Mövzu azərbaycan qadinlari XIX-XX əsr maariFÇİLİYİ VƏ İNQİlablari döVRÜNDƏ



Yüklə 295,1 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix03.08.2018
ölçüsü295,1 Kb.
#60583
  1   2   3   4   5   6


 

 

Mövzu 4



. AZƏRBAYCAN QADINLARI XIX-XX ƏSR MAARİFÇİLİYİ VƏ 

İNQİLABLARI DÖVRÜNDƏ 

 

Məşğələnin planı 

 

Maarifçiliyin, publisistikanın yaranması  və inkişafının sosial-siyasi, iqtisadi, 



intellektual əsasları; etnik özünüdərkin təşəkkül tapması və aşkarlıq mərhələləri. 

Azərbaycanlı mütəxəssislərin formalaşmasında ümumtəhsil məktəblərinin, 

Zaqafqaziya Qori Müəllim seminariyasının, Peterburq, Qazan, Avropa universitetlərinin 

rolu. 

Mütəfəkkir və maarifçilərin, dramaturq və  ədəbiyyatçıların – A.Bakıxanovun, 

Q.Mahmudbəyovun, M.F.Axundovun, F.Köçərlinin, H.Zərdabi-Məlikovun, 

C.Məmmədquluzadənin, N.Nərimanovun, S.Qəniyevin, N.Vəzirovun rolu. 

Rusiyada qadın hərəkatı. 

Qadın gimnaziyalarının, məktəblərinin yaranmasında neft sənayeçilərinin

burcuaziyanın xidmətləri. 

Ailədə yeni münasibətlər. Feminizmin ilk təzahür forması. 

Maarifçi qadınlar, xeyriyyəçi qadınlar – görkəmli qadınlar əsri. 

Sosial qadın təşəbbüsü statusunun artması.  İctimai-siyasi hərəkatlarda qadının 

iştirakı. Siyasət və iqtisadi həyatda qadının statusunun artması. 

Azərbaycan Demokratik Respublikası və qadının sosial-hüquqi statusu. 

 

Şimali Azərbaycan Rusiya tərəfindən zəbt olunduqdan sonra çar hökuməti bu 



diyarın rus idarəetmə sisteminə cəlb edilməsi vacibliyi ilə qarşılaşdı. Qarşıya qoyulmuş 

məqsədə nail olmaq üçün Rusiya imperiyasının yeni sərhədinin hərbi, inzibati, iqtisadi 

və  mədəni yenidənquruluşu ilə bağlı olan qanunauyğunlaşma Məcmuəsi çap etdirdi. 

Çar hökuməti qarşısındakı  ən vacib problemlərdən biri bu ərazidə çarizmin siyasi və 

iqtisadi mövqeyinin möhkəmləndirilməsinə yardım edən məmurların hazırlanmasını 

təmin edən yeni təhsil sistemi tətbiq etmək idi. Şimali Azərbaycan zəbt olunandan sonra 

da ibtidai təlim tamamilə müsəlman ruhanilərinin sərəncamında olan və yalnız dar-dini 

dünyagörüşün inkişafına yardım edən mollaxanalarda cəmlənmişdi. Burada zümrə 

məhdudiyyəti olmadan bütün yaşdan olan oğlanlar təhsil alırdı. Belə ibtidai təlim sistemi 

ərəb, fars dillərinin öyrənilməsindən, məzmununun dərinliyinə getmədən Quranın 

oxunmasından ibarət idi. Zaqafqaziya məktəbləri haqqındakı Nizamnaməyə  əsasən, 

1829-cu ildə Azərbaycanda daha geniş təlim proqramına əsaslanan yeni tipli məktəblər 

açılmağa başladı ki, bu da həmin  ərazidə maarif sahəsində inkişafın yüksəlməsinə 

köməklik edirdi. 

XIX  əsrin birinci yarısında Azərbaycanda elmi təfəkkürün tarix, fəlsəfə, coğrafiya, 

astronomiya kimi ənənəvi sahələri nəzərə çarpacaq dərəcədə inkişaf etməyə başlayır. 

Görkəmli Azərbaycan filosofu, diplomatı, hərbçisi və  şairi Abbasqulu Ağa Bakıxanov 

(1794-1846) Roma, yunan, Vizantiya, gürcü mənbələrindən, ona müasir olan Avropa və 

rus müəlliflərinin yazılarından istifadə edərək Azərbaycanın qədim dövrlərdən 

başlayaraq Türkmənçay sazişinə  qədərki tarixi üzrə ilk ümumiləşdirici  əsər – 

«Gülüstani-İrəm»i yaradır.  1841-ci ildə fars dilində yaranmış, sonra isə rus dilinə 

tərcümə olunmuş  məhz bu əsər Azərbaycanda tarix elminin yaranmasına və 

Azərbaycan xalqının milli özünüdərkinin oyanmasına təkan verdi. A.Bakıxanovun fars 

dilindəki  əsərləri – «Qəribəliklərin açılışı», «Göylər səltənətinin sirri», «Ümumi 

coğrafiya»  əsərlərinin XIX əsrin birinci yarısında  Şimali Azərbaycanın kosmoqrafik 

ədəbiyyatında böyük xidməti olmuşdur. XIX əsrin birinci yarısında elmlə əlaqədə fəlsəfi 

fikir də inkişaf edirdi. A.Bakıxanovun «Mənəviyyatın tərbiyəsi», «Nəsihətlər kitabı», 

«Əsrlərin varlığı», «Göylər səltənətinin sirri» əsərləri o dövrə uyğun gələn yazılar idi. 

A.Bakıxanov həmçinin «İşıq  şüaları», «Qüdsinin çiçəkliyi», «Əsgərin çiçəyi», «Təbriz 



 

 

əhlinə müraciət» kimi bir sıra  ədəbi  əsərlərin, mənzum yazıların və hekayələrin



romantik-sevgi qəzəllərinin və müxəmməslərin müəllifidir. 

Tarixi dərkə artmaqda olan maraq şəraitində Azərbaycanın ayrı-ayrı xanlıqlarının 

tarixinə dair xronikalar da meydana gəlir: Kərim Ağa Fateh Şəkixanovun «Şəki 

xanlığının qısaldılmış tarixi» (1829), Mirzə Adıgözəl bəyin «Qarabağnamə»si (1845), 

Mirzə  Cəlalın «Qarabağnamə»si (1847),  İsgəndər bəy Hacınskinin «Fətəli xan 

Qubinskinin tərcümeyi-halı» (XIX-cu əsrin birinci yarısı), Mirzə Əhməd Mirzə Xudaverdi 

oğlunun Talış xanlığının xronikası haqqında (1883) yazdıqları,  Şeyx  İbrahim Nəsihin 

«Gəncənin tarixi» və s. 

Azərbaycan şərqşünaslığının inkişafında Sankt-Peterburq və Qazan universitetləri 

böyük rol oynamışdır. Mirzə  Cəfər Topçubaşov (1790-1869) Sankt-Peterburqun 

şərqşünaslıq mərkəzlərində böyüyüb məşhurlaşdı. Dərbənddə doğulmuş dünya şöhrətli 

alim, Şərqə dair çoxsaylı və fundamental əsərlərin müəllifi Məhəmməd Əli Kazımbəyin 

(1802-1870) şərqşünaslıq elmi qarşısında xidmətləri daha böyükdür. 

XIX  əsrin 30-cu illərində tanınmış coğrafiyaçı-səyyah, «Səyahətlər gülüstanı», 

«Səyahətlər bağı» kimi gözəl əsərlərin müəllifi Zeynalabdin Şirvani (1780-1838) özünün 

Yaxın və Orta Şərq, Hindistan, Ərəbistan,  Şimali Afrika səyahətlərinin təsvirini başa 

çatdırır.  

XIX  əsrin birinci yarısı Azərbaycan  ədəbiyyatının sonrakı inkişafı ilə seçilir. 

Azərbaycan satirik poeziyasının  ən görkəmli nümayəndələrindən biri Qasımbəy Zakir 

(1786-1857) olmuşdur.  Ədəbiyyatda realist istiqamətin nümayəndələri – fransız dilində 

yazılmış və 1835-ci ildə çap olunmuş «Rəşid bəy və Səadət xanım» povestinin müəllifi 

İsmayıl bəy Kutqaşınlı  (1806-1861); Azərbaycan dramaturgiyasının banisi, maarifçi-

demokrat, ictimai xadim Mirzə  Fətəli Axundov; şerləri  1846-cı ildə Avropada 

(Almaniyada) F.Bodenştedt tərəfindən çap edilən Mirzə Şəfi Vazeh idi. 

XIX əsrin ikinci yarısında inkişaf etməkdə olan kapitalist iqtisadiyyatının ixtisaslı işçi 

qüvvəsinə  və  təhsilli mütəxəssislərə olan tələbatı Azərbaycanda ümumtəhsil və peşə 

təhsili məktəblərinin sayının müəyyən qədər artmasına, onların ümumtəhsil səviyyəsinin 

yüksəlməsinə  təsir göstərdi.  1867-ci ildə ibtidai peşə  məktəbləri haqqında  Əsasnamə 

Qafqaz, o cümlədən də  Şimali Azərbaycanın tədris müəssisələri üçün xüsusi 

Nizamnaməyə çevrildi. Çarizmin 70-ci illərdən başlayaraq Azərbaycanda xalq təhsili 

sisteminin unifikasiyasına götürdüyü istiqamət daha böyük əzmlə  həyata keçirilməyə 

başlandı. 31 may 1872-ci il tarixli əsasnamə ilə  Şimali Azərbaycanın bütün qəza 

məktəbləri altı illik təhsil müddəti olan şəhər məktəblərinə (pullu) çevrildi. 24 may 1874-

cü il məktəbləri haqqında  əsasnamə iki cür – üçillik birsinifli və 5-illik təhsil kursu ilə 

ikisinifli dəyişməz təhsil məktəbini təsdiq etdi. Azərbaycanda ilk dəfə olaraq kənd əhalisi 

üçün məktəblər meydana gəldi: onlardan birinciləri – Salahlı, Dağkəsəmən, dövlət 

sərəncamındakı Cəbrayıl, Göyçay – ictimai məktəbləri idi. 

Azərbaycanlı əhalinin maarifi tarixində rus-tatar məktəblərinin rolu böyük olmuşdur 

və onlardan birincisi Bakıda gənc müəllimlər Həbib bəy Məhmudbəyov və Sultan Məcid 

Qəniyev tərəfindən təşkil olunmuşdu. 

XIX əsrin ikinci yarısında Azərbaycanda ilk orta tədris müəssisələri yaranır. 1866-cı 

ildə Azərbaycanda ilk gimnaziyanın təşkili üçün Bakı ali 4-sinifli peşə  məktəbi baza 

rolunu oynadı. İlk ixtisas tədris müəssisəsi Bakı dənizçilik sinfi oldu ki, onun 1881-ci ildə 

açılması  Xəzər kommersiya donanmasının böyüməsi ilə izah olunurdu. On minlərlə 

məktəb yaşlı  uşağın tədrisdən kənarda qalması  təhsil səviyyəsinə  və profilinə görə 

müxtəlif olan xüsusi məktəblərin yaranmasına səbəb olurdu. Məktəblər çoxaldıqca 

kitabxanalara və oxu zallarına olan tələbat da artırdı.  İlk kitabxanalar 1856-cı ildə 

Şamaxı  və  Şuşada,  1868-ci ildə Yelizavetpolda, 90-cı illərdə – Qubada, Bakıda, 

Lənkəranda meydana gəldi. Azərbaycanın mədəni həyatında  1894-cü ildə Bakıda 

H.Mahmudbəyovun, M.Qəniyevin və Ə.Cəfərzadənin yaxından iştirakı ilə N.Nərimanov 

tərəfindən yaradılmış ilk rus-Azərbaycan oxu zalı böyük rol oynadı. Yeni tipli peşə 



Yüklə 295,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə