Mövzu №5 Ali məktəbdə təlim metodları plan



Yüklə 56 Kb.
səhifə5/5
tarix06.04.2022
ölçüsü56 Kb.
#85095
növüDərs
1   2   3   4   5
muhazire5
muhazire4, muhazire6
VI. Tədqiqatçılıq metodu

Tədris materialının təhlili, problemlərin qoyulması və həlli, şifahi və ya yazılı təlimatların verilməsindən sonra tələbələr müstəqil olaraq müvafiq ədəbiyyatı və mənbələri müəyyənləşdirir, öyrənir, müşahidələr aparır, axtarış xarakteri daşıyan müxtəlif əməliyyatlar icra edirlər.



Tədqiqatçılıq fəaliyyəti tələbədə təşəbbüskarlıq, müstəqillik və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün daha əlverişli şərait yaradır. Təlim metodları tədriclə elmi tədqiqat metodlarına yiyələnməyə imkan verir.

VII. Tələhənin tədris materialı üzərində müstəqil metodları

Məlumdur ki, tələbə dərsliyi, yaxud mühazirə mətnini tam mənimsəyənə qədər oxuyur. Yeni materialı bütün dəqiqliyi ilə dərk etdikdən sonra informasiyanın bu blokunda olan bilikləri tətbiq edərək, müxtəlif tapşırıqları yerinə yetirir. Tapşırıqlar, təlim materialını əhatə edən suallar, yaxud biliklərin tətbiqini tələb edən misallar, məsələlər, praktik işlər formasında ola bilər. Praktik işlərin icrası zamanı biliklərin tətbiqi mərhələlərlə baş verir. Tələbə əvvəlcə tapşırığın icrası zamanı mətnə və ya müəllimə müraciət edir, sonra tədriclə hafizəsinə istinad etməyə başlayır.
Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə