Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
  1   2   3   4   5   6   7   8   9   10


MÖVZU 5 

İşçi qüvvəsinin beynəlxalq miqrasiyası  

 

 



5.1. İşçi qüvvəsinin miqrasiyası beynəlxalq iqtisadi münasibətlərin  

əsas formalarından biri kimi 

 

 

XX  əsrin  ikinci  yarısında  dünya  ictimaiyyətinin  həyatında  müşahidə  edilən  xarakterik 



meyllərdən biri də əhalinin kütləvi miqrasiyasıdır. Əmtəə, xidmət və kapital bazarları  ilə yanaşı 

işçi qüvvəsinin beynəlxalq bazarı da mövcuddur. Bir ölkədən digərinə hərəkət edən işçi qüvvəsi 

özünü əmtəə kimi təqdim edir və beləliklə də, beynəlxalq iqtisadi münasibətlər sisteminin tərkib 

hissəsinə çevrilmiş beynəlxalq əmək miqrasiyası baş verir. 

 

Ölkələr arasında ictimai-ərazi əmək bölgüsünün ən yüksək səviyyəsi olan beynəlxalq əmək 



bölgüsü müxtəlif əmtəələrin istehsalının müxtəlif ölkələrdə təmərküzləşməsini, müxtəlif ölkələrdə 

müxtəlif  həcmdə  və  fərqli  ixtisas  səviyyələrində  əmək  resurslarının  olmasını  nəzərdə  tutur. 

Beynəlxalq əmək bölgüsü çərçivəsində kooperasiya həyata keçirilərkən bu iki formada baş verir: 

əmək bölgüsü əsasında istehsal edilən əmtəələrlə beynəlxalq mübadilə (beynəlxalq ticarət) və ya 

əməyin ölkələrarası hərəkəti əsasında beynəlxalq əmək miqrasiyası. 

İşçi qüvvəsinin daxili miqrasiyasını (bir ölkənin regionları arasında) və xarici miqrasiyasını 

(bir  neçə  ölkələyə  aid  olan)  fərqləndirirlər.  Beynəlxalq  miqrasiya  problemlərini  öyrənərkən 

istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 

 

İşçi qüvvəsinin beynəlxalq miqrasiyası - əməkqabiliyyətli əhalinin iş axtarışı məqsədilə və 

daimi yaşayış yerlərini dəyişməklə bir ölkədən digər ölkəyə hərəkəti başa düşülür. 



İmmiqrasiya ölkəyə xaricdən əməkqabiliyyətli əhali axınıdır. 

Emiqrasiya ölkədən xaricə əməkqabiliyyətli əhali axınıdır. 

Miqrasiya saldosu ölkənin immiqrasiya və emiqrasiya göstəricilərinin fərqidir. 

“Beyin axını” - yüksək ixtisaslı kadrların emiqrasiyası nəzərdə tutulur. 

Reemiqrasiya - daha əvvəl ölkədən emiqrasiya etmiş əhalinin daimi yaşamaq üçün yenidən 

vətənlərinə qayıtmaları başa düşülür. 

Beləliklə,  işçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  muzdlu  əməyin  ixracı  və  idxalından 

ibarətdir.  Beynəlxalq  miqrasiya  bir  proses  kimi  emiqrasiya,  immiqrasiya  və  reemiqrasiyanın 

vahidliyini əks etdirir. 

Beynəlxalq  miqrasiya  problemlərinin  aktiv  surətdə  öyrənilməsinə  1960-cı  illərin 

sonlarından başlanmışdır. Iqtisadi artım modelləri çərçivəsində həyata keçirilən tədqiqatların əsas 

ideyası  istehsalın  amillərindən  biri  olan  işçi  qüvvəsinin  beynəlxalq  hərəkətinin  iqtisadi  artımın 

templərinə təsir göstərməsindən ibarət olub. Işçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi 

isə onun ödənilmə səviyyəsinin müxtəlif ölkələr üzrə fərqli olmasıdır. 

Neoklassik  yanaşmanın tərəfdarları belə hesab edirlər ki, emiqrasiya işçi qüvvəsini qəbul 

edən  ölkənin  rifah  səviyyəsinin  artımına  gətirib  çıxarır.  Emiqrasiyanın  mənbəsi  kimi  çıxış  edən 

ölkənin iqtisadi artım tempi isə pisləşməyərək əvvəlki səviyyədə qalır. 

Neokeynsçilərin  fikrincə,  işçi  qüvvəsinin,  xüsusilə  də  yüksək  ixtisaslı  işçiləri  ixrac  edən 

ölkənin  iqtisadi  vəziyyətinin  pisləşməsi  mümkündür.  Bununla  əlaqədar,  “beyin  axını”na  vergi 

tətbiq edilməsi ideyası irəli sürülmüşdü. Bu yolla əldə edilən gəlirin inkişaf ehtiyaclarına istifadə 

edilməsi üçün BMT-nin sərəncamına verilməsi nəzərdə tutulurdu. 



Son  illərdə  miqrasiya  proseslərinin  təhlilində  vurğu  ölkənin  iqtisadi  artımının  endogen 

amili kimi nəzərdən keçirilən insan kapitalının akkumulyasiyasının tədqiqinə  yönəlmişdir. Insan 

kapitalını  iqtisadi  inkişafın  vacib  amili  olduğunu  hesab  edən  bu  yanaşmaya  görə,  beynəlxalq 

miqrasiya ölkələrin iqtisadi artım templərində olan fərqləri izah edən səbəblərdən biridir. 

 

İşçi qüvvəsinin miqrasiyasının formalarını aşağıdakı kimi təsnifləşdirmək olar: 



1)

 

istiqamətinə görə: 

 

inkişaf etməkdə olan ölkələrdən və keçmiş sosialist ölkələrindən sənayecə inkişaf etmiş 



ölkələrə miqrasiya; 

 



sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya; 

 



inkişaf etməkdə olan ölkələr arasında miqrasiya; 

 



yüksək ixtisaslı işçi qüvvəsinin sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan 

ölkələrə miqrasiyası; 

 

inkişaf etməkdə olan ölkələrdən keçmiş sosialist ölkələrinə miqrasiya. 



2)

 

ərazi əhatəsinə görə: 

 

qitələrarası; 



 

qitədaxili. 



3)

 

miqrantların ixtisas səviyyəsinə görə: 

 

yüksək ixtisaslı işçi qüvvəsi



 

aşağı ixtisaslı işçi qüvvəsi. 



4)

 

müddətinə görə: 

 

birdəfəlik (bir qayda olaraq qitələrarasıdır); 



 

müddətli (bir qayda olaraq qitədaxili); 



 

mövsümi (gəlir əldə etmək üçün hər il edilən səfərlər); 



 

gündəlik  (öz  ölkəndə  yerləşən  yaşayış  məntəqəsindən  digər  ölkədə  yerləşən  iş  yerinə 



gündəlik edilən hərəkət). 

5)

 



qanuniliyinə görə: 

 



leqal; 

 



qeyri-leqal. 

Beynəlxalq Əmək Təşkilatının təsnifinə görə,  müasir beynəlxalq  miqrasiyanın 5 əsas tipi 

fərqləndirilir: 

1)

 



daimi yaşayış yerini dəyişən köçkünlər; 

2)

 



müqavilə  üzrə  işləyənlər  (müqavilədə  işçinin  ölkədə  işləmə  müddəti  dəqiq  şəkildə 

göstərilir); 

3)

 

yüksək  hazırlıq  səviyyəsinə,  müvafiq  təhsilə,  praktiki  iş  təcrübəsinə  malik  peşəkarlar



həmçinin dünya ali təhsil sistemi çərçivəsində hərəkət edən müəllimlər və tələbələr

4)

 



qeyri-leqal immiqrantlar

5)

 



hər hansı bir təhlükə səbəbindən öz ölkələrindən emiqrasiya etməyə məcbur olan şəxslər, 

yəni qaçqınlar

Əmək  resurslarının  beynəlxalq  miqrasiyası  nəticəsində  xaricə  fərqli  xüsusiyyətli  əmtəə  - 

işçi  qüvvəsi  hərəkət  edir.  Onun  digər  əmtəələrdən  prinsipial  fərqi  ondadır  ki,  işçi  qüvvəsi  özü 

digər  əmtəələrin  istehsal  amili  kimi  çıxış  edir.  Miqrasiya  axınlarının  əsasını  işçilər,  daha  az 

dərəcədə isə qulluqçular təşkil edir. 

 

5.2. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasını yaradan və  

onun inkişafına təsir edən amillər 



Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə