Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   13   14   15   16   17   18   19   20   21

 

1.

 



Hökumət ekspertlərinədn ibarət ekspert orqanları: 

 

Təhlükəli yüklərin daşınması və kimyəvi maddələrin qlobal səviyyədə razılaşdırılmış 



təsnif və nişanlama sistemi üzrə ekspertlər Komitəsi. 

 

BMT-nin coğrafi adlar üzrə ekspertlər qrupu. 



2.

 

Fərdi qaydada iştirak edən üzvlərdən ibarət ekspert orqanları: 



 

İnkişaf sahəsində siyasət üzrə Komitə. 

 

BMT-nin  dövlət  idarəetməsi  və  maliyyə  sahəsində  Proqramı  üzrə  ekspertlərin 



Məclisi. 

 

Vergiqoyma sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspertlərin xüsusi qrupu. 



 

İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə. 

 

Enerji və təbii resurslar üzrə Komitə. 



BMT-nin hazırda 14 ixtisaslaşdırılmış təsisatı vardır və onlar aşağıdakılardır. 

1.

 



Beynəlxalq  Əmək  Təşkilatı  (BƏT).  Əmək  şəraitinin  yaxşılaşdırılması  və  məşğulluğun 

səviyyəsinin  yüksəldilməsi  istiqamətində  siyasət  və  proqramlar  işləyir  və  həyata  keçirir, 

bütün  dünya  ölkələri  tərəfindən  istifadə  edilən  beynəlxalq  əmək  standartlarını  müəyyən 

edir. 


2.

 

BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı  (FAO).  Səylərini  kənd  təsərrüfatının 

məhsuldarlığının artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin kənd 

əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir. 

3.

 

BMT-nin  Təhsil,  Elm  və  Mədəniyyət  Məsələləri  Təşkilatı  (YUNESKO).  Ümumi  təhsil 



məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni 

abidələrin  qorunmasına,  beynəlxalq  elmi  əməkdaşlığa,  mətbuat  və  kommunikasiyaların 

azadlığının təmin edilməsinə dəstək verir. 

4.

 



Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST).  Səhiyyə  problemlərinin  həllinə  və  Yerin  bütün 

əhalisinin  sağlamlığının  maksimal  surətdə  gücləndirilməsinə  yönəldilmiş  proqramların 

həyata keçirilməsini koordinasiya edir. 

5.

 



Dünya Bankı Qrupu. Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi 

məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir. 

6.

 

Beynəlxalq  Valyuta  Fondu  (BVF).  Pul-kredit  sferasında  beynəlxalq  əməkdaşlığın 



inkişafına  və  maliyyə  sabitliyinin  təmin  edilməsinə  səy  göstərir,  maliyyə  məsələləri  üzrə 


 

məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün 

daim forum rolunu oynayır. 

7.

 



Beynəlxalq  Mülki Aviasiya Təşkilatı. Hava  nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının 

və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və 

mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda 

çıxış edir. 

8.

 

Beynəlxalq 



Dəniz 

Təşkilatı

Beynəlxalq 

dəniz 

gəmiçiliyi 



prosedurlarının 

təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dəstək 

verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə səylər göstərir. 

9.

 



Beynəlxalq  Elektrik  Əlaqəsi  İttifaqı.  Bütün  növ  elektrik  əlaqələrinin  təkmilləşdirilməsi 

məqsədilə  beynəlxalq  əməkdaşlığın  inkişafına  dəstək  verir,  radio  və  televiziya 

tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və 

tədqiqatlar həyata keçirir. 

10.

 

Ümumdünya Poçt İttifaqı. Poçt xidmətinin beynəlxalq normalarını müəyyən edir, texniki 



yardım təqdim edir və poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafına dəstək verir. 

11.


 

Ümumdünya  Meteorologiya  Təşkilatı.  Yerin  atmosferinin  və  iqlim  dəyişikliklərinin 

öyrənilməsi  ilə  əlaqədar  elmi  tədqiqatları  stimullaşdırır,  meteorologiya  göstəriciləri  ilə 

ümumdünya mübadiləsinə dəstək verir. 

12.


 

Ümumdünya  Əqli  Mülkiyyəti  Təşkilatı.  Əqli  mülkiyyətin  beynəlxalq  müdafiəsini 

stimullaşdırır, müəllif hüquqları, ticarət nişanları, sənaye nümunələri və patentlərinə aid 

məsələlərdə əməkdaşlığın inki.afına dəstək verir. 

13.


 

Beynəlxalq  Kənd  Təsərrüfatı  İnkişafı  Fondu.  Ərzaq  istehsalının  artırılması  və  inkişaf 

etməkdə  olan  ölkələrdə  əhalinin  yoxsul  qruplarının  qidalanması  vəziyyətinin 

yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə məşğul olur. 

14.


 

Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (YUNİDO). Texniki yardım və məsləhət 

xidmətlərinin göstərilməsi, kadrların hazırlanması yolu ilə inkişaf etməkdə olan ölkələrin 

sənaye inkişafına dəstək verir. 

 

8.4. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq:  



əsas istiqamətlər və orqanlar sistemi 


 

 

 



Yarım  əsrdən  artıqdır  ki,  beynəlxalq  ictimaiyyət  dünya  iqtisadiyyatında  mövcud  olan 

problemləri BMT və onun mexanizmləri vasitəsilə həll etməyə çalışır. BMT-nin 50 illik fəaliyyət 

praktikasının təhlili belə bir nəticə çaxarmağa imkan verir ki, dünya siyasi problemlərinin rolunun 

artması ilə yanaşı, BMT-nin fəaliyyətində iqtisadi aspektlər də mühüm yer tutur. Bu ilk növbədə 

BMT-nin  iqtisadi  funksiyalarının  genişlənməsində  özünü  göstərir.  Dünya  təsərrüfatının, 

beynəlxalq  iqtisadi  münasibətlərin  bütün  yeni  sahələri  onun  təhlil  predmeti  olur,  problemlərin 

həlli  üçün  tövsiyələr  verilir,  qərarların  yerinə  yetirilməsi  üçün  vasitələr  təmin  edilir.  Bununla 

paralel  olaraq  BMT  özünün  strukturu  dəyişir,  iqtisadi  təsisatların  və  bu  təsisatlarda  iştirak  edən 

ölkələrin  sayı artır,  təsisatların fəaliyyət sahəsi, onların digər  beynəlxalq, həmçinin milli institut 

və təşkilatlarla əlaqələri genişlənir. 

 

Dünya  iqtisadiyyatında  və  beynəlxalq  əmək  bölgüsündə  baş  verən  proseslərin 



mürəkkəbləşməsi,  beynəlxalq  təsərrüfat  həyatının  dinamizmi  ilə  əlaqədar  BMT-nin  iqtisadi 

fəaliyyətinin əhəmiyyəti daha da artır. Bütün bunlar sürətli və səmərəli qərarlar qəbul edilməsini 

zəruri edir. 

 

Iqtisadi  fəaliyyəti  həyata  keçirməklə  BMT  ilk  növbədə  siyasi  təşkilat  olaraq  qalır.  Siyasi 



xarakter  əsas  prinsiplərin  izahında  və  tətbiqində,  dünya  iqtisadiyyatının  müxtəlif  problemlərinə 

yanaşmada və onların həlli yollarının işlənməsində özünü aydın surətdə göstərir.  

BMT  Nizamnaməsinin  1-ci  maddəsində  qısa  şəkildə  də  olsa  beynəlxalq  əməkdaşlığın,  o 

cümlədən  iqtisadi  əməkdaşlığın  məqsədləri  formalaşdırılmışdır.  Nizamnamənin  bir  sıra  digər 

maddələri  də  bilavasitə  iqtisadi  əməkdaşlıq  məsələlərinə  toxunur.  IX  fəsil  isə  bütövlüklə 

beynəlxalq  iqtisadi  və  sosial  əməkdaşlığa  həsr  edilib.  Belə  ki,  maddə  55-də  qeyd  olunur  ki, 

millətlər arasında, xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipinə hörmət əsasında 

sülh  və  dostluq  münasibətləri  üçün  zəruri  olan  sabitlik  və  əmin-amanlıq  şəraitini  yaratmaq 

məqsədilə, Birləşmiş Millətlər: 

 



həyat  səviyyəsinin  artırılmasına,  əhalinin  tam  məşğulluğuna,  iqtisadi  və  sosial  tərəqqi  və 

inkişaf şəraitinə; 

 

iqtisadi,  sosial,  səhiyyə  və  yanaşı  sahələrdə  beynəlxalq  problemlərin  həllinə;  mədəniyyət 



və təhsil sahələrində beynəlxalq əməkdaşlığa və 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə