Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
  1   2   3   4   5   6   7   8   9   ...   18


MÖVZU 4 

Beynəlxalq iqtisadi münasibətlər sistemində  

kapitalın beynəlxalq hərəkəti 

 

 



4.1. Kapitalın beynəlxalq hərəkəti: mahiyyəti, mərhələləri,   

inkişaf səbəbləri, göstəriciləri və formaları 

 

Dünya  təsərrüfatının  inkişafının  müasir  mərhələsində  beynəlxalq  iqtisadi  münasibətlərin 

əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Beynəlxalq 

iqtisadi  münasibətlərin  beynəlxalq  ticarət,  elmi-texniki  məhsullarla  beynəlxalq  mübadilə  kimi 

formaları  valyuta-maliyyə  aspektləri  ilə  müşaiyət  olunur:  ixrac-idxal  əməliyyatlarının 

reallaşdırılması zamanı beynəlxalq hesablaşmalar həyata keçirilir və ya beynəlxalq kreditlər tələb 

edilir.  Işçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  zamanı  isə  əmək  haqqı  köçürmələri  baş  verir. 

Beləliklə, kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm 

də bu inkişafın nəticəsidir. 

 

Hazırda kapitalın beynəlxalq hərəkətinin həcmi və əhəmiyyəti elə bir səviyyəyə gəlib çatıb 



ki,  bu  prosesə  beynəlxalq  iqtisadi  münasibətlərin  xüsusi  bir  forması  kimi  baxmaq  olar.  Kapital 

ixracının bütün formalarının müasir artım templəri əmtəə ixracının və ÜDM-nin artım templərini 

üstələyir. 

İqtisadi 

Əməkdaşlıq 

və 


İnkişaf 

Təşkilatının 

(İƏİT) 

mütəxəssislərinin 



qiymətləndirmələrinə görə, 1990-2000-ci illərdə xarici investisiyaların ixracının illik artım tempi 

orta hesabla 30% təşkil etdiyi halda, əmtəə və xidmət ixracının illik artım tempi 4,5%-ə bərabər 

olub. 

 

Hər hansı bir prosesin, indiki halda isə kapitalın beynəlxalq hərəkətinin öyrənilməsi yalnız 



o halda mümkündür ki, həmin proses müasir dünya təsərrüfatında tez-tez təkrar olunan, tipik və 

xarakterik  olan  bir  hadisə  olsun.  Iqtisadi  hadisəıni  xarakterizə  etmək  üçün  ilk  növbədə  onun 

anlayışını  müəyyən  etmək,  təkamül  yoluna  nəzər  salmaq  lazımdır.  Yalnız  bundan  sonra  onun 

xarakterik cəhətlərini müəyyən etmək,  reallaşma xüsusiyyətlərini və formalarını ortaya çıxarmaq, 

müasir inkişaf tendensiyalarını öyrənmək mümkün olur. 

 

“Kapitalın  beynəlxalq  hərəkəti”  anlayışına  bu  prosesin  təkamül  yolundan  çıxış  etməklə 



nəzər  salaq.  Kapitalın  beynəlxalq  hərəkətinin  formalaşması  və  inkişafı  beynəlxalq  iqtisadi 


münasibətləri  əmtəələrlə  beynəlxalq  ticarət,  beynəlxalq  əmək  miqrasiyası  kimi  formalarından 

xeyli  gec  başlamışdır.  Kapitalın  ixracı  imkanının  yaranması  üçün  ilk  növbədə  kapitalın  ölkə 

daxilində  kifayət  qədər  əhəmiyyətli  yığımına  malik  olmaq  lazım  idi.  Bu  cür  imkan  kapitalın 

beynəlxalq  hərəkətinin  təkamülünün  birinci  mərhələsində  meydana  gəlmişdir.  Bu  mərhələ 

kapitalın  ilkin  yığımı  prosesinin  bitməsindən  və  kapital  istehsal  münasibətlərinin  inkişafından 

sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir. Bu 

mərhələni  “kapital  ixracının  yaranması  mərhələsi”  adlandırırlar.  Bu  zaman  kapital  ancaq  bir 

istiqamətdə - metropoliyalardan müstəmləkələrə doğru hərəkət edir və məhdud, təsadüfi xarakter 

daşıyırdı. 

 

Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin 



sonlarından  götürür  və  XX  əsrin  ortalarına  qədər  davam  edir.  Bu  mərhələdə  kapital  ixracı  həm 

sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə 

olan  ölkələr  arasında  baş  vermişdir.  Kapital  ixracı  tipik,  təkrar  olunan  və  xarakterik  hadisəyə 

çevrilir ki, bu da qeyd olunan mərhələni “kapital ixracı mərhələsi” adlandırmağa imkan verir. 

Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və 

daha  yüksək  mənfəət  əldə  edilməsi  məqsədilə  onun  əmtəə  və  ya  pul  formasında  digər  ölkənin 

istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir. 

Lakin, dünya təsərrüfatının müasir inkişaf mərhələsində təkcə kapital ixracından danışmaq 

kifayət deyil. XX əsrin 50-60-cı illərindən etibarən indiyə qədər davam edən kapitalın beynəlxalq 

hərəkətinin təkamülünün üçüncü mərhələsi başlayır. Bu mərhələdə baş verən prosesləri “kapitalın 



beynəlxalq miqrasiyası” termini daha aydın əks etdirir ki, bunun da bir neçə səbəbi var. 

Birincisi, kapital ixracını təkcə sənayecə inkişaf etmiş ölkələr deyil, həm də bir çox inkişaf 

etməkdə olan ölkələr həyata keçirirlər. Belə ki, 2002-ci ildə 162 milyard dollar həcmində xarici 

investisiya qoyulduğu halda, onlar özləri 43 milyard dollar məbləğində kapital ixrac ediblər. 

İkincisi, ölkələr eyni zamanda həm kapital ixracatçısı, həm də idxalatçısı kimi çıxış edirlər. 

2002-ci ildə Avropa Birliyi ölkələri ABŞ-a 694 milyard ollar, ABŞ isə Avropa Birliyi ölkələrinə 

641 milyard dollar kapital qoyuluşu həayat keçirmişlər. 

Üçüncüsü,  kapital  ixracı  öz  həcminə  görə  kapitalın  əks  hərəkətini  (kreditə  görə  faizlər, 

sahibkar mənfəəti, səhmlərə görə dividendlər formasında) meydana gətirir. Məsələn, 2002-ci ildə 

ABŞ-ın xarici kreditlərə görə faiz ödəmələri 100 milyard dollara yaxınlaşmışdır. 



Yuxarıda  deyilənlərdən  çıxış  edərək,  kapitalın  beynəlxalq  hərəkəti  dünya  təsərrüfatının 

müxtəlif ölkələri (onların sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında kapital 

sahiblərinə əlavə gəlir gətirən kapitalın qarşılıqlı hərəkəti prosesidir. 

Kapital istehsalın amillərindən biridir.  Kapital  maddi ehtiyatların  yaradılması  üçün  zəruri 

olan resursdur və özündə istehsal, pul və əmtəə formalarında vəsaitlərin bütün yığım ehtiyatını əks 

etdirir. Kapitalın beynəlxalq hərəkəti onun bir istehsal amili kimi beynəlxalq bölgüsünə əsaslanır. 

Kapitalın  beynəlxalq  bölgüsü  özünü  təkcə  ölkələrin  maddi  yığım  ehtiyatları  ilə  təmin 

olunmalarında  olan fərqlilikdə deyil, həmçinin istehsalın tarixi ənənələri  və  təcrübəsində,  əmtəə 

istehsalının və bazar mexanizmlərinin inkişaf səviyyələrində olan fərqlərdə göstərir. Kifayət qədər 

yığımın  olması  (pul  formasında  kapital)  investisiya  və  istehsalın  genişləndirilməsi  üçün  vacib 

şərtdir. 

Kapitalın  beynəlxalq  hərəkətinin  obyektiv  əsası  kimi  ölkələrin  iqtisadi  inkişafında  olan 

qeyri-bərabərlik çıxış edir ki, bu da praktikada özünü aşağıdakılarda göstərir: 

 



bəzi  ölkələrdə  kapital  yığımında  çatışmazlıq  olduğu  halda,  digər  ölkələrdə  kapital 

“artıqlığı” mövcud olur; 

 

dünya  təsərrüfatının  müxtəlif  həlqələrində  kapitala  olan  tələb  və  təklifin  üst-üstə 



düşməməsi. 

Burada  “nisbi artıqlıq” termininin  işlədilməsi təsadüfi deyil. Belə  hesab  edilir ki, iqtisadi 

cəhətdən  istehsal  sonsuz  artım  tendensiyasına  malikdir  və  deməli,  kapitala  hər  zaman  tələb 

mövcud  olmalıdır.  Bununla  yanaşı,  kapital  ixracı  hətta  onun  ölkə  daxilində  çatışmazlığı  hiss 

edilən  zaman  da  həyata  keçirilə  bilər,  çünki  bazar  iqtisadiyyatı  şəraitində  kapital  qoyuluşu 

gözlənilən gəlir həcmindən birbaşa asılıdır. 

Kapitalın  beynəlxalq  hərəkəti  prosesinin  inkişafına  iki  qrup  faktorlar  təsir  edir.  Onlar 

aşağıdakılardır: 

1.

 

İqtisadi xarakterli amillər



 

istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi



 

həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki 



inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur 

dəyişiklikləri; 

 

beynəlxalq əmək bölgüsünün dərinləşməsi




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə