Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 

*  işləri  İqtisadi  və  Sosial  Şura  vasitəsilə  BMT-nin  fəaliyyəti  ilə  koordinasiya  edilən  avtonom 

təşkilatlar;  **  yalnız  Baş  Məclisə  hesabat  verir;  Mənbə:  BMT-nin  rəsmi  İnternet  saytı  – 

www.un.org

  

Maddə  11-ə  görə,  Baş  Məclis  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması 



işində  əməkdaşlığın  ümumi  prinsiplərini,  o  cümlədən  tərksilah  və  silahların  tənzimlənməsi 

məsələlərini  müəyyən  edən  prinsipləri  nəzərdən  keçirə  bilər  və  BMT  üzvlərinə  və  ya 

Təhlükəsizlik Şurasına və yaxud onların hər ikisinə bu prinsiplərlə bağlı tövsiyələr edə bilər. 

Eyni zamanda, Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına aid 

olan  BMT-nin  hər  hansı  üzvü,  Təhlükəsizlik  Şurası  və  ya  BMT  üzvü  olmayan  dövlət  tərəfindən 

ona  təqdim olunmuş istənilən  məsələni  müzakirə  edə  bilər və  12-ci maddə  ilə nəzərdə  tutulmuş 

hallardan başqa, hər hansı belə bir məsələ ilə bağlı maraqlı dövlətə və ya dövlətlərə, Təhlükəsizlik 

Şurasına  və  yaxud  onların  hər  ikisinə  tövsiyələr  edə  bilər.  Barəsində  tədbir  görülməli  olan  hər 

hansı belə məsələ Baş Məclis tərəfindən ya müzakirədən qabaq, ya da ondan sonra Təhlükəsizlik 

Şurasına verilir. 

Baş Məclis Təhlükəsizlik Şurasının diqqətini beynəlxalq sülhü və təhlükəsizliyi təhlükəyə 

məruz qoya bilən situasiyalara yönəldə bilər. 

Maddə 13-ə əsasən Baş Məclis aşağıdakı məqsədlərlə tədqiqatlar təşkil edir və tövsiyələr 

edir: 


a.

 

siyasi  sahədə  beynəlxalq  əməkdaşlığa  dəstək  vermək  və  beynəlxalq  hüququn  mütərəqqi 



inkişafını və onun məcəllələşdirilməsini həvəsləndirmək; 

b.

 



iqtisadi,  sosial,  mədəni  sahələrdə,  təhsil  və  səhiyyə  sahələrində  beynəlxalq  əməkdaşlığa 

dəstək vermək və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün 

insanların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə yardım göstərmək. 

Maddə 14-ə görə, 12-ci maddənin göstərişlərini nəzərə almaqla, Baş Məclis, mənşəyindən 

asılı olmayaraq, ümumi əmin-amanlığı və millətlər arasındakı dostluq münasibətlərini poza bilən 

hər  hansı  bir  situasiyanın,  o  cümlədən  Nizamnamənin,  BMT-nin  məqsəd  və  prinsiplərini  təsbit 

edən müddəalarının pozulması nəticəsində əmələ gələn situasiyaların dinc yolla nizama salınması 

üçün tədbirlər tövsiyə edə bilər. 

Maddə 15-ə əsasən: 



 

1.

 



Baş Məclis Təhlükəsizlik Şurasında illik və xüsusi məruzələr qəbul edir və onlara baxır; bu 

məruzələr  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  məqsədilə 

Təhlükəsizlik  Şurası  tərəfindən  görülməsi  qərara  alınmış  və  ya  görülmüş  tədbirlər 

barəsində hesabatı özündə əks etdirməlidir. 

2.

 

Baş Məclis BMT-nin digər orqanlarından məruzələr qəbul edir və onlara baxır. 



Maddə  16-ya  görə,  Baş  Məclis  beynəlxalq  qəyyumluq  sistemi  ilə  əlaqədar  ona  həvalə 

olunmuş  funksiyaları,  o  cümlədən  strateji  ərazilər  kimi  müəyyən  olunmamış  ərazilər  üçün 

qəyyumluq haqqında sazişlərin təsdiq edilməsi funksiyasını yerinə yetirir. 

Maddə  17-də  qeyd  olunur  ki,  Baş  Məclis  Təşkilatın  büdcəsini  nəzərdən  keçirir  və  təsdiq 

edir.  Təşkilatın xərcləri onun üzvləri tərəfindən Baş  Məclisin  müəyyən etdiyi kimi  aparılır. Baş 

Məclis  ixtisaslaşdırılmış  təsisatlarla  istənilən  maliyyə  və  büdcə  sazişlərini  nəzərdən  keçirir  və 

təsdiq  edir,  müvafiq  ixtisaslaşdırılmış  təsisatlara  tövsiyələr  etmək  məqsədilə  onların  inzibati 

büdcələrini yoxlayır. 

 

Baş  Məclisdə  səsvermə  prosesi  18-19-cu  maddələrlə  tənzimlənir.  Maddə  18-ə  görə,  Baş 



Məclisnın  hər  bir  üzvü  bir  səsə  malikdir.  Baş  Məclisnın  mühüm  məsələlər  üzrə  qərarları  onun 

sessiyada  və  səsvermədə  iştirak  edən  üzvlərinin  üçdə  iki  səs  çoxluğu  ilə  qəbul  edilir.  Bu 

məsələlərə  aşağıdakılar  daxildir:  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  ilə 

əlaqədar  tövsiyələr,  Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvlərinin  seçilməsi,  İqtisadi  və  Sosial 

Şuranın  üzvlərinin  seçilməsi,  Qəyyumluq  Şurasının  üzvlərinin  seçilməsi,  BMT-yə  yeni  üzvlərin 

qəbul olunması, Təşkilat üzvlərinin hüquq və imtiyazlarının müvəqqəti dayandırılması, Üzvlərin 

Təşkilatdan  çıxarılması,  qəyyumluq  sisteminin  fəaliyyətinə  aid  olan  məsələlər  və  büdcə 

məsələləri. Digər məsələlər üzrə qərarlar (üçdə iki səs çoxluğu ilə qəbul olunmalı olan məsələlərin 

əlavə kateqoriyalarının müəyyən edilməsi də daxil olmaqla) sessiyada və səsvermədə iştirak edən 

üzv-dövlətlərin sadə səs çoxluğu ilə qəbul edilir. 

Maddə 19-da göstərilir ki, Təşkilata üzvlük haqqını ödəməkdə borcu olan üzv-dövlət, əgər 

onun  borcunun  miqdarı  iki  bundan  əvvəlki  bütöv  il  üçün  ödəməli  olduğu  üzvlük  haqqına 

bərabərdirsə  və  ya  ondan  çoxdursa,  Baş  Məclisdə  səsvermə  hüququndan  məhrum  edilir.  Lakin 

Baş  Məclis,  üzvlük  haqqının  üzv-dövlətdən  asılı  olmayan  hallara  görə  ödənilmədiyi  qənaətinə 

gələrsə, həmin üzv-dövlətin səsvermədə iştirak etməsinə icazə verə bilər. 



 

Maddə  20-22-də  Baş  Məclisin  iş  proseduru  öz  əksini  tapmışdır.  Maddə  20-yə  görə,  Baş 

Məclis öz müntəzəm illik sessiyalarına və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara  yığışır. Baş 

Məclisin müntəzəm illik sessiyaları adətən hər ilin sentyabr ayının üçüncü çərşənbə axşamı açılır 

və dekabr ayına qədər davam edir. Xüsusi sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının 

və  ya  Təşkilatın  Üzvlərinin  əksər  hissəsinin  tələbi  ilə  çağırılır.  Maddə  21-ə  əsasən,  Baş  Məclis 

özünün prosedur qaydalarını müəyyən edir və hər sessiya üçün öz sədrini seçir. Maddə 22-də isə 

qeyd  olunur  ki,  Baş  Məclis  öz  funksiyalarını  yerinə  yetirmək  üçün  zəruri  hesab  etdiyi  köməkçi 

orqanlar yarada bilər. 

Hazırda Baş Məclisin strukturu aşağıdakı kimi formalaşmışdır: 

1.

 

Sədr; 



2.

 

Sədrin müavinləri (17); 



3.

 

Əsas komitələr: siyasi və təhlükəsizlik məsələləri üzrə; iqtisadi və maliyyə məsələləri üzrə; 



sosial, humanitar və mədəniyyət məsələləri üzrə; hüquqi məsələlr üzrə, qəyyumluq üzrə. 

4.

 



Komitələr: inzibati və büdcə məsələləri üzrə; üzvlük-haqları üzrə; atom enerjisi üzrə; tərk-

silah üzrə, kosmik məkandan istifadə üzrə və s. 

5.

 

Sessiya orqanları: Baş Komitə və Səlahiyyətlərin yoxlanılması üzrə Komitə. 



6.

 

Komissiyalar:  təftiş  komissiyası;  beynəlxalq  hüquq  komissiyası;  insan  haqları  üzrə 



komissiya və s. 

Sessiyalar  arasında  BMT-nin  işi  Baş  Məclisin  altı  əsas  komitəsində,  digər  köməkçi 

orqanlarda və BMT Katibliyində davam etdirilir. 

 

Təhlükəsizlik  Şurasının  səlahiyyətinə  beynəlxalq  sülh  və  təhlükəsizliyin  dəstəklənməsi, 

mübahisələrin  dinc  yolla  həlli,  məcburetmə  tədbirlərinin  qəbul  edilməsi,  BMT-yə  üzvlüklə  və 

BMT-dən xaric etməklə bağlı rəy, Beynəlxalq Məhkəmənin üzvlərinin seçimi və s. aiddir. 

Təhlükəsizlik Şurasının fəaliyyəti BMT nizamnaməsinin V fəsli ilə tənzimlənir. Maddə 23-

də  Şuranın tərkibi barədə  müddəalar əks olunmuşdur. Bu  maddəyə əsasən,  Təhlükəsizlik  Şurası 

on  beş  Təşkilat  üzvündən  ibarətdir.  Çin  Respublikası,  Fransa,  Sovet  Sosialist  Respublikaları 

İttifaqı  (Rusiya),  Böyük  Britaniya  və  Şimali  İrlandiya  Birləşmiş  Krallığı  və  Amerika  Birləşmiş 

Ştatları  Təhlükəsizlik  Şurasının  daimi  üzvləridir.  Baş  Məclis  Təşkilatın  digər  on  üzvünü 

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçir. Bu zaman ilk növbədə Təşkilatın üzvlərinin 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə