Mövzu №3 İntellektual inkişafında pozulmaları olan uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri.



Yüklə 22,63 Kb.
səhifə1/9
tarix31.12.2021
ölçüsü22,63 Kb.
#81326
  1   2   3   4   5   6   7   8   9
mövzu 3 yeni


MÖVZU № 3

İntellektual inkişafında pozulmaları olan uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri. (Əqli gerilik)
Plan

1.Oliqofreniya anlayışı və oliqofreniyanın yaranma səbəbləri.

2.Oliqofreniyanın struktur komponentlərinin təhlili, kliniki xarakteristikası və XBT-10 a görə təsnifatı .

3. Q.Y. Suxarevanın və M.S.Pevznerin oliqofreniya ilə bağlı klassifikasiyası.

Intellekt pozulması olan şəxslərin öyrənilməsi, aşkarlanması, onların təlim-tərbiyə və sosial adaptasiya problemləri, Xüüsusi pedaqogikanın müstəqil bir sahəsi olan oliqofrenopedaqogika tərəfindən tədqiq edilir. “Oliqofreniya termini (yunanca olyiqos-az və və phren-ağıl) ilk dəfə alman psixiatrı E.Krepelen tərəfindən ənənəvi olaraq xüsusi pedaqogikada əqli cəhətdən geri qalan şəxslər anlayışı üçün istifadə olunub.

Əqli geriliyə -oliqofreniya da deyilir. Lakin müasir dövrdə daha çox əqli gerilik, intellektual inkişafında geri qalan şəxslər adlandırılır.

Belə insanlarda real varlığın dəyişilmiş formada qavranılması, əhval-ruhiyyənin dəyişkənliyi və s. əlamətləri müşahidə olunur.

Oliqofren şəxslərin haqqında elmi təsəvvürlər bu patoloji halın təsir göstərdiyi sahələrdə: intellektual inkişafda, emosional-iradi və şəxsiyyət sferasında yaratdığı pozulmaların nəticələri ilə və ilk növbədə, onun mənşəyi ilə izah olunur. Daha sonra isə uşağın yaşadığı şərait, insanların münasibəti və d. sosial amillər pozulmanın gedişinə inkişafetdirici və ya ləngidici təsir göstərə bilir. Məhz bu ləngidici təsirlər psixologiyada məqsədyönlü təsirlər kimi qiymətləndirilir.

Oliqofrenlər üçün dərketmə proseslərinin bütün növlərinin pozulması xarakterikdir: primitiv bilik ehtiyacı, qavrayışın kifayət qədər differrensasiya olunmaması, diqqətin zəifliyi (qeyri-ixtiyari diqqət üstünlük təşkil edir), hafizənin daha çox pozulması (mexaniki hafizə üstünlük təşkil edir), məntiqi, mücərrəd, təfəkkürürün özünəməxsus xüsusiyyətləri və s. Onlarda emosional-iradi proseslər də zəif inkişaf etmiş olur. Oliqofrenlər üçün bilik öyrənmək xeyli çətinliklər yaradır. daha böyük çətinliklər isə abstrakt-təxəyyül proseslərinin tənzim edilməsi, nitqdə qrammatik qaydaların gözlənilməsi, səbəb-nəticə əlaqələrinin yaradılması sahələrində müşahidə edilir. Onlar nağılın, hekayənin, süjetli şəkillərin məzmununu ardıcıl izah etməkdə, istiqamət verici müraciətlərə müvafiq hərəkət planı seçməkdə xeyli problemlərlə üzləşirlər. bu problemlər I və II siqnal sistemlərinin pozulmaları ilə bağlıdır.


Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə