Mövzu Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix27.10.2017
ölçüsü229,28 Kb.
#7015
  1   2   3   4   5   6   7


Mövzu 1. Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və  

onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti 

 

1. BİM-in mahiyyəti, predmeti və formaları 

2. BİM-in milli iqtisadiyyatlar üçün əhəmiyyəti, onun göstəricilər sistemi və qarşılıqlı 

iqtisadi asılılıq 

3. BİM-in inkişaf amilləri və meylləri 

4. Dünya təsərrüfatının mahiyyəti, xüsusiyyətləri və onun inkişafınfa müasir meyllər 

5. Dünya təsərrüfatında qloballaşma prosesi və qlobal problemlər 

6. BİM-də ölkələrin təsnufləşdirilməsi göstəriciləri və meyarları 

 

 

 

1. BİM-in mahiyyəti, predmeti və formaları 

 

 

Bəşər cəmiyyətlərinin müxtəlif təşkilati formaları dövründə iqtisadi əlaqələrin inkişafı 



böyük  tarixə  malikdir  ki,  bu  barədə  əvvəlki  mövzuda  məlumat  verilib.  İlk  vaxtlarda  bəsit 

məzmun  daşıyan  iqtisadi  münasibətlər  ən  müxtəlif  amilllərin  təsiri  nəticəsində  daim 

genişlənərək və inkişaf edərək hazırkı formasına gəlib çatmış, bütün ölkələrin  maraqlarına 

və  mənafelərinə  uyğun  olan  mürəkkəb  münasibətlər  sistemi  halına  düşmüş,  beynəlxalq 

iqtisadi münasibətlər formalaşmışdır.                                                                                                                                                                                               

Beynəlxalq  iqtisadi  münasibətlər  (BİM)  –  maddi  nemətlərin  istehsalı,  bölgüsü, 

mübadiləsi  və  istehlakı  üzrə  müxtəlif  ölkələrin  təsərrüfat  subyektləri  arasında  qarşılıqlı 

fəaliyyət  sistemidir.  BİM  ayrı-ayrı  ölkələr,  onların  regional  birlikləri,  həmçinin  ayrı-ayrı 

müəssisələr  (transmilli  və  çoxmilli  şirkətlər)  arasında  iqtisadi  münasibətlərin  çoxsəviyyəli 

təsərrüfat əlaqələri kompleksidir. 

BİM-in  predmeti  kimi  iki  əsas  tərkib  hissəsi  çıxış  edir:  BİM-in  özü  və  bu 

münasibətlərin reallaşdırılması mexanizmi. BİM bir elm kimi xarici ölkələrin iqtisadiyyatını 

deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir. 

BİM,  ümumilikdə  iqtisadi  münasibətlər  kimi  insan  fəaliyyətinin  bir  sferasıdır  və  o, 

təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. BİM obyektiv olaraq əmək 



bölgüsü  prosesindən,  istehsalın  və  elmin  beynəlxalq  ixtisaslaşmasından,  təsərrüfat 

fəlaiyyətinin beynəlmiləlləşməsindən çıxış edir.  

BİM-ə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri 

sistemi  kimi  də  baxıla  bilər.  BİM-in  formalaşması  və  inkişafı  yrı-ayrı  ölkələrin 

iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir. 

Bununla  belə,  bütün  bu  qarşılıqlı  yaxınlaşma  və  əməkdaşlıq  prosesləri  ziddiyyətli, 

dialektik xarakter daşıyır. BİM-in dialektikası özünü onda göstərir  ki, iqtisadi müstəqilliyə 

səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata 

keçirdikləri  məqsədyönlü  tədbirlər  son  nəticədə  dünya  təsərrüfatının  daha  çox 

beynəlmiləlləşməsinə,  milli  iqtisadiyyatların  xarici  aləm  üçün  daha  çox  açılmasına, 

beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.  

BİM  milli  iqtisadiyyatların  bazar  xarakterini  də  əks  etdirir.  BİM-in  inkişaf  etmiş 

bazar təsərrüfatı sahəsi kimi əlamətləri aşağıdakılardır: 

1)

 



BİM-in iştirakçılarının beynəlxalq əmək bölgüsü və milli sərhədlər bazasında iqtisadi 

xüsusiləşməsi; 

2)

 

istehsal  amilləri  və  nəticələri  ilə  beynəlxalq  mübadilə  nəticəsində  əmtəə,  xidmət, 



kapital, iş qüvvəsi, texnologiya dünya bazarlarının yaranması və fəaliyyət göstərməsi. 

BİM özlüyündə məhsulların və xidmətlərin ölkələrarası çoxsaylı axınlarını əks etdirir 

ki,  bu  şəraitdə  də  dünya  bazarları  formalaşır  və  bu  bazarlarda  daimi  sistematik 

xarakter kəsb edən alqı-satqı əməliyatları baş verir

3)

 

BİM çərçivəsində tələb, təklif, qiymət qanunlarının tam surətdə fəaliyyəti



4)

 

istehsalçılar, satıcılar və alıcılar arasında olan rəqabət mübarizəsi; 



5)

 

istehsalın və satışın inhisarlaşması. 



Bununla  yanaşı,  BİM,  onu  digər  iqtisadi  münasibətlərdən  fərqləndirən  bir  sıra 

xüsusiyyətlərə malikdir. Onların sırasına aşağıdakıları aid etmək olar: 

1.

 

Təsərrüfat  münasibətləri  milli  sərhədlər  çərçivəsindən  kənara  çıxır,  geniş  ərazini 



əhatə  edir,  mübadilə  həcmi  daha  yüksəkdir,  subyektlərin  sayı  müqayisəolunmaz 

dərəcədə çoxdur; 

2.

 

Ayrı-ayrı ölkələrin sərhədlərindən kənara resursların, istehsal amillərinin və istehsalın 



nəticələrinin hərəkəti baş verir, milli iqtisadiyyata əlavə resurslar cəlb olunur


3.

 

İstehsalçılar, satıcılar və alıcılar arasında daha geniş miqyaslı, bəzən qlobal və kəskin 



rəqabət mübarizəsi mövcud olur; 

4.

 



BİM-in  ayrı-ayrı  formaları  daxili  bazarda  mövcud  olan  əlaqələrə  nisbətən  daha 

yüksək qarşılıqlı əlaqəyə və asılılığa malikdir; 

5.

 

Qarşılıqlı  təsirin  xüsusi  alətləri  və  mexanizmləri  işlənilir  və  istifadə  edilir.  BİM-in 



milli  səviyyədə  (dövlətin  xaici  ticarət  siyasəti  formasında),  ikitərəfli  səviyyədə 

(ikitərəfli  sazişlər  çərçivəsində),  regional  səviyyədə  (inteqrasiya  birlikləri 

çərçivəsində),  beynəlxalq  səviyyədə  (beynəlxalq  təşkilatların  rəhbərliyi  altında) 

tənzimlənməsinin xüsusi sistemləri yaradılır. Əsas xüsusiyyət isə ondan ibarətdir ki, 

BİM dövlət sərhədləri vasitəsilə həyata keçirilir. 

BİM-in öyrənilməsi onun makrosəviyyədə və mikrosəviyyədə  mahiyyətinin açılışını 

tələb  edir.  Makrosəviyyədə  BİM  dünya  təsərrüfatında  milli  iqtisadiyyatların  əlaqələrinin 

forma və üsullarıdır: xarici ticarət, istehsal amillərinin beynəlxalq miqrasiyası və s. 

Mikrosəviyyədə BİM beynəlxalq əmək bölgüsünə əsaslanan, xarici iqtisadi əlaqələrə 

istiqamətlənən  milli  iqtisadi  vahidlərin  xüsusi  fəaliyyət  sahəsidir.  Milli  istehsalçılar  və 

istehlakçıların  nöqteyi-nəzərindən  BİM  əmtəələrin,  xidmətlərin,  kapitalın,  texnologiyaların 

ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, istehsalın beynəlxalq kooperasiyası və s. kimi başa 

düşülür. 

BİM-in obyekti kimi çıxış edirlər: 

1)

 

maddi  formada  olan  əmtəələr  (xammal  və  ərzaq  malları,  hazır  məhsullar,  emal 



sənayesinin məhsulları və s.); 

2)

 



xidmətlər  (beynəlxalq  injinirinq,  konsaltinq,  audit,  lizinq,  turizm,  daşımalar, 

köçürmələr və s.); 

3)

 

texnologiyalar (patentli və patentsiz lisenziyalar, əmtəə nişanları və s.); 



4)

 

kapital (birbaşa və portfel investisiyaları, beynəlxalq kredit və s.); 



5)

 

işçi qüvvəsi və s. 



Yuxarıda  qeyd  edildiyi  kimi,  BİM  iqtisadiyyatların  müxtəlif  səviyyələrində  təzahür 

edə bilər ki, onun da subyektləri aşağıdakılardır: 




Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə