Mövzu №5 Ali məktəbdə təlim metodları plan


I.İzahlı-illustrativ metod



Yüklə 56 Kb.
səhifə2/5
tarix06.04.2022
ölçüsü56 Kb.
#85095
növüDərs
1   2   3   4   5
muhazire5

I.İzahlı-illustrativ metod

Tələbələr mühazirədə yeni informasiyalar alır, dərsliklərdən, dərs vəsaitlərindən, metodik ədəbiyyatdan istifadə etməklə qazandıqları bilikləri zənginləşdirir və möhkəmləndirirlər. Mühazirədə, yeri gəldikdə, ekran vasitələrindən istifadə etməklə biliklər əyaniləşdirilir. «hazır» şəkildə təqdim olunmuş biliklər, faktlar, mülahizələr, nəticələr tələbələr tərəfindən qavranılır və dərk edilir. Bu halda tələbələrin ancaq rep- roduktiv (bərpaedici) təfəkkürü inkişaf edir. Ali məktəbdə izahlı-illüstrativ metod geniş informasiya vermək baxımından ən çox tətbiq olunan metoddur. Müəllim yeni tədris materiallarının şərhini verir. Tələbənin vəzifəsi isə şifahi şəkildə təqdim olunan məlumatları dinləmək, qeydlər aparmaq və onları anlamaqdır. Tələbə keçmiş biliklərinə istinad etməklə müqayisələr edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır və onları əsaslandırır. Bütün bu fəaliyyət növləri reproduktiv-xarakter daşıyır. Çünki bu proseslər müəllimin təqdim etdiyi məlumatların, biliklərin məzmunu ilə müəyyənləşir.


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə