Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

yerinə  seçilən  üzvlərə  əlavə  olaraq,  daha  iyirmi  yeddi  üzv  seçilir.  Həmin  əlavə  iyirmi  yeddi 

üzvdən  bu  yolla  seçilmiş  doqquz  üzvün  səlahiyyət  müddəti,  Baş  Məclisin  qərarına  müvafiq 

olaraq, bir ildən sonra, daha doqquz üzvün səlahiyyət müddəti isə iki ildən sonra bitir. İqtisadi və 

Sosial Şuranın hər bir üzvünün bir nümayəndəsi olur. 

Şuranın  funksiyaları  və  səlahiyyətləri  maddə  62-66-da  göstərilmişdir.  Maddə  62-də  qeyd 

olunmuşdur ki, İqtisadi və Sosial Şura iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və yanaşı sahələrdə 

beynəlxalq  məsələlərə  aid tədqiqatlar  və  məruzələr  edə  bilər və  ya  istənilən belə  məsələlərə  aid 

Baş Məclisə, BMT üzvlərinə və maraqlı ixtisaslaşdırılmış təsisatlara tövsiyələr edə bilər. Şura hər 

bir kəsin əsas hüquq və azadlıqlarına hörmət edilməsinə və riayət edilməsinə dəstək vermək üçün 

tövsiyələr edə bilər; Baş Məclisə təqdim etmək üçün, öz səlahiyyəti çərçivəsində olan məsələlərə 

aid  konvensiya  layihələri  hazırlaya  bilər;  BMT  tərəfindən  müəyyən  edilmiş  qaydalara  uyğun 

olaraq, öz səlahiyyəti çərçivəsində olan məsələlərə aid beynəlxalq konfranslar çağıra bilər. 

Maddə  63-ə  görə,  İqtisadi  və  Sosial  Şura  ixtisaslaşmış  təşkilatların  hər  hansı  biri  ilə 

sazişlərə  girə  bilər.  Baş  Məclis  tərəfindən  təsdiq  edilməli  olan  bu  sazişlər  müvafiq  təsisatın 

Birləşmiş  Millətlərlə  əlaqəyə  gətirilməsinin  əsası  olan  şərtləri  müəyyən  edir.  Şura, 

ixtisaslaşdırılmış  təsisatlarla  məsləhətləşmələr  aparmaq  və  tövsiyələr  etmək  yolu  ilə  və  Baş 

Məclisə  və  Birləşmiş  Millətlərin  üzvlərinə  tövsiyələr  vasitəsilə  həmin  təsisatların  fəaliyyətini 

əlaqələndirə bilər. 

Maddə  64-ə  əsasən,  İqtisadi  və  Sosial  Şura  ixtisaslaşdırılmış  təsisatlardan  müntəzəm 

məruzələr  almaq  üçün  müvafiq  addımlar  ata  bilər.  O,  öz  tövsiyələrini  və  səlahiyyələri 

çərçivəsində olan məsələlər üzrə Baş Məclis tərəfindən edilmiş tövsiyələri həyata keçirmək üçün 

atılmış  addımlar  barədə  məruzələr  almaq  məqsədilə  BMT  üzvləri  ilə  və  ixtisaslaşdırılmış 

təsisatlarla  sazişlər  bağlaya  bilər.  Şura,  bu  məruzələrə  aid  öz  qeydləri  barədə  Baş  Məclisə 

məlumat verə bilər. 

Maddə  65-də  bildirilir ki, İqtisadi və  Sosial  Şura Təhlükəsizlik Şurasına  məlumat təqdim 

edə bilər və Təhlükəsizlik Şurasının müraciəti ilə, ona gömək edə bilər. 

Maddə  66-ya  görə,  İqtisadi  və  Sosial  Şura  o  funksiyaları  yerinə  yetirir  ki,  bunlar  Baş 

Məclisin  tövsiyələrini  həyata  keçirməklə  əlaqədar  Şuranın  səlahiyyətləri  çərçivəsinə  aid  edilmiş 

olur.  Baş  Məclis  buna  razılıq  verərsə,  Şura,  Təşkilatın  üzvlərinin  xahişi  ilə  və  ixtisaslaşdırılmış 




 

təsisatların xahişi ilə xidmətlər göstərə bilər. Şura habelə Nizamnamənin digər müddəalarında öz 

əksini tapmış və ya Baş Məclis tərəfindən onun üzərinə qoyulmuş funksiyaları yerinə yetirir. 

 

İqtisadi  və  Sosial  Şurada  səsvermə  67-ci  maddə  ilə  tənzimlənir.  Bu  maddəyə  əsasən, 



İqtisadi və Sosial Şuranın hər bir üzvü bir səsə malikdir. İqtisadi və sosial Şuranın qərarları iştirak 

edən və səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur. 

 

Şuranın  fəaliyyət  proseduru  68-72-ci  maddələrdə  öz  əksini  tapmışdır.  Maddə  68-də  qeyd 



olunur ki, İqtisadi və Sosial Şura iqtisadi və sosial sahələrdə və insan hüquqlarına dəstək vermək 

üçün komissiyalar və habelə öz funksiyalarının icrası üçün tələb olunan digər bu cür komissiyalar 

təsis edir. 

Maddə 69-a əsasən, İqtisadi və Sosial Şura BMT-nin hər hansı üzvünü, bu üzv-dövlət üçün 

xüsusi  maraq  kəsb  edən  istənilən  məsələnin  müzakirəsində,  səsvermə  hüququ  olmadan,  iştirak 

etməyə dəvət edir. 

Maddə  70-ə  görə,  İqtisadi  və  Sosial  Şura  ixtisaslaşdırılmış  təsisatların  nümayəndələrinin 

Şurada  və  onun  təsis  etdiyi  komissiyalarda  keçirilən  müzakirələrdə  səsvermə  hüququ  olmadan 

iştirakı üçün və habelə öz nümayəndələrinin ixtisaslaşdırılmış təsisatlardakı müzakirələrdə iştirakı 

üçün tədbirlər həyata keçirə bilər. 

Maddə  71-də  göstərilir  ki,  İqtisadi  və  Sosial  Şura  onun  səlahiyyətləri  çərçivəsində  olan 

məsələlərlə  məşğul  olan  qeyri-hökumət  təşkilatları  ilə  məsləhətləşmə  aparılması  üçün  müvafiq 

tədbirlər  həyata  keçirə  bilər.  Bu  tədbirlər  beynəlxalq  təşkilatlarla  və  buna  lüzum  varsa,  maraqlı 

Təşkilat üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər. 

Maddə  72-də  qeyd  edilir  ki,  İqtisadi  və  Sosial  Şura  öz  Sədrini  seçmək  qaydası  da  daxil 

olmaqla, özünün prosedur qaydalarını müəyyən edir. İqtisadi və Sosial Şura, buna lüzum olduqda, 

öz  qaydalarına  uyğun  olaraq  çağırılır;  bu  qaydalar  Şuranın  üzvlərinin  əksər  hissəsinin  tələbi  ilə 

iclasların çağırılması barədə müddəanı özündə əks etdirməlidir. 

Şura hər il özünün sessiyasını keçirir.  Bir ay davam edən bu sessiyalar 1 il Nyu-Yorkda, 

növbəti  il  isə  Cenevrədə  keçirilir.  Sessiya  zamanı  əsas  iqtisadi  və  sosial  məsələləri  müzakirə 

etmək üçün nazirlər səviyyəsində xüsusi iclas keçirilir. 

Il  ərzində  isə  Şuranın  işi  onun  köməkçi  orqanları  vasitəsilə  həyata  keçirilir  ki,  onlar  da 

müntəzəm olaraq öz iclaslarını keçirir və Şuraya hesabat verirlər. 



 

İqtisadi və Sosial Şura BMT-nin 14 ixtisaslaşmış təsisatının, 10 funksional komissiyasının 

və  regional komissiyanın işini  koordinasiya  edir,  BMT-nin 11 fond və  proqramlarından  hesabat 

alır və BMT sisteminə daxil olan təşkilatlara və üzv dövlətlərə tövsiyələr verir. BMT sisteminin 

insan və maliyyə resurslarının təxminən 70%-i İqtisadi və Sosial Şuranın sərəncamındadır. 

İqtisadi  və  Sosial  Şuranın  fəaliyyəti  iqtisadi  və  sosial  məsələ  və  problemlərin  geniş 

dairəsini əhatə edir. Bu məsələlərə aşağıdakılar aiddir: 

 



dünyada  iqtisadi  və  sosial  vəziyyət,  fundamental  icmallar  və  analitik  materialların 

hazırlanması;  BMT  Universiteti  (BMTU,  1972-ci  il)  və  BMT-nin  təhsil  və  elmi-tədqiqat 

institutu (YUNİTAR, 1965-ci il) tərəfindən həyata keçirilir

 



beynəlxalq  ticarətin  vəziyyəti  və  inkişafı;  BMT-nin  Ticarət  və  İnkişaf  Konfransı 

(YUNKTAD, 1964-cü il) və BMT-nin ticarət hüququ komissiyası (YUNSİTRAL, 1968-ci 

il) tərəfindən öyrənilir və koordinasiya edilir

 



ətraf  mühitin  müdafiəsinin  aktual  problemləri;  BMT-nin  ətraf  mühit  Proqramı  (YUNEP, 

1972-ci il) çərçivəsində və fövqəladə vəziyyət hallarında yardımın göstərilməsi üzrə BMT 

Koordinatorunun Bürosu (YUNDRO, 1972-ci il) tərəfindən həll edilir

 



iqtisadi və elmi-texniki sahələrdə inkişaf etməkdə olan ölkələrə yardım proqramları; BMT-

nin  İnkişaf  Proqramı  (BMTİP,  1966-cı  il),  BMT-nin  Sənaye  İnkişafı  üzrə  Təşkilatı 

(YUNİDO,  1967-ci  il),  Beynəlxalq  Kənd  Təsərrüfatı  İnkişafı  Fondu  (BKTİF,  1976-cı  il) 

çərçivəsində göstərilir; 

 

ərzaq  probleminin  müxtəlif  aspektləri;  Dünya  Ərzaq  Proqramının  (DƏP,  1961-ci  il), 



Ümumdünya  Ərzaq  Komitəsinin  (ÜƏK,  1974-cü  il),  Ərzaq  və  Kənd  Təsərrüfatı 

Təşkilatının (FAO, 1945-ci il) səalhiyyətlərinə aiddir; 

 

sosial-iqtisadi  statistika  və  onun  harmonlaşdırılması  və  təkmilləşdirilməsi  məsələləri; 



Statistika Komissiyası (1946-cı il) həll edir; 

 



demoqrafik  problemlər  və  əhali  məntəqələrinin  problemləri;  BMT-nin  əhali  yerləşməsi 

Fondu (YUNFPA, 1967-ci il),  Beynəlxalq Əmək Təşkilatı (BƏT, 1946-cı il), Qaçqınların 

işi üzrə Ali Komissarın İdarəsi (1949-cu il), BMT-nin Uşaq Fondu (YUNİSEF, 1946-cı il), 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST, 1946-cı il) çərçivəsində həll edilir




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə