MÖVZU. AİLƏ MÜNASİBƏTLƏRİNİN QENDER PROBLEMLƏRİ
Kişi və qadın insan təbiətinin iki tərəfidir: ağıl (ruh) və hisslər
Eriqena
Əgər qadında azad olmaq ideyası güslü olarsa onda o, möhkəm iradə və güslü ağıla
malik olduğunu sübut edə bilər.
M.Kazımbek
•
Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur
•
Ailə münaqişələrinin səbəbləri. Qender müqaviləsi
•
Zorakılıq insan təbiətinin xüsusiyyətlərindən biri kimi
•
Ailədə qender münaqişələlərin tənzimlənməsinin əsas üsulları
Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur
Hər adamın öz həyat məkanı vardır – bu digər insanlarla – qohum, dost, qonşularla olan
münasibətləridir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür: «ev», «ailə» – bu,
insanların yaşadıqları yeridir, yalnız burada onlar özünü yaxşı hiss edir.
Ailə, şübhəsiz, müasir dövrdə, istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə
cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının
ötürücüsü rolunu oynayır.
T.Louson və C.Herrod lüğət-sorğu kitabçasında ailəni belə müəyyənləşdirirlər: ailə – «ümumi
qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bizim bağlandığımız bütün
adamlardır». (1)
V.R.Ratnikov «ailə» dedikdə «dəqiq müəyyən edilmiş maraqları və məqsədləri olan mini qrupu»
başa düşür. Ailənin əsas məqsədi – qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə
bilmək və nəslin davamını təmin etməkdir. (2)
M.Həsənova Azərbaycan ailəsinə həsr edilmiş tədqiqat işində qeyd edir ki, ailə – qadın və kişinin
qarşılıqlı meylli və istəyi ilə qurulan könüllü ittifaqdır. Onların arasında formalaşan münasibətləri,
insanın insana təbii münasibəti kimi də qiymətləndirmək olar. (3) Bir çox tədqiqatçı – alimlərin təsdiq
etdiyi kimi, ailəni biososial yenidən törəməsi həqiqətən cəmiyyətin əsas tələbatıdır, ona görə də
insanlığın bütün tarixi boyu ailə həmin prosesi təmin edən əsas institut olaraq qalmaqdadır. Jəmiyyətin
əsas özəyi olmaqla, ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Müasir dünyada ailənin
üç müxtəlif növü daha geniş yayılmışdır:
1. Ər və arvad cütlüyü – övlad və övladsız (nuklear ailə)
2. Valideynlərdən biri övladları ilə (natamam nuklear ailə)
3. Ər və arvad cütlüyü övlad və ya övladsız, ər və arvad valideynləri və başqa qohumları ilə (mürəkkəb
ailə).
Nuklear ailə – iki əks cinsə mənsub yaşlı üzvü və onların himayəsində olan uşaqları ilə təmsil
edilmiş ailədir. Bir çox sosioloqlar (xüsusilə funksionalistlər) belə ailə formasını əsas, ailənin
universal
növü kimi qeyd edirlər (ailə şəklində yaşayan insan qruplarının tərkibi). Bundan əlavə, funksionistlər,
xüsusilə də T.Parsons hesab edir ki, nuklear ailə sənaye cəmiyyətində üstünlük təşkil edən daha müvafiq,
yəni ictimai tələblərə daha çox cavab verən ailə kimi nuklear ailə genişləndirmiş ailəni əvəz etmişdir.
Yəni genişləndirilmiş ailədə baza nuklear struktur ya şaquli (məsələn valideynlər, uşaqlar və
valedeynlərin valideynləri daxil olmaqla) və yaxud da üfüqi (iki və ya daha artıq qardaşlar öz arvadları
və uşaqları ilə birlikdə yaşayırlar) olaraq tamamlanır və ya genişləndirilir.
Lakin sosial mənada ailə anlayışı o qədər də aydın deyildir, bunun da səbəbi ailə, qohumluq və ev
təsərrüfatı arasında dəqiq bölgünün olmamasıdır. Ümumi təsərrüfatı olan ailə ilə geniş mənada özünü
ailə hesab edənlərin arasında fərq vardır. Bundan başqa, ailə qarşılıqlı münasibətlərin mənəvi aspektinə
yönəlmişdir, belə ki, o, eyni zamanda həm sosioloji və həm də bioloji quruluşdur.
Ailəni zaman keçdikcə əhəmiyyəti dəyişən sosioloji quruluş kimi nəzərdən keçirərkən, alimlər ya
institusional, ya da qruplaşdırılmış yanaşmanı əsas götürürlər. Tarixən qrup kimi yaranmış ailə,
sivilizasiya təşəkkül tapdığı vaxt sosial ümumiləşdirilmiş xarakter aldı və, nəhayət, sosial instituta
çevrildi.
Müasir ictimai tələblərə həyat tərzinin, fəaliyyətin uyğun gəlib-gəlməməsinin öyrənilməsi xüsusi
əhəmiyyət kəsb edən zaman ailəni xüsusi sosial institut kimi edirlər. Sosial institutun modeli gələcək
dəyişiliklərinin proqramının verilməsi üçün çox vacibdir.
Sosial institut kimi ailənin cəmiyyətdə tarixi dəyişmələri müxtəlif templərlə baş verirdi. Onun
inkişafında həm tədricən, həm də sərt dəyişən dövrlərinə rast gəlmək olur. Ailə tədqiqatlarının çətinliyi
ondadır ki, müxtəlif cəmiyyətlərdə o, siyasət, din, hüquq kimi müxtəlif institutların çox böyük təsiri
altındadır.
Alimlər ailənin digər tərəfini də - onun cəmiyyətə, şəxsiyyətin formalaşmasına, dəyərlər
istiqamətlərinə, ideallarına, onun mədəni irsə münasibətini və təsirini qeyd edirlər. Bununla bağlı onlar
ailəni bütün ailə özəkləri tərəfindən yerinə yetirilən və əsas, ən vacib mövqe kimi qəbul edilən ailə
funksiyalarını qeyd edirlər. İlk funksionalistlərdən biri olan C.Mirdok hesab edirdi ki, ailənin əsas cinsi,
reproduktiv, tərbiyəvi (və ya sosiallaşma), iqtisadi funksiyaları var. Ailənin cinsi funksiyası cinsi meyl
və onun təmin edilməsinə sosial nəzarətin həyata keçirilməsindədir. Belə nəzarət, cinsi əlaqələrin
sərbəstləşməsi üzərinə qoyulur ki, sonuncu ailədə münaqişəyə səbəb olmasın.
Reproduktiv funksiya həm ailədə uşağın anadan olması ilə ifadə olunur, əlavə olaraq, böyüklərin
üzərinə uşağın düzgün böyüməsi ilə bağlı, nigah və ailənin strukturunu tənzimləyən qaydalara riayət
olunması məsuliyyəti qoyulur. Bununla uşağın və ümumiyyətlə cəmiyyətin sağ qalmasına təminat
verilir.
Tərbiyəvi funksiya xüsusi əhəmiyyətli hesab edilir, burada cəmiyyətin mədəniyyəti bir nəsildən
digərinə keçirilməsində müvafiq cəmiyyətin üzvü olan uşağın davranışını təmin edən proses nəzərdə
tutulur.
İqtisadi funksiya kimi ailədə aparılan işlər nəzərdə tutulur. Bir çox sosioloqlar hesab edir ki,
sənaye cəmiyyətində iqtisadi funksiya bir o qədər istehsala deyil, daha çoz istehlaka çıxarır; yəni birbaşa
malları hazırlamaqla deyil, malları satın almaqla və onların istifadəsi ilə məşğul olan ailələr.
Bir çox mənbələrdə ailələrin guya əvvəlki funksiyalarını itirməsi və müvafiq olaraq sosial institut
kimi mənasının itməsi qeyd edilir. Lakin bir sıra sosioloqlar xüsusilə T.Parsons qeyd edir ki, ailənin qalan
funksiyaları daha da məxsusiləşir və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
Yalnız XX–ci əsrin 70-ci illərində hətta xeyli dərəcədə inkişaf etmiş ailə sosiologiyasında keçmişdə
olan ailənin strukturu, qohumluq əlaqələr şəbəkəsi, onun digər sosial institutlarla əlaqələri öyrənilməyə
başlandı.
Bir institut kimi ailə təhlilinin öz xüsusiyyətləri vardır, belə ki, qender aspektinin tədqiqatçılarını
hər şeydən əvvəl kişi və qadınların ailədəki qavranışlarının nümunələri, ailədə artıq qəbul edilmiş rollar,
nigah-ailə münasibətlərində formal və qeyri-formal normların və sanksiyaların və s. xüsusiyyətləri
maraqlandırır.
90-cı illərdə Qərb sosioloqları ailə həyatının problemlərini təsvir etmək üçün «həyat yolu»
konsepsiyasını təqdim etdilər. Burada uşaqlıq asılılığı dövründən başlayaraq və birgə yaşayışın müxtəlif
formalarının yaranmasına qədər cəmiyyətdə fərd və qrupların seçdikləri müxtəlif yollar qeyd edilir.
«Həyat yolu» təhlil edilərkən kişi və ya qadının həyatda bu və ya başqa yolu seçməsinə təsir edən
imkanların aşkar edilməsinə səy göstərilmişdir. (4)
Qender aspektinin tədqiqatçıları nigah münasibətlərinin dörd növünün: 1) qrup nigahının; 2)
poliqamiyanın (bir kişi və bir neçə qadın); 3) poliandriyanın (bir qadın və bir neçə kişi); 4)
monoqamiyanın (bir kişi və bir qadın) iki formatda: ömürlük və boşanmanı mümkün hesab edən
mövcudluğunu qeyd edirlər.
Hal-hazırda poliandriya, demək olar ki, artıq itmişdir; qrup şəklində nigah yalnız bir neçə qəbilədə
qalmışdır, poliqamiya çox azalsa da, lakin o milyonlarla islama sitayiş edənlərdə və minlərlə mormon
sektalarında qalmışdır, monoqamiya isə genişlənmişdir, lakin ömürlük deyil, bir qayda olaraq
boşanmalar ilə qalmışdır.
XX əsrin ortalarında Qərbi və Mərkəzi Avropada erkən evlənmə ilə ilk övladın tez doğulması ilə
xarakterizə edilən ailə tipi üstünlük təşkil edirdi, bunlardan sonra yenidən artım prosesi dayanırdı və ya
da da tamamilə kəsilirdi. Lakin 60-cı illərdən bu stereotip dağılmağa başladı, uşaqsız və ya yalnız bir
uşağı olan ailələrin sayı, doğuşların arasındakı müddət, nigahdan kənar əlaqələr çoxaldı. Bütün bunlar