Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,53 Mb.

səhifə1/21
tarix14.09.2018
ölçüsü0,53 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21


 

1

 



Mövzu 8.  

BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar 

 

8.1. Beynəlxalq iqtisadi münasibətlərin dövlətlərarası tənzimlənməsinin formalaşması, 

təkamülü və müasir sistemi 

 

 



Təsərrüfat  həyatının  beynəlmiləlləşməsi,  dünya  iqtisadiyyatında  ölkələrin  qarşılıqlı 

asılılığının güclənməsi, qlobal problemlərin yaranması və kəskinləşməsi beynəlxalq iqtisadi 

münasibətlərin məqsədyönlü tənzimlənməsini obyektiv zərurətə çevirmişdir. 

 

Dünya  təsərrüfatının  ayrı-ayrı  sahələrinin  çoxtərəfli  dövlətlərarası  tənzimlənməsi 



hələ ikinci dünya müharibəsinə qədər meydana gəlmişdir. Lakin, dövlətlərarası tənzimləmə 

beynəlxalq  iqtisadi  münasibətlərdə  yalnız  müharibədən  sonrakı  illərdə  ciddi  amilə 

çevrilmişdir. 

Beynəlxalq münasibətlərin dövlətlərarası tənzimlənməsi müxtəlif ölkələrin könüllü 

surətdə  öz  üzərlərinə  götürdükləri  öhdəliklərin  və  dünya  təsərrüfat  əlaqələri  sferasında 

ümumi davranış qaydalarının məcmusudur. 

Dünya  təsərrüfatının  müharibədən  sonrakı  illərdə  inkişafı  göstərir  ki,  beynəlxalq 



iqtisadi münasibətlərin dövlətlərarası tənzimləmə sisteminin formalaşması və inkişafının 

əsas təkanverici amilləri aşağıdakı proseslər olmuşdur. 

Birincisi,  gömrük  tariflərinin  aşağı  salınması  yolu  ilə  beynəlxalq  ticarətin 

liberallaşdırılmasının  zəruriliyi:  ikinci  dünya  müharibəsi  nəticəsində  dağılmış  Avropa 

iqtisadiyyatı  sürətli  bərpa  prosesini  tələb  edirdi  ki,  bu  da  xarici  ticarət  əlaqələrinin 

aktivləşdirilməsini, 

kapitalın 

sərbəstə 

hərəkətinin 

dəstəklənməsini, 

beynəlxalq 

hesablaşmalar  sisteminin  qaydaya  salınmasını  nəzərdə  tuturdu.  Bu  amil  Bretton-Vuds 

konfransının  qərarlarında  və  QATT,  BVF,  BYİB  kimi  beynəlxalq  təşkilatların 

yaranmasında mühüm rol oynadı. Sonradan əksər ölkələr başa düşdülər ki, azad beynəlxalq 

ticarət  dinamik  artıma  yol  açır,  dünya  üzrə  texnologiyanı  hərəkət  etdirir,  əmək 

məhsuldarlığının  artırılmasını  stimullaşdırır,  müəssisələr  üçün  irihəcmli  dünya  bazarlarını 

açır. 


İkincisi,  imperializmin  müstəmləkə  sisteminin  dağılması  və  azadlıq  qazanmış 

ölkələrin  iqtisadi  inkişafının  təmin  edilməsi:  bu  ölkələr  1960-1970-ci  illərdə  dünya 

təsərrüfat əlaqələrinin yenidən qurulması, yeni iqtisadi qaydanın bərqərar edilməsi tələbləri 




 

2

 



ilə  çıxış  etməyə  başladılar.  Onlar  həmçinin  daha  yüksək  qiymət  səviyyələrində  xammal 

bazarlarının  sabitləşdirilməsini,  sənayecə  inkişaf  etmiş  ölkələrdə  proteksionizmin  aradan 

qaldırılmasını,  texnologiyaların  ötürülməsi  üçün  güzəştli  şərtlər,  maliyyə  yardımının 

artırılmasını və s. tələb edirdilər. 

Nəticədə  daha  əvvəl  yaradılmış  beynəlxalq  təşkilatlar  (BVF,  BYİB,  QATT)  öz 

daxillərində  bircinsliyi  (sınayecə  inkişaf  etmiş  ölkələrin  timsalında)  itirdilər  və  bu 

təşkilatlara  Asiya,  Afrika  və  Latın  Amerikasının  azadlıq  qazanmış  ölkələri  üzv  oldular. 

Bundan başqa, bir sıra yeni iqtisadi təşkilatlar (məsələn, YUNKTAD – BMT-nin Ticarət və 

İnkişaf üzrə Konfransı) yaradıldı. 

Üçüncüsü, 1970 və 1980-ci illərin xammal və ərzaq böhranları, bu böhranların neft 

ixrac  edən  ölkələrin  davranışları  ilə  daha  da  kəskinləşməsi  sənayecə  inkişaf  etmiş 

ölkələrdə  struktur  böhranları  inkişaf  etmiş  ölkələrin  OPEC  ölkələrinə  münasibətdə 

razılaşdırılmış  mövqelərinin  olmasını  və  onların  milli  iqtisadiyyatların  struktur 

yenidənqurması prosesində birgə səylərini obyektiv zərurətə çevirdi. 

Dördüncüsü, dünya iqtisadiyyatının qloballaşması, ölkələrin qarşılqılı əlaqələrinin 

və  asılılıqlarının  güclənməsi,  milli  iqtisadiyyatların  dünya  təsərrüfatında  baş  verən 

dəyişikliklərə  uyğunlaşma  zəruriliyi  sənayecə  inkişaf  etmiş  aparıcı  ölkələrin  iqtisadi 

siyasətlərinin  koordinasiyasını,  milli  siyasətlərin  və  beynəlxalq  sabitliyin  zəruri 

uyğunluğunu  təmin  edə  biləcək  əməkdaşlıq  və  müqavilələrin  müxtəlif  metodlarının 

işlənməsini  tələb  edirdi.  1980-ci  illərdə  daim  meydana  gələn  ticarət  müharibələrinin 

fonunda  beynəlxalq  iqtisadi  münasibətlərinin  razılaşdırılmış  ölkələrarası  tənzimlənməsi 

dünyada  bir  çox  təhlükəli  iqtisadi  situasiyaların  həll  vasitəsi  kimi  çıxış  edirdi.  Dünyanın 

aparıcı  ölkələrinin  iqtisadi  siyasətlərinin  koordinasiyası  məqsədilə  1961-ci  ildə  İqtisadi 

Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  yaradıldı,  “böyük  yeddilik”  ölkələrinin  (ABŞ,  Yaponiya, 

Böyük  Britaniya,  Fransa,  Almaniya,  İtaliya)  ən  yüksək  səviyyələrdə  müntəzəm  görüşləri 

praktikaya çevrildi və s. 



Beşincisi,  transmilli  şirkətlərinin  güclənməsi:  bu  şirkətlərin  fəaliyyəti  milli 

sərhədlərin çərçivəsindən kənara çıxır və onların maraqları həm mənsub olduqları ölkələrin, 

həm  də  fəaliyyət  göstərdikləri  ölkələrin  milli  iqtisadiyyatlarının  inkişaf  maraqları  ilə 

ziddiyyətə  girir  ki,  bu  da  onların  fəaliyyətinin  tənzimlənməsinin  forma  və  metdolarının 

tapılmasını zərurətə çevirib. Nəticədə, BMT-də transmilli şirkətlər üzrə mərkəz açılmışdır. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə