Mövzu 3: Rİyazi MƏNTİq və İnformasiya texnologiyalari



Yüklə 38,52 Kb.
səhifə2/5
tarix25.04.2022
ölçüsü38,52 Kb.
#86017
1   2   3   4   5
infi3

Ziddəyyətsizlik qanunu

Ziddəyyətsizlik qanunu məntiqi təfəkkürün ən mahiyyətli xüsusiyyətlərindən birini – ziddiyyətsizliyini ifadə edir. O, tərkibində ziddiyyətli düşünmək və fikirləşmək qadağasını saxlayır, ziddiyyəti məntiqi təfəkkürlə uyğun gəlməyən ciddi məntiqi səhv kimi kvalifikasiya edir. Ziddiyyətlər fikri çətinləşdirir, bilik prosesini məhv edirlər.

Ümumi halda bu düsturla təsvir pluna bilər – “yalandır А və qeyri-А”, yəni doğru deyil ki, bir-birini inkar edən fikirlər doğru ola bilməz.

Ziddəyyət qanunu bütün uyğyn olmayan mühakimələr - əks (kontrar) və zidd (kontradiktor). O, qeyd edir ki, iki uyğun olmayan mühakimələr eyni vaxtda doğru ola bilməz, onlardan biri zəruri yalandır. Digər mühakimə doüru da yalan da ola bilər. belə ki, iki kontrar mühakimə arasında biri doğru, digəri isə yalan ola bilər.

Lakin hər iki kontrar mühakimə yalan ola bilərlər.

Ziddiyyətlərin bir neçə forması mövcuddur:

Məntiqi ziddiyyət eyni kontekstdə götürülən və bir-birini istisna edən mühakimələr münasibətini təqdim edir. Ciddi desək, məntiqi ziddiyyət fiksə olunmuş biliyin fraqmentləri arasında ziddiyyətdir.

Məsələn, “Hüseynov - əlaçıdır” və “Hüseynov - borcludur” deyil, əgər kontekstdə deyilməyib ki, söhbət eyni subyekt haqqında gedir.

Dialektik ziddiyyət – inkişafda olan (dəyişən) biliyin ziddiyyətidir.

Ziddiyyət-paradoks – ziddiyyətin xüsusi növüdür. Bertran Rasselin bərbər haqqında paradoksu məlumdur ki, o, özlərini qırxmayan kişiləri qırxırdı. Nəticədə, kim bərbərin özünü qırxır sualına cavab yoxdur. Çünki, əgər o özünü qırxırsa, onda onu bərbər qırxmamalıdar (akin o özü bərbərdir), və əksinə, əgər onu bərbər qırxırsa, onda o özü-özünü qırxmamalıdır. Zarafat formasında burada ziddiyyət-paradoks vardır ki, riyaziyyatın fundamenti – çoxluqlar nəzəriyyələsinin altına mina qoyuldu, çünki bərbər və s. haqqında danışarkən B. Rassel müxtəlif çoxluqlar və altçoxluqları nəzərdə tuturdu. Bununla paradoks çoxluqlar nəzəriyyələsinin zəifliyini aşkar etmişdir. Öz destruktiv xasiyyətinə baxmayaraq ixtiyari ziddiyyət-paradoksun təsdiq elementi də var. Paradoks göstərir ki, elmlə əldə edilmiş elə faktlar var ki, onlar mövcud nəzəriyyələr çərçivəsinə daxil ola bilməzlər.

Ziddiyyətsizlik qanunu bir-birinə uyğun olmayan mühakimələr (əks və zidd) üçün işləyir. O, təsdiq edir ki, onlardan biri zəruri yalandır. O birisi mühakimə haqqında sual açıq olaraq qalır – o doğru kimi yalan da ola bilər.
İstisna olunan üçüncü qanunu

İstisna olunan üçüncü qanunu yalnız zidd (kontradiktor) mühakimələrə qarşı işləyir və belə formulə olunur: iki zidd (kontradiktor) mühakimə eyni zamanda yalan ola bilməz, onlardan biri zəruri doğrudur. Qanun bu düsturla ifadə olunur : “A ya B-dır, ya qeyri-B-dır”.

İstisna olunan üçüncü qanununu ziddiyyətsizli qanunu ilə birləşdirsək, bu müddəa alacayıq: iki zidd mühakimə birlikdə doğru və birlikdə yalan ola bilməzlər; onlardan biri zəruri doğrudur, və ya zəruri yalandır. Mühakimə bu düsturla aparılır “ya-ya”. Üçüncü variant yoxdur.

İstisna olunan qanunu bizim fikirlərimizə qarşı vacib tələbi irəli sürür: iki zidd mühakimənin doğru olmasının təsdiqindən yayınan və üçüncü nəyisə axtarmaq olmaz. Əgər onların arasında biri doğrudursa, onda digərini yalan kimi təsdiqləmək lazımdır, və üçüncü, mövcud olmayan mühakiməni axtarmağa dəyməz, belə ki, üçüncü ümumiyyətlə yoxdur.

Əlbəttə ki, İstisna olunan qanunu göstərə bilməz ki, verilən mühakimələrdən hans doğrudur. Bu məsələ mühakimənin obyektiv reallığa uyğyn və ya qeyri-uyğun olmasını qeyd edən praktika köməyi ilə həll olunur. Qanunun əhəmiyyəti ondan ibarətfir ki, o, hıqiqətin axtarışında istiqaməti göstərir: sualın yalnız 2 həlli var, və bu zaman yalnız onlardan biri zəruri doğrudur. Hər bir üçüncü, orta həll istisnadır.
Kifayətli əsaslılıq qanunu

Hər hansı bir fakt, hal, hadisə haqqında bizim fikirlərimiz doğru və ya yalan ola bilər. Doğru fikiri bildirərək biz onun doğruluğunu əsaslandırmalıyıq, yəni onun reallığa uyğunluğu. Hansı bir tezisi irəli sürərkən, mülahizənin doğruluğunu isbat etmək üçün güclü dəlillər vermək lazımdır.

Fikirlərin sübutu, əsaslılığı tələbi kifayətli əsaslılıq qanununu ifadə edir ki, bu da belə formulə olunur: hər fikir doğru hesab olunur, əgər onun kifayət qədər əsası olarsa. Qanunun düsturu: “Əgər B mövcuddursa, onda onun əsası A mövcuddur”.

Yuxarıda baxılan mühakimə qaydalları riyaziyyatda aksiom və postulatların yeri kimi məntiqdə də həmin qiymətə malikdirlər. onlar “tam hissıdın böyükdür” və ya “iki nöqtə arasında yalnız bir düz xətt çəkmək olar”.

Məntiq qanunlarını pomaq olar, və onlar tez-tez pozulurlar. Lakin burada bir vacib şərt var: əgər biz mühakimələrin doğruluğuna və düzgünlüyünə yönəlir, onda məntiq qanunlarına riayyət etmək borcumuzdur. Məntiq qanunlarına riayyət bizim fikirlərimizin doğruluğuna zəmanət vermir. Lakin məntiq qanunlarına riayyət etmədən baxılan mühakimələrin doğru olması haqqında söhbət ola bilməz.
Sofizm və paralogizm

Dediyimiz kimi, məntiq qanunlarını iki əsasla pozmaq olar: a) şüurla; b) şüursuz.

Sofizm – həmsöhbəti aldatmaq üçün məntiq qanunlarının şüurlu pozulması. Nümunə kimi “Buynuzlu” sofizmi gətirmək olar ki, ondan belə nəticə çıxır ki, insan nəyisə itirməyibsə ona malikdir. “Əgər sən buynuzlarını tirməyibsənsə, onda sən buynuzlusan”. Biz deyə bilərək ki, bütün mühakimə zamanı istifadə olunan anlayışların sabitliyini tələb edən bərabərlik qanunu indi pozulub. Bu sofizmdə anlayışlar əvəzi baş verib: “səndə olanlardan nəyisə itirməyibsənsə” anlayışı yerinə varlığı və ya yoxluğundan asılı olmayaraq “nəyisə itirməyibsənsə” anlayışı istifadə olunur.

Belə sofizmlər hələ qədim əsrlərdə irəli sürülmüşdür. Öz adlarını onlar sofistlər – gəncləri hökümət idarəetməsinə və orator sənədinə öyrədən hikmətin professional müəllimləri – məktəbindən götürmüşdülər. Sofistlərin əsas tezisi bundan ibarətdir: həqiqətin hökümət idarəetməsinə heç bir aidiyyəti yoxdur, kim Xalq Məclisini və ya məhkəməni inandırmağa nail olursa, o da qalibiyyət qazanır. Buna görə onlar gənclərə digər insanları istənilən nədəsə inandırmağa öyrədirdilər. Hətta aydın cəfəngiyatda. Sofizmlər onun nümunəsidir ki, insanın hər nədəsə inandırmaq mümkündür, bunun üçün lazımi vasitələr kifayətdir. Müəyyən dərəcədə məntiq həmsöhbəti çaşdıran sofizmlərin ifşa və tənqidi məqsədilə qurulmuşdur.

Paralogizm – şüursuz baş verən məntiq qanunlarının pozulması. Məntiqi məğzinə görə paralogizm sofizmdən fərqlənmir. Onun fərqi yalnız motivdədir. Lakin biz bilirik ki, “qanunların bilməməsi onların pozulmasında məsuliyyətdən azad etmir”.


Yüklə 38,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə