Mövzu Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix27.10.2017
ölçüsü229,28 Kb.
#7015
1   2   3   4   5   6   7

 

elmi-texniki  amillər  –  qabaqcıl  elmi-texniki  və  texnoloji  vasitələrdən  istifadənin 



iqtisadi mənfəətləri. 

1990-cı  illərin  sonlarına  dünya  iqtisadiyyatının  qloballaşması  bir  sıra  yeni 

xüsusiyyətlər əldə edib: 

1)

 



xarici  iqtisadi  əlaqələrin  və  beynəlxalq  hesablaşmaların  liberallaşdırlıması  keçmiş 

sosialist düşərgəsinin bir çox ölkələrini əhatə edir

2)

 

qlobal  qarşılıqlı  asılılığın  güclənməsi  və  dünya  üzrə  inkişafda  qeyri-bərabərliyin 



artması tendensiyaları arasında ziddiyyətlərin kəskinləşməsi baş verir

3)

 



ölkələrin  iqtisadi  inkişaflarında  müşaiyət  olunan  fərqli  intensivlik  eyni  zamanda  bu 

inkişafın  fərqli  istiqamətlərə  yönəlməsi  və  fərqli  meyarlarla  təyin  olunması  ilə 

müşaiyət edilir; 

4)

 



unifikasiya  və  standartlaşdırmaya  aktiv  meyl  meydana  gəlib.  Bütün  ölkələr  üçün 

texnologiya,  ekologiya,  mühasibat  uçotu  və  s.  üçün  vahid  standartlar  tətbiq  edilir. 

Standartlar təhsilə və mədəniyyətə də yayılır. Bununla yanaşı, təsərrüfat fəaliyyətinin 

həyata  keçirilməsi  qaydalarının  unifikasiyalaşdırılmasında  problemlər  də  müşahidə 

olunur,  beynəlxalq  təşkilatların  bu  istiqamətdə  həyata  keçirilən  fəaliyyətlərində 

uğursuzluqlar müşahidə olunur; 

5)

 

beynəlxalq iqtisadi təşkilatlar vahid makroiqtisadi siyasət meyarları tətbiq edir, vergi 



siyasətinə,  monetar  siyasətə,  məşğulluq siyasətinə  və s.  qarşı irəli sürülən  tələblərin 

unifikasiyası baş verir

6)

 

əvvəlki  xüsusiyyətlə  yanaşı,  inkişaf  etmiş  ölkələrin  iqtisadi  siyasətlərində  mövcud 



olan ikili standartlar problemi də müşahidə edilməkdədir

7)

 



iqtisadiyyatda da siyasətdə olduğu kimi birqütblü dünyanın formalaşdırılması prosesi 

gedir,  ümumilikdə  yeni  dünya  qaydası,  xüsusilə  yeni  dünya  iqtisadi  qaydası 

formalaşdırılır. 

Dünya  iqtisadiyyatının  qloballaşması  prosesi  heç  də  problemsiz  ötüşmür. 

Qloballaşma  ilk  növbədə  sənayecə  inkişaf  etmiş  ölkələrin  mövqelərini  gücləndirir,  onlara 

əlavə  üstünlüklər  verir.  Əlbəttə  ki,  qloballaşma  geridə  qalmış  ölkələrə  də  öz 

iqtisadiyyatlarını inkişaf etdirmək, dünya iqtisadiyyatının layiqli yer tutmaq üçün müəyyən 

şərait yaradır. Lakin qloballaşma prosesi mənfi nəticələrlə də müşaiyət olunur. Qloballaşma 




bütün ölkələrə toxunan ümumbəşəri problemlərin  yaranması və kəskinləşməsi ilə ayrılmaz 

əlaqədədir. Bu problemlər aşağıdakı kimi məcmulaşdırıla bilər: 

 

Hərbi-iqtisadi problemlər özündə müasir kütləvi qırğın silahlarının yayılması, sınağı 



və daha böyük dərəcədə tətbiqi təhlükəsini birləşdirir. Bu cür silahların ehtiyatlarının 

məhv edilməsi üsulları da  bir çox ölkələrin təhlükəsizliyini zərbə  altında qoyur. Ən 

yeni  silahlardan  istifadə  edən  beynəlxalq  terrorizmin  yayılması  xüsusi  təhlükə 

yaradır. 

 

Mühüm  elmi-texniki  problemlərin  həlli  və  müəyyən  sahələrdə  tərəqqi  bir  sıra 



ölkələrinin  resurslarını  və  səylərini  birləşdirmədən  mümkün  deyil.  Bu  problemlər 

sırasında  kosmosun,  dünya  okeanının,  Antarktidanın  tədqiqini  və  mənimsənilməsini 

göstərmək olar. Bu cür birləşmə olmadan xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə 

qeyri-səmərəli  olur.  Bu  tip  problemlər  sırasında  həmçinin  məhsulların  və  istehsal 

üsullarının ümumdünya standartlaşdırmasını göstərmək olar. 

 



Yoxsulluqla,  aclıqla,  geridə  qalmış  ölkələrdə  yüksək  ölüm  səviyyəsi  ilə  mübarizə 

bəşəriyyətin  gələcəyi  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  problemlər  sırasında 

həmçinin dünya demoqrafik proseslərinin optimallaşdırılmasını qeyd etmək olar. 

 



İnsanın təsərrüfat fəaliyyətinin təbiətə təsiri də mühüm ümumbəşəri problemə çevrilib 

(havanın,  suyun  və  torpağın  vəziyyətinin  pisləşməsi,  atmosferin  ozon  qatının 

dağılması prosesi, iqlim istiləşməsi). Bura həmçinin nüvə energetikası ilə bağlı olan 

texnogen qəzaların qarşısının alınmasını da aid etmək lazımdır. 

 

Maliyyə  və  iqtisadi  böhranlar  getdikcə  bütün  dünyanı  əhatə  edir.  Bu  dünya 



iqtisadiyyatının artım tempinə və sabitliyinə ciddi surətdə təsir göstərə bilər. 

Yuxarıda  sadalanan  problemlər  hər  kəsə,  bütün  dünya  ictimaiyyətinə  toxunur,  yəni 

ümumi  xarakter  daşıyır.  Bu,  qlobal  adlandırılan  problemlərin  birinci  prinsipial  xarakterik 

xüsusiyyətidir.  Özünün  miqyasına,  aradan  qaldırlması  dərəcəsinə  və  müddətinə  görə  bu 

problemlər  böyük  həcmdə  qüvvə  və  vasitə  tələb  edir  ki,  ayrılıqda  heç  bir  ölkə  və  hətta 

ölkələr  qrupu  buna  malik  deyillər.  Onların  həlli  üçün  müxtəlif  çeşodli  resursların  cəlbi 

vacibdir,  yəni, istənilən qlobal problemin doğurduğu ciddi iqtisadi aspektlər mövcuddur və 

onların  həlli  bütün  dünya  ictimaiyyətinin  resurslarını,  ilk  növbədə  maddi-maliyyə 

resurslarını  bir  nöqtəyə  yönəltməkdən  keçir.  Bir  çox  və  ya  bütün  ölkələrin,  beynəlxalq 



təşkilatların məcmu vasitələrinin cəlbinin zəruriliyi bəşəri, başqa sözlə qlobal problemlərin 

ikinci prinsipial xüsusiyyətidir. 

Qlobal  problemlərin  həlli  üçün  ölkələrin  səylərinin  birləşdirilməsi  müxtəlif  yollarla 

baş  verə  bilər:  ikitərəfli  və  çoxtərəfli  sazişlər,  beynəlxalq  təşkilatların  yaradılması  və 

fəaliyyəti,  iqtisadiyyatın  və  texnologiyanın  müxtəlif  sahələrində  layihələrin  birgə 

maliyyələşdirilməsi və həyata keçirilməsi, beynəlxalq xeyriyyəçilik və s. 

Qloballaşma  dövlətlər  tərəfindən  düşünülmüş  iqtisadi  siyasətin  həyata  keçirilməsini 

tələb  edir.  Bu  cür  iqtisadi  siyasət  daxili  və  xarici  iqtisadi  siyasətin  dialektik  vəhdətini  və 

qarşılıqlı əlaqəsini nəzərə almalıdır. Səmərəli dövlət siyasəti iqtisadi çiçəklənmə, təhsilin və 

səhiyyənin  inkişafı,  sosial  qeyri-bərabərliyin  azaldılması  üçün  həyati  əhəmiyyət  kəsb  edir. 

Dövlət  ətraf  mühitin  mühafizəsinin,  siyasi  və  makroiqtisadi  sabitliyin,  qanunçuluğun 

əsaslarının, sosial təminatın və təhsilin qarantı kimi çıxış etməlidir. 

 

2.6. BİM-də ölkələrin təsnifləşdirilməsi göstəriciləri və meyarları 

 

Ölkələrin  təsnifləşdirilməsi  zamanı  əsasən  Dünya  Bankının  yanaşmasından  istifadə 

edilir.  Bu  beynəlxalq  iqtisadi  təşkilatın  yanaşmasına  görə,  ölkələrin  təsnifləşdirilməsinin 

əsas meyarı kimi adambaşına düşən Ümumi Milli Gəlir (ÜMG) və ya Ümumi Milli Məhsul 

(ÜMM)  çıxış  edir.  Adambaşına  düşən  ÜMG-dən  asılı  olaraq  dünya  ölkələri  aşağı  gəlirli 

ölkələrə,  orta  gəlirli  ölkələrə  (bu  qrup  özü  ortadan  aşağı  və  ortadan  yuxarı  gəlirli  ölkələrə 

bölünürlər) və yüksək gəlirli ölkələrə bölünürlər. Ölkələrin təsnifləşdirilməsi zamanı Dünya 

Bankı tərəfindən həmçinin coğrafi regionlara və xarici borcun səviyyəsinə əsaslanan analitik 

kateqoriyalardan da istifadə edilir. 

Ölkələrin  təsnifləşdirilməsi  üçün  Dünya  Bankı  tərəfindən  istifadə  olunan  analitik 

kateqoriyaların əsası hələ otuz il bundan əvvəl qoyulub və bu zaman Bankın məqsədi daha 

yoxsul ölkələrə kreditlərin alınması zamanı daha sərfəli şərtlər təqdim etməkdən ibarət olub. 

Bunun  üçün  isə  ölkələrin  iqtisadi  potensiallarının  müqayisəli  qiymətləndirilməsi 

metodlarının  işlənməsi  zəruri  idi.  Mahiyyətinə  görə  geniş  göstərici  olan  ÜMG  Dünya 

Bankının  mütəxəssisləri  tərəfindən  iqtisadi  potensialın  və  iqtisadi  tərəqqinin 

qiymətləndirilməsi  üçün  ən  yaxşı  göstərici  müəyyən  edildi.  Bununla  yanaşı,  o  da  qəbul 




edildi  ki,  ÜMG  özlüyündə  inkişafın  səmərəliliyini  və  ya  ölkənin  rifahını  xarakterizə  edə 

biləcək  göstərici  deyil.  Buna  görə  də  ölkələrin  təsnifləşdirilməsi  üçün  Bank  tərəfindən 

istifadə olunan əsas göstərici kimi adambaşına düşən ÜMG çıxış etməyə başladı. 

Qruplar arasında adambaşına düşən gəlirə görə hədlərin  müəyyən edilməsi üçün bir 

çox  göstəricilərin (yoxsul əhali  faizi,  uşaq ölümü göstəricisi) əks olunduğu xüsusi formula 

işlənilib  hazırlandı.  Bu  formul  və  Bank  tərəfindən  il  ərzində  ayrılan  resursların  həcminə 

uyğun  olaraq  adambaşına  gəlirin  ilkin  hədd  kəmiyyətləri  müəyyən  olundu.  Bu  ilkin 

göstəricilər beynəlxalq inflyasiyanın təsiri nəzərə alınmaqla hər il korrektə olnunur və hədd 

kəmiyyətlərinin real mahiyyəti zamana görə dəyişmir. 

Adambaşına  ÜMG-yi  müəyyən  olunmuş  səviyyədən  aşağı  olan  ölkələr  aşağı  gəlirli 

ölkələr kimi təsnifləşdirilir. Bu göstəricinin Bank tərəfindən müəyyən edilmiş həddən yuxarı 

olduğu və yüksək gəlirli ölkələr üçün qoyulmuş səviyyədən aşağı olduğu ölkələr orta gəlirli 

ölkələr adlandırılırlar. Bu tip ölkələr artıq Dünya Bankından 15 illik güzəştli kreditlər almaq 

hüququndan məhrum olurlar. 



Coğrafi regionlara görə təsnifləşdirmə  

East Asia and Pacific 

American Samoa 

Korea, Rep. 

Philippines 

Australia 

Lao PDR 


Samoa 

Brunei Darussalam 

Macao SAR, China 

Singapore 

Cambodia 

Malaysia 

Solomon Islands 

China 


Marshall Islands 

Taiwan, China 

Fiji 

Micronesia, Fed. Sts. 



Thailand 

French Polynesia 

Mongolia 

Timor-Leste 

Guam 

Myanmar 


Tonga 

Hong Kong SAR, China 

New Caledonia 

Tuvalu 


Indonesia 

New Zealand 

Vanuatu 

Japan 


Northern Mariana Islands 

Vietnam 


Kiribati 

Palau 


  

Korea, Dem. Rep. 

Papua New Guinea 

  

Europe and Central Asia 

Albania 

Germany 


Netherlands 


Andorra 

Greece 


Norway 

Armenia 


Greenland 

Poland 


Austria 

Hungary 


Portugal 

Azerbaijan 

Iceland 

Romania 


Belarus 

Ireland 


Russian Federation 

Belgium 


Isle of Man 

San Marino 

Bosnia and Herzegovina 

Italy 


Serbia 

Bulgaria 

Kazakhstan 

Slovak Republic 

Channel Islands 

Kosovo 


Slovenia 

Croatia 


Kyrgyz Republic 

Spain 


Cyprus 

Latvia 


Sweden 

Czech Republic 

Liechtenstein 

Switzerland 

Denmark 

Lithuania 

Tajikistan 

Estonia 


Luxembourg 

Turkey 


Faeroe Islands 

Macedonia, FYR 

Turkmenistan 

Finland 


Moldova 

Ukraine 


France 

Monaco 


United Kingdom 

Georgia 


Montenegro 

Uzbekistan 



Latin America and the Caribbean 

Antigua and Barbuda 

Dominica 

Peru 


Argentina 

Dominican Republic 

Puerto Rico 

Aruba 


Ecuador 

Sint Maarten (Dutch part) 

Bahamas, The 

El Salvador 

St. Kitts and Nevis 

Barbados 

Grenada 

St. Lucia 

Belize 

Guatemala 



St. Martin (French part) 

Bolivia 


Guyana 

St. Vincent and the Grenadines 

Brazil 

Haiti 


Suriname 

Cayman Islands 

Honduras 

Trinidad and Tobago 

Chile 

Jamaica 


Turks and Caicos Islands 

Colombia 

Mexico 

Uruguay 



Costa Rica 

Nicaragua 

Venezuela, RB 

Cuba 


Panama 

Virgin Islands (U.S.) 

Curacao 

Paraguay 

 

Middle East and North Africa 

Algeria 


Jordan 

Qatar 


Bahrain 

Kuwait 


Saudi Arabia 

Djibouti 

Lebanon 

Syrian Arab Republic 

Egypt, Arab Rep. 

Libya 


Tunisia 

Iran, Islamic Rep. 

Malta 

United Arab Emirates 



Iraq 

Morocco 


West Bank and Gaza 

Israel 


Oman 

Yemen, Rep. 



North America 

Bermuda 


Canada 

United States 



South Asia 

Afghanistan 

India 

Pakistan 



Bangladesh 

Maldives 

Sri Lanka 

Bhutan 


Nepal 

  

Sub-Saharan Africa 

Angola 

Gabon 


Nigeria 

Benin 


Gambia, The 

Rwanda 


Botswana 

Ghana 


São Tomé and Principe 

Burkina Faso 

Guinea 

Senegal 


Burundi 

Guinea-Bissau 

Seychelles 

Cabo Verde 

Kenya 

Sierra Leone 



Cameroon 

Lesotho 


Somalia 

Central African Republic 

Liberia 

South Africa 

Chad 

Madagascar 



South Sudan 

Comoros 


Malawi 

Sudan 


Congo, Dem. Rep. 

Mali 


Swaziland 

Congo, Rep 

Mauritania 

Tanzania 

Côte d'Ivoire 

Mauritius 

Togo 



Equatorial Guinea 

Mozambique 

Uganda 

Eritrea 


Namibia 

Zambia 


Ethiopia 

Niger 


Zimbabwe 

 

 



Gəlir kateqoriyasına görə ölkələr adambaşına düşən ÜMG-yə görə təsnifləşdirilirlər. 

Dünya  Bankının  təsnifatına  görə,  adambaşına  illik  gəliri  1045  ABŞ  dollarından  aşağı  olan 

ölkələr  aşağı  gəlirli  ölkələr,  əhalinin  hər  nəfərinə  düşən  gəliri  1045  –  4125  ABŞ  dolları 

arasında  dəyişən  ölkələr  orta  səviyyədən  aşağı  gəlirli  ölkələr  hesab  edilirlər.  Adambaşına 

gəliri  4126  –  12735  ABŞ  dolları  arasında  tərəddüd  edən  ölkələr  orta  səviyyədən  yuxarı 

gəlirli  ölkələr,  adambaşın  orta  illik  gəliri  12736  ABŞ  dollarından  yuxarı  ola  ölkələr  isə 

yüksək gəlirli ölkələr sırasına aid edilirlər (2015-ci ilin hesablamalarına görə). 

Low-income economies ($1,045 or less) 

Afghanistan 

Gambia, The 

Niger 


Benin 

Guinea 


Rwanda 

Burkina Faso 

Guinea-Bisau 

Sierra Leone 

Burundi 

Haiti 


Somalia  

Cambodia 

Korea, Dem Rep. 

South Sudan 

Central African Republic 

Liberia 

Tanzania 

Chad 

Madagascar 



Togo 

Comoros 


Malawi 

Uganda 


Congo, Dem. Rep 

Mali 


Zimbabwe 

Eritrea 


Mozambique 

  

Ethiopia 



Nepal 

  

Lower-middle-income economies ($1,046 to $4,125) 

Armenia 

Indonesia 

Samoa 

Bangladesh 

Kenya 

São Tomé and Principe 

Bhutan 

Kiribati 



Senegal 

Bolivia 


Kosovo   

Solomon Islands 

Cabo Verde 

Kyrgyz Republic 

Sri Lanka 

Cameroon 

Lao PDR 

Sudan 


Congo, Rep. 

Lesotho 


Swaziland 


Côte d'Ivoire 

Mauritania 

Syrian Arab Republic 

Djibouti 

Micronesia, Fed. Sts. 

Tajikistan 

Egypt, Arab Rep. 

Moldova 

Timor-Leste 

El Salvador 

Morocco 


Ukraine 

Georgia 


Myanmar 

Uzbekistan 

Ghana 

Nicaragua 



Vanuatu 

Guatemala 

Nigeria   

Vietnam 


Guyana 

Pakistan   

West Bank and Gaza 

Honduras 

Papua New Guinea   

Yemen, Rep.  

India 

Philippines 



Zambia 

Upper-middle-income economies ($4,126 to $12,735) 

Albania 


Fiji 

Namibia 


Algeria 

Gabon 


Palau 

American Samoa 

Grenada 

Panama 


Angola 

Iran, Islamic Rep.  



Paraguay 

Azerbaijan 

Iraq 

Peru   


Belarus 

Jamaica 


Romania 

Belize 


Jordan 

Serbia 


Bosnia and Herzegovina 

Kazakhstan 

South Africa 

Botswana 

Lebanon 

St. Lucia 

Brazil 

Libya 


St. Vincent and the Grenadines 

Bulgaria 

Macedonia, FYR   

Suriname 

China 

Malaysia 



Thailand 

Colombia 

Maldives 

Tonga 


Costa Rica 

Marshall Islands 

Tunisia 

Cuba 


Mauritius 

Turkey 


Dominica 

Mexico 


Turkmenistan 

Dominican Republic   



Mongolia 

Tuvalu 


Ecuador 

Montenegro 

  

High-income economies ($12,736 or more) 



Andorra 

Germany 


Poland 

Antigua and Barbuda 

Greece 

Portugal 



Argentina 

Greenland 

Puerto Rico 

Aruba 


Guam 

Qatar 


Australia 

Hong Kong SAR, China 

Russian Federation 

Austria 


Hungary 

San Marino 

Bahamas, The 

Iceland 


Saudi Arabia 

Bahrain 


Ireland 

Seychelles 

Barbados 

Isle of Man 

Singapore 

Belgium 

Israel 


Sint Maarten (Dutch part) 

Bermuda 


Italy 

Slovak Republic 

Brunei Darussalam 

Japan 


Slovenia 

Canada 


Korea, Rep. 

Spain 


Cayman Islands 

Kuwait 


St. Kitts and Nevis 

Channel Islands 

Latvia 

St. Martin (French part) 



Chile 

Liechtenstein 

Sweden 

Croatia  



Lithuania 

Switzerland 

Curaçao 

Luxembourg 

Taiwan, China 

Cyprus 


Macao SAR, China 

Trinidad and Tobago 

Czech Republic 

Malta 


Turks and Caicos Islands 

Denmark 


Monaco 

United Arab Emirates 

Estonia 

Netherlands 

United Kingdom 

Equatorial Guinea 

New Caledonia 

United States 

Faeroe Islands 

New Zealand 

Uruguay 

Finland 


Northern Mariana Islands 

Venezuela, RB 

France 


Norway 

Virgin Islands (U.S.) 

French Polynesia 

Oman 


  

 

 



Xarici  borcun  həcminə  görə  ölkələrin  təsnifləşdirilməsi  zamanı  Dünya  Bankının 

standart  anlayışlarından  –  borcluluq  səviyyəsi  yüksək  və  mülayim  olan  ölkələr 




anlayışlarından  istifadə  edilir.  Yüksək  borcluluq  o  deməkdir  ki,  aşağıdakı  borcluluq 

əmsallarından  biri  böhran  səviyyəsini  keçmişdir:  borca  xidmətin  dəyərinin  ÜGM-ə  nisbəti 

(böhran  həddi  –  80%)  və  borca  xidmətin  dəyərinin  ixraca  nisbəti  (böhran  həddi  –  220%). 

Mülayim  borcluluq  anlayışından  isə  yuxarıda  qeyd  olunan  göstəricilərdən  birinin  60%-i 

keçdiyi, amma böhran həddinə çatmadığı halda istifadə edilir. Yerdə qalan bütün ölkələr isə 

borcluluq səviyyəsi yüksək olmayan ölkələr kimi təsnifləşdirilir. 

Bununla  belə  bir  sıra  alimlərin  və  iqtisadçıların  fikrincə,  Dünya  Bankının 

təsnifləşdirmə meyarlarını ideal kimi qəbul etmək olmaz. Belə ki, dünya təsərrüfatında baş 

verən  dəyişikliklər  BİM-də  ölkələrin  təsnifləşdirilməsi  məsələsinə  də  öz  təsirini 

göstərmişdir.  Bu  yaxınlara  qədər  dünya  ictimaiyyəti  əsasən  sosial-iqtisadi  və  siyasi 

əlamətlərinə  görə  müxtəlif  qruplara  ayrılırdı  və  BİM-də  “Şərq”  –  “Qərb”  xətti  üzrə 

münaqişəli  qarşıdurması  öz  əksini  tapırdı.  Bu  cür  bölgünün  mahiyyəti  ondan  ibarət  idi  ki, 

siyasi  aspektlərin  önə  çəkilməsi  sosial-iqtisadi  aspektləri  arxa  plana  çəkir,  ölkədə  mövcud 

olan real iqtisadi vəziyyəti gizlətməyə imkan verirdi.  

 

Üçüncü dünya və ya “Cənub” kimi anlayışlara gəldikdə isə, hazırda bu anlayışlar da 



özünün  ilkin  mənalarını  itirməkdədirlər.  Məsələn,  adətən  “Cənub”  anlayışının  iqtisadi 

cəhətdən daha zəif inkişaf etmiş ölkələrə aid edirlər. Lakin, bununla belə, həmin qrupa daxil 

olan  ölkələrin  bəziləri  müasir  mərhələdə  yüksək  sürətlə  inkişaf  edir  və  getdikcə  sənayecə 

inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşırlar. 



 

 

Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə