Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına və Təşkilatın digər məqsədlərinə nail 

olunmasına verdiyi töhfəyə və habelə ədalətli coğrafi bölgüyə lazımi diqqət yetirilir. 

Qəbul  olunmuş ənənəyə  əsasən,  on qeyri daimi üzvün coğrafi bölgüsü aşağıdakı  kimidir: 

Afrika – 3 yer, Asiya  – 2 yer, Latın Amerikası – 2 yer, Qərbi Avropa, Kanada, Avstraliya, Yeni 

Zelandiya – 2 yer, Şərqi Avropa – 1 yer. 

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri iki il müddətinə seçilir. Qeyri-daimi üzvlərin, 

Təhlükəsizlik Şurasının üzvlərinin sayı on birdən on beşə artdıqdan sonra keçirilən ilk seçkisində 

dörd  əlavə  üzvdən  ikisi  bir  il  müddətinə  seçilir.  Şuranın  üzvlüyündən  çıxan  dövlətin  dərhal 

yenidən seçilmək hüququ yoxdur. 

Təhlükəsizlik Şurasının hər bir üzvünün bir nümayəndəsi olur. 

 

Təhlükəsizlik  Şurasının  funksiyaları  və  səlahiyyətləri  Maddə  24-26-da  qeyd  olunmuşdur. 



Maddə  24-ə  görə,  BMT-nin  cəld  və  səmərəli  hərəkətlərini  təmin  etmək  üçün  onun  üzvləri 

beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanmasına  görə  başlıca  məsuliyyəti 

Təhlükəsizlik  Şurasının  üzərinə  qoyurlar  və  razılaşırlar  ki,  bu  məsuliyyətdən  irəli  gələn 

vəzifələrini yerinə yetirərkən Təhlükəsizlik Şurası onların adından çıxış edir. Öz vəzifələrini icra 

edərkən Təhlükəsizlik Şurası Birləşmiş Millətlərin məqsəd və prinsiplərinə uyğun olaraq hərəkət 

edir. Təhlükəsizlik Şurası Baş Məclis tərəfindən baxılmaq üçün ona illik və lazım olduqda, xüsusi 

məruzələr təqdim edir. 

Maddə  25-də  qeyd  edilir  ki,  BMT  üzvləri  razılaşırlar  ki,  Nizamnaməyə  uyğun  olaraq 

Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onları yerinə yetirsinlər. 

Maddə  26-da  bildirilir  ki,  dünyanın  insan  və  iqtisadi  resurslarını  silah  işi  üçün  ən  az 

miqdarda  ayırmaqla,  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  bərqərar  olunmasına  və  qorunub 

saxlanmasına dəstək vermək məqsədilə Təhlükəsizlik Şurası Hərbi Qərargah Komitəsinin köməyi 

ilə BMT üzvlərinə təqdim olunmaq üçün silahların nizama salınması sisteminin yaradılması üzrə 

planların tərtib edilməsinə görə məsuliyyət daşıyır. 

Təhlükəsizlik Şurasının funksiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.

 



Ümumi: 

 



BMT-nin yeni üzvlərinin qəbulu və baş katibin namizədliyi üzrə tövsiyələr verir

 



strateji ərazilərin idarəedilməsinə nəzarəti həyata keçirir


 

 



BMT  üzvü  olmayan  dövlətlərin  Beynəlxalq  Məhkəmənin  Statutunda  iştirakı  şərtlərini 

müəyyən edir. 

2.

 

Dövlətlər arasında mübahisə halında: 



 

mübahisənin dinc yolla həll edilməsi barədə tələblə çıxış edir; 



 

sülh tənzimlənməsinin prosedur və ya üsullarını tövsiyə edir. 



3.

 

Sülhün pozulması, aqressiya zamanı: 



 

hərəkətlərin aqressiya kimi təsnif edilməsi barədə qərar qəbul edir



 

BMT-nin  üzv-dövlətləri  ilə  onlar  tərəfindən  hərbi  qüvvələrin  təqdim  edilməsi  barədə 



sazişlər imzalayır; 

 



formalaşdırılmış hərbi qüvvələrdən ayırma, müşahidə və təhlükəsizliyin təmin edilməsi 

məqsədilə istifadə edir. 

4.

 

Sülhə təhlükə olduğu hallarda: 



 

diplomatik münasibətləri kəsir; 



 

iqtisadi əlaqələri dayandırır; 



 

hava nəqliyyatını kəsir; 



 

dəmir yolu nəqliyyatını kəsir; 



 

poçt və teleqraf əlaqəsini kəsir



 

portları blok edir



 

hərbi qüvvə nümayiş etdirir və s. 



 

Təhlükəsizlik  Şurasında  səsvermə  məsələsi  Maddə  27-də  əks  olunmuşdur.  Belə  ki, 

Təhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir. Təhlükəsizlik Şurasının prosedur məsələlər 

üzrə  qərarları  doqquz  üzvün  lehinə  səs  verməsi  ilə  qəbul  olunur.  Təhlükəsizlik  Şurasının  bütün 

digər məsələlər üzrə qərarları, daimi üzvlərin uyğun gələn səsləri də daxil olmaqla (bu o deməkdir 

ki,  daimi  üzvlərdən  birinin  məsələnin  əleyhinə  səs  verməsi  artıq  bu  məsələnin  rədd  edilməsi 

deməkdir), doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. 

 

Təhlükəsizlik  Şurasının  iş  proseduru  28-32-ci  maddələrlə  tənzimlənir.  Maddə  28-ə  görə, 



Təhlükəsizlik Şurası elə təşkil olunur ki, fasiləsiz fəaliyyət göstərə bilsin. Təhlükəsizlik Şurasının 

hər bir üzvü bu məqsədlə Təşkilatın olduğu yerdə hər an təmsil olunmalıdır. 




 

Təhlükəsizlik Şurası mütəmadi iclaslar keçirir və bu iclaslarda onun üzvlərindən hər biri öz 

arzusu ilə hökumətin üzvü və ya hər hansı digər xüsusi təyin olunmuş nümayəndə vasitəsilə təmsil 

oluna bilər. 

Təhlükəsizlik  Şurası  öz  iclaslarını  nəinki  Təşkilatın  olduğu  yerdə,  habelə,  onun  fikrincə, 

işinə daha yaxşı kömək edən istənilən yerdə keçirə bilər. 

Maddə 29-da qeyd olunur ki, Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirmək üçün 

zəruri hesab etdiyi köməkçi orqanlar yarada bilər. 

Maddə  30-a  əsasən,  Təhlükəsizlik  Şurası,  öz  Sədrini  seçmək  qaydası  da  daxil  olmaqla, 

özünün prosedur qaydalarını müəyyən edir. 

Maddə  31-də  bildirilir  ki,  Təhlükəsizlik  Şurasının  üzvü  olmayan  hər  hansı  Təşkilat  üzvü 

Təhlükəsizlik  Şurasına  təqdim  olunmuş  istənilən  məsələnin  müzakirəsində  səsvermə  hüququ 

olmadan  iştirak  edə  bilər.  Belə  bir  iştirak  Təhlükəsizlik  Şurasının,  həmin  Üzv-dövlətin 

maraqlarına xüsusilə toxunulduğunu hesab etdiyi istənilən halda mümkündür. 

Maddə  32-yə  görə,  Təhlükəsizlik  Şurasının  üzvü  olmayan  hər  hansı  Təşkilat  üzvü  və  ya 

Təşkilatın  üzvü  olmayan  hər  hansı  dövlət,  Təhlükəsizlik  Şurasında  baxılan  mübahisənin  tərəfi 

olduqda,  bu  mübahisəyə  aid  olan  müzakirədə,  səsvermə  hüququ  olmadan,  iştirak  etmək  üçün 

dəvət olunur. Təhlükəsizlik Şurası, Təşkilatın üzvü olmayan dövlətin iştirakı üçün ədalətli hesab 

etdiyi şərtlər müəyyən edir. 

Baş Məclisin ümumi rəhbərliyi altında fəaliyyət göstərən İqtisadi və Sosial Şura BMT və 

bu sistemə daxil olan təşkilatların iqtisadi və sosial sahələrdə fəaliyyətini tənzimləyir. Beynəlxalq 

iqtisadi  və  sosial  problemlərin  müzakirəsi  və  bu  sahədə  yeridilən  siyasətə  münasibətdə 

tövsiyələrin  işlənməsi  üçün  əsas  forum  rolunu  oynayan  Şura  inkişaf  məqsədilə  beynəlxalq 

əməkdaşlığın  gücləndirilməsində  mühüm  rol  oynayır.  Öz  fəaliyyətində  Şura  müvafiq    qeyri-

hökumət təşkilatları ilə əməkdaşlıq edir. 

İqtisadi və Sosial Şuranın fəaliyyəti Nizamnamənin X fəsli ilə tənzimlənir. Şuranın tərkibi 

barədə  müddəalar 61-ci maddədə öz əksini tapmışdır. Belə ki, İqtisadi və Sosial Şura Birləşmiş 

Millətlərin Baş Məclisi tərəfindən seçilən əlli dörd üzvdən ibarətdir. İqtisadi və Sosial Şuranın on 

səkkiz  üzvü  hər  il  üç  il  müddətinə  seçilir.  Şuranın  üzvlüyündən  çıxan  dövlətin  dərhal  yenidən 

seçilmək  hüququ  vardır.  İqtisadi  və  Sosial  Şuranın  üzvlərinin  sayı  iyirmi  yeddidən  əlli  dördə 

artdıqdan sonra keçirilən ilk seçkidə, səlahiyyət müddəti həmin ilin axırında bitən doqquz üzvün 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə