Mövzu aiLƏ MÜnasiBƏTLƏRİNİn qender problemləRİ



Yüklə 94,48 Kb.

tarix06.05.2018
ölçüsü94,48 Kb.


 

 

MÖVZU 5.



 AİLƏ MÜNASİBƏTLƏRİNİN QENDER PROBLEMLƏRİ 

 

1. Ailə cəmiyyətin sosial təsisatının bir qurumu kimi 



2. Qender və ailə münasibətləri 

3. Zorakılığın qender üzrə olan nöqteyi-nəzəri 

 

1. Ailə cəmiyyətin sosial təsisatının bir qurumu kimi 

Məlum olduğu kimi, cəmiyyətin  əsas tələbatı biososial istehsaldan təşkil 

olunmuşdur və məhz buna görə də bütün bəşəriyyətin tarixi boyu ailə bu prosesi təmin 

edən  əsas təsisat kimi çıxış etmişdir. Ailənin sivilizasiya mərhələsində  və insanların 

ictimai və  şəxsi həyatında  əldə etdiyi əhəmiyyət, onun dərindən tədqiq olunmasına 

maraq oyatmışdır. Uzun müddət ərzində (təqribən XIX-cu əsrin ortalarına qədər) ailə, öz 

təbiətinə görə  cəmiyyətin monoqamik əsası, onun inkişafının son mərhələsi və 

cəmiyyətin «minyatür nümunəsi» kimi nəzərdən keçirilmişdir. Məhz bu səbəbdən də 

qədim, orta əsrlər və yeni dövrün filosofları ailə ilə cəmiyyətin spesifik təsisatı kimi deyil, 

onun sosial qaydalara, ilk növbədə dövlətə olan münasibəti ilə maraqlanırdılar. 

Cəmiyyəti inkişaf edən və artan ailə kimi nəzərdən keçirən filosof və tarixçilər məsələn, 

J.J. Russonun, Kant, Hegel sosial münasibətlərin ailə münasibətlərindən törədilməsini 

qeyd edirlər. 

Ailə – nigah münasibətlərinə olan tarixi nöqteyi nəzərlərin təsdiq olunması, ailənin 

keçmiş  həyat tərzinin tədqiq edilməsi və eləcə  də ailənin müxtəlif sosial şəraitə uyğun 

öyrənilməsi vasitəsilə  həyata keçirilirdi. Bu tədqiqatların mənbəyi,  İ.Baxofen, 

S.F.MakLennan, L.Morqan və digər məşhur tarixçilərin elmi işlərinə  əsaslanmışdır. Bu 

tədqiqatların əsas nəticəsi, ailə nigah münasibətlərinin tarixi tiplərinin müxtəlif növlərinin 

və eləcə də bu münasibətlərin konkret tarixi şəraitdən asılı olmasının müəyyən edilməsi 

ilə xarakterizə olunmuşdur. Buna nümunə olaraq, F.Engelsin 1884-cü ildə dərc olunmuş 

«Ailə, şəxsi mülkiyyət və dövlətin əmələ gəlmə mənbələri» adlı elmi əsərini qeyd etmək 

mümkündür.  

XX-ci  əsrdə ailə nigah münasibətlərinin tədqiq edilməsi qaydalarının sosioloji 

aspektləri öz ifadəsini müxtəlif konsepsiya və  nəzəriyyələrdə tapdı. Məsələn, 

E.Durkqeym ailənin geniş  əhatə dairəsinə malik olan qohumluqdan «ailə izdivacı» 

adlanan kiçik qrupa «kontraksiya» olunması («sıxlaşdırılması») qanunu qısa və dürüst 

şəkildə ifadə etmişdir. Bu qanun, ailə-nigah münasibətlərində mövcud olan inkişaf 

tendensiyası kimi təzahür edir. 

Amerikan sosioloqu olan Ç.Kulinin «sosial qruplar» haqqında olan nəzəriyyəsi 

ailə sosiologiyasına əhəmiyyətli şəkildə təsir göstərmişdir. Bu nəzəriyyəyə uyğun olaraq, 

ailə «ilkin qrup» kimi nəzərdən keçirilirdi. Ailənin əsas əlamətləri insana həm vaxt, həm 

də  məzmun etibari ilə  təsir göstərən ailə,  şəxsiyyətin tam şəkildə formalaşmasına 

yardım edir, ailə «intim birlik və qurum» kimi özünü yenidən hasil edir. Digər amerikan 

sosioloqu olan D.R.Mardokun «Sosial struktur» adlı elmi işində qeyd olunduğu kimi, kişi, 

qadın və onların sosial cəhətdən qəbul edilmiş  uşaqlarından ibarət olan ailə insan 

cəmiyyəinin  əsas elementini təşkil edir. Nuklear ailə  və ya ailənin  əsası, digər ailə 

birliklərindən ayrılan vahid bir qrupdan təşkil olunmuşdur. 

Ailənin nəzəriyyələr sistemi üzrə təfsir olunması xüsusi maraq kəsb edir. Ailə bir 

sistem kimi növbəti əlamətlərə malikdir: 

 

1. Ailə üzvləri daimi və qarşılıqlı şəkildə biri birindən asılıdırlar. Məhz buna görə də bir 



nəfərin davranışında baş verən hər hansı bir dəyişiklik, ailənin digər üzvlərinin 

davranışında dəyişikliyin yaranasına səbəb ola bilər. 

2. Ailə, müəyyən hədd vasitəsilə məhdudlaşan və sıx olan vəhdəti təşkil edir. 

3. Ailə özünün sosial mühiti ilə tarazlıqda olmağa çalışan təşkilatdır. 




 

 

4. Ailə, xarici amillər ilə əlaqədar olan bu və ya digər vəzifələri yerinə yetirən və eləcə 



də öz üzvlərinin tələbatını təmin edən qurumdur. 

Ümumiyyətlə, ailənin müasir sosiologiyaya elmində  tədqiq edilməsinin bir sıra 

nəzəri üsulları vardır. 

Ailə üzvlərinin qarşılıqlı əlaqəsini tədqiq edən interaksionist üsul ailənin daxlində 

olan  əlaqəli mövqeləri müəyyən edir. Tədqiqatların  əksəriyyətində ailə,  ətrafda olan 

təsisat və strukturlar ilə zəif əlaqəyə malik olan qapalı sistem kimi nəzərdən keçirilir. Bu 

üsulun  əsasını status və ünsiyyət prosesində yaranan münasibətlər, qərarların qəbul 

olunması və s. kimi anlayışlar təşkil edir. 

Ailənin sosial sistem kimi təhlil olunmasını nəzərdən keçirən funksional strukturlu 

üsül. Bu üsüla əsasən, ailə öz status və roluna malik olan fərdlərdən təşkil olunmuşdur. 

Ailə  və  cəmiyyət arasında mövcud olan əlaqə, funksiya anlayışı vasitəsilə müəyyən 

edilir. Ailənin həm xarici strukturalr, həm də daxili qruplar ilə  əlaqələndirilməsi sistemi 

məhz bu üsul vasitəsi ilə  nəzərdən keçirilir. Bu üsula əsasən, fərd status və rolların 

«məcmusu» hesab edilir. «Struktur», «funksiya», «referent qrupu» və s. kimi anlayışlar 

bu üsül üçün əsas anlayışlardır. 

Ailə  və nigahın daha erkən tədqiqatları ilə  əlaqədar olan təsisat üsulu, ailə – 

nigah münasibətlərinin tarixi və  mədəni təhlilinə daha yaxındır. Tədqiqatçıların fikincə, 

ailə əsasları formalaşdıran və öz üzvlərinin davranışına nəzarət edən xüsusi təsisatdır. 

Bu üsula əsasən, fərdlər həyat üçün zəruri olan sabit mühiti yaratmaq və ailə kapitalının 

müxtəlif növlərinin toplanması ilə  əlaqədar olan riskləri azaltmaq məqsədi ilə uzun 

müddətli olan ailə münasibətlərini qoruyub saxlamağa çalışırlar. Təsisatçıların fikrincə

nigah  əsas funksiyanı yerinə yetirir: birincisi, nigah ailə  qərar qəbul edərkən lazimi 

uyuşqanlıqla təmin edir; ikincisi isə nigah münasibətlərində olan hansı bir şəxsin digər 

tərəfin istismarından müdafiə edən sərt tədbirlərin təminatçısı kimi çıxış edir. 

Münaqişə nəzəriyyəsi, müxtəlif səviyyədə olan ailə strukturunun izah olunmasına 

uyğun gəlir. Tədqqatçıların bəziləri hakimiyyətin ailə daxilində bölüşdürülməsinin təhlil 

olunmasına xüsusi diqqət ayırır və qərarların qəbul edilməsi mexanizmini xüsusi şəkildə 

nəzərdən keçirirlər. Bir qayda olaraq, daha çox maddi vəsaitə malik olan ailə üzvləri 

ailədə hökmranlıq edirlər.  Əksər hallarda ailə, iri cəmiyyətdə baş verən münaqişələrin 

mikrokosmu kimi təhlil edilir. Keçmiş zamanda bu ideyanı marksizm nəzəriyyəsinin 

baniləri dəstəkləyirdilər. Onların fikrincə, sənaye sahəsində baş verən inqilab, ailənin 

maliyyə münasibətlərinin məcmusuna çevrilməsinə  şərait yaratmışdır. Münaqişə 

nəzəriyyəsinin müasir variantı «marksist-feminist» nəzəriyyəsi adlandırılmışdır. Ailənin 

həqiqi  şəkildə  dərk edilməsi, onun üzvləri arasında mövcud olan emosional və ya 

qohumluq münasibətlərinin təhlil olunması ilə  əlaqədar deyildir, ailə – «mübarizə 

məkanıdır». Maddi rifahın bölüşdürülməsi məhz ailədə həyata keçirilir. Bu zaman ailənin 

hər bir üzvünün maraq dairəsi digər üzvlərin maraq dairəsinə zidd olur. Pulun hansı 

şəxs tərəfindən qazanılmasını  və yaxud ailə  gəlirinin hansı hissəsinin dövlətə 

ödənilməsini bu növ münaqişələrə nümunə göstərmək olar. 

Müasir qərb sosiologiyası elmində qeyd edildiyi kimi, ailə radikal dəyişikliklərə 

məruz qalır. Tədqiqatçıların  əksəriyyəti ailənin müasir şəraitdə böhran keçirdiyini qeyd 

edirlər. Məlum olduğu kimi, Azərbaycan qərb və şərq mədəniyyətini özündə əks etdirir 

və marginal cəmiyyət sayılır. Son onilliklər  ərzində ailənin inkişaf etməsində yeni 

tendensiyalar yaranmışdır. Bununla əlaqədar olaraq, davranış normaları haqqında olan 

ailə-nigah münasibətləri sahəsi üzrə fikirlər dəyişdirilir. Ailə böhranlarının ilkin əlamətləri 

XX-ci  əsrin  əvvəllərində müşahidə olunmuşdur. Amerikan sosioloqu olan P.Sorokin 

1916-cı ildə  dərc etdirdiyi «Müasir ailədə mövcud olan böhran» adlı elmi işində bu 

prosesin baş verməsinə yardım edən bir sıra ailələri, o cümlədən ailənin dini əsaslarının 

məhv edilməsi, ailə funksiyalarının itirilməsi və bu kimi amilləri nəzərdən keçirmişdir. 

Ənənəvi ailədə hansı proses böhran kimi nəzərdən keçirilir? İlk növbədə 

valideynlik və izdivac sahəsində bölüşdürülmə prosesi baş verir. Nəticədə nigahdan 



 

 

kənar olan uşaqların anadan olması faktı  və izdivac ittifaqlarının sayı artır. Digər 



problemlərə isə doğuşun səviyyəsinin azaldılması, boşanma hallarının artması  və s. 

kimi hallar aid edilir. Məsələn, ABŞ-da boşanma hallarının sayı artmaqda davam edir: 

1965-ci ildə  1000 amerikanlıdan 35-i, 1980-ci ildə – 100-ü,  1990-cı ildə isə  138-i 

boşanmışdır. Bununla əlaqədar olaraq, qadınlar tərəfindən idarə olunan natamam 

ailələrin sayı da artır. Əgər 1970-cı ildə bu ailələrin sayı 7,2 mln. təşkil edirdisə, artıq 80-

cı illərin sonralarından etibarən belə ailələrin sayı 10,2 mln. olmuşdur. 

Qərb dövlətlərinin ictimai təfəkküründə qadın və kişilərin nigahdan kənar 

yaşaması halları haqqında olan təsəvvürlər dərindən kök salmışdır. ABŞ-nın əhalisinin 

4% konsensual ittifaqda yaşayırlar.  İzdiracda olmayan insanların  əksəriyyətinin övladı 

yoxdur. Lakin onlar yaşlı insanlar arasında mövcud olan intim münasibətlərinin 

tənzimlənməsi üzrə olan ailə inhisarına meydan oxuyurlar. 

ABŞ-nın əhalisinin həyat tərzinin digər xüsusiyyəti tənhalıqdır. Bu hal daha geniş 

şəkildə yayılmışdır.  1970-cı ildən  1989-cu ilə  qədər tənha insanların sayı 2 dəfə 

artmışdır və 23 milyon təşkil etmişdir. 

Bu proses Azərbaycan üçün də səciyyəvi haldır. Məsələn, bizim respublika 25-29 

yaş  həddində olan subay gənclərin sayına görə MDB dövlətləri arasında birinci yeri 

tutur: nigahdan kənar döğulmuş uşaqların sayı isə 1990-97-ci il ərzində 2,8 dəfə artmış 

və 2,6%-dən 7,3% qədər yüksəlmişdir. 

Nigahın davamlı olması  səviyyəsinin azalmasının  əsas səbəblərindən biri də 

qadınların iqtisadi cəhətdən olan qeyri-asılılığın artması ilə  əlaqədardır. Bu isə onların 

əmək fəaliyyətinə daxil olmasının nəticəsidir. Amerikan statistikasının təhlil olunması, 

ərdə olan qadınların məşğulluğu və boşanma halları arasında mövcud olan asılılığa 

əsaslanmışdır. Ailənin davamlı olması xüsusiyyətini həmçinin iri şəhərlərdə olan həyat 

tərzinin  şərtləri, və vaxtın ixtisar olunası sarsıdır. Geniş insan kütləsinin cəmləşdiyi 

meqopolislərin sayının atması, cəmiyyətin fərdin davranışına olan nəzarətinin 

zəifləməsinə  gəirib çıxarmış  və onun seksual davranışının məxfi saxlanılmasına 

zəmanət vermişdir. Həmçinin nigahdan əvvəl mövcud olan cinsi əlaqələr  ər arvad 

sədaqətsizliyi cəmiyyət tərəfindən ciddi şəkildə ittiham olunması nigah prosesinin 

zəiflənməsinə  şərait yaratmışdır. Məsələn, afro-amerikan cəmiyyətində anadan olan 

uşaqların 3/5 hissəsi nigahdan kənar şəkildə döğulan uşaqlardırlar. 

Nigah-boşanma qanunvericiliyinin ailə  və nigahın davamiyyətinə olan təsirinin 

ziddiyyətli olması haqqında da təsəvvürlər mövcuddur. Bəzi insanların fikrincə, 

izdivacda olan şəxslərin asanlıqla boşanması, boşanma hallarının artmasına təkan 

vermişdir. Boşanma,  ər və arvad arasında mövcud olan ciddi münaqişələrin həll 

edilməsi zəruri olan ən sadə üsula çevrilmişdir. 

Beləliklə, müasir tendensiyalardan göründüyü kimi ailənin yaşlı insanların intim 

münasibətlərinin tənzimlənməsinə yönələn inhisarı, uşaqların anadan olması halları və 

uşaqlara xidmətin göstərilməsi tədricən öz əhəmiyyətini itirir. Ailə  həyatı obrazına və 

uşaqların anadan olmasına yönəldilən tələbatın qiyməti azalır. Ailə  həyatından kənar 

olan xüsusiyyətlər daha çox sosioloji əhəmiyyətə malik olaraq, ailədən kənarda fəaliyyət 

göstərir. Qəlirin, təhsilin səviyyəsinin sosial şəraitin yaxşılaşdırılması, ailə xaricində olan 

fəaliyyətin nəticəsidir. 

Bizim cəmiyyətin sosial cəhətdən öz şəklini dəyişməsi, ailə  təsisatına ziddiyyətli 

şəkildə  təsir göstərir. Bir tərəfdən, həyat səviyyəsinin aşağı düşməsi adətkarı 

olduğumuz mühitdə  dəyişikliklərin baş verməsi, ailə  mənsubiyyətinə dair tələbatın 

artmasına  şərait yaradır. Bununla əlaqədar olaraq ailə  təcəvüzkarlıq və qarşılıqlı 

etibarsızlıq halları ilə zəngin olan cəmiyyətin sabitliyinin dayağı kimi çıxış edir. Xəstə və 

qoca insanlara qayğı göstərmək ailənin üzərinə düşən vəzifəni təşkil edir. Digər tərəfdən 

isə  fərdi dəyərlərin, qedonizmin və  qərb mədəniyyətinin davranış qaydalarının geniş 

şəkildə vüsət alması ailənin sabitliyinə  xələl gətirir.  İşsizlik və yaşayış yerləri ilə olan 

problemlər reproduktiv davranışa mənfi təsir göstərir. 



 

 

Əgər bəzi insanların fikrincə, sosial intibah ailə üçün təhlükə yaradırsa, digər 



insanların rəyinə görə isə ailə yalnız təkmilləşmə prosesini yaşayır və bunu heç də dram 

şəklinə salmaq lazım deyildir. 

 

2. Qender və ailə münasibətləri 

Qender sosiologiyasının  əsas sahələrindən biri də ailə-nigah münasibətləridir. 

Qender və ailə ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz, çünki ailə  dəyərləri qender 

dəyərləri kimi çıxış edir. Məhz buna görə  də qender təsəvvürlərinə müraciət etmədən, 

ailə və nigah anlayışını dərindən dərk etmək geyri-mümkündür. 

ABŞ  və Rusiya sosioloqları  tərəfindən həyata keçirilən tədqiqatların  əksəriyyəti 

bu sahədə mövcud olan tendensiyaları  aşkar edir. Təhsil və  gəlirin səviyyəsi kimi 

göstəricilər qender haqqında olan təsəvvürlərə necə  təsir göstərir? Moskvada həyata 

keçirilən tədqiqatlardan göründüyü kimi, təhsilin səviyyəsi nə qədər aşağıdırsa, onların 

qender haqqında olan təsəvvürləri bir o qədər liberaldır. Buradan belə qənaətə gəlmək 

olar ki, daha aşağı sosial-iqtisadi statusa malik olan fərdlər öz vəzifələrinin yerinə 

yetirilməsində daha çevik şəkildə  hərəkət edirlər. Bu şəxslər kişi və qadınları qender 

stereotiplərinn çərivəsindən kənar olaraq qəbul edirlər. Məlum olduğu kimi, iri təhsil 

nailiyyətlərinə malik olan kişilər öz hakimiyətlərini möhkələndirməyə çalışırlar. Zehni və 

idarəetmə  əməyi ilə  məşğul olan kişilər isə  vəzifələrin  ənənəvi  şəkildə 

bölüşdürülməsinin tərafdarı kimi çıxış edirlər. 

Məlum olduğu kimi, patriarxal mədəniyyət, insan fəaliyyətinin qeyri-rəsmi və 

kütləvi sahələrə bölünməsi ilə xarakterizə olunur. Birinci sahə üzrə olan məsuliyyət 

qadınlara, ikinci sahə üzrə olan məsuliyyət isə kişilərə aid edilir. ABŞ  və Rusiyada 

keçirlən sosioloji tədqiqatlar, belə əmək növlərinin ailədə bölüşdürülməsinin vüsət alma 

səviyyəsini ifadə edir. Amerikan tədqiqatlarına dair məlumatlara əsasən, kişilər ailədə ev 

işlərinin 20-35%-ni yerinə yetirirlər. Empirik məlumatlara  əsaslanan bir sıra 

konsepsiyalar da mövcuddur. Tədqiqatçılar nisbəti ehtiyatının konsepsiyası 

çərçivəsində qeyd etmişdirlər ki, ər-arvadın  əmək haqqı arasında nə  qədər az fərq 

olarsa,  əməyin bölüşdürülməsində bir o qədər eyni ölçülü olar. Tədqiqatın qender 

idelogiyası  çərçivəsində müəyyən edilmişdir ki, kişilərin qender haqqında olan ev 

əməyinin bölüşdürülməsi vasitəsi ilə nigahda olan ər-arvad arasında qarşılıqlı yardım 

hissi yaranır. Bu üsul hər iki partnyorun emosional münasibətlərinin keyfiyyətli olması 

üçün xüsusi əhəmiyyətə malikdir. Beləliklə, ev işlərinin həyata keçirilməsində müştərək 

şəkildə  iştirak etmək, nigahın keyfiyyətinə  və  ər-arvadın biri birindən məmnun 

qalmasına müsbət təsir göstərir. 

Sovet dövründə qender vəzifələri heç bir zaman nəzərdən keçirilmirdi. Bəzi 

məlumatlara əsasən, səhər qadınların 80%-dən çoxu ev işlərini özləri yerinə yetirirdilər. 

Amerikan alimlərinin 1990-cı ildə həyata keçirdiyi tədqiqatların nəticəsində məlum 

olmuşdur ki, nəzərdə tutulan 5 ev məşğulliyyətindən (yeməyin hazırlanması, qab-

qacağın yuyulması, paltarın yuyulması, evlərin yığışdırılması  və lazimi məhsulların 

alınması) 22,5%-ni ABŞ-da yaşayan kişilər, 21,6%-ni Kanadalılar, 27,1%-ni isə İsveçlilər 

yerinə yetirmişdirlər. Rusiyanın kişi  əhalisi isə vaxtlarının  14,2%-ni bu işlərin yerinə 

yetirilməsinə sərf etmişdirlər. 

Rusiya tədqiqatlarının nəticələrindən göründüyü kimi, konservativ deyil, liberal 

nöqteyi-nəzərə malik olan qadınlar əməyin ailədə bölüşdürülməsi üsulunu dəstəkləyirlər. 

Təhsil səviyyəsi aşağı olan kişilərin məmnunluğu isə daha çoxdur. Liberal qender 

təsəvvürlərinə malik olan ər-arvadın hər ikisi qazanırsa, evdə  əmək bölgüsü ilə tam 

razıdırlar. Onların həyat yoldaşlarının qender haqqında olan təsəvvürləri mühəfəzəkarlıq 

nöqteyi-nəzərinə yaxın olduqda bu kişilər daha məmnun qalırlar. Qender nöqteyi-

nəzərlərinə aid olan nəticələr təəcüb doğurmur, kişilərin təsəvvürləri liberal olduqda, 

onlar ev işləri ilə məşğul olmaqdan narazı olurlar. Qadınlar daha çox mühafizəkar olan 



 

 

qender təsəvvürlərinə malik olduqda, onlar ərlərinn ev işləri ilə məşğul olmasına mənfi 



münasibət bəsləyirlər. 

Qender tədqiqatlarının mühüm obyeki, nigah münasibətlərində olan fərdlər 

tərəfindən münasiətlərinin keyfiyyətli olmasını  qəbul etməkdən ibarətdir. 70-ci illərin 

sonralarından etibarən ABŞ-da həyata keçirilən tədqiqatlarda qeyd olunmuşdu ki, 

qadınların sosial-iqtisadi nailiyyətləri onların həyat yoldaşlarının nailiyyətləri ilə eyni və 

yaxud üstün olduqda qala bilər. Qadınların yüksək gəlir əldə etməsi, ər-arvad arasında 

yaranan müqayisələrin artmasna səbəb olur və ailə  həyatının qənaətbəxşliyi ilə 

əlaqədar olan səviyyəni aşağı salır. Ər və arvad ənənəvi vəzifələri yerinə yetirdikdə isə 

ailə həyatının qənaətlə qənaətbəxşliyinin yüksək səviyyəsi müşahidə edilir. 

Tədqiqatçıların fikrincə, qadının daha yüksək statuslu nailiyyətlərinin nigahın 

keyfiyyətinə olan təsiri, ilk növbədə bu qadınların liberal və ya ənənəvi nöqteyi-nəzərləri 

bölüşdürülməsindən asılı olur. Kişi və qadınların qender vəzifələrinə olan nöqteyi-

nəzərləri arasında mövcud olan fərqlər, nigahda olan gərginliyinin səviyyəsini artırır. 

Qəlir və  əməyin  şərtləri nigahın keyfiyyətinə  təsir edir. İqtisadi çətinliklər, bir 

qayda olaraq, kişiləri özünü məhvedən davranışa sövq edir. Həyat yoldaşına nəzarət 

edilməsi ilə əlaqədar olan peşələr, münasibətlərin problemə çevrilməsinə şərait yaradır. 

Ailədə əsasən mövcud olan qarşılıqlı münasibətlərə dair problemlər və nigahdan 

məmnun qalma ilə  əlaqədar problemlər rus sosioloqları  tərəfindən sovet dövründə 

dərindən öyrənilmişdir. Partnyorların qarşılıqlı münasibəti, dəyişilən vəzifələr, 

təsəvvürlər və davranışın  əsasları kimi mövzular ətraflı  şəkildə  nəzərdən keçirildi. 

Leninqrad  şəhərində  həyata keçirilən sosioloji tədqiqatlar (1978 lə  1981-ci illərdə), 

qadınların nigahdan məmnun qalması  səviyyəsinə  təsir göstərən dəyişiklikləri aşkar 

etmişdi; uşaqlara olan məhəbbət və onların tərbiyə edilməsi ilə əlaqədar olan vəzifələr; 

nöqteyi-nəzərlər və maraqların ümumi olması; dostcasına qayğı göstərmək və meyylilik. 

1996-cı ildə  həyata keçirilən tədqiqatlardan göründüyü kimi isə, izdivacda olan ər 

arvadların əksəriyyəti nigahların keyfiyyətinin yüksək olmasını qeyd edir və ev işləri ilə 

əlaqədar olan əməyin bölüşdürülməsini dəstəkləyirlər. 

Rusiyada həyata keçirilən tədqiqatlarda nigahların keyfiyyətinin izdivacda olan 

şəxslərin sosial və iqtisadi nailiyyətlərindən olan asılılığı aşkar edilməmişdir. Bu dəyişən 

cəmiyyət ABŞ-a nisbətən Rusiyada daha çox nəzərə çarpmışdır. Məlum olduğu kimi, 

sovet dövründən sonrakı dövrdə yaşayan insanlar yaşamaq probleminin həlli ilə məşğul 

olurlar. Onlar qender vəzifəli tələblərin spesifik xüsusiyyətləri və öz həyat yoldaşları ilə 

yarışmaq haqqında heç fikirləşmirlər. Statuslu dəyişkənlər sırasında nigahın 

keyfiyyətinin dərk edilməsi üçün təhsil böyük rol oynayır. Bu amil qadınlara xüsusi ilə 

müsbət təsir göstərir. 

Nigahın keyfiyyətinə təsir edən ən güclü amillərin sırasında izdivacda olan hər iki 

şəxsin sensitiv olması da daxildir. Emosional cəhətdən daha həssas olan və biri birinin 

hisslərinə qayğıkeşliklə yanaşan  ər və arvadlar nigahın keyfiyyətinin qiymətini 

yüksəldirlər. 

Kiçik yaşlı  uşaqlar və yeniyetmələrin çoxluq təşkil etdiyi ailələrdə  ər arvad 

arasında olan nigahın keyfiyyətinin qiymətləndirilməsi aşağı  səviyyədə olur və digər 

ölkələrin göstəriciləri ilə üst-üstə düşür. Bu fakt uşaqların ailəni daha sabit etməsi 

haqqında olan faktı təkzib edir. Uşaqlı ailələrdə olan ər-arvad boşanma haqqında daha 

tez-tez fikirləşirlər. Bununla əlagədar olaraq qeyd etmək lazımdır ki, uşaqların qayğısına 

qalan ailədən, emosional münasibətləri daha qabarıq  şəkildə  nəzərə çarpan ailəyə 

keçidi buna nümunə göstərmək olar. Ümumiyyətlə isə, nigahın keyfiyyəti,  ənənəvi 

şəkildə olan ər-arvad münasibətlərinə xas xüsusiyyətlər ilə üzləşir. Nigahın keyiyyətinin 

dərk edilməsi, ailədə əməyin bölüşdürülməsi prosesindən məmnun qalmaq və boşanma 

halına olan mühafizəkar münasibət boşanma haqqında olan düşüncələrə  mənfi təsir 

göstərir. 




 

 

Qarşılıqlı münasibətlərdən məmnun qalmanın dərəcəsi boşanma haqqında olan 



düşüncələr ilə ölçülür. Rusiyada boşanmanın göstəricisi 1960-cı ildən 1993-cü ilə qədər 

20%-dən 50%-ə yüksəlmişdir. Bundan başqa, nigahın davamiyyətinin azalması  və 

boşanma hallarının artması da açıq şəkildə nəzərə çarpır. Azərbaycanda boşanma ciddi 

şəkildə olan sosial problem deyildir. Belə ki, 1998-ci ildə  əhalinin  1000 nəfərdən 5,7 

nəfəri boşanmışdır. 

Sosioloji tədqiqatlardan göründüyü kimi, nigahın keyfiyyətini aşağı səviyyə uyğun 

olaraq dərk edən respondentlər boşanma haqqında daha çox fikirləşirlər. Təhsilin 

səviyyəsi yüksək olan qadınlar isə əksər hallarda boşanma haqqında düşünürlər. Onlar 

ailə qərarlarının qəbul edilməsində olan iştiraklarını yüksək qiymətləndirirlər. Daha cüzi 

ehtiyata malik olan və özlərini qiymətləndirməyi bacara bilməyən qadınlar boşanma 

perspektivi haqqında düşünürlər. 

Boşanma haqqında düşünən ər və arvadın nigah münasibətində ailə vəzifəsinin 

bölüşdürülməsi  əsas problem hesab edilir. Bu şəxslər hər iki tərəf üçün əlverişli olan 

razılaşmaya gələ bilməzlər. Bu onunla əlaqədardır ki, hər iki şəxsdə bir-birinə zidd olan 

qender təsəvvürləri formalaşdırmışdır. 

 

3. Zorakılığın qender üzrə olan nöqteyi-nəzəri 

Zorakılıq problemi qender tədqiqatlarının daha yeni olan sahələrindən biridir. 

Amerikanın sosioloji ədəbiyyatında bu təzahürləri aşkar edən bir sıra nəzəri üsullar 

fəaliyyət göstərir. 

Ailə zorakılığına aid olan əsas üsul, qender üzrə olan qeyri-bərabərliyi  əsas 

səbəb hesab edən patriarxat nəzəriyyəyə  əsaslanır. Kross-mədəni olan tədqiqatların 

əksəriyyəti bu nəzəriyyəni təsdiq edir. 90 ölkədə keçirilən tədqiqatlardan belə  məlum 

olmuşdur ki, kişilər ailənin maddi ehtiyatları  və  qərarların ailə  səviyyəsində  qəbul 

edilməsinə nəzarət edirlər, qadınlar isə bu hüquqlardan məhrumdurlar. 

İkinci üsul bəzi tədqiqatlar üzrə  təsdiq edilən ehtiyatlar nəzəriyyəsidir. Bu 

tədqiqatlardan göründüyü kimi, daha az gəlir əldə edən, nüfuzlu peşəsi olmayan və orta 

təhsil səviyyəsində olan kişilər ailədə zorakılıq hallarına yol verirlər. Bu nəzəriyyə 

kişilərin ehtiyatlarının mütləq səviyyəsinin  əhəmiyyətini müəyyən edir: maddi rifaha 

malik olmayan kişilər, təminatı olan kişilərə nisbətən ailə münasibətlərində zor tətbiq 

edirlər. 

Üçüncü üsul – nisbi ehtiyatların nəzəriyyəsindən təşkil olunmuşdur. Bu 

nəzəriyyəyə əsasən isə kişinin maddi ehtiyatının qadının rifahı ilə olan müqayisədə az 

olması, ərin zorakılıq davranışından istifadə etməsinə şərait yaradır. Nüfuzlu peşəyə və 

ali təhsil səviyyəsinə malik olan qadınlar zorakılığın əsas qurbanları olurlar. 

Dördüncü üsul nisbi ehtiyatlar haqqında olan anlayış ilə  əlaqədardır. Bu zaman 

maddi ehtiyatı qadının maddi ehtiyatından az olan kişi öz qüdrətinə  dəyən zərəri 

ödəmək məqsədi ilə qadına qarşı zor tətbiq edir. 

Sadalanan bütün nəzəriyyələrdən göründüyü kimi, zorakılıq bir insanın digər 

insanın üzərində  təsdiq edilməsi üçün bir vasitədir. Qender bərabərliyinə olan 

tendensiyaların müşahidə edildiyi postsənayə  cəmiyyətində izdivac zorakılığı, kişilərin 

öz hakimiyyətini itirməsi nəticəsində təzahür etdirdiyi reaksiya ilə əlaqədar olur. 

Tədqiqatlarda, intim münasibətlərində baş verən zorakılıq halları ilə əlaqədar olan 

bir sıra dəyişkən kəmiyyətlər aşkar olunmuşdur. Bura aşağıdakılar daxildir:  

 

1) Yüksək səviyyədə olan ailə münaqişəsi;  



2) Cəmiyyətdə mövcud olan sosial münaqişələrin yüksək səviyyədə olması;  

3) Zorakılıq haları vasitəsi ilə sosiallaşma təcrübəsi;  

4) Zorakılığı qanuniləşdirən mədəniyyət normaları;  

5) Qender üzrə stereotipə malik olan sosiallaşma və cinsi qeyri bərabərlik. 

 



 

 

Moskvada həyata keçirilmiş ev zorakılığı üzrə olan problemlərin tədqiqatından 



(1996) göründüyü kimi, qadınların növbəti hallar zamanı  ərlər tərəfindən verbal 

zorakılığa məruz qalırlar:  

 



Nigahın keyfiyyəti aşağı olduqda;  



Qərarların qəbul edlməsndə cüzi şəkildə iştirak etdikdə;  

Boşanmaq arzusunda olduqda;  



Kişilər aşağı səviyyəli təhsilə malik olduqda. 

 

Digər nəticələrə isə aşağıdakıları aid etmək olar; nüfuzlu işə və ali təhsilə malik 



olmayan kişilər daha çox verbal zorakılığa meyillidirlər, digər tərəfdən isə  işdə çalışan 

kişilər qadınlara fiziki zorakılığı  tətbiq edirlər. Partnyorluq münasibətlərində  təşəbbüsü 

öz əlinə alan kişilər də həmçinin zorakılığa meyillidirlər. Bundan başqa öz valideynlərinin 

ailəsində zorakılıq ilə rastlaşan  şəxsin öz ailəsində  də zorakılıq hallarından istifadə 

etməsi qeydə alınmışdır. Bu hallar sosiallaşma nəzəriyyəsini təsdiq edir. Nəzəriyyədə 

qeyd olunduğu kimi, uşaq yaşlarında qəbul edilən davranış modelləri həddi-buluğa 

çatan zamanı təkrarlanır. 

Ümumiyyətlə isə patriarxat nəzəriyyəsi  əldə olunmuş  məlumatlarda öz əksini 

tapmışdır. Kifayət qədər təmin olunmayan və müvafiq olaraq öz ərlərindən asılı olan 

qadınlar  əksər hallarda zorakılığın qurbanı olurlar. Zorakılıq davranışı güclü mədəni 

ətalətə malik olan patriarxal irsin bir hissəsidir. 

Zorakılıqa qenderli fenomen kimi sosial-iqtisadi, siyasi və hüquqi kontekst üzrə 

mədəni və sosial münasibətdən asılı olmayaraq hər hansı bir ölkədə rast gəlmək 

mükündür. Lakin qeyd etmək lazımdır ki, hər bir ölkə həm zorakılığın formaları, həm də 

dövlət və ictimaiyyətin bu zorakılığa olan münasibətinə görə digər ölkələrdən fərqlənir. 

Qadınlara qarşı  tətbiq edilən zorakılığın  ən geniş yayılmış növlərindən biri də 

seksual zorakılıqdır. Ölkələrin əksəriyyətində, o cümlədən də MDB ölkələrində seksual 

zorakılıq digər növlərdən yüksək səviyyədə olan məxfiliyi ilə fərqlənir. Zərər çəkənlərin 

əksəriyyəti ictimaiyyət tərəfindən eyni tərzdə  dərk edilmədikləri üçün hüquq-mühafizə 

orqanlarına müraciət etmirlər.  İqtisadi böhran şəraitində  fərdi bölmədə olan sosial 

müdafiənin səviyyəsi azaldılış, sahibkardan olan asılılıq isə artmışdır. Məhz buna görə 

də  işdə seksual zorakılıq halları artmaqda davam edir. Bəzi məlumatlara  əsasən, 

Moskvada fəaliyyət göstərən fərdi şirkətlərin üçündən birində seksual məcburilik norma 

kimi qəbul edilir. 

Fiziki zorakılıq qadınlara qarşı  tətbiq edilən zorakılığın  ən çox vüsət almış 

növlərindən biridir. Məsələn,  1993-cü ildə Rusiyada yaşayan  14500 qadın öz ərləri 

tərəfindən qətlə yetiriliş, 6500 nəfər isə  ağır xəsarət almışdır. Qazaxıstanda yaşayan 

qadınların 60%-i isə fiziki və ya seksual zorakılığa məruz qalır. Xarici mütəxəssislərin 

məlumatlarına əsasən isə bütün dünyada yaşayan qadınların hər beşindən biri fiziki və 

ya seksual zorakılığa məruz qalır. 

Verbal zorakılıq (emosional, şifahi) təhqir, hədə-qorxu və  həqarətlərin tətbiq 

olunması ilə  əlaqədardır. Bu növ cəmiyyət və  şəxsi münasibətlərdən geniş yayılmış 

zorakılıq növüdür. Böhran üzrə olan mərkəzin məlumatlarına  əsasən, Sankt-

Peterburqda yaşayan qadınların 22-28%-i zorakılığın bu növünə məruz qalırlar. 

Evdə baş verən zorakılıq və seksual zorakılıq Azərbaycan üçün də aktualdır. 

«Simmetriya» təşkilatı  tərəfindən Azərbaycanın bir sıra regonlarında həyata keçirilən 

tədqiqatlardan göründüyü kimi, Azərbaycanda yaşayan qadınların 37%-i zorakılıq 

faktını, 10%-i özlərinə qarşı ictimai həyatda baş verən zorakılıq faktını, 90%-i isə ailədə 

baş verən zorakılıq faktiki təsdiqləmişdirlər. Evdə baş verən zorakılıq hallarına nəinki 

uşaqlıq və yeniyetməlik vaxtında (32%), həm də ailə  həyatı qurandan sonra da (58%) 

rast gəlirik.  1998-ci ildə  həyata keçirilmiş bu tədqiqatda  19-65 yaşında olan 1000-ə 

yaxın qadın iştirak etmişdi. 




 

 

2001-ci ildə  əldə olunmuş  məlumatlara  əsasən isə Bakı  şəhərində yaşayan 



qadınların 59%-i öz ərləri tərəfindən ev zorakılığına məruz qalmışdırlar. Cinslərin hüquq 

bərabərliyinə  gəldikdə isə qadınların 70, kişilərin isə 48%-i ailədə hüquqların bərabər 

olduğunu qəbul edirlər. Gənc oğlanların 32% gənc qızların 48%-i kişi və qadınların eyni 

hüquqa malik olduğunu təsdiqləmişdirlər. 

Qadınların ailədə təhqirə məruz qalmasına dözməsi nə ilə əlaqədardır? Sosioloji 

sorğunun göstəricilərinə  əsasən, bunun aşağıdakı  səbəbləri mövcuddur: yaxın qohum 

və qonşulardan utanmaq, daha çox təhqirə  və döyülməyə  məruz qalmaq qorxusu, 

iqtisadi asılılıq, uşaqları atasız qoymamaq arzusu. Ev zorakılılığın  əsas səbəblərinə 

həmçinin zorakılığın döyüş meydanından evə  gətirilməsi (zorakılığın bu növünü 

münaqişəli ölkələrin hər birində müşahidə etmək mümkündür), «qadının öz yerini 

bilməsi»  ənənəsi, iqtisadi vəziyyət,  əsəb gərginliyi, ailədə zorakılığın aradan 

qaldırılmasına dair siyasətin olmaması. 

Bununla əlaqədar olaraq, dövlət və ictimai təşkilatların əsas vəzifəsinə, qadınlara 

qarşı olan zorakılığın qarşısının alınmasına dair tədbirlərin həyata keçirilməsi daxil olur. 

Bu siyasətin əsas tərkib hissəsi – qadınlara qarşı olan zorakılığ ilə mübarizənin hüquqi 

bazasının möhkəmləndirilməsindən təşkil olunmalıdır. Hüquq-mühafizə sistemi, 

zorakılıq hallarının cəmiyyətdə azaldılmasına yardım edən  əsas amillərdən biridir. 

Zorakılıq hallarının azaldılması, həm də  zərər çəkənlər üçün keyiyyətli müdafiə 

sisteminin yaradılması hesabına tətbiq edilə bilər. Özünü hüquq vasitəsilə müdafiə 

etmək arzusunda olan qadınlar da məhz elə bu sistemin mövcud olmaması ilə 

rastlaşırlar. 

Qadınlara qarşı olan zorakılıq hallarının aradan qaldırılması zamanı maraqlı olan 

qrupların fəaliyyəti də əsas amil kimi iştirak edə bilər. Məsələn, ABŞ-da bu məsələlərin 

parlament və hökumət səviyyəsində  həll olunması ilə  məşğul olan koalisiya 

yaradılmışdır. ABŞ-da həmçinin hər ilin mart ayının 25-də lobbilləşdirmənin Milli günü 

adlı  tədbirlər də  həyata keçirilir. Bu tədbirdə ölkə  əhalisi qadınların müdafiəçiləri ilə 

həmrəy olduğunu ifadə edir. Bununla əlaqədar olaraq, ABŞ-da ailədə zorakılığın baş 

verməsi halları 20%-ə qədər azalmışdır. 

Burada həmçinin qadınların saxlanılması üçün zəruri olan «selterlər» və böhran 

mərkəzləri təşkil edilmişdir. Onlarn fəaliyəti Qərb ölkələrində geniş  şəkildə yayılmışdır. 

Bu mərkəzlər ailə problemlərinin həll olunmasında qadın və  uşaqlara yardım edirlər. 

Burada qadınlar hüququ, tibbi və emosional yardım alırlar. Bütün xidmətlər pulsuzdur, 

çünki qadın problemlərinin həll olunmasında dövlətdən başqa digər fərdi qurumlar da 

iştirak edirlər. Uşaqlı qadınlar bu mərkəzdə 90 gün qala bilərlər. Xüsusi şəraitdə isə 

onlar burada bir il yaşayırlar. Xüsusi polis idarəsi bu qadınların təhlükəsizliyini təmin 

edir. Bu mərkəzlərin Azərbaycanda da yaradılması üzrə tədbirlər həyata keçirilir. 

Qadınlara qarşı olan zorakılığın aradan qaldırılmasına dair siyasətin əsas tərkib 

hissəsi, təbliğat kompaniyalarının həyata keçirilməsindən ibarətdir. Məsələn, MDB 

ölkələrinin  əksəriyyətində, o cümlədən Azərbaycanda BMT-nin Qadınlar üzrə olan 

inkişaf fondunun yardımı ilə «Zorakılıq olmadan yaşamaq bizim hüququmuzdur» adlı 

maarifləndirici kompaniya təsis edilmişdir. Dünya bankı  və BTN-nin əhalinin 

yerləşdirilməsi üzrə olan fond vasitəsilə  həyata keçirilən kompaniyanın davamlılıq 

müddəti 2001-ci ilin oktyabr ayından 2003-cü ilin aprel ayına qədər qüvvədə olacaqdır. 

Kompaniyanın  əsas məqsədi – qadınlara qarşı olan zorakılıq problemlərinin 

əhaliyə çatdırılması  və bu mənfi təzahürün iqtisadi və sosial nəticələrinin dərk 

olunmasından ibarətdir. Kompaniya ilk növbədə ev zorakılığın ləğv edilməsinə  və  iş 

yerlərində seksual zorakılığın qarşısının alınmasına yönəldilmişdir. Bu tədbirlərə, 

qadınlara qarşı olan zorakılığın tədqiq edilməsi, hüquq mühafizəsi orqanları üçün 

nəzərdə tutulan xüsusi təlimlərin təşkil edilməsi, sənədli filimlərin çəkilməsi, audio və 

radio məhsulların istehsal olunası və s. aiddir. 




 

 

Ümumilikdə isə qadınlara qarşı edilən zorakılıq problemlərinin həll edilməsi 



kompleks şəklində olan tədbirlərin həyata keçirilməsini tələb edir. Bura cinslər arasında 

olan münasibətlərin qender simmetriyasının təsdiq olunmasına yardım edən ictimai 

şüurda dəyişikliklərin həyata keçirilməsi zəruriyyəti aiddir. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 



 

1.  Антонов А.И., Мерков В.М. Социология семьи. – М., 1996 

2.  Гендерные аспекты социальной трансформации. – М., 1996 

3.  Гендер и общество / под редакцией Широбоковой А.А. и др./. – Иркутск, 2001 

4.  Гендерные  исследования:  феминистская  методология  в  социальных  науках / 

под ред. Жеребкиной И./. – Харьков, 1998 

5.  Гидденс Э. Социология. – М., 1999 

6.  Интеграция  гендерной  теории  в  социальные  и  гуманитарные  дисциплины 

/материалы конференции/ -Б., 2001 

7.  Калабихина  И.  Гендерный  анализ  экономико-демографических  проблем. – М., 

1994 

8.  Мурадов  Ш.  Демографическое  развитие  Азербайджана  на  пороге XXI в. 



//Общество и экономика, 2000, № 5-6 

9.  Осколкова О. США: изменение в сфере семейно-брачных отношений //Мировая 

экономика и международные отношения, 1993, №6 

10. Пфау-Эффингер  Б.  Опыт  кросс-национального  анализа  гендерного  уклада 

//Социологические исследования, 2000, № 11 

11. Римашевская Н., Ванной Д. и др. Окно в русскую частную жизнь. М., 1999 

12. Смелзер Н. Социология. - М., 1994 

13. Тартаковская О. Социология пола и семьи. - Самара, 1997 



 

Document Outline

  • ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə