Mövzu 5, UŞaq yaşlarinda qender sosiALİzasiyasi. UŞaq yaşlarinda qender sosiALİzasiyasinin assimmetriyasi



Yüklə 135,53 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü135,53 Kb.
#8152


MÖVZU 5, 6.

   UŞAQ   YAŞLARINDA   QENDER   SOSİALİZASİYASI.   UŞAQ   

YAŞLARINDA   QENDER   SOSİALİZASİYASININ   ASSİMMETRİYASI 

 

Məşğələnin planı 

 

1. Uşaqda cinsi eyniliyin formalaşması 



2. Valideyinlərin qender sosializasiyasına təsiri 

3. Qender sosializasiyasının ailədənkənar mənbələri 

4. Azərbaycan ailəsində qender istiqamətinin xüsusiyyətləri 

5. Qender sosializasiyasının uşağın koqnitiv inkişafına təsiri 

 

Cins – insanın yeganə atributudur ki, biz onu heç zaman unutmuruq. Biz gözün və 



saçın rəngini, insanın əynində hansı paltarın olduğunu və onun hansı bəzək əşyalarını 

geyindiyini unuda bilərik, amma onun kişi və yaxud qadın olduğunu heç vaxt yaddan 

çıxarmırıq. 

Bəs oğlan ya da qız olduğumuzu hansı yaşdan dərk etməyə başladığımız 

yadımızdadırmı? 

Differensial sosializasiyanın rüşeymlərini hələ uşaq doğulmamışdan qabaq görmək 

mümkündür. Buna valideynlərin və  ətrafdakıların dünyaya gələcək körpənin qız və ya 

oğlan olacağını bilmək arzusunu misal göstərmək olar – axı  uşağın adını  nə 

qoyacaqları, ona hansı oyuncaqları alacaqları  və onu necə  tərbiyə edəcəkləri bundan 

çox asılıdır. Qender olduqca vacib sosial kəmiyyətdir və  uşağın cinsi barədə 

ətrafdakıların səhvi valideynlərə heç də xoş gəlmir. 

Psixoloqlar cinsi-rol eyniləşmə prosesinin uşağın doğulduğu andan başladığını 

aşkar etmişlər. Valideynlərin körpəyə münasibəti onun cinsini bilən andan 

 

müəyyənləşir. Uşaq böyüdükcə



 

ətrafdakılar ənənəvi cinsi-rol gözləməsinə əsaslanaraq 

uşağa müəyyən tələblə yanaşır və onun yalnız cinsinə müvafiq olan davranışını 

rəğbətlə qarşılayırlar; yəni valideyinlər və digər böyüklər qızı və ya oğlanı qender roluna 

öyrətməyə başlayır.  Əgər balacanın davranışı cinsi-rol stereotipinə uyğun deyilsə, 

böyüklər mütləq ona özünü başqa jür aparmalı olduğunu anladırlar. Artıq həyatının 

birinci ilində uşağın valideynlərlə münasibəti cinsi əlamət üzərində qurulur. 

Demək olar ki, cinsi mənsubiyyət uşağın öz «Mən»ini dərk etdiyi ilk kateqoriyadır. 

İlkin qender eyniliyi, özünün cinsi mənsubiyyətini dərk etməsi yaşyarımlıq uşağın 

şüurunda artıq sabit və mühüm element təşkil edərək formalaşır. 3 yaşındakı  uşaq 

inamla özünü kişi yaxud qadın cinsinə aid edir (qender eyniliyi). Bu zaman o, kişi və 

qadınların başqa-başqa cür göründüyünü, ayrı-ayrı  fəaliyyətlə  məşğul olduğunu və 

başqa-başqa  şeylərlə maraqlandığını ayırd etməyə başlayır. Uşaq kişi və qadın 

arasında fərqin olduğunu seçməyə başlayan kimi özü ilə eyni cinsdən olanların rol 

modelinə diqqəti artır ki, bunun əsasında ən yaxşı  qız və ya oğlan olmaq istəyi durur. 

Differensial bənzətmə vasitəsi ilə, məsələn, nə üçün qadınların bir qayda olaraq dükan 

gəzməyi və bayrama hazırlıq görməyi xoşladıqlarını, kişilərin isə bundan kənar gəzmək 

istədiyini izah etmək olar. Uşaq böyüyərkən məhz qadının bunu etdiyini görür və  əgər 

həmin uşaq qızdırsa, bu işlər onu oğlandan qat-qat çox maraqlandırır. Yaş artdıqca 

cinsi-rol eyniliyinin məzmunu da dəyişir. Məsələn, 

 



  İkiyaşlı uşaq öz cinsini bilir, amma hələ bu atribusiyanı əsaslandıra bacarmır. 



 3-4 


yaşlarında uşaq artıq  ətrafdakıların cinsini müəyyələşdirə bacarır, amma 

çox zaman onu təsadüfi xarici əlamətlərlə, məsələn, geyimlə, saçla eyniləşdirir. 

 6-7 


yaşlarında uşaq cinsi mənsubiyyətin dəyişməzliyini tam dərk edir və bu, 

davranışda cinsi differensiasiyanın güclənməsi ilə üst-üstə düşür. 

 Yeniyetmə yaşında qender rolunun məzmunu və ifası barədə  təsəvvürlər 



dəqiqləşir və möhkəmlənir. 


Bir çox tədqiqatlar göstərir ki, oğlanın valideynləri qızın valideynlərindən uşağın 

davranış siqnallarına  şərti reaksiya tezliyi kimi səciyyəvi bir göstəriciyə görə seçilir. 

Müşahidələrə  əsasən, südəmər uşağa döş verən ana oğlanın verdiyi siqnala qızın 

siqnalından daha həssas və diqqətlidir. Həm analar, həm də atalar oğlanın səs 

siqnalına cavab olaraq qızla müqayisədə onunla daha böyük ehtimalla kontakta girir. 

Hələ körpə yaşda nəzərə çarpan bu şərti reaksiyadakı  fərq uşaqlıqda da davam edir. 

Müxtəlif yaş  səviyyələrində aparılmış çoxsaylı araşdırmalar göstərir ki, oğlan öz 

valideynlərindən nəinki daha neqativ cavab reaksiyası, o cümlədən cismani cəza, eyni 

zamanda daha artıq pozitiv cavab reaksiyası alır. Bu müşahidələr valideynlərin qızdan 

fərqli olaraq oğlanın etdiyi hərəkətlərə daha böyük hazırlıqla reaksiya verdiyini və fiziki 

olaraq da oğlanı  qızdan daha çox həvəsləndirdiyini göstərir. Kişi cinsinə  mənsub 

körpəni qucaqda daha çox saxlayır və dartışdırır, həm də onda coşqun motor aktivliyi 

hərəkətə gətirirlər. Ana və südəmər körpələr arasında qarşılıqlı əlaqə ilə bağlı Yarroyun 

(Yarrow,  1995) apardığı  tədqiqat göstərir ki, oğlan anası öz körpəsi ilə daha çox 

əlaqədə olur, onunla hərəkəti daha intensiv, davranışı isə daha zəngin və  rəngarəng 

olur. Südəmər oğlanın qızdan daha çox şirnikləndirilməsini nümayiş etdirən bu 

müşahidələr sonradan uşaqlıqda sosializasiya zamanı  aşkar olunan cinsi fərqlərlə  və 

tədqiqat davranışının həvəsləndirilmə intensivliyi ilə uzlaşır. 

Uşaqların sosializasiyası prosesində valideyn davranışı ilə bağlı araşdırmalar cinsi 

mənsubiyyətə görə fərqləndirməni nümayiş etdirir: dünyanı tanımaq üçün oğlana qızdan 

daha çox azadlıq verilir. Ənənəvi Azərbaycan ailəsi buna parlaq nümunədir. Müəyyən 

qadın obrazları  və stereotipləri Azərbaycan xalqının və onun mədəniyyətinin markörü 

kimi qızın  ənənvi, etik dəyər və  rəmzlər daşıyıcısı olduğunu təsdiq edir və qender 

rolunun dəqiq sərhədlərini cızır. Oyun zamanı  qızlar anaya daha yaxın olur; onlara 

evdən müstəqil surətdə uzağa getmək və gəzmək üçün daha seyrək icazə verilir; evdə 

qız həmişə ananı ardınca gedirsə, bu rəğbətlə qarşılanır; qızın aktivliyi daha ciddi 

nəzarətdə saxlanılır. Evlə bağlı  vəzifələrin oğlan və  qız arasında fərqli bölümü də 

oğlanın hərəkət azadlığının qızdan fərqlənməsini  əks etdirərək, ona evdən kənardakı 

işlərin tapşırılması ilə  əlaqədardır; qız isə evin içindəki işlərlə – ev yığışdırmaq, 

təsərrüfatda kömək etmək, uşaqlara baxmaq kimi ev mühitinin əhəmiyyətini nəzərə 

çarpdıran işləri yerinə yetirməli olur. Çodorou (Chodorrow, 1984)  təsdiq edir ki, qızın və 

oğlanın uşaqlıqlarının keçdiyi sosial kontekst arasındakı  fərq bir çox psixoloji cinsi 

fərqlərin, o cümlədən kişinin daha fərdi, onun üstünlüyünü xüsusi qeyd edən 

aktivliyindən fərqli olaraq, qadının sosial şəbəkəyə daha yaxından qoşulmasını  əks 

etdirən səbəbə çevrilir. 

Standart  şəraitdə valideyn və  uşaqlar arasında baş verən qarşılıqlı  əlaqəyə dair 

sistematik tədqiqatlara müraciət etsək, valideynin müxtəlif cinsli uşaqlara münasibətinin 

fərqli olmasının isbatını aşkar edə bilərik. Tədqiqatların birində ata və anaların ayrılıqda 

təlim davranışı müşahidə olunaraq və müstəqil  şəkildə qiymətləndirilərək videoya 

çəkilmişdi. Ataların davranışında fərqləndirmə analardakından daha güclü idi. Bu nəticə 

atanın ana ilə müqayisədə  uşaqlardan cinsinə müvafiq davranış  tələb edərək onlara 

daha çox təzyiq göstərməsinin nümayişi ilə üst-üstə düşür. Oğlu ilə  təlim keçən ata 

onun üçün daha yüksək standartlar qoyur, təpşırıqların koqnitiv elementlərinə diqqət 

yetirir və nailiyyətlərə daha böyük əhəmiyyət verir. Qızını öyrədən ata daha çox təlim 

şəraitinin  şəxslərarası aspektlərinə – həvəsləndirməyə, dəstəklənməyə, zarafatlara, 

oyuna və müdafiəyə diqqət yetirir. Deyin (Day, 1995) gətirdiyi məlumat göstərir ki, 

böyüklərin təlim davranışı cinsi əlamətə görə analoji fərqləndirmə strukturuna malikdir. 

Üzərində  sınaq keçirilən ikiyaşlıların cinsi barədə ehtimal ilə  əlaqədar eksperiment 

keçirilmişdi. Böyüklər, xüsusən də kişilər ehtimal edilən oğlanların davranışını daha 

məqsədyönlü  əsaslandırır və tapşırıqları yerinə yetirərkən onlardan ehtimal olunan 

qızlardan daha artıq müvəffəqiyyət gözləyirdi. Ehtimal olunan qızlar isə daha çox tərif və 

dəstək qazandılar. Bütövlükdə həmin nəticə böyüklərin, xüsusən də atanın oğlu ilə daha 




instrumental, tapşırığa istiqamətlənən, onun üstünlüyünü nəzərə çarpdıran üsullarla 

rəftar etməsini, qızları ilə isə daha ekspressiv, nailiyyətə az istiqamətlənən, asılılığı 

möhkəmləndirən üsullarla  rəftar etməsini göstərir. 

Qızlarla təlim keçərkən nailiyyətlərə  və üstünlüyə daha az fikir verən təkcə atalar 

deyil – analar da özünü bu cür aparır. Müşahidələrə  əsasən, qız anaları onların 

köməyinə ehtiyac duyulmursa belə, problemlərin həllində övladına oğlan analarından 

daha tez-tez yardım edir. Analar yardımla bağlı qızın xahişinə oğlanın xahişindən daha 

müsbət emosiyalarla reaksiya verir və frustrasiyaya səbəb olan həyəcanla bağlı  qızı 

fiziki cəhətdən daha tez-tez əzizləyir. Ola bilsin ki, valideynlər qızın müstəqil uğurlarına 

lazımınca diqqət yetirmir; amma o da mümkündür ki, qızın nailiyyətə istiqamətlənən 

cəhdini qiymətdən salırlar. Ailədaxili ünsiyyət nümunələrini araşdırarkən, Qrif (Greif, 

1999) valideynlərin söhbət zamanı qızın sözünü oğlandan daha tez-tez, ailə üzvlərinin 

isə atadan daha çox ananın sözünü kəsməsini aşkar etdi. Əgər söhbət zamanı qadının 

sözünü kəsirlərsə, bu – qadının daha az hörmətə və əhəmiyyətə malik olması ilə bağlı 

fikri ötürən gizli xəbərdarlıq rolunu oynaya bilər. Bu cür gizli xəbərdarlıq qadında 

özünəinamın və özünəqiymətin formalaşmasına neqativ təsir edə bilər. Belə demək olar 

ki, qender sosializasiyası qıza «kök», oğlana isə «qanad» verir. 

Uşaqlar cinsi-rol davranış modelini iki yolla öyrənir: başqa uşaqların özünü necə 

aparmasını müşahidə etməklə – belə növ təlim  dolayı öyrətmə adlanır. Ya da eyni 

cinsdən olan valideynə özünü bənzətməklə – bu növ təlimi isə psixoloqlar imitasiya 



yolu  ilə öyrətmə yaxud modelləşmə  adlandırır. Uşağın öz qender eyniliyini dərk 

etməsi həmçinin ona müəyyən münasibət nəzərdə tutur. Buraya cinsi-rol oriyentasiyası 

və cinsi-rol üstünlüyü aiddir. Cinsi-rol oriyentasiyası – ondakı keyfiyyətlərin kişi və 

qadın rollarının tələblərinə və gözləmələrinə nə dərəcədə uyğun olduğu barədə uşağın 

təsəvvürləridir. Cinsi-rol üstünlüyündə arzuolunan cinsi eynilik əks olunur. Bu, adətən 

«sən kim olmaq istərdin – oğlan yoxsa qız?» tipli sualla aşkar edilir. Nəticədə  uşaqlar 

böyüyüyəndən sonra öz həyatlarını cinsi-rol gözləmələrinə uyğun qurur. Bu cür davranış 

gözləmələrindən də kişi və qadının «qender rolu» formalaşır. Sosial öyrətmə 

nəzəriyyəsinə  əsasən,  şəxsiyyətin davranışı mühüm dərəcədə xarici mühitdəki pozitiv 

yaxud neqativ əsaslarla formalaşır. Bu nəzəriyyənin  nümayəndələrindən biri, amerikan 

alimi Berres Frederik Skinner hesab edir ki, cinsi-rol davranışının inkişafında hər  şey 

uşağın özünü bənzətməyə çalışdığı valideyn modelindən və  uşağın davranışına 

valideynlərin verdiyi əsaslandırmadan asılıdır; yəni cinsə uyğun davranış üçün – müsbət 

əsaslandırma,  əks davranış üçün – mənfi. Öyrətmənin başlıca prinsipi – müşahidə, 

mükafatlandırma, cəza vasitəsi ilə, birbaşa və dolayı  əsaslandırma yolu ilə 

fərqləndirmədir. Ailədə mükafatlandırma funksiyasının yerinə yetirilməsi müvafiq 

davranışın inkişaf etməsinin  əsas səbəbi rolunu oynaya bilər: adətən  o adama 

bənzəməyə çalışırlar ki, onun əlində hakimiyyət olsun. Müəyyən modelə bənzətməni hər 

bir konkret uşaqda möhkəmləndirmək məcbur deyil, başqa bir uşağın bu yaxud digər 

davranışının həvəsləndirilməsini görmək ona bəs olur. 

Müəllimlərin, anaların, ataların, dostların yeniyetmə özünüqiymətləndirməsinə 

təsirini müəyyən etmək məqsədi güdən araşdırmada 3 yaş qrupuna bölünmüş (orta yaş 

–  13,4;  15,5;  17,5 yaş) 399 yeniyetmə müayinədən keçirildi. Maraqlıdır ki, əhəmiyyəti 

olan başqalarının  yeniyetmə özünüqiymətinə  təsiri  yaş artdıqca azalır.  İlkin və sonrakı 

yeniyetmə dövrü arasında ana və atanın təsiri bir qədər artır, lakin əhəmiyyəti olan 

başqalarının ümumi təsiri azalır. Oğlanlar üçün atanın təsiri və fikri daha əhəmiyyətli 

olur. Əhəmiyyəti olan başqalarının qızların özünəqiymətləndirməsinə təsiri yaş artdıqca 



güclənir.  İlkin və sonrakı yeniyetmə dövrü arasında müəllimlərin və atanın təsiri bir 

qədər azalır. Lakin ananın və dostların təsiri o qədər güclənir ki, bütövlükdə digər 

əhəmiyyəti olanların təsiri artır. Qızlar üçün həm ananın, həm də dostların təsiri və fikri 

daha böyük əhəmiyyət kəsb edir, çünki onlarla münasibət daha yaxın olur. Sonrakı 




yeniyetmə dövründə  qızların özünüqiymətinə  ən böyük təsiri dostlar, oğlanların  

özünəqiymətinə isə – ata göstərir. 

Beləliklə, valideynlər və yeniyetmə arasındakı münasibətin keyfiyyəti sonuncunun 

özünəqiymətinə güclü təsir göstərir. Anası ilə yaxın olan yeniyetmə  qızlar özünü 

arxayın, ağıllı, düşüncəli və müstəqil hiss edir. Belə yaxınlıqdan məhrum olanlar isə 

özündə neqativ keyfiyyətlər – iztirablılıq, impulsivlik, küskünlük və  nəzakətsizlik görür. 

Bu nəticələr göstərir ki, Mən-konsepsiyaya ana ilə eyniləşmə  dərəcəsi təsir göstərir. 

Valideynlərdən biri ilə sıx şəkildə eyniləşən qız və oğlanlar ona oxşamağa çalışır, ondan 

nümunə götürür. Lakin əgər ana cinsi rolların bərabərliyinə arxayındırsa və müstəqilliyi, 

özünəarxayınlığı və xarici nəzarətdən azad olmanı qızı üçün ideal keyfiyyət sayırsa, bir 

qayda olaraq, qız bu fikirlərə  həmrəy olur və onda müsbət Mən obrazı formalaşır. 

Böyüdükdən sonra belə  qızlar siyasi və sosial fəallıq göstərir,  şəxsi müstəqilliyi və 

humanist prinsipləri yüksək qiymətləndirir. 

Qeyd etmək lazımdır ki, qızlarda özünəqiymətin formalaşması prosesi bəzi 

xüsusiyyətləri ilə seçilir, çünki valideynlər oğlanla müqayisədə yeniyetmə  qızın 

azadlığını daha çox məhdudlaşdırır. 

Yeniyetmə qız və oğlanların ilkin yeniyetmə yaşında başlanan və gənclik dövrünün 

sonuna qədər davam edən lonqitüd tədqiqi  yeniyetmə  oğlanlarda yaş artdıqca 

özünəqiymətin yüksəlməsi, qızlarda isə – azalması meylini aşkar etdi. Müəlliflər bunu 

ilkin yeniyetmə yaşda qızlarda oğlanlarla müqayisədə daha aşağı özünəqiymətin olması 

və bunun gənclik dövrünün sonuna güclənməsi ilə izah edirlər.  Məktəbdə oxumaq 

əvvəlki kimi oğlanlarda xüsusən də ixtisas seçimi və ona hazırlıqla bağlı eyniliyinin 

inkişaf etməsinə  təsir göstərir. Yeniyetmə  qızlar stereotip mədəni gözləmələrlə  və 

müəyyən sosial «yarlık»larla qarşılaşır. Bu – narahatlıq hissinin yaranmasına  və 

özünəqiymətin azalmasına səbəb olur. Qadın rolu ilə bağlı qeyri-ənənəvi yanaşmalara 

üstünlük verən yeniyetmə  qızlar öz eyniliyini ənənəvi dünyagörüşünə malik qızlarla 

müqayisədə daha dəqiq hiss edir. Onlar pozitiv psixoloji inkişaf nümayiş etdirir ki, 

E.Erikson bunu psixi sağlamlıq üçün vacib şərt sayırdı. 8-10-cu siniflərdə oxuyan qızlar 

yeniyetmə  oğlanlardın daha çox depressiv vəziyyətə düşür. Yeniyetmə  oğlanlar 

arasında suiqəsd halları yeniyetmə qızlar arasında olduğundan yüksəkdir. Amma qızlar 



özünəqəsd cəhdinə daha tez-tez əl atırlar.  Belə bir paradoks hər  şeydən qabaq 

özünəqəsd metodunun seçimi ilə bağlıdır. Oğlanlar daha çox soyuq silahdan istifadə 

edir, yaxud özünü asır. Qızlar isə daha çox «yüngül» vasitələrə əl atır: həddindən artıq 

tibb preparatı, daha çox yuxu dərmanı qəbul edir, sirkə turşusu içir, mil arteriyasını kəsir 

– yəni onlar həyata  əlvida deməkdən daha çox yardım qışqırtısına  əl atır. Belə ki, 

amerikan psixoloqu Gelmanın  1994-cü ildə apardığı araşdırmalar hər 300 suiqəsd 

cəhdindən yalnız birinin «uğurla» sona çatdığını, yəni ölümlə nəticələndiyini göstərdi. 

Yeniyetmə  qızlar arasında depressiyanın daha çox olması  və daha çox suiqəsd 

cəhdi nə ilə bağlıdır? Bir çox araşdırmalar qender amili ilə (qadın statusunun müəyyən 

olunmasındakı ziddiyyətlər, cəmiyyətin qadına təklif etdiyi ənənəvi rol, ənənəvi 

quruluşun həddini aşmaq arzusu, arvad və ana rolu yaxud karyera seçimi) əlaqənin 

olduğunu göstərir. Ənənəvi cəmiyyət çox vaxt «qadın dəyərləri»nin passiv şəkildə qəbul 

edilməsini diqtə edir və bu da yeniyetmə  qızın eynilik və özünüanlam cəhdi yolunda 

gələcək ixtisas fəaliyyəti ilə bağlı ciddi münaqişə hissi keçirməsinə səbəb olur. Bundan 

başqa, stress vəziyyətində  qızlar cəmiyyətin impulsiv və  təcavüzkar hərəkət etməsinə 

icazə verən oğlanlardan fərqli olaraq daxili sarsıntıya və özünün emosional vəziyyətini 

biruzə verməməyə meyillidir; lakin bu amili də risk amili kimi qeydə almaq olar. 

Unutmaq olmaz ki, qender-rol sosializasiyası insanın bütün həyatı boyu davam 

edən bir prosesdir; o, dəyişən şəraiti və yeni təcrübəni əks etdirir. Həyatboyu qenderin 

quruluşu üçün həmin mədəniyyətdə kişiliklə  və qadınlıqla  əlaqələndirilən bütün sistem 

material rolunu oynayır. Uşaq cəmiyyətin bu yaxud digər cinsə müvafiq kimi 

qiymətləndirdiyi davranış barədə müəllimlər, başqa uşaqlar, başqa uşaqların 



valideynləri, oyuncaqlar və televiziya kimi bütün bu mənbələrdən məlumat alır. 

Uşaqların informasiyanı  hər iki qender nümayəndələrindən almasına baxmayaraq, 

tədqiqatlar göstərir ki, onlar davranışda məhz öz qenderinə müvafiq gələn modelləri 

qəbul etməyə meyillidir.  

Bəzi ailədənkənar qender-rol sosializasiyası  mənbələrini nəzərinizə çatdırmaq 

istərdik. 

 

1. Uşaq ədəbiyyatı 

Eksperiment təsdiq edir ki, məzmununda cinsi stereotipləşmənin izləndiyi kitabların 

oxunması  uşaq oyunlarında cinsi-tipik davranışın güclənməsinə  səbəb olur. Lakin bu 

yaxınlarda aparılan araşdırmalar  1980-ci ildən sonra çap olunmuş kitablarda qender 

təsvirinin lazımi qədər dəyişdiyini göstərsə də, kitabxanalar hələ də həmin dövrə qədər 

çapdan çıxmış kitablarla doludur. Tədqiqatların nəticəsinə  əsasən, qadın cinsinə 

mənsub personajlar arasında ailə  təsərrüfatına aid əşyalarla təsvir olunanların sayı 

daha çox olsa da, bu nisbət 50 ildir ki, dəyişməmiş qalır. Kişilər çox zaman əlində əmək 

vasitələri ilə, rəhbər rolunda və s. təsvir edilir. 

 

2. Oyuncaqlar 

Ehtimal var ki, differensial sosializasiya  prosesində valideynlərin qıza və  oğlana 

təklif etdiyi uşaq oyuncaqlarının rolu böyükdür. Tədqiqatlara görə, oyuncaqlar və 

oyunlar qıza ana olmaq və ailə  təsərrüfatını apara bilməklə bağlı  fəaliyyət növündə 

təcrübə keçməyə, ünsiyyətdə olmağı və əməkdaşlıq etməyi bacarmaqda köməklik edir. 

Oğlanları isə ixtiraçılığa, ətraf mühitin dəyişdirilməsinə istiqamətləndirir; sonralar məkan 

və riyazi qabiliyyətin  əsasına çevriləcək vərdişləri inkişaf etdirməyə kömək edir; 

müstəqilliyi, yarış  və lider davranışını  həvəsləndirir. Bir sıra araşdırmalar göstərir ki, 

oğlanlar üçün qızlardan daha müxtəlif oyuncaqlar alınır və valideynin qıza və  oğlana 

təklif etdiyi oyuncaqlar tamamilə bir-birindən fərqlənir. Oğlan oyuncaqları  qız 

oyuncaqlarından daha çox  ixtiraçılıq qabiliyyətini, aşkar etmək, müxtəlif  əşyalarla 

təmasda olmaq və maddi aləmlə  şəksiz qayıdış  əlaqəsində olmaq imkanı verir. 

Məsələn, Sprafkinin (Sprafkin, 1983) məlumatına görə,  kubik və ya konstruktor kimi 

oğlanların  ənənəvi olaraq üstün tutduğu oyuncaqlar uşaqda vizual-məkan vərdişləri 

inkişaf etdirir və buna görə də oğlanlar qızlardan daha böyük həvəslə kompüter oyunları 

oynayır. Digər tərəfdən, adətən qız oyuncaqları belədir ki, qızlar oyun zamanı özünü 

daha çox böyüklərə  bənzədir, tərbiyəçiyə daha yaxın yerdə oynayır və  rəngarəng və 

yenilikçi fəaliyyət üçün daha az imkana malik olur. Oğlanların və  qızların üstünlük 

verdiyi oyuncaq növləri arasındakı  fərq çoxsaylı  tədqiqatlarda qeydə alınmışdır. Lakin 

oğlan və  qızların üstünlük verdiyi oyuncaqlardakı  fərqin onların inkişafına hansı  təsir 

göstərdiyini alimlər bu yaxınlarda öyrənməyə başlamışlar. Müxtəlif xarakteristikalı 

oyuncaqlardan istifadədəki seçim ona səbəb olur ki, oğlan və qızlar oyun sahəsində və 

problemlərin həllində ayrı-ayrı  təcrübəyə malik olur, belə  təcrübə isə sonrakı koqnitiv 

inkişafla bağlı olacaqdır. Dükana daxil olarkən siz görəcəksiniz ki, oyuncaqların 

əksəriyyəti konkret olaraq ya qız, ya da oğlanlar üçün nəzərdə tutulub. Qız oyuncaqları 

adətən əlvan yaxud çəhrayı rənglərdə yerinə yetirilib və mənasına görə onlar ya özünə 

qulluq (oyuncaq kosmetikası), ya uşağa qulluq, yaxud da ev işləri ilə bağlıdır. Oğlan 

oyuncaqları daha çox tikinti ilə (müxtəlif konstruktorlar) yaxud aktiv fəaliyyətlə (idman 

avadanlığı, silah, nəqliyyat vasitələri) bağlıdır. Oyuncağın qender mənsubiyyətini çox 

zaman onun adında yaxud qutusunda görmək olur. Statistikaya əsasən, böyüklər körpə 

uşaqlara daha çox onun cinsi üçün tipik olan oyuncaqlar alır. Qenderə müvafiq 

oyuncaqlarla oyun zamanı uşaq nəinki ənənəvi cinsi rolu mənimsəyir, həm də müəyyən 

vərdişlərə yiyələnir. 

Ehtimal etmək olar ki, bu – qızların və oğlanların müxtəlif oyuncaqları sevməsi və 

buna görə  də  məhz həmin oyuncaqları almağı xahiş etmələrinin nəticəsidir. Bəs bu 




yaxud digər oyuncağa verilən üstünlük «təbii»dirmi, yoxsa sosial mühit tərəfindənmi 

yaradılır? Bununla bağlı bir neçə fərziyyə vardır. Skar və Makkartni (Scar & McCertney, 

1993) ehtimal edir ki, qızlar və  oğlanlar elə anadangəlmə müxtəlif meyillərə malik olur 

və buna görə  də vaxt keçdikcə müxtəlif oyuncaqlara meyil göstərirlər; böyüklərin 

differensial sosializasiyaya aid etdiyimiz hərəkətləri isə  həmin «təbii» fərqlərə 

reaksiyadan başqa bir şey deyildir. Onlar bu tezisi genotipə  səbəb olan – ətraf 



mühitin reaksiyası (evocate genotype – environment effekt) adlandırmışlar. Təəssüflər 

olsun ki, biz uşağın onun cinsi üçün tipik olan oyunjaqlara üstünlük verəcəyi vaxtda 

differensial sosializasiyanın müəyyən dərəcədə artıq baş verdiyini istisna edə bilmərik. 

Bir sıra tədqiqatlar göstərir ki, oyuncaqla bağlı  uşaq meyillərini böyüklər formalaşdırır. 

Məsələn, Sidoroviç və Lanninin (Sidorovich & Lunney, 1990) tədqiqatında üzərində 

sınaq keçirənlər  11-aylıq uşaqla ünsiyyətdə oldular. İştirakçıları  təsadüfən üç qrupa 

böldülər. Bir qrupa dedilər ki, uşaq qızdır; o birinə isə – oğlandır; üçüncüsünə  uşağın 

qenderi barədə ümumiyyətlə heç bir söz deyilmədi. Uşaqla ünsiyyətdə olan böyüyün 

əlində üç oyuncaq vardı: rezin top, gəlincik və çeynəmək üçün  halqa. Əgər 

davranışındakı  fərqə  əsaslanaraq, biz uşaqlara başqa-başqa oyuncaq versəydik, 

gözləmək olardı ki, imtahan edilənlər oyuncağı körpənin real meylindən çıxış edərək 

seçəcəklər. Nəticədə real cins praktiki olaraq sınananların seçiminə təsir etmədi; qender 

işarəsi barəsində isə bunu söyləmək olmaz. Qarşısındakının oğlan olduğunu düşünən 

qrupdakı 50% kişi və 80% qadın futbol topunu seçdi. Uşağıq qız kimi təqdim olunduğu 

qrupdan 72% qadın və 89% kişi gəlinjiyi seçdi. Həmin qrupdan olan yalnız 28% qadın 

«qız»a top təklif etdi; kişilərin isə heç biri bunu etmədi.  

Bizlərdən hər birimiz uşağın cinsinə aid olmayan oyun oynadığı zaman valideynin 

buna qarşı neqativ reaksiyasını görmüşük. Yapon psixoloqlarının araşdırmaları da 

təsdiq edir ki, valideyn övladına oyuncağı onun qenderinə  əsaslanaraq seçir və 

oyuncağın qender işarəsini dəyişdirməklə  uşağın  seçiminə  təsir göstərmək 

mümkündür. 

 

3. Kütləvi informasiya vasitələri 

Qender-rol sosializasiyasında kütləvi informasiya vasitələri mühüm rol oynayır, axı 

onlar müntəzəm olaraq bizə stereotip qadın və kişi obrazları nümayiş etdirir. O 

cümlədən də televiziya nəinki status qvo əks etdirir, həm də mövcud meyilləri bir neçə 

dəfə böyüdür; televiziyadakı obrazlar real görsənir, insanlar isə televiziyadan geniş 

istifadə edir və onların seçim imkanı var. Tanınmış bixeyviorist Albert Bandura 

televiziyanın təqlid üçün rol modelləri mənbəyi olaraq valideynlərlə  və müəllimlərlə 

rəqabətə girə biləcəyi ideyasını irəli sürmüşdü. 

Vandeberq və Ştrekfuss (VandeBerg & Streckfuss, 1992) ən əlverişli efir vaxtı üç 

ən iri Amerika kanalından birində iki həftə  ərzində translyasiya edilən  116 televiziya 

proqramını təhlil etmişdi. Onların hesablamasına görə, həmin proqramların heç birində 

kişi və qadın rollarının nisbəti 2:1 (yəni 65% kişi və 35% qadın) ötməmişdi.  İşləyən 

qadınlar qərar qəbul edən, korporasiyada bazar siyasətini təsdiq edən, sosial və iqtisadi 

cəhətdən nəticəli iş yerinə yetirən  rollarda çox seyrək təsvir olunur. Bundan başqa 

tədqiqatçılar qeyd edir ki,  yüksək səviyyəli rəhbər vəzifə tutan televiziya 

qəhrəmanlarına həmin kreslo bir qayda olaraq ərindən yaxud qohumlarından miras 

qalır. Baxmayaraq ki, kişilər ekranda daha tez-tez görünür və qadınlarla müqayisədə 

onlar daha güclü şəxsiyyət kimi təqdim edilir, kişi obrazlarına hələ çox şey çatışmır. 

Vandeberq və  Ştrekfuss göstərir ki, kişilər çox zaman sərt, eqosentrik, rəqabətə  və 

təcavüzə meyilli təsvir olunur. Nəhayət, qadınları həssas və qəlbi açıq göstərərək, mənfi 

personajları kişi cinsinə aid etməyi üstün tuturlar.  

Tavrisin (Tavris, 1992) dediyiniə görə, televiziya verilişlərinin Brett Silverstayn 

(Silverstein) tərəfindən 80-ji illərin sonlarında aparılmış  təhlili göstərir ki, televiziyada 

arıq qadınların sayı 69%, arıq kişilərin isə  17,5%-dir. Devis (Davis, 1991) belə bir fikir 



söyləyirdi ki, bu deyilənlərdən bütün proqramlarda iştirakçı yox, daha çox bəzək rolunu 

ifa edən javan və  cəlbedici qadın portreti yaranır. Devis bu nəticəyə  gəlir ki, bu cür 

televiziya obrazı bizə qadının gənc və  həmin mədəniyyətdə gözəllik və qadınlıq 

haqqında qəbul edilmiş təsəvvürlərə cavab verdiyi zaman qiymətləndirildiyi fikrini təlqin 

edir. 

Televiziyada göstərilən reklam roliklərinin kontent təhlili göstərdi ki, onların 



yaradıcıları da kişi və qadınları  təsvir edərkən cinsi stereotiplərdən geniş istifadə edir. 

Bu cür tədqiqatlarda (Bretl & Cantor, 1988; Lovdal, 1989) araşdırıldı ki, reklamdakı 

amiranə səs adətən kişiyə məxsus olur; qadınların iştirak etdiyi roliklərin əksəriyyəti ev 

üçün mallar reklam edir; kişilər üçün reklam rolikində məşğələ diapozonu qadınlar üçün 

olduğundan üç dəfə genişdir. Bretl və Kantor hesablamışlar ki, orta amerikalı  həftə 

ərzində təxminən 714 reklam rolikinə baxır. Pivə reklamını tam əhatəli təhlil edən Streyt 

(Strate,  1992) bu nəticəyə  gəldi ki, belə roliklər  əsil kişi olmaq üçün nə etməyin lazım 

gəldiyini (o cümlədən pivə içməyin)  göstərərək ənənəvi kişilik obrazını istismar edir. 

Kimbalın (Kimball, 1986) araşdırmalarına əsasən, televizoru seyr edən uşaqlarda 

bunu etməyənlərlə müqayisədə qender normaları üçün tipik olan daha çox attitüdlər 

yaranır. Bir sıra başqa tədqiqatlarda (Cobb et al., 1982: Mc.Ghee 7 Frueh, 1980: 

Steeves,  1987) insanın qender stereotipləri hopmuş kütləvi informasiya vasitələrinin 

təsirinə  məruz qalması ilə onda stereotip dərketmə, attitüd və davranış modelləri 

meydana gəlməsi arasında müsbət korrelyasiya aşkar olunur. Əlbəttə ki, söhbət iki 

hadisə arasındakı  əlaqədən gedir və bu halda nəticənin səbəb olması [tədqiqatçılar 

bunu  istiqamət problemi (directioality problem)]  istisna edilmir. Başqa sözlə desək,  

stereotip attitüdlü insanlar həm də qender stereotipləri təbliğ edən proqramlara üstünlük 

verəcək. Ola bilər ki, belə verilişləri seyr etməyə valideynlərin icazə verdiyi uşaqlar 

qender stereotiplərinin təsirinə valideynləri bu icazəni vermədiyi uşaqlardan  daha çox 

düşsün; özü də televiziyanın təsiri ilə yox, valideyn münasibətinin nəticəsi olaraq 

(tədqiqatçılar bunu üçüncü dəyişən problem adlandırırlar). 

Olduqja bacarıqla aparılan bir tədqiqat (Cobb et.al., 1982) televiziya modellərinin 

balaca uşaqların oyuncaq seçiminə  təsir edə bilməsi barədə  fərziyyəyə  dəstək verən 

faktlar aşkar etdi. Bu sınaqda 4 yaşdan 6 yaşa qədər uşaq iştirak etmiş və onların hər 

birinə qəhrəmanları təsadüfi seçilmiş «Sezam küçəsi» multserialından kuklalar olan üç 

videoyazıdan biri göstərilmişdi. Hər üç film teleekranda həm oğlanların, həm də qızların 

oynadığı oyuncaqlar nümayiş etdirilən fraqmentdən başlayırdı. Sonra sücetə görə oğlan 

kukla və qız kukla həmin oyuncaqların hansı cinsə daha çox uyğun olduğunu müzakirə 

edirdi. Filmin birinci versiyasında kuklalar həmin oyuncaqların «oğlanlar üçün» olmasını, 

ikinci versiyada – eyni dərəcədə qızlara da uyğun olmasına sübut gətirirdi. 20-dəqiqəlik 

filmə baxdıqdan sonra uşaqları iki oyuncaq dəstinin olduğu otaqda qoydular: bir dəst – 

filmdə göstərilən, ikinci isə birincidən fərqli olaraq uşaqlar arasında daha az populyar 

olan və başqa tədqiqatda neytral-qender kimi qiymətləndirilən idi. Həm qızlar, həm də 

oğlanlar sınaq oyuncaqları ilə yox, daha çox filmdə onların cinsinə aid olan kimi təqdim 

edilmiş – testdəki oyuncaqlarla oynadılar. Və əksinə, əgər test oyuncaqları filmdə digər 

cinsə aid kimi təqdim olunmuşdusa, uşaqlar vaxtın çoxunu daha az populyar olsa da, 

sınaq oyuncaqları ilə keçirdilər. Bir sözlə desək, alınmış nəticə onu göstərir ki, qenderə 

aid olan oyuncaq seçimini oyuncağın bu yaxud digər cinsə  mənsubluğunu göstərən 

televiziya modelləri vasitəsi ilə yaratmaq mümkündür. Tədqiqatçıların yalnız qender 

neytrallığının qabaqcadan eksperiment yolu ilə sübut edildiyi oyuncaq dəsti ilə 

məhdudlaşdığı  və  hər üç halda eyni oyuncaqlardan istifadə etdiyi üçün videofilmə 

baxandan sonra oyuncaq seçiminin tamamilə televiziya modellərinin xidməti olduğuna 

inanmağa haqqımız var. 

 

4. Məktəb və müəllimlər 




Əgər ailənin sosiallaşma modelində cinslə  əlaqəsi olan fərqlər müəllimin 

davranışında təkrar olunursa, kişi və qadın davranışının həmin cins üçün tipik olan 

formaları daha böyük dəstəyə alır. Uşaq bağçasındakı tərbiyəçilərin davranışı üzərində 

aparılan müşahidə göstərir ki, qızlarla müqayisədə  oğlanlara həm müsbət, həm də 

mənfi mənada daha çox diqqət yetirilir (Serbin, O`leary, Kent, Tonick, 1993). Serbin və 

həmkarları  həmçinin tərbiyəçilərin oğlan və  qızların suallarına verdiyi cavablarda da 

fərqin olduğunu aşkar etdilər: tərbiyəçilər nəinki oğlanlara daha çox, həm də daha 

gərəkli cavablar verir, onlara daha dəqiq informasiya çatdırırdılar. Bu tədqiqatın 

nəticələri müəllimlərin müxtəlif cinsli şagirdlərə münasibətdə daavranışının seçildiyinə 

dair başqa araşdırmalarla üst-üstə düşür: müşahidələr göstərir ki, müəllimlər oğlanlarla 

daha çox qarşılıqlı  təsirdə olur, oğlanlara qarşı daha müsbət reaksiya verir və  tənqidi 

göstərişləri isə daha çox qızlara ünvanlayırlar. Hətta universitet səviyyəsində belə tələbə 

oğlanlarla müqayisədə  tələbə  qızların koqnitiv nailiyyətinə daha zəif dəstək verilməsi 

qeydə alınmışdır. Tələbə  və müəllimlər arasında aparılmış geniş anket araşdırmaları 

göstərir ki, tələbə  qızların intellektual meyilləri müəllim tərəfindən daha az ciddiliklə 

qarşılanır. Qadınların ali məktəblərdən daha çox getməsinin səbəblərindən biri də 

onların intellektual fəaliyyətinə  dəstəyin olmaması  və  mənfi münasibətin zərərli təsiri 

sayıla bilər ki,  artıq vərdişə çevrilmiş  və təhsil sisteminin bütün səviyyələrində – uşaq 

bağçasından kollec yaxud universitet qurtarana kimi aşkar izlənilir. 

Ev, laboratoriya və  tədris  şəraitində  əldə olunmuş bu nəticə  qızların – hətta uğur 

qazanmaq üçün yüksək motivi olan qızların da – səyinin onların yaşıdı olan oğlanlardan 

daha az həvəsləndirilməsini təsdiq edir. Problemlərin həlli zamanı özünəinamın, Mən-

konsepsiyasının davranış  səviyyələrində qender fərqinin mövcudluğunun səbəbi evdə 

yaxud məktəbdə qazanılmış  və çox zaman qadında ümidsizlik və  səyinə qiymət 

verilməməsi hissi yaradan  həmin təcrübə sayıla bilər.  

Cinsi rola uyğun gələn  ənənəvi davranış növlərinin və qender fərqlərinin 

möhkəmlənməsinə təkcə müəllimin spesifik davranışı yox, həmçinin daha geniş məktəb 

konteksti təsir göstərir. Məktəb və xüsusən də universitet sistemində daha nüfuzlu 

vəzifələri kişilər tutur; qadın cinsinə  mənsub müəllimlər üçün daha zəif professional 

eyniləşmə səciyyəvidir; məktəbin həyəti, bir qayda olaraq, cinsi seqreqasiyaya təsir edir, 

çünki oğlanlar və  qızlar ayrı-ayrı  fəallıq növlərinə üstünlük verir və sinifdə  vəzifələr 

adətən cinsi mənsubiyyətə görə bölünür. Bundan başqa, oğlanların və  qızların oyun 

meydançasında üstünlük verdiyi oyunlar da cinsi əlamətə görə seçilir və müxtəlif formal 

xarakteristikalara malik olur. 

Lever (Lever, 1986) oyun meydançasında oğlanların və  qızların məşğul olduğu 

oyunların formal xarakteristikasını araşdırarkən aşkar etmişdir ki, qızların oyunu dəqiq 

struktura malikdir, hərəkətlər növbə ilə yerinə yetirilir, bütün prosedurlar dəyişməyən 

qaydalarla nizama salınır; iştirakçıların sayı az olur və qabaqcadan nəzərdə tutulmayan 

strategiyadan seyrək istifadə edilir (hoppan-düş, sinif-sinif və s.). Oğlanların oyunu 

qaydalara tabe olsa da,  burada təşəbbüskarlıq, improvizasiya, nəzərdə tutulmayan 

vəziyyətdən baş aça bilmək bacarığı  rəğbətlə qarşılanır; çox sayda yaşıdların iştirak 

etdiyi komandalar iştirak edir və həm komanda daxilində əməkdaşlıq, həmçinin müxtəlif 

komandalar arasında rəqabət həvəsləndirilir (lapta, hindi oyunu və s.). Gözləmək olar ki, 

cinsi  əlamətə görə seçilən bu oyun fəaliyyəti təcrübəsi həm sosial inkişafa, həm də 

problemin həlli üsullarına mühüm təsir göstərir. 

Müəllimlərin davranışındakı, yaşıdların fəaliyyətindəki və müxtəlif ictimai 

institutlarda müəyyən edilmiş qaydalardakı adları  çəkilən fərqlər qızlar və  oğlanlar 

arasında fərqin mövcudluğunu təsdiq edir və cinsi əlamətə görə ailədə sosializasiyanın 

fərqli nəticələrini möhkəmləndirir. Beləliklə, differensial sosializasiya agentləri şəbəkəsi 

ailə ilə  məhdudlaşmır və bu, uşağın evdən geniş aləmə ayaq basdığı zaman təcrübə 

ardıcıllığını təmin edir. 



Ümumiləşdirərək deyə bilərik ki, sosializasiya evdə  və  məktəbdə cinsi əlamətə 

görə  nəzərə çarpacaq qədər seçilir və  nəticədə  oğlanlara tədqiqat üçün daha böyük 

azadlıq verilir, onların müstəqilliyi, hər  şeyi bilmək istəyi və özünü uğurlarda və digər 

rəqabət  şəraitində  sınaqdan keçirməsi həvəsləndirilir. Bu cür sosializasiya modeli 

oğlanlarda təcrübənin genişlənməsinə  və  fəallığın artmasına səbəb olur. Qızların 

sosializasiya prosesində tədqiqat həvəsləndirilmir, fəallıq dairəsi məhdudlaşdırılır, vurğu 

davranışın düzgün olub-olmamasına qoyulur və jiddi nəzarət həyata keçirilir ki, bu da 

qızların təcrübəsini çərçivəyə salır. Bir çox tədqiqatçılar göstərir ki, təcrübə qazanmaq 

və  ətraf aləmlə qarşılıqlı  əlaqədə olmaq imkanı onların koqnitiv inkişafının dərin 

strukturlarına təsir göstərir. İlkin yaşlarda əsası qoyulan və gələcəkdə koqnitiv inkişafa 

təsir göstərən üç əsas başlanğıcı ayırmaq və həmin başlanğıcları qızlarda və oğlanlarda 

müxtəlif xarakteristikaların formalaşmasına kömək edən sosializasiya sxemləri ilə 

bağlamaq olar. 

Sonrakı koqnitiv inkişafın mühüm dərəcədə asılı olduğu üç başlanğıc 

aşağıdakılardır: 

 

1.  ətraf aləmin onun hərəkətlərinə nejə reaksiya verməsi ilə bağlı uşağın təsəvvürləri



2. uşağın «təbiətlə eksperiment aparmaq» imkanı; 

3. uşağın ziddiyyətli və  təsdiq olunmamış  təcrübəyə reaksiya verərkən istifadə etdiyi 

strategiyalar. 

 



  Ətraf aləmin onun hərəkətlərinə necə reaksiya verməsi ilə bağlı uşağın 

təsəvvürləri 

Göstərilir ki, əlavə münasibətlər təcrübəsinin mühüm koqnitiv nəticəsi vardır. Əlavə 

təsəvvürlərin ümumi inkişaf səviyyəsi ilə, davranışın məqsədyönlülüyü və körpənin 

tədqiqat davranışı ilə bağlılığı  aşkar olunmuşdur.  İnformasiya ilə  əlaqədar istifadə 

olunan iş üsullarının və bununla şərtlənən sabit koqnitiv strukturların müəyyən dərəcədə 

uşağın fiziki və sosial aləmlə mümkün olan münasibətləri sahəsində ilkin təcrübəsindən 

törəmə olduğu üçün uşağın valideynlərlə o qarşılıqlı    hərəkətləri və sonuncuların o 

«formalaşdırıcı» davranışı mühüm əhəmiyyət kəsb edəcəkdir ki, onlar qızların və 

oğlanların müxtəlif təcrübəsi ilə bağlı cinsi fərqlənməsinə səbəb olsun.  

Əvvəllər, cinsi əlamətə görə differensial sosializasiyaya dair ədəbi məlumatı 

ümumiləşdirərkən qeyd etmişdik ki, qızlarla müqayisədə  oğlanlar valideynlərin və 

müəllimlərin daha böyük diqqətinə nail olur: onlara daha çox  fikir verilir; onlara daha 

həssas yanaşılır və onlara daha tez-tez həvəsləndirici yaxud tənqidi göstərişlər edilir. 

Oğlanlar qayıdış əlaqəsi ilə bağlı daha güclü potensiala malik oyuncaqlar alır və ehtimal 

strategiyaların tətbiqini tələb edən oyunlarda iştirak edir. Gözləmək olar ki, oğlanların 

əldə etdiyi mümkün münasibətlərlə bağlı bu ilkin və daha zəngin təcrübə onların hərəkt 

motivinə müsbət təsir edəcək və onlarda aydın məqsədin inkişafına kömək edəcək. 

Bundan başqa, həmin təcrübə oğlanlara öz hərəkəti ilə ətraf mühitdə dəyişiklik yarada 

bilmək bacarığını dərk etməsinə imkan yaradır. Hərəkətin səmərəliliyinin (və səmərəlilik 

hissi) belə tezdən dərk olunması  şəxsi keyfiyyətlərin və koqnitiv əsasların 

formalaşmasına kömək edir ki, sonralar instrumental səriştəlik bundan asılı olur. 

Müəyyən edilmişdir ki, hazırda bizim mədəniyyətimizdə  təcrübədən keçirilən 

sosializasiya üsulunda təsəvvürlər sisteminin inkişafında qızlarla müqayisədə oğlanlara 

daha çox kömək göstərilir və bu da onların üstünlüyünü və instrumental səriştəliliyini 

ehtimal edir, bunu proqnozlaşdırır. Məsələn, altıncı, yeddinci və səkkizinci sinif şagirdləri 

ilə aparılan tədqiqat göstərdi ki, oğlanlarda  qazandığı nailiyyətlərlə  Mən  obrazı 



arasındakı qarşılıqlı asılılıq  qızlarla müqayisədə daha güclü ifadə olunmuşdur və yaş 

artdıqca bu korrelyasiya oğlanlarda güclənir; qızlarda isə zəifləyir. Bu müşahidə oğlanlar 

böyüdükcə  onlara qazanılmış nailiyyətlərlə bağlı ictimai təzyiqin  gücləndiyi  barədə 

fərziyyə ilə uzlaşır.  Eyni zamanda sosial əlaqələr yaratmalı olan qızlara isə yaşıdların 




təzyiqi artır; buna görə  də onların diqqəti təhsildə  uğur qazanmağa yox, cəmiyyətdə 

münasibətlərin müəyyən olunmasına istiqamətlənir. 

 



  «Təbiətlə eksperiment aparmaq» imkanı 

Piace «hər dəfə  uşağa vaxtından qabaq onun özünün öyrənə biləcəyi bir şeyi 

öyrədərkən onu müstəqil kəşf imkanından və  nəticədə  həmin hadisəni tamamilə 

anlamaq imkanından məhrum edirlər» (Piaget, 1970, p. 715) fikrini yadımıza salır. Siqel 

və Kokinq (Sigel, Cocking, 1986) reprezentativ təfəkkürün inkişafı zamanı valideynlərin 

«distansiya seçmək» bacarıqsızlığının hansı  təsirə malik olduğuna diqqət vermişdilər. 

Onlar ehtimal edir ki, «distansiya seçimi»nin düzgünlüyü uşağın problem həllinə aktiv 

cəlb olunmasına kömək edir və  uşağın təcrübə  və gözləməsi arasında onun həmin 

məqamda assimilyasiya edə bilmədiyi ziddiyətin ola biləcəyi ehtimalını artırır. Bu 

ziddiyyətlərin həlli üçün uşaq məsələyə baxımı dəyişdirməli, əvvəlki təsəvvürləri yenidən 

yoxlamalı  və mühakimənin  şəklini dəyişdirməli – yəni yeni koqnitiv struktur inkişaf 

etdirməli olur. 

Bir neçə  tədqiqatda təsdiq edildiyi kimi, uşağın böyüklərə yaxın olması fikrinin 

rəğbətləndiyi sosializasiya praktikasında problemin müstəqil həlli həvəsləndirilmir, çünki 

böyüklər vaxtından tez, yaxud da həddindən çox onlara müdaxilə edir və onda tədqiqat 

fəaliyyəti məhdudlaşır, aktiv oyunlar təşviq edilmir – bu isə  uşaqda koqnitiv inkişafın 

mahiyyətini təşkil edən koqnitiv təsəvvür və  vərdişlərin formalaşmasına mane olur. 

Əvvəl qeyd etmişdik ki, oğlanları  tərbiyə edərkən  hər  şeyə maraq göstərmək meyli, 

müstəqillik və ətraf aləmin tədqiqi – yəni təcrübə üçün gərək olan və Piacenin və digər 

alimlərin koqnitiv strukturun inkişafında  əsas  şərt hesab etdiyi keyfiyyətlər və davranış 

tipləri həvəsləndirilir. Və əksinə, qızın valideynləri üçün daha məhdud vasitələrlə tərbiyə 

(uşağın böyüklərin yanında olması, nəzakətli davranış gözləməsi, ciddi nəzarət və 

problemlərin həllində yardım) daha səciyyəvidir. Buna görə  də  qızların  ətraf mühitlə 

aktiv eksperimentlərdə iştirak etmək, ziddiyyətlə qarşılaşmaq və həll yolu tapmaq cəhdi 

ilə bağlı imkanları azdır. Müəyyən olunmuşdur ki, hazırda bizim mədəniyyətimizdə 

təcrübədən keçirilən sosializasiya üsulunda oğlanlara «icad etmək», «araşdırmaq», 

yaşayacağı «dünyanı dərk etmək» imkanı qızlardan daha çox verilmişdir. 

 



  Ziddiyyətli təcrübəyə koqnitiv reaksiya strategiyası 

Koqnitiv assimilyasiya 

və 


koqnitiv akkomodasiya anlayışları inkişaf 

psixologiyasında geniş tətbiq olunur ki, bu – Piacenin xidməti sayılmalıdır. Assimilyasiya 

prosesində yeni informasiya yaxud təcrübə  əvvəllər mövcud olan koqnitiv strukturlara 

daxil edilir; akkomodasiya prosesində  əvvəlki təsəvvürlərlə üst-üstə düşməyən yeni 

informasiya yaxud təcrübəni özünə daxil edə bilən yeni koqnitiv strukturlar yaranır, 

yaxud mövcud olanlar dəyişir. Piace yeni təcrübəyə uyğunlaşmanın həmişə elə bil ki, bir 

əskinasın iki üzü olan assimilyasiya və akkomodasiyanı eyni vaxtda olmasını  tələb 

etdiyini hesab etsə  də, bu iki koqnitiv strategiya bir-birindən seçilir. Əlbəttə, hər bir 

şəxsiyyət təcrübi nəticələrin hər iki, bir-birini əvəz edən və ayrı-ayrı  şəraitdə müxtəlif 

zaman  ərzində  hərəkətdə olan iş üsulundan istifadə edir. Buna baxmayaraq, 

informasiya üzərindəki işin hansı üsulunun – assimilyasiyanın yaxud akkomodasiyanın 

həmin insan üçün üstün yaxud əsas olmasını araşdırmaq faydalıdır. Assimilyasiya və 

akkomodasiyanı  təkamülün uyğunlaşmış funksiyaları kimi nəzərdən keçirmək olar. 

Assimilyasiya mövcud strukturları konservləşdirir və bunun üçün bəzən kreativ 

üsullardan istitfadə edir, keçmişin və  gələcəyin ardıcıllığını  təmin edir, mədəni və ailə 

ənənələrini və tarixi dəyərləri əbədiləşdirir. Akkomodasiya yeni, bəzən də lazım olmayan 

uyğunlaşma üsullarının yaranmasına səbəb olur və beləliklə sosial yeniliklərə və mədəni 

dəyişikliklərə  təkan verir. Əgər fərd üçün təcrübə  nəticələri ilə bağlı  hər iki iş üsulu 

əlverişlidirsə  və  əgər kontekst nəzərə alınaraq onlara müraciət etmək olarsa, problem 

həllinin səmərəliliyi artır.  Əgər ziddiyyətli informasiya üzərində  işləyərkən real aləmin 




tələblərini nəzərə almadan bu strategiyalardan yalnız birinə arxayın olsaq, bu – koqnitiv 

disfunksiyanın meydana gəlməsinə səbəb olacaq. Yeni təsəvvürlərin əvvəl mövcud olan 

strukturlara «taxılma»sı üçün sərt və dəyişməz metodlardan istifadə dünyaya proyektiv, 

təhrif olunmuş, həddindən artıq bəsitləşmiş, rigid yanaşma yarada bilər. Eyni zamanda 

artıq mövcud olan strukturlardan vaxtı çatmamış imtina və mühakimələrin yenidən təyin 

olunması (yeni mühakimələrin aktiv axtarışı yaxud passiv qəbulu) dünyaya antitarixi, 

fraqmentar, həddindən çox situativ, meyarlara əsaslanmayan yanaşmaya səbəb ola 

bilər.  


Yuxarıda çəkdiyimiz misallar oğlanla müqayisədə  qızın daha strukturlaşmış  və 

direktiv bir aləmdə böyüdüyünü təsdiq edir. Valideyn nəzarəti, tədqiqat fəaliyyətinin 

məhdudluğu, ev işlərinin bölünməsi, valideynlərin yaxınlığında olmaq və problemlərin 

həlli ilə  əlaqədar qıza daha tez-tez (və  bəzən lazımsız) kömək göstərilməsi – bütün 

bunlar qız üçün oğlanlarla müqayisədə daha qanunlaşmış və proqnozlaşdırılmış mühit 

yaradır. Qızın evdən kənardakı dünya ilə qaşılaşması az intensivliyi ilə seçilir və 

oğlanlardan fərqli olaraq nəzarətə daha çox meyillidir. Qızlar üçün daha strukturlaşmış 

dünyanın yaradılmasında onların seçdiyi oyunların daha dəqiq strukturunun olması  və 

oğlanların oyunlarından daha artıq dərəcədə nümunəyə, göstərişə  və qaydalara tabe 

olmaqla bağlıdır. Böyükyaşlı qızların xoşladığı oyunlar da daha çox strukturlaşmışdır və 

oğlanların oyunundan daha az improvizə  tələb edir; oğlanların oynadıqları oyunlarda 

nəzərdə tutulmamış  vəziyyətin öhdəsindən gəlmək və yaranmış  şəraitin 

üstünlüklərindən tez bir zamanda istifadə etmək bacarığı  rəğbətləndirilir. Aşkar 

olunmuşdur ki, nisbətən strukturlaşmış mühit daha az strukturlaşmış mühitlə 

müqayisədə kreativliyin inkişafına az təsir edir, uşaqları yolagedənliyə istiqamətləndirir; 

onları  məsələlərin həllinə daha zəif cəlb etməklə  və qeyri-müəyyənliyə qarşı 

dözülməzliklə bağlıdır. Gözləmək olar ki, qızların və  oğlanların təlim keçdiyi mühitdəki 

sadaladığımız fərqlər insanın gözlədiyi, təsdiqini tapmadığı zaman müraciət etdiyi 

koqnitiv strategiyalara ümumi güclü təsir göstərir. 

Oğlanların və  qızların sosializasiya üsullarının müqayisəsi göstərir ki, qızların 

sosializasiyası zamanı yeni informasiyanın işlənməsi ilə bağlı assimilyativ 

strategiyalardan istifadə daha çox həvəsləndirir; oğlanların sosializasiyasında isə daha 

çox əvvəlki təsəvvürlə üst-üstə düşməyən giriş informasiyasının işlənməsi ilə əlaqədar 

akkomodativ strategiyalardan istifadə olunur. Üstəlik də ehtimal olunur ki, oğlanlarla 

müqayisədə  qızlar koqnitiv assimilyasiyadan koqnitiv akkomodasiyaya daha tədricən 

keçir. Daha çox qızların tərbiyəsi üçün yaradılan, nisbətən strukturlaşmış xarici mühitdə 

sosializasiya zamanı diqqət assimilyasiyaya və  təşvişə  səbəb olan yenilikçi 

akkomodasiyanın boğulmasına yönəldilən cəhdlərin uyğunlaşmış 

mükafatlandırılmasında cəmlənir. Qabaqcadan deyilməsi mümkün olmayan və ad hoc 

(latınca – «bu halda») strategiyasına ehtiyacın yarandığı aləmlə üz-üzə gələn oğlanlar 

öz koqnitiv strukturlarına yenidən baxmalı  və  hətta onların arasında qeyri-effektiv 

olanlardan imtina etməli olur. Gözləmək olar ki, ad hoc ixtiraçı qərarların qəbulu zamanı 

oğlanların qazandığı nailiyyətlər vaxt keçdikcə onların özünəinamını artıracaq və 

strukturların yenidənqurulması ilə bağlı risqə getmək onlar üçün daha asan olacaq. 

Burada hansısa problemin yoluna qoyulmasında qadınların daha konservativ həll 

üsulu seçməsini göstərən tədqiqatların nəticəsini yada salmaq yerinə düşərdi. 

Anlayışların təsnifatı zamanı insanların davranışına dair nəticələrin bəzisi qadınların 

kişilərdən fərqli olaraq daha dar sərhəd cızdığını göstərir. Tədqiqatlar tam aydınlığı ilə 

göstərir ki, qadınlar qaydaların göstərişi yenidən təşkil edərkən yaxud dəyişərkən tələb 

olunan koqnitiv problemlərin həlli zamanı daha aşağı  nəticə nümayiş etdirir. Koqnitiv 

risqlə bağlı olan vəziyyətlərdə davranışın qiymətləndirilməsi göstərir ki, qadınlar irəli 

sürdüyü mühakimədə kişilərdən daha konservativdir. Dostluq münasibətləri modeli ilə 

bağlı olan amilləri aşkar etmək məqsədi ilə tədqiqat aparmış Dak (Duck, 1985) qızlarda 

dostluğun  əsasını psixoloji yönlü bənzərliyin təşkil etməsini, oğlanlarda isə belə 




olmadığını nümayiş etdirmişdi. Qadınlar üçün tanışlığın əhəmiyyətinə və sınaq yollarına 

sübutu Harterin (Harter, 1995) araşdırmasında tapmaq olar: o aşkar etmişdir ki, 

müəyyən vərdişlərə yiyələnən qızlar onlar üzərində, xüsusən də sosial dəstəyin 

mövcudluğu  şəraitində  oğlanlardan daha çox işləməkdə davam edir. Digər tərəfdən, 

oğlanlar həll yolu axtararaq, həll olunmayan problemlərə daha çox vaxt sərf edir. 

Ehtimal edilir ki, yuxarıda təsvir olunan nəticələr (təsnifat zamanı kateqoriyalar 

üçün qadınların daha dar çərçivə müəyyən etməsi; mövcud qaydaları dəyişdirən zaman 

strukturun yenidəntəşkilinə daha az meyilli olması; risqli hərəkətlə bağlı mühakimələrdə 

böyük konservatizm nümayiş etdirməsi; bənzər psixoloji xasiyyəti olan dostlara üstünlük 

verməsi və artıq tanış olan vəzifələri həll etməyi üstün tutması) yeni təcrübə üzərində 

işlə bağlı assimilyativ üsulun xeyrinə şəhadətlik edir. Belə olan surətdə həmin nəticələr 

qadınların kişidərdən daha çox dərəcədə assimilyativ strategiyalara əsaslanması 

ehtimalını  təsdiq edir; kişilər isə problemin həlli vəziyyətində daha çox akkomodativ 

strategiyalardan istifadə edir. 

Beləliklə, cinsi əlamətə görə differensial sosializasiya praktikası kişi və qadınların 

koqnitiv inkişafına çoxcəhətli təsir göstərir. Tanış  və doğma ev mühitindən kənardakı 

böyük aləmlə aktiv təsirlə bağlı  oğlanlara və  qızlara verilən imkanlardakı  fərq dünya 

haqqında müxtəlif təsəvvürlərin yaranmasına, eyni olmayan səriştəliliyin inkişafına və 

yeni təcrübə üzərində işləyərkən koqnitiv evristikalardan istifadənin möhkəmlənməsinə 

yardım edən amil kimi nəzərdən keçirilir. Beləliklə,  1/ kişilər və qadınlar mühüm 

dərəcədə  fərqli psixoloji kontekstdə böyüyür və 2/ həmin kontekst kişi və qadınların 

sonrakı psixoloji fəaliyyətinə həlledici təsir göstərir. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1. Fəaliyyət proqramı, BMT-in Hesabati, Baku, 2000 



2.  Ализаде 

А.А. 


Половой 

диморфизм 

и 

психологические 



проблемы 

формирования  личных  взаимоотношений. // Автореферат  докторской 

диссертации. Баку, 1974. 

3.  Майерс Д. Социальная психология.  Санкт-Петербург, 2000. 

4.  Шон Берн. Гендерная психология. Санкт-Петербург, 2001. 

5.  Кон И.С. Ребенок и общество. Москва, 1998 

6.  Райтс Ф. Психология подросткового и юношеского возраста. С-П.; Питер, 2001. 

7.  Chodorow N. Family structure and feminine personality/ Eds. M. Z. Rozaldo & L. 

Lampere /Women's culture and society. — Stanford, Gal.: Stanford University Press, 

1984, 43-46. 

8.  Day K. Differences in teaching behavior in adults as a function of sex related 

variables.  University of Washington, 1995. 

9.  Duck S. W. Personality similarity and friendship choices by adolescents. — 

European Journal of Social Psychology, 1985, 5, 351-365. 

10. Greif E. Sex differences in parent-child conversations: Who interrupts whom? 

Доклад  на  собрании  Общества  содействия  исследованиям  развития  ребенка 

(Society for Research in Child Development). San Francisco, March, 1999. 

11. Harter S. Developmental differences in the manifestation of mastery motivation on 

problem-solving tasks. — Child Development, 1985, 46, 370-378. 

12. Maccoby E.E. Psychology and gender differences / Stanford University. 1995 

13. Piaget J. Piaget's theory/ Ed. P. H. Mussen, Carmichael's Manual of Child 

Psychology. — New York: John Wiley & Sons, 1970. 

14. Serbin L. A., O'Leary K. D., Kent R. N., Tonick I. J. A comparison of teacher 

response to the preacademic and problem behavior of boys and girls. — Child 

Development, 1993,44, 796-804. 

15. Zimbardo P. Psychology and your life. University of California. 1999 




16. Journal of Abnormal Psychology// American Psychological Association, #5, 2000]. 

 

Yüklə 135,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə