Beynəlxalq İnkişaf Assosiasiyası
1960-cı ildə yaradılıb, hazırda 162 üzvü var. Bu təşkilata
üzv olmaq üçün ölkə ilk növbədə BYİB-ə üzv olmalıdır. BİA indiyə qədər ölkələrə 135 milyard
dollar məbləğində kredit verib. 2002-ci ildə 62 ölkədə həyata keçirilən 133 yeni əməliyyat üçün
8,2 milyard dollar vəsait xərclənib. Bu təşkilat kreditləri faizsiz olaraq (0,75% həcmində yığım
istisna olmaqla), ödəmə müddəti 10-35 il və güzəşt müddəti 10 il omaqla verir.
BİA-nın strukturu BYİB-in strukturunu analoqudur. BYİB-in prezidenti eyni zamanda
BİA-nın da prezidentidir.
BİA-ya daxil olan vəsaitlər Dünya Bankına 2,4 milyard insanın yaşadığı 78 ən yoxul
dövlətə ildə orta hesabla 6-7 milyard dollar faizsiz kredit verməyə imkan verir. Bu dəstək olduqca
vacib əhəmiyyətə malikdir, çünki həmin dövlətlər bazar şərtləri əsasında borc almaq iqtidarında
deyillər. BİA əsas ehtiyacların (təhsil, səhiyyə, təmiz su və s) təmin olunmasına çalışır,
məhsuldarlığın artımını və yeni iş yerlərinin yaradılmasını şərtləndirən investisiyaları dəstəkləyir.
BİA-nın kreditləri yalnız hökumətlərə verilir. Eyni zamanda BİA kreditləri yalnız
adambaşına düşən gəliri 875 dollardan aşağı olan dövlətlərə verilə bilər.
BİA-nın kreditləri Dünya
Bankı borclarının təxminən dörddə birini təşkil edir.
40-a yaxın dövlət BİA-nın maliyyələşməsində iştirak edir. Donorların siyahısına Fransa,
Almaniya, Yaponiya, Böyük Britaniya, ABŞ kimi inkişaf etmiş ölkələrlə yanaşı, Argentina,
Botsvana, Braziliya, Macarıstan, Koreya, Rusiya Federasiyası, Türkiyə kimi inkişafda olan
dövlətlər də daxildir.
BİA-nın borcları 2002-ci fiskal ilində rekord həddə çataraq 133 yeni əməliyyat üçün 8,1
milyard dollar təşkil edib (2001-ci ildə 134 yeni əməliyyat üçün 6,8 milyard dollar). BİA-nın
borclarının yarıdan çoxu Afrika və Cənubi Asiyaya iqtiqamətlənib. Afrika 2002-ci ildə 63 yeni
əməliyyat üçün 3,8 milyard dollar borc alıb. BİA-nın borclarının üçdə birinə qədəri (2,6 milyard
dollar) Cənubi Asiyaya istiqamətlənib.
BİA-nın investisiya borcları 5,6 milyard dollar həddə qədər arıtb. Buna Əfqanıstandakı
təcili tikinti işləri, təhsil, dövlət idarəçiliyi üçün ayrılan 100 milyon dollarlıq BİA qrantı da
daxildir.
BİA borclarının ciddi hissəsi (44 əməliyyat üçün 2 milyard dollar) təhsil, sağlamlıq, sosial
xidmətlər, su və sanitariya kimi sahələrə yönəldilib. Dövlət idarəçiliyi ilə
Dostları ilə paylaş: |