Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 

 



təbii resurslardan rasional istifadə məsələləri; təbii resurslar üzrə Komitə (1970-ci il), yeni 

və  bərpa  edilən  enerji  mənbələrinin  mənimsənilməsi  və  istifadə  edilməsi  üzrə  Komitə 

(1982-ci il) həll edir; 

 



maliyyə  resurslarının  mobilizasiyası  və  istifadəsi  məsələləri;  beynəlxalq  maliyyə 

təşkilatları (Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupu) çərçivəsində həll edilir

 

inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında dövlət və kooperativ sektorlarının rolu və 



nisbətinin təhlili; 

 



regional  əməkdaşlıq  məsələləri  (regional  məhəlli  iqtisadi  komissiyalar  vasitəsilə  həyata 

keçirilir) və s. 

Son illərdə İqtisadi və Sosial Şuranın işi xeyli aktivləşmişdir ki, bu da qloballaşma prosesi 

kontekstində  ortaya  çıxmış  bir  sıra  iri  vəzifələrin  həllində  onun  aparıcı  rol  oynaması  ilə 

əlaqədardır.  Dayanıqlı  inkişaf,  sosial  inkişaf  və  s.  mövzularla  məşğul  olan  komissiyaların  işini 

koordinasiya  etməklə  yanaşı,  Şura  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasındakı 

“rəqəmli  texnologiyalar  fərqi”nin  aradan  qaldırılması  kimi  yeni  vəzifələrin  həlli  üzrə  fəaliyyətə 

rəhbərlik  edir  və  bu  əsasda  informasiya-kommunikasiya  texnologiyaları  sahəsində  tədbirlər 

planını həyata keçirir. Bundan başqa, Şura siyasi dialoq üçün vacib foruma çevrilib ki, bu forum 

çərçivəsində  də  Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondunun  rəhbərliyi  BMT  nəzdində 

fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə siyasətin yeni istiqamətlərini müəyyən 

edirlər. 

BMT-nin  digər  baş  orqanı  Qəyyumluq  Şurasıdır.  Bu  Şura  qəyyumıuq  altında  olan 

ərazilərdə  beynəlxalq  müşahidənin  təmin  edilməsi  üçün,  həmçinin  bu  ərazilərin  hökumətlərinin 

özünüidarəetməyə  və  ya  müstəqilliyə  hazırlaşamaq  üçün  zəruri  səyləri  göstərmələrinin  təmin 

edilməsi üçün yaradılmışdır. O yaradılarkən 11 bu cür ərazi 7 üzv-dövlətin idarəsi altında olub.  

Qəyyumluq  Şurasının  fəaliyyəti  Nizamnamənin  XIII  fəsli  ilə  tənzimlənir.  86-cı  maddədə 

Şuranın  tərkibi  müəyyən  edilmişdir.  Bu  maddəyə  görə,  Qəyyumluq  Şurası,  BMT-nin  aşağıdakı 

Üzvlərindən ibarətdir: 

 



qəyyumluq altında olan əraziləri idarə edən üzv-dövlətlər

 



Təhlükəsizlik Şurasının daimi üzvləri

 



Baş  Məclis  tərəfindən  üç  il  müddətinə  seçilən  üzv-dövlətlər;  onların  sayı  Qəyyumluq 

Şurasının üzvlərinin ümumi sayının BMT-nin qəyyumluq altında olan əraziləri idarə edən 




 

və  idarə  etməyən  üzvləri  arasında  bərabər  bölünməsini  təmin  etmək  məqsədindən  çıxış 

edilərək müəyyən edilir. 

Qəyyumluq Şurasının hər bir üzvü onu Şurada təmsil etmək üçün xüsusi ixtisaslı bir şəxs 

təyin edir. 

Şuranın funksiyaları və səlahiyyətləri 87-88-ci maddələrdə öz əksini tapmışdır. Maddə 87-

də  qeyd  olunur  ki,  Baş  Məclis  və  onun  rəhbərliyi  altında  Qəyyumluq  Şurası  öz  funksiyalarını 

yerinə yetirərkən: 

 

idarə edən hakimiyyət tərəfindən təqdim olunan məruzələri nəzərdən keçirə bilər;  



 

petisiyalar  qəbul  etmək  və  onları  idarə  edən  hakimiyyətlə  məsləhətləşməklə  onlara  baxa 



bilər;  

 



idarə  edən  hakimiyyətlə  razılaşdırılmış  müddətlərdə  qəyyumluq  altında  olan  müvafiq 

ərazilərə müntəzəm vizitlər təşkil edə bilər;  

 

qəyyumluq haqqında sazişlərin şərtlərinə müvafiq olaraq bu göstərilmiş və digər tədbirləri 



görə bilər.  

Maddə  88-də  bildirilir  ki,  Qəyyumluq  Şurası  hər  bir  qəyyumluq  altında  olan  ərazinin 

əhalisinin  siyasi,  iqtisadi,  sosial  tərəqqisinə  və  təhsil  sahəsində  tərəqqisinə  aid  anket  tərtib  edir, 

Baş  Məclisin  səlahiyyətləri  çərçivəsində  olan  hər  bir  qəyyumluq  altında  olan  ərazini  idarə  edən 

hakimiyyət isə həmin anket əsasında Baş Məclisə illik məruzə təqdim edir. 

 

Şurada səsvermə proseduru 89-cu maddə ilə tənzimlənir. Belə ki, Qəyyumluq Şurasının hər 



bir üzvü bir səsə malikdir və Qəyyumluq Şurasının qərarları iştirak edən və səs verən üzvlərin səs 

çoxluğu ilə qəbul olunur. 

 

Şuranın  fəaliyyət  proseduru  Maddə  90-91-də  göstərilmişdir.  Maddə  90-da  göstərilir  ki, 



Qəyyumluq  Şurası  öz  Sədrini  seçmək  qaydası  da  daxil  olmaqla,  özünün  prosedur  qaydalarını 

müəyyən edir. Qəyyumluq Şurası, buna lüzum olduqda, öz qaydalarına uyğun olaraq çağırılır. Bu 

qaydalar  Şuranın  üzvlərinin  əksər  hissəsinin  tələbi  ilə  iclasların  çağırılması  barədə  müddəanı 

özündə əks etdirməlidir. 

Maddə  91-ə  görə,  Qəyyumluq  Şurası,  lüzum  olduqda,  İqtisadi  və  Sosial  Şuranın  və 

müvafiq  olaraq  maraqlı  olduqları  məsələlərlə  bağlı  ixtisaslaşdırılmış  təsisatların  köməyindən 

istifadə edir. 



 

1994-cü  ilə  artıq  bütün  qəyyumluq  altında  olan  ərazilər  özünüidarəetməyə  keçmiş  və  ya 

müstəqillik qazanmış, və ya qonşu müstəqil dövlətlərə birləşmişlər. Şuranın fəaliyyətinin ümumən 

başa  çatması  ilə  əlaqədar  onun  prosedur  qaydalarına  müəyynə  dəyişikliklər  edilmişdir.  Yeni 

qaydalara görə, Şura iclaslarını yalnız vəziyyət bunu tələb etdikdə keçirir. 

Digər  baş  orqan  Beynəlxalq  Məhkəmənin  fəaliyyəti  Nizamnamənin  XIV  fəsli  ilə 

tənzimlənir. 

Maddə  92-də  göstərilir  ki,  Beynəlxalq  Məhkəmə  BMT-nin  əsas  məhkəmə  orqanıdır.  O, 

Nizamnaməyə  əlavə  olunan  Statuta  uyğun  olaraq  fəaliyyət  göstərir.  Həmin  Statut  Daimi 

Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna əsaslanır və onun ayrılmaz tərkib hissəsini təşkil edir. 

 

Maddə  93-ə  görə,  BMT-nin  bütün  Üzvləri  “irso  facto”  Beynəlxalq  Məhkəmənin 



Statutunun  iştirakçılarıdır.  BMT  Üzvü  olmayan  dövlət,  hər  bir  halda  Təhlükəsizlik  Şurasının 

tövsiyəsi  əsasında  Baş  Məclis  tərəfindən  müəyyən  olunan  şərtlərlə,  Beynəlxalq  Məhkəmənin 

Statutunun iştirakçısı ola bilər. 

Maddə 94-də qeyd olunur ki, BMT-nin hər bir Üzvü, tərəf kimi çıxış etdiyi istənilən işdə 

Beynəlxalq Məhkəmənin qərarına əməl etməyi öz öhdəsinə götürür. Əgər iş üzrə tərəflərdən biri 

Məhkəmənin  çıxardığı  qərarla  onun  üzərinə  qoyulmuş  öhdəlikləri  icra  etmirsə,  o  biri  tərəf 

Təhlükəsizlik  Şurasına  müraciət  edə  bilər.  Təhlükəsizlik  Şurası,  zəruri  hesab  etdikdə,  tövsiyələr 

edə  bilər  və  ya  həmin  qərarın  həyata  keçirilməsi  üçün  görülməli  olan  tədbirlər  barəsində  qərar 

qəbul edə bilər. 

Maddə 95-ə görə, Nizamnamədə heç nə BMT Üzvlərinin öz  mübahisələrinin həllini artıq 

qüvvədə  olan  və  ya  gələcəkdə  bağlanıla  bilən  sazişlər  əsasında  başqa  məhkəmələrə  həvalə 

etməsinə maneə yaratmır. 

Maddə  96-da  qeyd  olunur  ki,  Baş  Məclis  və  ya  Təhlükəsizlik  Şurası  Beynəlxalq 

Məhkəmədən  istənilən  hüquqi  məsələ  üzrə  məsləhətçi  rəy  verməyi  xahiş  edə  bilər.  Baş  Məclis 

tərəfindən  istənilən  vaxt  buna  icazə  ala  bilən  BMT-nin  digər  orqanları  və  ixtisaslaşdırılmış 

təsisatlar  da  onların  fəaliyyəti  çərçivəsində  ortaya  çıxan  hüquqi  məsələlər  üzrə  Məhkəmədən 

məsləhətçi rəy istəyə bilər. 

 

BMT-nin  sonuncu  baş  orqanı  Katiblik  Baş  Məclisin,  Təhlükəszilik  Şurasının  və  digər 



orqanların göstərişlərinə uyğun olaraq, təşkilatın əməliyyat və inzibati işini həyata keçirir. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə