Mövzu Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix27.10.2017
ölçüsü229,28 Kb.
#7015
1   2   3   4   5   6   7

1)

 

Mikrosəviyyə.  Burada  BİM-in  subyektləri  kimi  bu  və  ya  digər  xarici  iqtisadi 

əməliyyatları  həyata  keçirən  ayrı-ayrı  fiziki  şəxslər,  orta  və  kiçik  müəssisələr  və 

firmalar çıxış edir; 

2)

 

Makrosəviyyə.  Bu  səviyyənin  əsas  subyektləri  kimi  milli  dövlətləri,  onların 



subyektlərini,  beynəlxalq  iqtisadi  inteqrasiya  qruplaşmalarını,  transmilli  və  qlobal 

şirkətləri göstərmək olar

3)

 

Üstmilli  səviyyə.  Bu  səviyyədə  beynəlxalq  təşkilatlar  və  üstmilli  institutlar  fəaliyyət 



göstərir. 

Müasir  BİM-ə  sosial-iqtisadi  inkişafından  və  siyasi  istiqamətindən  asılı  olmayaraq 

sənayecə  inkişaf  etmiş  ölkələrdən  tutmuş  inkişaf  etməkdə  olan  və  yoxsul  ölkələrə  qədər 

bütün ölkələr cəlb olunur. 

Son illərdə dövlətlər və transmilli şirkətlərlə yanaşı dünya diasporları, iri şəhərlər də 

BİM-in  əhəmiyyətli  subyektləri  kimi  çıxış  etməyə  başlayırlar.  Dünya  proseslərində  aktiv 

iştirak  etmək  üçün  fəaliyyətin  təşkilinin  şəbəkə  formalarından  istifadə  edən  qruplar  və 

assosiasiyalar  (məsələn,  “Qrinpis”  ekoloji  təşkilatı,  antiqlobalistlərin  təşkilatları)  da  BİM 

sistemində əhəmiyyətli rol oynamağa başlayıblar. 

Göstərilən  subyektlər  dünya  iqtisadiyyatının  müxtəlif  sahələrində  öz  aralarında 

qarşılıqlı  fəaliyyətdə  və  təsirdə  olur  ki,  bunun  da  nəticəsində  BİM-in  müəyyən  strukturu 

formalaşır,  onun  müxtəlif  formaları  təzahür  edir.  Beləliklə,  BİM-in    əsas  formaları 

aşağıdakılardır: 

1)

 



əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarət

2)

 



beynəlxalq elmi-texniki mübadilə

3)

 



kapitalın beynəlxalq hərəkəti

4)

 



beynəlxalq valyuta-maliyyə və kredit münasibətləri

5)

 



işçi qüvvəsinin beynəlxalq miqrasiyası; 

6)

 



beynəlxalq iqtisadi inteqrasiya. 

BİM-in strukturunu geniş  mənada  götürsək  oraya  həmçinin beynəlxalq nəqliyyat və 

gömrük münasibətlərini də aid etmək olar. 

Mövcud  statistikaya  görə,  BİM-in  aparıcı  sahəsi  kimi  beynəlxalq  ticarət  çıxış  edir. 

Belə ki, dünya təsərrüfat əlaqələrinin təxminən 80%-i məhz onun payına düşür. 



BİM-in  hər  bir  formasının  xüsusi  sferasının  və  reallaşma  üsullarının,  vasitələrinin 

olmasına  baxmayaraq,  onlar  bir-birləri  ilə  sıx  qarşılıqlı  əlaqədə  olmaqla  vahid  bir  sistem 

əmələ  gətirirlər.  Yuxarıda  qeyd  edildiyi  kimi,  BİM  bir  sistem  kimi  özündə  bir-birlərini 

qarşılıqlı  surətdə  şərtləndirən  və  qarşılıqlı  fəaliyyətdə  olan  BİM  formalarının  məcmusunu 

əks etdirir. 

Belə ki, əmtəələrlə beynəlxalq ticarət xidmətlərlə beynəlxalq ticarətin (bank, sığorta 

xidmələri,  beynəlxalq  daşımalar  və  s.)  inkişafını  şərtləndirir.  Əmtəələr  və  xidmətlər  üzrə 

dünya  bazarının  inkişaf  tendensiyaları  isə  kapitalın  beynəlxalq  miqrasiyasının  artım 

dinamikasına  və  coğrafi  istiqamətlərinə,  onun  transmilliləşməsinə,  istehsalın  beynəlxalq 

ixtisaslaşmasına  və  kooperasiyalaşmasına  təsir  göstərir  ki,  bunlar  da  öz  növbəsində  işçi 

qüvvəsinin beynəlxalq hərəkətinin intensivləşməsinə gətirib çıxarır. 

Beynəlxalq  ticarətin,  istehsal  və  elmi-texniki  əməkdaşlığın  bütün  formaları 

beynəlxalq  hesablaşmaların  həyata  keçirilməsi  və  beynəlxalq  kreditlərin  alınması  və  ya 

verilməsi imkanlarının mövcudluğunun zəruriliyi ilə əlaqədardır. Bu isə beynəlxalq valyuta-

kredit  münasibətlərinin  inkişafına  təkan  verir.  İnvestisiya  və  borc  kapitalı  üzrə  dünya 

bazarlarında  mövcud  olan  vəziyyət  isə  öz  növbəsində  əmtəələrlə  və  xidmətlərlə, 

texnologiyalarla  beynəlxalq ticarətə,  dünya təsərrüfatında işçi qüvvəsinin əmək  miqrasiyası 

prosesinə təsir göstərir. 

BİM-in praktiki reallaşdırılması onun həyata keçirilmə mexanizminin olmasını tələb 

edir. BİM-in mexanizmi dedikdə milli və dövlətlərarası səviyyədə qəbul olunmuş (regional 

və  qlobal  beynəlxalq  iqtisadi  təşkilatlar  da  daxil  olmaqla)  hüquqi  normaların  və  onların 

reallaşdırılması  alətlərinin  (beynəlxalq  sazişlər,  müqavilələr,  konvensiyalar,  xartiyalar, 

kodekslər və s.) məcmusu başa düşülür. 

BİM  iştirakçılarının  fəaliyyətinin  əsasını  marketinq  yanaşması  təşkil  edir.  Potensial 

ixracatçı  məhsulunu  ixrac  etmək  istədiyi  ölkənin  istehlakçılarının  xüsusiyyətləri  barədə 

lazımi və zəruri informasiyaya malik olmasa son nəticədə müvəffəqiyyətsizliyə uğraya bilər. 

Bunun  üçün  həmin  bazarın  detallarına  qədər  öyrənilməsi,  iqtisadi,  təbii-iqlim,  ekoloji, 

sosial-mədəni, dini-etnik, psixoloji və siyasi şərtlərin müəyyən edilməsi vacibdir.  

BİM sferasında vacib  olan yanaşmalardan biri də rəqabətin təhlilidir. Xüsusilə qeyd 

etmək  lazımdır  ki,  BİM-də  haqsız  rəqabətə  qarşı  barışılmaz  mövqe  tutulur  və  bazarda 




hökmran  mövqedən  sui-istifadə  hallarının  qarşısının  qətiyyətlə  alınmasına  çalışılır.  Bu, 

rəqabətin beynəlxalq bazarda daxili bazara nisbətən daha kəskin olması səbəbindən mühüm 

əhəmiyyət  kəsb  edir.  Rəqiblərin  rəqabət  qabiliyyətliliyinin  dərəcəsinin  etibarlı  surətdə 

müəyyən  edilməsi  və  qiymətləndirilməsi  xarici  bazara  çıxış  zamanı  müvəffəqiyyət 

qazanmağın  əsas  amillərindən  biridir.  Bu  zaman  həmçinin  BİM  subyektinin  özünün  malik 

olduğu rəqabət üstünlüklərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. 

BİM mexanizminin digər bir əhəmiyyətli aspekti informasiya mühitidir. Hətta ticarət-

iqtisadi  əməliyyatların  həyata  keçirilməsi  zamanı  onun  iştirakçıları  üçün  etibarlı  və  tam 

informasiyaya malik olmaq mühüm əhəmiyyət kəsb edir. Bu, qərarların qəbul edilməsinə və 

əsaslandırılmasına, onların yerinə yetirilməsinə nəzarəti təmin etməyə imkan verir.  

 

2. BİM-in milli iqtisadiyyatlar üçün əhəmiyyəti, onun göstəricilər sistemi və qarşılıqlı 

iqtisadi asılılıq 

 

 

Məlumdur  ki,  bəşəriyyətin  əsas  problemi  məhdud  resurslar  şəraitində  insanların 



fasiləsiz olaraq artan tələbatını maksimum dərəcədə tam ödəməyi təmin etməkdən ibarətdir. 

Ölkələrin əksəriyyətinin malik olduqları resursların məhdudluğu səbəbindən öz gücünə hər 

şeyi  istehsal  etmək  iqtisadi  cəhətdən  məqsədəuyğun  deyildir.  Məhdud  təbii,  insan  və 

maliyyə resurslaına malik ölkələrdə əhalinin zəruri tələbatını ancaq bu resurslara arxalanaraq 

təmin etmək çox çətin məsələdir. Belə bir şəraitdə BİM, regionlar, ölkələr arasında daimi və 

fasiləsiz xarakter kəsb edən mübadilə olmadan əhalinin artan ehtiyaclarını ödəmək praktiki 

olaraq  mümkün deyildir. Bütün bunlar  ölkələr arasında  BİM-in  mövcudluğunu zəruri  edir, 

onun mili iqtisadiyyatlar üçün əhəmiyyətini şərtləndirir. 

 

Hazırkı  dövrdə  hətta  ən  böyük  və  varlı  ölkə  üçün  də  bəşəri  həyatın  təmin  edilməsi 



üçün  BİM,  ən  müxtəlif  əmtəə  və  xidmətlərlə  beynəlxalq  mübadilə,  xarici  ticarət  mühüm 

əhəmiyyət  kəsb  edir.  İstənilən  ölkə  mövcud  şəraiti,  malik  olduğu  amil  və  resursları 

cəmiyyətin  yüksələn  xətlə  artan  tələbatını  ödəmək  üçün  istifadə  etməlidir.  Beləliklə  BİM, 

onun formaları istənilən ölkə üçün zəruridir.  

BİM-in milli iqtisadiyyat üçün əhəmiyyətini qiymətləndirmək, milli təsərrüfatlar üçün 

xarici  amilin  rolunu  müəyyən  etmək  məqsədilə  beynəlxalq  statistikada  ölkənin  xarici 




Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə