Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya


Texnologiyaların beynəlxalq hərəkəti



Yüklə 43,05 Kb.
səhifə2/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   2   3   4   5   6   7   8   9   ...   19
Texnologiyalar

Texnologiyaların beynəlxalq hərəkəti elmi-texniki nailiyyətlərin kommersiya və ya ödənişsiz əsasda dövlətlərarası hərəkətidir.

Beynəlxalq iqtisadiyyatda texnologiya daşıyıcısı kimi əmtəələr və digər istehsal amilləri çıxış edə bilər:



  • əmtəə – yüksək texnologiya əsasında istehsal edilmiş əmtəələrlə beynəlxalq ticarət zamanı;

  • kapital – yüksək texnologiya əsasında istehsal edilmiş kapital tutumlu əmtəələrlə beynəlxalq ticarət zamanı;

  • əmək – yüksək ixtisaslı elmi-texniki kadrların beynəlxalq miqrasiyası zamanı;

  • torpaq – əldə edilməsi üçün ən yeni elmi-texniki nailiyyətlərdən istifadə edilmiş təbii resurslarla ticarət zamanı.

Texnologiyalarla beynəlxalq mübadilə XX əsrin əvvəllərindən etibarən məlumdur, lakin dünya texnologiyalar bazarı 1950-1960-cı illərdə formalaşmışdır. Məhz bu müddətə texnologiyalarla beynəlxalq kommersiya əməmliyyatlarının həcmi milli mübadilənin masştabını üstələmişdir.
Beynəlxalq istehsal və elmi-texniki əməkdaşlığı şərtləndirən amilləri şərti olaraq iki qrupa bölmək olar:

Beynəlxalq texnologiya mübadiləsini ölkələr səviyyəsində şərtləndirən amillər müxtəlif ölkələrin firmalarının innovasiya proseslərində olan differensasiyanın milli iqtisadiyyatların texnoloji səviyyələrinin fərqliliyini şərtləndirməsi ilə müəyyən edilir. Bununla da, dünya texnologiyalar bazarında ölkələr müxtəlif mövqelərə malik olurlar.

Ölkələrarası fərqlər kəmiyyət və keyfiyyət cəhətlərinə malikdir. Kəmiyyət fərqlərinə elmi-texniki inkişafa ayrılmış vəsaitin həcmi və texnologiyaların idxalı aiddir. Keyfiyyət fərqlərinə isə tədqiqat istiqamətləri, elmi-texniki məhsulun ixracının və idxalının orientasiyası və s. aiddir.




Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə