Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya


Texnologiya mübadiləsinin dövlət tənzimlənməsi



Yüklə 43,05 Kb.
səhifə19/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   ...   11   12   13   14   15   16   17   18   19
Texnologiyalar

Texnologiya mübadiləsinin dövlət tənzimlənməsi
Teni texnologiyalar yaradılmasının əsas məqsədi onların əsasında istehsal olunnan məhsullarla dünya bazarına daxil olmaq və rəqibləri oradan sıxışdırıb çıxarmaqdır. Lakin beynəlxalq mobillik qabiliyyətinə malik olmaq hələ beynəlxalq mobillik demək deyil. Texnologiyanın beynəlxalq mübadiləsi qarşısında da istehsalın digər amillərinin benəlxalq hərəkətində olduğu kimi ciddi maneələr dayanır ki, bu maneələr də adi ticarətə tətbiq edilən məhdudiyyətlərdən daha sərtdir. Hər bir ölkə texnologiyanı milli sərhədlər çərçivəsində saxlamağa çalışır, yeni texnologiyaların ölkə xaricinə çıxarılmağını qadağan edir və məhdudlaşdırır. Hökumətlər başa düşürlər ki, dünya bazarında olan rəqabət mübarizəsindən qalib çıxmaq üçün əsas dayaq sütunu rolunu texnologiyalarla təminat oynayıt. Milli təhlüksəzilik, siyasi və ideoloji motivlər də öz rolunu oynayır. Bir çox ölkələr xarici rəqabətin məhdudlaşdırılması və iş yerlərinin saxlanması məqsədilə texnologiya idxalını məhdudlaşdırırlar. Mill texniki standartlar da xarici texnologiyalarla üst-üstə düşməyə bilər.

Texnologiyaların beynəlxalq mübadiləsinə dövlət tənzimlənməsinin və ya nəzarətinin tətbiq edilməsi bir sıra səbəblərdən irəli gələ bilər ki, onların da əsasları dünya bazarında rəqabət mübarizəsi ilə əlaqədardırlar.



  • Texnoloji liderliyin qorunmasına istiqamətlənmiş səy. Dövlət siyasəti metodları ilə qabaqcıl texnologiyanın ixracının məhdudlaşdırılması siyasəti çox zaman texnoloji liderlik konsepsiyası ilə izah edilir. Bu konsepsiyaya görə, bu və ya digər texnoloji sferada liderlik edən ölkə digər ölkələr qarşısında texnoloji tutumlu məhsul istehsalında nisbi üstünlüyə malikdir. Lakin, texnoloji liderlik iqtisadi liderlik deməkdirmi? Aparılmış tədqiqatlar göstərir ki, bu heç də həmişə belə olmur. Texnoloji lider özünün liderliyini qorumaq üçün yüksək xərclər çəkməyə məcburdur. Texnoloji liderlik işçi qüvvəsinə, patent və lisenziyaların qüvvədə saxlanmasına, ixtiraların ölkə xaricində qeydə alınmasəna böyük xərc çəkilməsini tələb edir. Istənilən qiymətlə texnoloji liderliyə can atmayan ölkələr sadəcə hazır texnologiyanın surətini çıxara, ya onu əldə edə bilərlər və ya onun əsasında istehsal edilmiş məhsulları ala bilərlər.

  • Milli təhlükəsizlik məsələsi. Dövlət nəzarəti ilk növbədə silah istehsalı texnologiyasının və “ikili təyinatlı” texnologiyanın hökumətləri düşmən siyasəti yeridən və ya gələcəkdə onların belə bir siyasət yeridə biləcəkləri barədə məlumat olan ölkələrin əllərinə keçməsinin qarşısını almağa yönəlmişdir.

  • Beynəlxalq sazişlərin şərtləri. Çoxtərəfli sazişlərin yerinə yetirilməsi üçün bu sazişlərin iştirakçısı olan ölkələr potensial olaraq kimyəvi, bakterioloji, raket silahlarının istehsalı üçün istifadə edilə biləcək texnologiyaların satışına dövlət nəzarəti tətbiq edirlər. Bu silah növləri xüsusilə sərt hesab edilir və onların istehsalı ya qadağan edilmişdir, ya da onlara ciddi beynəlxalq nəzarət vardır. Beynəlxalq sazişlərə uyğun olaraq kütləvi qırğın silahlarının yaradılması üçün istifadə edilə biləcək texnologiya və elmi-texniki informasiyaların da ixracına xüsusi nəzarət edilməlidir.

Texnologiyaların idxalı və ixracına birbaşa dövlət tənzimlənməsi ixrac nəzarəti orqanları, gömrük və sərhəd nəzarəti metodları ilə həyata keçirilir. Texnologiyaların mübadiləsinin dolayı tənzimlənməsi əksər ölkələrdə patentlərin və dövlət nişanlarının qeydiyyatının dövlət sistemi ilə həyata keçirilir. Bir sıra hallarda bu və ya digər texnoloji tutumlu əmtəənin ixracı hüququnun əldə edilməsi üçün hökumətin xüsusi icazəsi tələb edilir. Texnologiyaların beynəlxalq mübadiləsinin tənzimləyən qanunların pozulması dövlət cinayəti sayılır və cinayət qatdasında təhqiqata məruz qalır. Əksər ölkələrdə dövlət nəzarətinin obyekti olan texnologiyaların digər ölkələrin rezidentlərinə qeyri-qanuni ötürülməsi ömürlük həbs cəzasə və ölüm cəzasına qədər ciddi cəza tədbirləri ilə nəticələnir.

Texnologiyaları idxal edən ölkələr onu daha çox texnologiyanın əldə edilməsinin qanunauyğunluğu baxımından tənzimləyirlər. Onlar cəmiyyət üçün təhlükəli olan texnologiyaların ölkəyə gətirilməsini qadağan edirlər. Çox zaman xarici texnologiyanı əldə etməyə səy göstərən ölkənin ümumi texnoloji inkişaf səviyyəsinin özü texnologiyanın əldə edilməsində maneə rolunu oynaya bilər. Ölkələr arasında sosial, mədəni, ümumi təhsil səviyyəsindəki fərqlər daha az inkişaf etmiş ölkələrin işçilərinə ən yeni texnologiyalardan istifadə etməyə imkan vermir. Texnologiyaların idarəedilməsinə və tətbiq edilməsinə yanaşmada olan fərqlər isə onun beynəlxalq hərəkətinə mane ola bilər. Silah, kimyəvi məhsullar, narkotiklər, spirtli içkilər istehsalı texnologiyalarınən idxalə da adətən bu və ya digər formada dövlət nəzarətinə məruz qalır.






Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə