Mövzu 3: Rİyazi MƏNTİq və İnformasiya texnologiyalari



Yüklə 38,52 Kb.
səhifə3/5
tarix25.04.2022
ölçüsü38,52 Kb.
#86017
1   2   3   4   5
infi3

2. Mülahizələr məntiqi

Mülahizələr məntiqi bu elmin elə bir hissəsidir ki, burada mülahizələrin doğru və ya yalanı haqda sual konyunksiya (“və”), dizyunksiya (“və ya”), inkar (“qeyri”), implikasiya (“əgər, onda”) və s. məntiqi əməliyyatların köməyi ilə elementar mülahizələrdən mürəkkəb mülahizələrin qurulma yolunun öyrənilməsi əsasında öz cavabını tapır. Postulatlar (aksiomlar və nəticə qaydaları) sistemi ilə verilən mülahizələr məntiqini mülahizələr hesablamaları adlandırırlar.

Mülahizə - nəqli cümlələrlə ifadə edilən və doğru və ya yalan ola bilən fikirdir.

Analitik mülahizə - elə mülahizədir ki, onun doğru və ya yalan olması yalnız qrammatik və ya məntiqi strukturunun təhlili əsasında təsdiq edilə bilər. Doğru analitik mülahizənin nümunəsi – məntiqi qanunlardır.

Mühakimə - təfəkkürün elə formasıdır ki, burada bir anlayış (subyekt) digəri vasitəsilə (predikat) təyin olunur və açılır.

Məntiqi qanun – məntiqi deduksiyanın əsasını təşkil edən qanunların adıdır.

Bərabər doğruluq – mürəkkəb mülahizələrin formal-məntiqi stukturuna və istifadə olunan məntiqi əməliyyatların mənasına görə doğru olmaq xassəsi. Tərkibində olan konkret mülahizələrin məzmunundan asılı olmayaraq Bərabər -doğru mülahizələr məntiqi qanunlar kimi çıxış edirlər.

Beləliklə mülahizələr necə olur?

Hələlik kifayətdir ki, mülahizə sadə və ya mürəkkəb, doğru və ya yalan ola bilər. Məsələn, “Yağış yağır” mülahizəsi – sadədir, onun doğru və ya yalan olması havadan aslıdır. Əgər yağış yağırsa, onda mülahizə doğrudur, əgər günəş amansızcasına işıq saçırsa, və yağışı gözləmək lazımsızdırsa, onda “Yağış yağır” mülahizəsi – yalandır.

Misal üçün daha müəyyən olunmuş (doğruluq qiyməti mənasında) sadə və doğru “Ay – Yerin peykidir” mülahizəsi. Lakin “Günəş – Yerin peykidir” mülahizəsi sadə və yalandır. Misalı çətinləşdirək: “Ay – Yerin peykidir və Günəş – Yerin peykidir”. İndi bizim mülahizəmiz mürəkkəbdir, çünki iki sadə mülahizədən ibarətdir, və ən vacibi odur ki, bü mülahizə yalandır, çünki məntiqi (propozisional) “və” (konyunksiya) bağlayıcısı ilə birləşdirilib. Əgər o həqiqi mülahizələri birləşdirirsə - mürəkkəb mülahizə doğru olacaq, bütün qalan təsadüflərdə – yalan.

İndi isə misal kimi mürəkkəb və doğru “Ay – Yerin peykidir və ya Günəş – Yerin peykidir” mülahizəsini nəzərdən keçirək. İndi bağlayıcı kimi “və ya” (dizyunksiya) çıxış edir.

Biz “Ay – Yerin peykidir” mülahizəsini yalana, “Günəş –Yerin peykidir” mülahizəsini isə doğruya çevirə bilərik. Mülahizələrə belə “qeyri, deyil” bağlayıcısı təsir edir: doğruları yalana, yalanları isə doğrulara çevirir. İndi “Düz deyil ki, və Günəş –Yerin peykidir” – düzdür, “Düz deyil ki, Ay – Yerin peykidir və ya Günəş –Yerin peykidir” – yalandır.

Daha bir maraqlı bağlayıcı mövcuddur “əgər, onda” (implikasiya). “Əgər Ay – Yerin peykidirdirsə, onda Günəş –Yerin peykidir” mülahizəsinə baxaq. Sağlam düşüncə bizə deyir ki, bu mülahizənin qiyməti yalan olacaq.


Yüklə 38,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə