üçün dilin bu ifadəlilik vasitəsini ustalıqla işlətməyi bacarmalıdır.

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə