Mövzu AİLƏ VƏ ev təSƏRRÜfati iQTİsadi TƏHLİLİn obyekti KİMİ



Yüklə 87,9 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü87,9 Kb.
#5876


Mövzu 3.

   AİLƏ   VƏ   EV   TƏSƏRRÜFATI   İQTİSADİ   TƏHLİLİN   OBYEKTİ   KİMİ 

 

1. Reproduktiv davrvnış və onun iqtisadi təhlili 



2. Ev təsərrüfatının məhsuldarlıq funksiyası anlayışı 

3. Nigah münasibətlərinin iqtisadi təhlili. Ailə daxilində əmək bölgüsü 

 

1. Reproduktiv davrvnış və onun iqtisadi təhlili 

İqtisadiyyatda dövriyyə modelini nəzərdən keçirərkən qeyd etmək lazımdır ki, 

istehlakçı  və istehsalçı buraxılış  və resursların qiyməti və sayını müəyyənləşdirərkən 

bir-birinə təsir göstərirlər. Məhsullar  və resurslar və ya istehsal amilləri (torpaq və əmək 

kimi) bazarları mövcuddur. Qərarlar təsərrüfat işləri aparan iki müxtəlif subyektlər 

tərəfindən (ev təsərrüfatları və müəssisələr) verilir. 

Ev təsərrüfatları nemətləri alır və istehsalat amillərini satır, müəssisələr isə 

nemətləri satır, istehsal amillərini alırlar. Ev təsərrüfatları  əməyin və digər resursların 

satılmasından  əldə etdikldəri gəliri müəssisələrdən nemətlərin alınmasına sərf edirlər, 

müəssisələr  əməyin və mülkiyyətin qiymətinə  əsaslanaraq malların qiymətlərini 

müəyyənləşdirirlər. 

İşçilər – sadəcə olaraq mücərrəd istehsal amili deyillər. İşçi dedikdə insan nəzərdə 

tutulur. Onlar yalnız iqtisadiyyatı  əmək resursları ilə  təmin etməklə  məşğul deyillər. 

Onların ailəsi, arzuları  və  tələbatları vardır. Məhz buna görə biz iş yerlərinin sayı  və 

keyfiyyəti ilə maraqlanırıq, buna görə  işsizlik səviyyəsinin artması  mərkəzi sosial 

problemə çevrilir, əmək bazarı isə müzakirələr, sosial münaqişələr və siyasi 

narahatlıqlar mənbəyinə çevrilir. 

XX əsrdə əmək haqqının tarifi, əməyin şərtləri və birliklərin yaradılması məsələləri 

ilə bağlı  əmək və kapital arasında qəti vuruşma gedirdi; bu gün qadınlar yaxşı  iş  və 

kişilərlə bərabər əmək haqqı almaq üçün öz hüquqları uğrunda mübarizə aparırlar. 

1994-cü ildə YUNİSEF in icra soveti kişilər və qadınlar arasında hüquq bərabərliyi, 

qız və qadınların imkanlarının genişləndirilməsi məsələlərinə  həsr olunmuş siyasi 

icmalını  şərh etdi. Siyasi icmal qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv 

edilməsi haqqında Konvensiyanın və  uşaq hüquqları barədə Konvensiyanın 

məqsədlərinin həyata keçirilməsi məqsədilə atılan mühüm addımdır. 

Siyasi icmal inkişaf və cinslər arasında bərabərlik məsələlərinin araşdırılmasına 

yeni nəzər deməkdir. Qadınlar və onların cəmiyyətdə rolu məsələsinə xüsusi diqqət 

verilir. Siyasətin icmalında hüquq bərabərsizliyinin aradan qaldırılması üçün onun dərin 

köklərinin tapılması və ləğv edilməsi məsləhət görülür. 

Siyasi icmalda qadınların hüquq bərabərliyinin təmin edilməsi  əsaslarının 

konsepsiyası  şərh edilir. Bu konsepsiyaya əsasən, qadınların inkişafı prosesi sosial 

təminat mərhələsindən başlayaraq 5 mərhələdə keçir. Qadınların imkan və hüquqlarının 

genişləndirilməsi qadınların resurslardan istifadə imkanı, cinslərin bərabərhüquqlu 

olmayan vəziyyətinin dərk olunması, qadınların qərarların qəbul edilməsi prosesində 

iştirakı kimi növbəti mərhələlərin hər birinin vacib  komponentlərindən biridir. Sonuncu 

mərhələdə (nəzarət mərhələsi), qadınlar öz hüquq və imkanlarına, kişilərlə 

bərabərhüquqluğa nail olurlar. 

Cinsi  əlamətə görə  fərqləndirmənin  əsas struktur səbəblərinin ləğv edilməsinə 

xüsusi diqqət yetirilir. Bu problemin həll edilməsi məqsədilə  həyat tsikllərinin 

konsepsiyaları  şərh edilir. Bu konsepsiya əsasən bu günkü qız – sabahkı qadının, öz 

inkişafının hər mərhələsində (anadan olandan 5 yaşınadək, 6 –dan 12 yaşa və 13 – dən 

18 yaşa qədər) qarşılaşdığı problemin həllinə yönəldilmişdir. Bu konsepsiya qadın 

həyatının bərabərhüquqlu olmayan təzahürlərinin ləğvinə yönəldilmişdir. Cinslər 

arasında bərabərliyin təmin edilməsinə yönəldilmiş strategiya və konkret tədbirlər 

arasında aşağıdakıları qeyd etmək olar: 

 



- ailə daxilində bərabərliyə yardım etmək; 

- ev 


işləri və valideynlək borcunun yerinə yetirilməsində ataların daha yaxından 

iştirakının rəğbətləndirilməsi; 

- çıxılmaz vəziyyətlərdə qender problemlərinə aid olan məsələlərin həlli; kasıb 

ailələrdə yaşayan qadınlar, daha çətin şəraitdə olan qız və qadınlar üçün tədbirlərin 

həyata keçirilməsi. 

 

Sosial proqramlar və  əmək haqqında qanunlar istehsalatda qadın və kişilər 



arasında bərabərsizliyin azaldılmasına yardımçı oldular. Ev təsərrüfatında isə cinslər 

arasında  əmək bölgüsünün çoxəsrlik qaydası  hələ  də saxlanılır.  İşləyən qadınlar evə 

gəldikdən sonra «ikinci növbə» işə başlayırlar, kişilər isə ev  işləri və uşaqların tərbiyəsi 

ilə demək olar ki, məşğul olmurlar. 

Ev təsərrüfatında cinslər arasında  ənənəvi  əmək bölgüsünün qalması fertilliyin 

dinamikasına, qadınların özfəaliyyət göstəricilərinə, iş qüvvəsi bazarında kişi və qadınlar 

arasında bərabərliyə,  əmək sferası,  əhali, sosial məsələlər və iqtisadiyyatda dövlət 

siyasətinin effektivliyinə  təsir göstərir. Nə  qədər ki, qadınlar ev işləri və  uşaqların 

tərbiyəsi üçün cavabdehdirlər onlar, onlar üçün xidmət nərdivanında yüksəlmək, bəzən 

isə iş bazarında ümumiyyətlə iş tapmaq çətin olacaq. Bundan əlavə, o qadınlar ki ailənin 

təmin olunması üçün işlə  təmin olunmanı vacib  hesab edirlər, çətin ki, çox uşağın 

olmasına razı olsunlar. 

Qadınlar istənilən ölkənin var-dövlətidir. Lakin heç bir ölkə öz qadınlarına öz 

kişilərinə yanaşdıqları kimi yanaşmırlar, heç bir ölkə qadına onun iqtisadiyyata verdiyi 

xeyirə uyğun qiymət vermir. BMT və Dünya bankı  tərəfindən hazırlanan bir sıra 

araşdırmalar nəticəsində  məlum olmuşdur ki, qadına qoyulan investisiyalar artımın 

sürətlənməsi, səmərəliliyin artması, iqtisadiyyatın güclənməsi və yoxsulluğun azalması 

şəklində geri qayıdır. Qadınların sağlamlığının keşiyində durmaqla dövlət sosial-iqtisadi 

inkişaf üçün zəmin yaratmış olur. Bunsuz də qadınların sağlamlığına qoyulmuş 

investisiyalar az xeyir gətirmir. Onlar uşaqların sağlamlığının möhkəmləndirilməsi, 

ailənin rifahının artması, səhiyyəyə qoyulan xərclərin azalması  və  məhsuldarlığın 

yüksəlməsi şəklində geri qayıdır. 

1990–cı illərdə, demək olar ki, bütün ölkələrdə planlı iqtisadiyyatla başlamış  və 

onların bazar iqtisadiyyatlı demokratik dövlətə çevrilməsinə yönəldilmiş keçid prosesi, 

səhiyyə  və sosial təminatlar sahəsində böyük xərclərə  səbəb oldu. Bundan ən çox 

əziyyət çəkən qadınlar, uşaqlar və ailələr oldu. 

Hələ siyasi dəyişikliklər başlamazdan  əvvəl ölkələr xəstəliklə bağlı  məzuniyyət 

(qadınlar uşaqlara qulluqla bağlı kiçik müddətli məzuniyyətlər ala bilirdilər), dekrektlə 

qoyulmuş  məzuniyyət (hamiləliyə görə  məzuniyyət), eləcə  də  işləyən hamilə qadınları 

zərərli kimyəvi maddələr və  həddən artıq fiziki gərginlikdən qorumağa yönəldilmiş 

təhlükəsizlik texnikası  və professional gigiyena normaları barədə geniş proqressiv 

qanunlar qəbul etmişdilər. Hal-hazırda isə qadınlar iş itirmək qorxusu olduğu üçün bu 

imtiyazlardan getdikcə daha az istifadə edirlər. Bu o deməkdir ki, sadalanan qanunlar 

yerinə yetirilmir. Qadınların üzərinə ev işlərinin görülməsi, uşaqlara qayğı, qoca və xəstə 

ailə üzvlərinə qayğı kimi vəzifə borcu qoyulur. Qadınların çiyinləri üzərinə düşən bu 

ikiqat ağırlıq azmış kimi, o, keçid dövrünün şərtləri, sanitariya və nəqliyyat problemləri, 

əməyi asanlaşdıran texniki avadanlıqların əldə edilməsi üçün əlavə vəsaitin olmaması, 

sosial tələbatlara dövlət xərclərinin azalması  və  məişət xidmətləri, məktəbəqədər və 

məktəb təhsili qiymətlərinin artması kimi gündəlik problemlərlə  də rastlaşır. Yoxsulluq 

dərəcəsinə çatanlar ,adətən, qadınların başçılıq etdiyi və iki və daha artıq uşaqlı ailələr 

olur. Nigaha girənlərin sayının azalması və ərsiz qadınların doğduğu uşaqların sayının 

artması qadınların başçılıq etdiyi ailələrin sayının artması deməkdir. 

Dava-dərmanların azalması, tibbi texnika və materialların defisiti geniş vüsət 

almışdır:  ən müasir texnrologiyalardan istifadəyə, baha başa gələn analiz və 




proseduraların keçirilməsinə daha çox diqqət verilir. Respublikada Əhaliyə ilkin tibbi-

sanitar xidmət infrastrukturu vardır. Lakin bu infrastrukturda məşğul olan həkim, akuşer 

və tibb başçılarının sosial statusu çox aşağıdır və maddi və mənəvi stimul üçün azdır. 

Tibb elmi «qalıq prinsipi» vasitəsilə maliyyələşdirilir, tibbi heyətin təkmilləşdirilməsi nadir 

hallarda aparılır. Kağız üzərində  səhiyyə yüksək inkişaf səviyyəsindədir, lakin 

Respublikanın bəzi rayonlarında, xüsusən kənd rayonlarında qadınlar ambulator 

müayinədən keçmək üçün böyük məsafə qət etməli olurlar. Gəldikləri yerdə isə, heç bir 

ilkin səviyyədə müayinə aparmaq üçün belə avadanlıq olmur. 

Analıq və reproduktiv sağlamlığın qorunması xidmətləri isə  səviyyəsizdir: bu 

xidmətlərin göstərilməsi zamanı qadın və onun ailəsinin sosial, emosional və 

şəxslərarası  tələbatlar nəzərə alınmır. Respublikada kontrasepsiya vasitələrinin 

istehsalı  və yayılması, cins və ailənin planlaşdırılması  məsələləri ilə bağlı biliklərin 

yayılması, tibb işçiləri ilə tibbi xidmətlərdən istifadə edənlər qarşı diqqətli olmaq  

ətrafında tərbiyəvi işin aparılması ilə bağlı heç bir iş görülməmişdir. Qanın toplanması 

və köçürülməsi, təcili tibbi yardım göstərilməsi üçün rabitə və nəqliyyatın təşkili, duzların 

yodlaşdırılması, vitaminləşdirilmə və sağlam qida kimi sanitariya-gigiyena işlərinin əsas 

istiqamətlərinə də az diqqət yetirilir. Respublikada analıq ölümü monitorinqinin səmərəsi 

olmayan və köhnəlmiş sistemindən istifadə olunur. Kompleks profilaktika veneroloji 

xəstəliklərin, QİÇS və qadınlarda uşaqlığın xərçəng xəstəliyinin müalicəsi proqramı 

lazımi səviyyədə inkişaf etməyib, yaxud yox dərəcəmindədir. Yuxarıda sadaladığımız 

yanaşmalardan hər biri (neoklassik, marksist, institusional) reproduktiv davranışı 

müxtəlif cür təhlil edirlər. Məsələn, neoklassik nəzəriyyə  uşağın olub-olmamasına  ən 

əvvəl investisiya qərarı kimi baxırlar. Bu qərar  ər-arvad tərəfindən rasional seçim 

əsasında qəbul edilir, o vaxt ki, gözlənilən nemət (sevgi, altruizm – inkişaf etmiş 

ölkələrdə, məhsuldar xidmətlər – inkişaf etməkdə olan ölkələrdə) onlar üçün xərclərə 

(pul və vaxt məsrəfinə) üstün gəlir. Uşağa tələbat mənfi surətdə onların saxlanmasına 

olan xərclərlə, müsbət surətdə isə valideynlərin gəliri ilə bağlıdır. Lakin, adətən, müasir 

ailədə  gəlirin artması, uşaqların sayının azalması ilə müşayiət olunur. Bu valideynlərin 

vaxtının çox bahalı olması, xüsusən də  işləyən ananın vaxtının bahalı olması ilə 

bağlıdır. Bundan əlavə, istər-istəməz uşaqların sayı və keyfiyyəti arasında asılılıq vardır, 

belə ki, uşaqların sayı artdıqca keyfiyyəti təmin etmək üçün onların hər birinə qoyulan 

investisiya azalır. Və ananın təhsil səviyyəsi, məşğulluğu həlledici faktorlardan birinə 

çevrilir ki, bu da öz növbəsində nigaha girmək üçün partnyorun seçilməsinə, uşaq 

istəmək arzusuna, ev işlərinə  sərf olunan vaxtın qiymətinə, uşaq ölümüm və 

doğumsayına təsir göstərir. Beləliklə, müasir iqtisadi nəzəriyyə  uşağın olub-olmaması 

qərarının  ən  əvvəl qadın tərəfindən düşünülmüş rasional seçim olması faktının dərk 

edilməsinə kömək edir. 

 

2. Ev təsərrüfatının məhsuldarlıq  funksiyası anlayışı  

Ev təsərrüfatının məhsuldarlıq funksiyası anlayışını  nəzərdən keçirərkən biz 

marksist siyasi nəzəriyyə baxımından yanaşmaya əsaslanırıq. Qender problemlərinə ilk 

dəfə XlX əsrdə marksist iqtisadi nəzəriyyə  çərçivəsində baxılmışdı. Bu baxımda daha 

dolğun marksist mövqe F.Engelsin «Ailənin xüsusi mülkiyyətin və dövlətin yaranmvsı» 

əsərində öz əksini tapmışdır. Engels qadının məhsuldar  əməyi və  sənaye 

müəssisəsində  iştirakının qadın azadlığının  şərtləri və  çıxış noqtəsi kimi göstərir. 

Müxtəlif əsrlərdə «ailənin tədrici inkişafı»nı nəzərdən keçirərkən Engels qeyd edirdi ki, 

qadınların evdə qul halına salınması (təhkim olunması) yalnız evdən kənarda  əmək 

bölgüsünün inkişafı ilə bağlıdır. Burjua ailəsi bir tərəfdən ailəni dolandıran kişilərin 

ağalığı, digər tərəfdən isə onların iqtisadi cəhətdən kişilərdən asılı olan qadınların açıq 

yaxud gizli olaraq əsarət altına alınması  əsasında formalaşmışdı. Məsələnin bu cür 

qoyuluşu zamanı köləliyə o vaxt son qoymaq olar ki, qadınlar ictimai istehsalata 

qovuşsunlar. Sosializmə keçid zamanı bu məsələni həll etmək ev təsərrüfatı  və 



uşaqların tərbiyəsini evdən kənara çıxarmaq və bu sahəni ictimai əmək sahəsinə 

çevirmək sayəsində  həll olunacaqdı. Bununla da qadınların hüquq bərabərsizliyinin 

obyektiv  əsasına son qoyulacaqdı. Lakin marksist nəzəriyyə  aşağıdakı suallara cavab 

verə bilmir: 

 

- Qadınların ev təsərrüfatında işi nədir – əmək yaxud asudə vaxtın keçirilməsidir? 



- Bu 

cür 


fəaliyyətə qiymət vermək olarmı? 

- Bu 


fəaliyyət zamanı dəyər yaranırmı? Elə isə qadına necə qiymət verək? O kimdir? 

–  ərin vəsaiti hesabına yaşayan və  əvəzində heç nə yaradmayan tənbəl avara, 

yazud əməyi  ev təsərrüfatında istifadə olunan işçi? 

 

Beləliklə, marksist nəzəriyyə  çərçivəsində qender aspekti açıq-aydın asılı 



vəziyyətindədir.  Əslində marksizm «qadın məsələsinə» elmi deyil, ideoloji cavab verir: 

kapitalizm olmasa qadınların istismarı da olmayacaq. Nəticə etibarilə marksist iqtisadi 

nəzəriyyə üçün qadın və qadın əməyi görünməz olaraq qalır.  

Bu istiqamətdə  iş aparan müasir feminist iqtisadçılardan Hayzi, Hartmann, Ayris 

yanq, Kristin Delfi və b. Adlarını çəkmək olar. Bunların hamısı öz fikirlərinə üç bölmədə 

cəmləşdirirlər: 

 

1. kapitalizm və qadınların istismarı; 



2. patriarxat və qadınların istismarı; 

3. qadınların istismarında patriarxat və kapitalizm. 

Onların nöqteyi-nəzərinjə qadınların istismarı insanın insan tərəfindən istismarının 

ən geniş yayılmış və kök salmış formalarından biridir. 

Radikal feminizmin ən görkəmli nümayəndələrindən K.Delfi qadınların istismarını 

«istehsalatın ailə üsulu» konsepsiyasından çıxış edərək izah edir. Onun fikrincə 

qadınların istismarı onun evdə nə işlə məşğul olmasından asılı deyildir, onun işinin evdə 

olması artıq özü istismardır. 

Delfinin fikrincə evdən kənarə yalnız kişilər çıxır, qadınlar isə evdə qalaraq 

ərlərinin  əməyi ödənilməyən işçilərinə çevrilirlər. Və bu vaxt qadınların  əmək bazarına 

çıxması kişilərin icazəsindən sonra mümkün ola bilər. Kişilər öz istismarçılıq 

məqsədlərini tam həyata keçirə bilməyəndə bu metodlara əl atırlar. Bu hələ harasıdır, 

hətta onlar qadınların aldıqları əmək haqqını mənimsəyərək bildirirlər ki, evdənkənar iş 

ev işlərinə mane olmamalıdır. (Bundan əlavə qadınlar kişilər tərəfindən seksual istismar 

obyektinə çevrilirlər. Onların fikrincə yalnız kişilər qadınların reproduktiv funksiyalarının 

nəzarətçisi ola bilərlər) 

Deməli, verilmiş  nəzəriyyəyə  əsasən qadınların istismarının mənbəyi ailədir, 

kapitalizm isə bunu yalnız tamamlayır. Bu təqdirdə ailə istehsalatı çərçivəsində qadınlar 

yer üzünün əzilən və istismar edilən yeganə sinfidirlər, hakim sinif isə bütün kişilərdir. 

Hartmanın fikrincə kapitalist cəmiyyəti yalnız bazar qiymətinə malik olan nemətləri 

istehsal edən  əməyə qiymət verir, bazar vasitəsilə qiymətləndirilməyən nemətlər 

istehsal edən əməyi isə (məsələn, uşaqların tərbiyəsi) qiymətləndirmir. Nəticə etibarilə, 

kapitalizm cəmiyyətində qadınların  əməyi ikinci dərəcəli və sosial cəhətdən 

əhəmiyyətsiz sayılır. O israr edir ki, patriarxat kişilərin reproduktiv funksiya, seksual 

davranış və qadınların işinə nəzarət üzərində qurulub. Bu vaxt qadınların istismarından 

alınan xeyiri kişilərlə yanaşı kapitalistlər də görür, çünki, qadınların istismarı, haradasa 

kişilərə kapitalistlər arasındakı özünəməxsus sazişdən irəli gəlir. 

Beləliklə, Hartmann tərəfindən kapitalizm və patriarxata verilən  şərh marksist 

şərhlə eynilik təşkil edir. Yəni, müasir cəmiyyətdə qadınların təhkimçi vəziyyətinə son 

qoyulması ictimai sistemdə köklü dəyişiklək edilməsi, kapitalist istehsal üsulunun ləğvi 

ilə bağlıdır.  



60-cı illərin sonunda neoklassik nəzəriyyə iqtisadiyyatın qender aspektlərini 

öyrənməyə başladı. Buna səbəb amerikalı iqtisadiyyatçı Herri Bekkerin işləri oldu. O 

konseptual olaraq əmək bazarına çıxmaq haqqında qərarın qəbul edilməsi,  əmək 

bazarında diskreminasiyanın səbəbləri, ev təsərrüfatının məhsuldarlıq funksiyası, ailədə 

gəlirin paylaşdırılması və s. kimi bölmələri işləyib hazırladı. 

Neoklassiklər  ən  əsas problem – ev əməyinin dəyəri qiyməti problemini həll 

etməyə çalışmışlar. Bekker tərəfindən təklif olunmuş «ev təsərrüfatının nəzəriyyəsi» 

ailəni sadəcə olaraq bazar məhsullarının passiv istehlakçısı kimi deyil, istehlak 

mallarının aktiv istehsalçısı kimi göstərir. Bekkerə görə, ailənin tələbatı  məhsula deyil, 

ondan  əldə olunan faydalı  nəticəyədir. Müəyyən «istehsal amillərindən» (bazar 

məhsulları, ailə üzvlərinin vaxtı və s.) istifadə edən ailə üzvləri əsas istehlak mallarında 

maddi-ləşdirilən «son məhsul» buraxırlar. Məsələn, paltaryuyan maşın alanda ailə təmiz 

paltar kimi istehlak malının istehsalını nəzərdə tutur. 

Bekkerin konsepsiyasına görə ailə eyni neməti müxtəlif texnologiyalardan istifadə 

etməklə istehsal edə bilər. Məsələn, paltarı əli ilə özü yuya bilər, paltaryuyan dəvət edə 

bilər, yaxud paltarları yumaq üçün camaşırxanaya verə bilər. Ailə qarşısında duran əsas 

məsələ istehlak mallarının istehsalı üçün lazım olan bu və ya digər istehsalat 

«texnologiyasının» seçilməsidir. Ailə bu seçimi nə cür edir? Bu ailənin gəlirindən və 

istehsalın amillərinə olan qiymətdən asılıdır. Bu vaxt ev istehsalatı üçün ən əsas resurs 

ailə üzvlərinin vaxtıdır. Vaxtın dəyəri isə alternativ xərclərdən irəli gəlir. Qadının seçimi 

aşağıdakı kimi həyata keçirilir: o N saatda ev təsərrüfatından kənarda nə qədər qazana 

bilər və bu N saat ərzində ev işləri başqası  tərəfindən görülərsə, bu əmək isə öz 

növbəsində bazar qiyməti ilə qiymətləndirilərsə, onun ailəsinə neçəyə başa gələ bilər. 

Məsələn,  əgər qadın dizayner işləyərsə onun əmək haqqı bir gündə  100 dollardır, 

qulluqçu əməyinin bazar qiyməti isə bir gündə 30 dollardır. Deməli seçim aydındır. 

Aydındır ki, ev təsərrüfatında məşğul olan qadınların təhsili və ixtisas dərəcəsi nə 

qədər yüksəkdirsə, onların bazarda məşğulluq səviyyəsi və  əmək haqqı bir o qədər 

yüksəkdir. 

İqtisadi fikrin ən cavan istiqamətlərindən biri olan institusionalizm çərçivəsində 

qender aspektləri neoklassik və ya neomarksist və sol radikal nəzəriyyələrdə olduğu 

qədər öz əksini tapmamışdır.  İqtisadiyyatın qender probleminin öyrənilməsi  ənənəsi 

institusionalizmin banilərindən biri olan Torsteyn Veblen tərəfindən «Tənbəl sinif 

nəzəriyyəsi» kitabında qoyulmuşdur. Tarix boyu qadınların iqtisadi təkamülünü 

nəzərdən keçirərkən T.Veblen üç əsas mərhələni qeyd edir: 

 

1. qadın işğalçının ovu kimi; 



2. qadın öz ağası üçün istehlak mallarının istehsalçısı kimi; 

3. qadın kişi müvəffəqiyyətinin və dövlətinin nümayiş obyekti kimi; 

    

T. Veblen  qeyd edirdi ki, onun üçün müasir olan cəmiyyətdə kişilərin sosial 



statusunun  ən təsirli nümayişi onların öz qadınlarını  məhsuldar fəaliyyətdən azad edə 

bilməsi dərəcəsindən asılıdır. Bu vaxt ev işinin bir sıra növləri həyatın təmin edilməsi 

prosesi kimi real iqtisadiyyatın bir hissəsinə çevrilir, kişilərin bazar fəaliyyəti isə 

(məsələn, maliyyə fırıldaqları) cəmiyyət üçün həddən artıq israfcıl olur.  

Ancaq qender aspektləri sonrakı institusionistlərin işində öz əksini tapa bilmədi: 

Onlar bu problemin öyrənilməsinə yenidən 80-ci illərin birinci yarısında qayıtdılar. Buna 

səbəb H.Bekkerin klassik işləri oldu. İnstitusionistlər ailənin daxili strukturunun 

əhəmiyyətini xüsusi olaraq qeyd edərək «ev təsərrüfatının yeni nəzəriyyəsi» çərçivəsini 

daha da genişləndirdilər. Onlar üçün ailə – sadəcə olaraq bir sıra üstünlükləri və «ev» 

istehsalatı texnologiyalarına sahib olan ər, arvad və  uşaqlar deyil, öz üzvlərinin 

davrvnışına nəzarət edən və  səbəblər  əmələ  gətirən xüsusi institutdur. Bu institutun 

mövcud olması uşaqların tərbiyəsi və həyatı üçün stabil mühiti təmin etmək, müxtəlif tipli 




spesifik ailə kapitalının toplanması ilə bağlı olan riskləri azaltmaq məqsədilə  fərdlərin 

uzunmüddətli ailə münasibətlərini xüsusi qeyd etməyə çalışmaları ilə müəyyən edilir. 

İqtisadi böhran şəraitində qadının sosial vəzifələri arasında münaqişə kəskinləşir. 

İşləyən qadın ailəyə gələn gəlirin cəmini ən azı 1,5 dəfə artırır. Buna görə onun işdən 

imtina edib ev işləri ilə məşğul olması bu gəlirin gözəçarpan dərəcədə aşağı düşməsinə 

səbəb olur. Eyni zamanda ictimai istehsalatda qadınların məşğulluğu doğum sayının 

azalmasına səbəb olan əsas amillərdən biridir. Axır iki ildə  əhalini sosial müdafiə 

sisteminin islah edilməsi ilə bağlı aparılan iş hansı cinsə  mənsub olmasından asılı 

olmayaraq bütün vətəndaşların hüquqlarının realizə edilməsi üçün imkanların 

yaradılmasına yönəldilmişdir. Bura daxildir: ailə və professional vəzifələrin birləşdirilməsi 

üçün  şəraitin təmin edilməsi;  əhalinin öz problemlərini müstəqil həll edə bilməsinə 

yönəldilmiş sosial müdafiənin fəal formalarının inkişafı, vətəşdaşlara dəyişən sosial 

iqtisadi mühitə uyğunlaşmağa kömək göstərən və cəmiyyətdə sosial gərginliyi azaldan 

əhaliyə sosial xidmət kimi – yeni sahənin formalaşdırılması. Müəyyən həyat 

situasiyalarının spesifikası  də  nəzərə alınır: bütün qadınlar dövlət tərəfindən onlara 

verilən hüquqlardan istifadə edə bilərlər,  əlbəttə ki, birinci növbədə  rəqabət qabiliyyəti 

aşağı olanlar və  tənhalıq, iş bacarığı, sağlamlıq, öhdədə olma amillərinə görə sosial 

cəhətdən zəif olandar. 

Milli iqtisadiyyatda qadınların geniş iştirak etməsinə baxmayaraq, onlar qərarların 

qəbul edilməsi ilə bağlı olan idarəedici orqanlarda və  vəzifələrdə çox az yer tuturlar. 

Sənaye müəssisəlsrində məşğul olan qadınlar, əsasən az ödənişli vəzifələrdə işləyirlər. 

Bu işlər isə xüsusi qabiliyyət tələb etmir. Qadınların xoşagəlməyən vəziyyətə 

düşməsinin səbəblərindən biri də Azərbaycanda kişilər və qadınlar arasında geniş vüsət 

almış fikirdir: ev işləri və uşaqların tərbiyəsi ancaq qadınların vəzifəsidir. Məhz bu fikrin 

olması ev işləri ilə məşğul olan az sayda kişiləri gördükləri işi gizlətməyə məcbur edir, 

axı ev işləri yalnız qadınlara aiddir. Müasir iqtisadi çətinliklər şəraitində qadınlar kişilərə 

nisbətən daha ağır həyat şəraiti keçirirlər. 

 

4. Nigah münasibətlərinin iqtisadi təhlili. Ailə daxilində əmək bölgüsü. 

Qeyd edildiyi kimi, bir çox cəmiyyətlərdə ailə daxilində  ənənəvi  əmək bölgüsü 

qadınlara «ailənin qoruyucusu», kişilərə isə sahibkar, pul qazanan ailə başçısı kimi 

baxır. Neoklassik nəzəriyyə bu təzahürləri izah etməyə çalışır. Onlar «insan kapitalı» 

anlayışından istifadə etməklə ailədaxili  əmək bölgüsünün möhkəmləndirilməsi 

mexanizmini açmağa çalışırlar.  İnvestisiyaların insan kapitalına qoyuluşunun 

səmərəliliyi onların istifadə olunduğu vaxtın müddətindən asılıdır: əlbəttə ki, professional 

fəaliyyətlə bütün gün məşğul olanlarda təhsilin faydalı  iş kofisiyenti yarım gün məşğul 

olanlardan, yaxud əmək fəaliyyətini uzun müddətə dayandırından daha yüksəkdir. 

Cinslər araçında kiçicik fərq kifayətdir ki, istər bioloji mənşə (qadının uşağını yedizdirə 

bilmək qabiliyyəti) və ya sosial mənşə (bu vaxt bir sıra peşələrə yalnız kişilərə üstünlük 

verilir), onları ev əməyinin məhsuldarlığını, və ya bazar sektorunda əmək 

məhsuldarlığını artıran hər hansı növün kapital yığımı üçün ixtisas ələd etməsinə sövq 

etsin. Bu sistem ailə daxilində əmək bölgüsü sistemini daha da möhkəmləndirir. 

Ev  əməyi ev təsərrüfatının məhsuldarlığını  və nigahın qorunması üçün mənfəət 

gətirən spesifik kapitalı artıran xüsusi vərdişlər yaradır. Eyni zamanda bazar sektorunda 

əməkdən imtina edilməsi, bazar insan kapitalının  əldə edilməsindən imtina etmək 

deməkdir ki,  bu da boşanma ilə bağlı gəliri ahağı salır. İqtisadçı-feministlər qeyd edirlər 

ki, əmək bazarında hüquq pozulan qadınlar ev işlərinə daha çox vaxt ayırmağa məcbur 

olurlar, bu isə onun bazar insan kapitalı  yığımına, professionallığın aşağı düşməsinə, 

beləliklə  də, onu iqtisadi sərbəstlikdən məhrum edərək,  əmək haqqının azalmasına 

gətirib çıxarır. Toplanmış ailə insan kapitalı daha çox ev təsərrüfatı ilə məşğul olmağa 

sövq edir və mümkün boşanmadan  ələdə ediləcək mənfəəti azaldaraq onun ailədə 

təhkimçi vəziyyətini təsdiqləyir. 



Feminizm nəzəriyyəçiləri «insan nədir?», «ailə  nədir?», «ailədə  və  cəmiyyətdə 

qadın və kişilərin rolu nədən ibarətdir?» kimi anlayışları şübhə altına aldılar. Fəlsəfə və 

iqtisadi nəzəriyyədə insana verilən təriflər («iqtisadi insan», insan rasional varlıq, siyasi 

varlıq, ictimai heyvan, azadlıq və muxtariyyətə malik olan varlıq kimi və s) yalnız kişilərə 

aid edilirdi, ona görə ki, birincisi; qadınlar siyasi, ictimai, iqtisadi həyat sahəsindən 

çıxarılmışdı  və muxtariyyət hüququ yox idi, ikincisi, qadınların reproduktiv-ailə 

funksiyaları insanı heyvanlardan ayıran əsl insan keyfiyyətləri dərəcəsinə aid edilmirdi; 

qadınların ev təsərrüfatında ailə-tərbiyə fəaliyyəti ya «görünmürdü», ya da fəaliyyətin ən 

aşağı olan forması kimi qiymətləndirilirdi. Bu cür yanaşma, yəni insan anlayışının 

kişilərə aid edilməsi, o vaxt androsentrizm adı almışdı. Bu, bəzən qəsdən, bəzən isə 

qəsdsiz qadınların fəlsəfi və sosial-iqtisadi elmi nəzəriyyələrdən çıxarılması, feminist 

tənqidin episentrində idi. 

İşçilər əmək bazarında işçi qüvvəsini satır, əvəzində əmək haqqı alır. Qadının ev 

əməyi isə əmək haqqı ilə əvəz edilmir və bu onun mistifikasiyası üçün əsas yaradır, ev 

əməyinin əslində iş olmaması və ailədə başçı evə pul gətirən ola bilər fikrini təsdiqləyir. 

Bu kişilərin «üstünlüyünü» təsdiqləyərək ailədə resurslar və  əməyin qeyri-bərabər 

bölgüsünə  gətirib çıxarır, hakimiyyət iyerarxiyası  və tabeçilik yaradır. Beləliklə, 

«buludsuz razılıq adası» haqqında əfsanəyə son qoyuldu. 

Xeydi Xortmanın fikrincə, ailədə maraqların birliyi və bir-birinə arxalanma ilə 

yanaşı, qeyri-bərabər əmək bölgüsü və tələbata, istehsalata olan müxtəlif münasibətlə 

bağlı olan ziddiyyətlər də vardır 

Müasir ailə əvvəlki kimi kişinin qadın üzərində hakimiyyəti sferası olaraq qalır. Kişi 

hakimiyyətinin ölçüsü isə ailə vəzifələri və ev əməyindən azad olmaqla ölçülür. 

Bir çox tədqiqatlar sübut edir ki, evdar qadın vəziyyətinə keçid təşəbbüsü kişilərə 

məxsusdur. Onların dəlilləri (bəhanələri) müxtəlifdir: proteksionist (bu çətin işdən 

getmək lazımdır), iqtsadi (uşaq bağçasının qiyməti ananın  əmək haqqından çox ola 

bilər), yaxud uşaqlarla bağlı maraqlar (mənim kiçik oğlum pis oxuyur, onunla məşğul 

olmaq lazımdır). Bundan əlavə tez-tez gətirilən başqa bir dəlil də vardır ki, bu haqda 

kişilər deyil, onların arvadları danışırlar. Məsələn, «O mənim işləməyimi istəmir. Ona 

görə ki, yaxşı qazanır. O deyir ki, kişi çox qazanırsa, qadın işləməməlidir». Həmçinin 

kişiyə psixoloji rahatlıq lazımdır: mən ailəni saxlayan, evə gəlir gətirən yeganə adamam, 

ona görə  də, evə  gəlib ayağımı stolun üstünə qoya bilərəm. Kişilər nə cür izah edirlər 

etsinlər, qadınları evdar qadın olmağa sövq edərkən onların bir məqsədi var, ev 

işlərindən tam azad olmaq üçün heç nə ilə bağlı olmayan xidmətçiyə sahib olmaq. 

Məsələn, bir cavan qadından alının müsahibədən nümunə gətirək: «Mənim ərim axşam 

evə  gələndə soruşur: «Bu gün nə ilə  məşğul olmusan?», mən cavab verirəm: «Evləri 

yığışdırmışam, mağazaya getmişəm, sənin üçün yemək hazırlamışam.» O cavab verir: 

«Demək heç nə etməmisən».  Əgər Qərbdə evdar qadın – normal qadın taleyidirsə, 

bizdə işləməyən qadın-öhdədə olan müftəxordur. 

Ailədə münaqişəyə  səbəb qender rollarının bölüşdürülməsidir. Bizim şəraitimizdə 

evdar qadının xoşbəxtliyi  ərin arzusundan asılıdır.  Ər öz hakimiyyətini hiss edir, buna 

görə də «yeni dövlətlilər»in ailəsində qarşılıqlı münasibətlərin möhkəm patriarxal modeli 

özünü biruzə verir. Qadın xidmətçi heyət yerini tutur. Əgər qadın üçün «ailə», yaxud 

«iş» seçimi nəzəri cəhətdən mövcuddursa, kişi bu seçim qarşısında qalmır; axı o mütləq 

işləməli və pul qazanmalıdır. 

Əksər təminatlı ailələrin iqtisadi vəziyyəti sabit olmadığı üçün, biznesdə 

uğursuzluqlardan heç kəs mühafizə edilməmişdir. Hər şeydən əvvəl kişilər doğrudan da 

bütün günü işləməyə  məcburdurlar və onlar «mühafizəsiz» işləyərlər, çünki «ailə 

onlardan asılıdır». 

Nəhayət bizim evdar qadınlarımızın çoxunun yaşadığı  həyat  şəraiti «qərb 

standartlərından» fərqlənir. Əsasən bunlar varlı adamların arvadı deyillər, «orta sinfin», 

yəni «ağ mülklərdə» deyil, adi, kiçik qabaritli evlərdə yaşayan ailələrin qadınlarıdır. 




Azərbaycanda xüsusən qadınlar üçün ailə  həyatın  ən vacib  olan sahəsidir və 

konservativ, sabit olan bir institut olaraq qalır. Baxmayaraq ki, quruluşda kiçik ailələr 

üstünlük təşkil edir, xüsusən  şəhər rayonlarında insanlar əvvəlki kimi böyük ailə 

normalarına ümid edirlər. Bu normalar qadınlar üçün həm neqativ, həm də pozitiv 

nəticələrə malikdir: məsələn, bir tərəfdən qohumlara kömək sistemi saxlanılır, digər 

tərəfdən isə qadınların fərdiliyi və azadlığı məhdudlaşır. 

Neoklassik məktəb nigahın bağlanmasını firmaların yaradılması ilə müqayisə edir: 

rasional seçim əsasında. Bekkerin verdiyi tərifə görə nigah lazımi dərəcədə  səmərəli 

olan nigah bazarının köməyi ilə kiçik biznes yaradılması üçün qadın və kişilərin 

çeşidləmə prosesidir. Hər nigah xüsusi ailə kapitalı yaradır: uşaqlar,  ətrafdakıların 

hörmət və həsədi, nüfuz, sağlamlıq, altruizm, məmnuniyyət hissi və s. bu kapitalın çox 

hissəsi nigah mövcud olana qədər olur, nigah pozulan kimi isə yox olur. İnsanlar nigaha 

o vaxt girirlər ki, onların birlikdə yarada biləcəkləri nemətlərin həcmi ayrı-ayrılıqda 

yarada biləcəkləri nemətlərin cəminin həcmindən çox olsun. Nigah o vaxt pozulur ki,  

ondan  əldə edilən mənfəət gözlənilən mənfəətdən aşağı olsun. Deməli nigah 

 

münasibətlərində də insanlar səmərəliliyin maksimum olmasına çalışır. 



Nigah nə  qədər uzunmüddətli olarsa, onun pozulması ehtimalı bir o qədər aşağı 

olar, belə ki, ər-arvad bu ailəyə qarşı xüsusi insanlıq kapitalı toplayırlar və ayrılıq onlar 

üçün böyük itkilərə səbəb olur. Bu yanaşma qadınların iqtisadi fəallığı ilə bağlı olan bir 

sıra təzahürlərin izah edilməsinə imkan yaradır.  İnkişaf etmiş ölkələrdə boşanmaların 

sayının artması ən əvvəl əmək bazarında qadınların fəallığının artması ilə bağlıdır. 

Neoklassik məktəb bu institutun xüsusiyyətlərinə varmadan nigahın bağlanmasının 

iqtisadi mexanizmini təhlil edir. Məsələn, nigahın dəyişməyən təbiətinə  və ailədaxili 

əmək bölgüsünə  əsaslanaraq, «qadın» və «kişi»  əməyinin bir-birini tamamlamasının 

nigahın bağlanmasından  əldə edilən mənfəəti artırması haqqında nəticə. Başqa bir 

nəticə: qadının potensial qazancı  nə  qədər yüksəkdirsə, ictimai istehsalatda iştirak 

etməməsi ona bir o qədər baha başa gəlir və nəticə etibarilə nigah pozulmaq təhlükəsi 

altında qalır. Bu nəticə «işləməyən qadın» haqqında fərziyyələrdən və bu gün inkişaf 

etmiş ölkələrədə üstünlük təşkil etməyən ailə tipindən irəli gəlir. Məhz bu bazar 

mexanizminin təhlili ilə kifayətlənən neoklassik nəzəriyyənin  ən zəif yeridir. Buna görə 

də  bəzi feministlər nigah və ailəni,  cəmiyyətdə qadınların təhkimçi vəziyyətini təsvir 

edən müasir forma – institutlar kimi nəzərdən keçirərək neoinstitusionalizmin 

imkanlarından istifadə edirlər.  İnstitusionalizmin metodlarına  əsaslanan feministləri 

ailənin yaradılmasında bazar mexanizmi  o qədər  maraqlandırmır, onun müasir 

cəmiyyət quruluşunda, sosial qaydaların saxlanmasında yeri maraqlandırır. 

     


İndiyə qədər Azərbaycanda qanunlar, qadınların nigah sahəsində, boşanmada və 

uşaqlara qəyyumluq etməkdə hüquqlarını qoruyan eqalitar və dünyəvi qanunlar olaraq 

qalırdı. Lakin sosial və demoqrafik disbalansın olmasını  bəhanə  gətirərək bəzi din 

xadimləri qanuniləşdirilmiş çoxarvadlılığı yenidən bərpa etmək istəyirlər.  Əlbəttə ki, 

qadınlar buna qarşı gz etirazlarının bildirirlər. Bu məsələnin parlament səviyyəsində 

müzakirəsi isə zarafatlarla deyişmədən uzağa getmədi. Lakin bu fikrin maddi əsası 

olduğunu nəzərə alaraq qadınlar ciddi mübarizəyə hazırlaşırlar. 

    


Ərə getmək probleminin olması (iqtisadi çətinliklərə  əlaqədar), kişilərin 

proporsional olmayan emiqrasiyası, müharibələr zamanı kişi itgisi, bunlar hamısı birlikdə 

tənha qadınların sayının çoxalmasına səbəb olur. Azərbaycanlı kişilərin qarışıq nigaha 

girməsi (şəhər rayonlarında bu 16% təşkil edir), Azərbaycanlı qadınlar arasında isə bu 

təcrübənin demək olar ki, olmaması da tənha qadınların sayının artmasına səbəb 

olurdu. 


 

 

Yüklə 87,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə