Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya


C.Hiksin modelinə görə, texniki tərəqqinin neytral, əməyə qənaət edən və kapitala qənaət edən formaları mövcuddur



Yüklə 43,05 Kb.
səhifə5/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   2   3   4   5   6   7   8   9   ...   19
Texnologiyalar

C.Hiksin modelinə görə, texniki tərəqqinin neytral, əməyə qənaət edən və kapitala qənaət edən formaları mövcuddur.

  • Neytral texniki tərəqqi. Bu zaman texnolgiyaya əsaslanan tərəqqi nəticəsində hər iki istehsal amilinin – həm əməyin, həm də kapitalın məhsuldarlığının eyni zamanda artımı təmin olunur. Nəticədə müəyyən kəmiyyət əmtəənin istehsalı üçün sərf edilməli olan əmək və kapital kəmiyyəti azalır. Eyni zamanda, əməyin kəmiyyəti vasitəsilə ifadə edilmiş kapitalın nisbi kəmiyyəti, həmçinin kapitalın kəmiyyəti vasitəsilə ifadə edilmiş əməyin nisbi kəmiyyəti dəyişməz qalır.

  • Əməyə qənaət edən texniki tərəqqi. Bu zaman texnologiyaya əsaslanan tərəqqi kapitalın məhsuldarlığının əməyin məhsuldarlığına nisbətən daha böyük dərəcədə yüksəlməsini təmin edir. Nəticədə müəyyən kəmiyyət əmtəənin istehsalı üçün tələb edilən kapital kəmiyyəti nisbətən artır, əmək kəmiyyəti isə azalır. Kapital əmtəənin istehsal amilləri tərkibində əməyi əvəzləyir. Müəyyən kəmiyyət əmtəənin istehsalı üçün sərf edilən əmək və kapitalın ümumi kəmiyyəti də azalır, lakin bu zaman kapitalın nisbi rolu artır. Əməyə qənaət edən texniki tərəqqi təkcə əməyin qənaət edilməsinə deyil, eyni zamanda hər iki amilin – həm əməyin, həm də kapitalın qənaət edilməsinə gətirib çıxarır. Bu tərəqqiyə ona görə əməyə qənaət edən texniki tərəqqi deyilir ki, onun nəticəsində əmtəə vahidinin istehsalı zamanı kapital vahidinə nisbətən daha az əmək vahidi sərf edilir. Əməyə qənaət edən texniki tərəqqi baş verdiyi sahəni daha kapital tutumlu edir.

  • Kapitala qənaət edən texniki tərəqqi. Bu zaman texnologiyaya əsaslanan tərəqqi əməyin məhsuldarlığının kapitalın məhsuldarlığına nisbətən daha böyük dərəcədə yüksəlməsini təmin edir. Nəticədə müəyyən kəmiyyət əmtəənin istehsalı üçün tələb edilən əmək kəmiyyəti nisbətən artır, kapital kəmiyyəti isə azalır. Əmək əmtəənin istehsal amilləri tərkibində kapitalı əvəzləyir. Müəyyən kəmiyyət əmtəənin istehsalı üçün sərf edilən əmək və kapitalın ümumi kəmiyyəti də azalır, lakin bu zaman əməyin nisbi rolu artır. Kapitala qəzaət edən texniki tərəqqi təkcə kapitalın qənaət edilməsinə deyil, eyni zamanda hər iki amilin – həm əməyin, həm də kapitalın qənaət edilməsinə gətirib çıxarır. Bu tərəqqiyə ona görə kapitala qənaət edən texniki tərəqqi deyilir ki, onun nəticəsində əmtəə vahidinin istehsalı zamanı əmək vahidinə nisbətən daha az kapital vahidi sərf edilir. Kapitala qənaət edən texniki tərəqqi baş verdiyi sahəni daha əmək tutumlu edir.

Ticarətin olmadığı şəraitdə istənilən texniki tərəqqi baş verdiyi ölkənin rifahının artmasına gətirib çıxarır, çünki bu zaman adambaşına düşən istehsal həcmi artır. Texniki tərəqqinin beynəlxalq ticarətə təsiri onun təklifə (istehsala) və tələbə (istehlaka) nə cür təsir göstərməsindən asılıdır.

Texniki tərəqqi nəticəsində istehsalın artımı beynəlxalq ticarətə neytral, müsbət və mənfi təsir göstərə bilər. Texniki tərəqqinin ticarətə neytral təsiri o zaman baş verir ki, ticarət istehsalın artdığı templərlə artır. Ticarətin artım tempi istehsalın artım tempini üstələyirsə bu zaman texniki tərəqqinin ticarətə müsbət təsiri baş verir. Ticarətin artım tempi istehsalın artım tempindən geri qalırsa bu, texniki tərəqqinin ticarətə mənfi təsiri deməkdir.

Analoji şəkildə, texniki tərəqqi nəticəsində istehlakın artımı da beynəlxalq ticarətə neytral, müsbət və mənfi təsir göstərə bilər. Texniki tərəqqinin ticarətə neytral təsiri o zaman baş verir ki, ticarət istehlakın artdığı templərlə artır. Ticarətin artım tempi istehlakın artım tempini üstələyirsə bu zaman texniki tərəqqinin ticarətə müsbət təsiri baş verir. Ticarətin artım tempi istehlakın artım tempindən geri qalırsa bu, texniki tərəqqinin ticarətə mənfi təsiri deməkdir.

Beləliklə, texniki tərəqqi nəticəsində yaranmış istehsal və istehlak beynəlxalq ticarətə neytral, müsbət və mənfi təsir göstərə bilər. bu, istehsal və istehlakın müxtəlif tiplərinin hansı kombinasiyada birləşməsindən, onların bir-birlərini gücləndirməsindən və ya neytrallaşdırmasından asılıdır. Əgər həm istehsal, həm də istehlak beynəlxalq ticarətə neytral təsir göstərirsə o, istehsalın artdığı templərlə artır. Əgər həm istehsal, həm də istehlak beynəlxalq ticarətə müsbət təsir göstərirsə o, istehsalın artdığı tempdən yüksək templərlə artır. Əgər həm istehsal, həm də istehlak beynəlxalq ticarətə mənfi təsir göstərirsə o, ya istehsalın artdığı tempdən zəif templərlə artır, ya da tamamilə azalır. Əgər istehsal beynəlxalq ticarətə müsbət, istehlak isə mənfi təsir göstərirsə və ya əks proses baş verirsə, onda beynəlxalq ticarətin artım tempi istehsalın artım tempini ya üstələyir, ya ondan az olur və ya ümumiyyətlə azalır. Bu hansı amilin – istehsalın, yoxsa istehlakın beynəlxalq ticarətə daha güclü təsir göstərməsindən asılıdır.

Elmtutumlu məhsulun tətbiqinin, istehsalının və ixracının reallaşdırılmasında müvəffəqiyyət əldə etmiş ölkələrin təcrübəsinin öyrənilməsi innovasiya inkişafı strategiyasının bir neçə tipini fərqləndirməyə imkan verir.

Köçürmə” strategiyası xarici elmi-texniki potensialın istifadə edilməsi və yeniliklərin ölkə iqtisadiyyatına köçürülməsi ilə bağlıdır. Bu strategiya müharibədən sonrakı dövrdə Yaponiyada istifadə edilmişdir. Bu ölkə xaricdə ehtiyac duyulan ən yeni məhsulun istehsalın mənimsənilməsi üçün ABŞ-dan, İngiltərədən, Fransadan yüksək səmərəli texnologiyaların lisenziyalarını satın alırdı. Bu əsasda Yaponiya özünün potensialını yaratmışdır ki, bu potensial da sonradan bütün innovasiya tsiklini əhatə etmişdir. Nəticədə yapon texnologiyalarının ixracı idxalı üstələmişdir və Yaponiya qabaqcıl fundamental texnologiyaya malikdir.

Bununla yanaşı, Yaponiya selektiv elmi-texniki siyasıtin reallaşdırılmasına parlaq nümunə ola bilər. Bu, yapon firmaları tərəfindən lisenziyaların satın alınmasının məqsədli xarakter kəsb etdiyini göstərir. 1950-ci illərdə lisenziyalar məhsulun keyfiyyətini və səmərəliliyi yüksəltmək üçün əldə edilirdisə, 1960-cı illərdə məqsəd əməktutumluluğun azaldılmasından, 1970-ci illərdə enerji, yanacaq və xammal xərclərinin azaldılmasından, 1980-ci illərdə isə texnoloji müstəqilliyin əldə edilməsindən ibarət idi.

Borclanma” strategiyasının mahiyyəti ondan ibarətdir ki, ucuz işçi qüvvəsinə malik olan ölkə özünün elmi-texniki potensialından istifadə edərək əvvəllər daha inkişaf etmiş ölkələrdə istehsal edilən məhsulun istehsalını mənimsəyir, mərhələ-mərhələ istehsalın mühəndis-texniki təminatını genişləndirir. Daha sonra ölkə özünün elmi-tədqiqat və sınaq-layihə işlərini həyata keçirmək imkanını əldə edir. Bu cür strategiyadan Çin və bir sıra Cənub-Şərqi Asiya ölkələri istifadə edirlər. Klassik nümunə kimi Cənubi Koreyada rəqabət qabiliyyətli avtomobil sənayesinin, yüksək səmərəli hesablama texnikası vasitələrinin istehsalının, məişət elektronikası sənayesinin təşkilini göstərmək olar.

Genişləndirmə” strategiyasından ABŞ, Almaniya, İngiltərə, Fransa istifadə edir. Bu strategiya zamanı ölkə özünün elmi-texniki potensialından istifadə etməklə və xarici alim və mütəxəssisləri cəlb etməklə fundamental və tətbiqi elm sahələrinin inteqrə olunmasına nail olur, daim yeni məhsullar və texnologiyalar yaradır.

Texnologiyaların beynəlxalq ötürülməsinin məqsədəuyğunluluğunun təhlil iki suala – texnologiyaların ixracının və idxalının məqsədəuyğun olub-olmadığına cavab verməyi nəzərdə tutur.




Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə