Mövzu №5 Ali məktəbdə təlim metodları plan



Yüklə 56 Kb.
səhifə1/5
tarix06.04.2022
ölçüsü56 Kb.
#85095
növüDərs
  1   2   3   4   5
muhazire5
muhazire4, muhazire6


Mövzu № 5

Ali məktəbdə təlim metodları
PLAN

1. Ali məktəbdə təlim metodları

2. Təlim metodunun mahiyyəti

3. Təlim metodlarının təsnifatı

4. Təlim metodlarının ümumi xarakteristikası
ƏDƏBİYYAT

1. Sadıqov F.B. Pedaqogika (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, Adiloğlu, 2009.

2. Bəşirov B.P. Ali məktəb didaktikası. Bakı, “Maarif nəşriyyatı”, 1992.

3. Kazımov N.M. Ali məktəb pedaqogikası. Bakı, “Əlfərül” nəşriyyatı, 2006.

4. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikas. Bakı, Nurlan, 2007.

5. Fitsula M.M. Ali məktəb pedaqogikası (ali məktəblər üçün dərslik). Ukrayna, Kiyev “Akademvidav”, 2010.

6. Mahmudov R. Ali məktəbdə tələbə müstəqil işinin imkanları və yolları. Bakı, Çaşıoğlu, 2005.

7. Xəlilov V. Tələbələrin fəallıq mədəniyyəti. Bakı, Nərgiz, 1998.

8. Nurəddin K.. Pedaqoji ustalığın problemləri (Ali məktəblər üçün vəsait). Bakı, Çaşıoğlu, 2009.
«Təlim metodu» anlayışı pedaqogika elmində bu günə qədər diskussiya və mübahisə doğurur. İstər xarici, istərsə də Azərbaycan pedaqoqlannm metodun mahiyyəti haqqında fikirləri birmənalı deyil. Buna baxmayaraq, təlim metoduna verilən təriflərin böyük əksəriyyətinə onun mahiyyətini özündə ehtiva edən ümumi cəhətlər mövcuddur. Bu baxışlarda olan ümumilik təlİm metodunun - təhsilalanların, başqa sözlə, öyrənənlərin təlim-idrak fəaliyyətinin təşkili yolu kimi başa düşülməsində özünü göstərir. Metod-yunan sözü (metodos) olub, həqiqətə, gözlənilən nəticəyə doğru irəliləmək yolu mənasını verir. Ən ümumi mənada, metod - qarşıya qoyulmuş məqsədə çatmağı təmin etmək üçün müəyyən qaydalar əsasında fəaliyyətin təşkili üsuludur. Deməli, təlim metodu təlim-tərbiyə məqsədlərinə nail olmaq üçün öyrədən və öyrənənlərin müəyyən qaydaların tətbiqi ilə təşkil olunmuş prosesi tənzimləyən qarşılıqılı fəaliyyətidir. Hər bir təlim metodu özündə iki fəaliyyət növünü birləşdirir:


  1. 1.Öyrədənin fəaliyyəti, başqa sözlə, öyrətmə fəaliyyəti:

  2. 2.Öyrənənlərin fəal tədris-idrak fəaliyyətinin təşkili, başqa sözlə, öyrənmə fəaliyyəti.

Öyrətmə və öyrənmə fəaliyyətinin qovuşması yeni fəaliyyət növünü - birgə fəaliyyəti, başqa sözlə, təlim fəaliyyətini (prosesini) doğurur.

Metod didaktik vəzifələrin həllinə yönəldiyindən, müəllimin fəaliyyəti (öyrətmə fəaliyyəti) ilə bağlı olduqda – tədris metodları, öyrənənin fəaliyyəti ilə bağlı olduqda öyrənmə metodları, öyrədən və öyrənənlərin birgə fəaliyyəti ilə bağlı olduqda təlim metodları kimi işlədilir.

Didaktikada təlim metodu anlayışı ilə yanaşı təlim tərzitalim vasitshri məvhumlan da işlədilir. Tərz (priyom) metodun tərkib hissəsidir, elementidir, yaxud ayrıca bir xassəsidir. Priyom metodun tətbiqində özünə yer tutan ayrıca bir amildir. Metod həcminə, strukturuna görə sadə və məhdud olduqda tərz yerində çıxış edir. Hər bir metod bir sıra spesifik tərzlərdən yaranır. Ümumi anlayış olan metoda tərz xüsusi komponent kimi daxil olub onu tamamlayır.

Təlim vasitələri müəllimin öyrətmə, tələbənin öyrənmə prosesində istifadə etdiyi texnologiyalar kimi başa düşülür. Metod və vasitə təlimin ayrı-ayrı komponentləri olsa da, hər ikisi təlim məqsədlərə xidmət edir: metod «işi necə görməli?», vasitə isə «işi nə ilə görməli?» sualına verilən cavablardır.

Təlim metodlarında təhsil-tərbiyənin məqsədi, məzmunu, obyektiv qanunauyğunluqları, prinsip və formaları öz əksini tapmaqla dinamik, didaktik bir sistem təşkil edir.

Təhsil sisteminin müvəffəqiyyətlə inkişaf etdiyi, təhsilin məzmunun əsaslı surətdə dəyişdiyi indiki şəraitdə hələ də ali məktəblərdə ənənəvi təlim metodlarının tətbiqinə üstünlük verilir. Yeni təlim texnologiyalarının, fəal təlim metodlarının tədbiqi sahəsində ciddi yeniliklər nəzərə çarpmır. Buna görə də biz ali məktəbdə geniş surətdə tətbiq edilməkdə olan bir sıra metodların qısa xarakteristikasını verməklə kifayətlənəcəyik.



  1. Yüklə 56 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə