Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 



irqinə,  cinsinə,  dilinə  və  ya  dini  mənsubiyyətinə  fərq  qoyulmadan  bütün  insanların  əsas 

hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verirlər. 

Maddə  56-ya  görə,  təşkilatın  bütün  Üzvləri  öz  üzərlərinə  öhdəlik  götürürlər  ki,  55-ci 

maddədə  göstərilmiş  məqsədlərə  nail  olmaq  üçün  təşkilatla  əməkdaşlıqda  birgə  və  müstəqil 

hərəkət etsinlər. 

Maddə 57-də göstərilir ki, dövlətlərarası sazişlər əsasında yaradılmış və üzərlərinə, onların 

təsis  aktlarında  müəyyən  olunduğu  kimi,  iqtisadi,  sosial,  mədəni,  təhsil,  səhiyyə  və  yanaşı 

sahələrdə  geniş  beynəlxalq  məsuliyyət  qoyulmuş  müxtəlif  ixtisaslaşdırılmış  təsisatlar  Birləşmiş 

Millətlərlə əlaqəyə gətirilir. 

Maddə  58-ə  görə,  təşkilat  ixtisaslaşdırılmış  təsisatların  siyasətini  və  fəaliyyətini 

əlaqələndirmək üçün tövsiyələr edir. 

Maddə  59-da  qeyd olunur ki, təşkilat, əgər  buna  lüzum varsa, 55-ci maddədə  göstərilmiş 

məqsədlərin  həyata  keçirilməsi  üçün  tələb  olunan  hər  hansı  yeni  ixtisaslaşdırılmış  təsisatların 

yaradılması barədə maraqlı dövlətlər arasında danışıqların başlanmasına təşəbbüs edir. 

Maddə  60-da  vurğulanır  ki,  təşkilatın  bu  fəsildə  göstərilmiş  funksiyalarının  icrasına  görə 

məsuliyyət Baş Məclisin və onun rəhbərliyi altında fəaliyyət göstərən İqtisadi və Sosial Şuranın 

üzərinə qoyulur. 

Nizamnamədə  iqtisadi  əməkdaşlığın  xüsusi  prinsipləri  müəyyən  edilməsə  də  maddə  2-də 

müəyyən  edilmiş  beynəlxalq  əməkdaşlığın  ümumi  prinsiplərini  tam  olaraq  iqtisadi  problemlər 

üzrə əməkdaşlıq sferasına da aid etmək olar. 

BMT-nin iqtisadi fəaliyyəti özündə dörd əsas istiqaməti əks etdirir: 

 



bütün ölkələr üçün ümumi olan qlobal iqtisadi problemlərin həlli

 



müxtəlif sosial-iqtisadi inkişaf səviyyələrinə malik ölkələrin iqtisadi əməkdaşlığına dəstək; 

 



inkişaf etməkdə olan ölkələrin təsərrüfat artımına dəstək; 

 



regional iqtisadi inkişaf problemlərinin həlli. 

Praktikada  bu  istiqamətlər  üzrə  iş  aşağıdakı  fəaliyyət  formalarından  istifadə  etməklə 

aparılır. 

İnformasiya fəaliyyəti BMT-nin ən geniş yayılmış iş növüdür. Maraq doğuran məsələlər 

siyasi müzakirələrin gündəliyinə çıxarılır, yazılı hesabatlar hazırlanır və s. bu fəaliyyətin məqsədi 

üzv ölkələrin iqtisadi siyasətlərinə ümumi təsir göstərməkdir. Böyük ölçüdə bu iş “gələcək üçün” 



 

aparılan  işdir.  Müxtəlif  tipli  çoxlu  informasiyalar,  statistik  hesabatlar  dərc  edilir.  Ilkin  statistik 

göstəricilərin  unifikasiyası,  yığılması  və  emalı  ilə  Statistika  Komissiyası  məşğul  olur.  Hesabat 

sistemi  və  statistika  sahələrində  fəaliyyət  zəif  inkişaf  etmiş  ölkələr  üçün  kifayət  qədər  faydalı 

mənfəətlidir.  Belə  ki,  bu  ölkələrdə  çox  zaman  iqtisadi  düzgün  statistika  metodları  olmur.  Digər 

tərəfdən,  xarici  təsərrüfat  subyektləri  bu  ölkələrin  bazarlarına  girməyə  səy  göstərərkən  onların 

iqtisadiyyatları barədə real informasiyanı bu mənbələrdən alırlar. 

BMT-nin  texniki-məsləhət  fəaliyyəti  ehtiyacı  olan  ölkələrə  texniki  yardım  göstərilməsi 

formasında həyata keçirilir. Bu cür yardım göstərilməsinin prinsipləri hələ 1948-ci ildə müəyyən 

edilmişdir: 

 

texniki  yardım  daxili  işlərə  xarici  iqtisadi  və  siyasi  müdaxilə  vasitəsi  rolunu 



oynamamalıdır; 

 



texniki yardım ancaq hökumətlər vasitəsilə həyata keçirilməlidir; 

 



texniki yardım ancaq bu ölkəyə təqdim edilməlidir

 



texniki  yardım  mümkün  qədər  ehtiyacı  olan  ölkənin  arzu  etdiyi  formada  təqdim 

edilməlidir; 

 

texniki yardım keyfiyyət və texniki baxımdan yüksək tələblərə cavab verməlidir. 



Büdcə-maliyyə  fəaliyyəti  adətən  BMT  sisteminə  daxil  olan  beynəlxalq  təşkilatların 

(Dünya Bankı Qrupu, Beynəlxalq Valyuta Fondu) xətti vasitəsilə həyata keçirilir. 

BMT çərçivəsində iqtisadi əməkdaşlıq orqanları  sisteminin əsas  struktur bölmələri BMT-

nin altı əsas orqanından üçü – Baş Məclis, İqtisadi və Sosial Şura və Katiblik hesab edilirlər. Bu 

orqanlar  barədə  daha  əvvəl  geniş  şəkildə  məluçat  verildiyi  üçün  burada  təkrarçılığa  yol 

verməyəcəyik. 

BMT-nin  bir  sıra  digər  orqanları  da  beynəlxalq  iqtisadi  münasibətlər  sistemində  aktiv 

fəaliyyət göstərirlər. 

BMT Baş Məclisi 1964-cü ilin sonunda Ticarət və İnkişaf üzrə Konfransı (YUNKTAD) 

təsis  edən  qətnamə  qəbul  etmişdir.  Bu  qətnaməyə  görə,  YUNKTAD  BMT  təşkilatıdır,  lakin 

beynəlxalq ticarət təşkilatı deyil. konfransın işində demək olar ki, BMT-nin bütün üzvləri və bir 

sıra  beynəlxalq təşkilatlar iştirak edirlər.  YUNKTAD-ın ali orqanı  sessiya  və  Ticarət  və  İnkişaf 

üzrə Şuradır. Sessiya dörd ildə bir dəfə keçirilir. Şura iki ildə bir dəfə yığışır. Cari fəaliyyət işçi 

komitə və katiblik tərəfindən həyata keçirilir. Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. 




 

Indiyə  qədər  YUNKTAD-ın  11  sessiyası  keçirilmişdir.  Bunlar  aşağıdakılardır:  Cenevrə 

(1964), Dehli (1968), Santyaqo (1972), Nayrobi (1976), Manila (1979), Belqrad (1983), Cenevrə 

(1987), Kartahen (1992), Midrand (1996), Banqkok (2000), San-Paolo (2004). 

YUNKTAD-ın əsas vəzifələri aşağıdakılardır: 

 



beynəlxalq  ticarətin  inkişafına  dəstək,  sabit  sülhün  və  dövlətlər  arasında  bərabərhüquqlu 

əməkdaşlığın təmin edilməsi

 

müasir  beynəlxalq  iqtisadi  münasibətlər  sahəsində  tövsiyələrin,  prinsiplərin,  təşkilati-



hüquqi şərtlərin və funksiya mexanizmlərinin işlənməsi; 

 



BMT  sisteminin  iqtisadi  inkişaf  sahəsində  digər  təşkilatlarının  fəaliyyətinin 

koordinasiyasında  iştirak,  təsərrüfat  əlaqələrinin  qurulması  və  beynəlxalq  ticarətin 

stimullaşdırılması. 

YUNKTAD  xammal,  hazır  məhsul  və  yarımfabrikatlarla  beynəlxalq  ticarət,  nəqliyyat, 

xarici  ticarətin  sığortalanması  və  kreditləşdirilməsi,  texnologiyaların  ötürülməsi  və  s.  sahələrdə 

məsələ  və  problemlərin  geniş  dairəsini  nəzərdən  keçirir.  YUNKTAD  və  onun  orqanlarının 

qərarları qətnamə, bəyanat formasında olur və hüquqi cəhətdən məcburi olmur. 

YUNKTAD-ın işi əsasən üç istiqamətdə qurulur: 

1.

 

Dörd ildə bir dəfə keçirilən YUNKTAD konfranslarında, həmçinin Ticarət və İnkişaf üzrə 



Şuranın illik iclaslarında  üzv-ölkələrin  nümayəndələri  tərəfindən gündəlikdə  duran aktual 

məsələlərin  müzakirəsi  və  danışıqların  aparılması.  Bu  cür  danışıqların  nəticəsi  olaraq, 

müxtəlif  qətnamələr,  bəyannamələr  və  digər  rəsmi  sənədlər  işlənir  və  bu  sənədlərdə 

danışıqlarda konkret məsələlər üzrə əldə edilmiş siyasi konsensus öz əksini tapır. 

2.

 

İnformasiya-analitika işi. Bu zaman danışıqlarda iştirak edən nümayəndələr üçün icmallar 



və  digər  materiallar  hazırlanır,  tədqiqatlar  həyata  keçirlir,  nüvafiq  tövsiyələr  və  təkliflər 

verilir. 

3.

 

İnkişaf  etməkdə  olan  ölkələr,  son  illərdə  isə  keçid  iqtisadiyyatlı  ölkələr  üçün  texniki 



yardım proqramlarının hazırlanması və həyata keçirilməsi. 

YUNKTAD-ın  fəaliyyətinin  vacib  nəticəsi  kimi  1992-ci  ildə  Kolumbiyanın  Kartahen 

şəhərində  keçirilmiş  8-ci  sessiyada  qəbul  edilmiş  “Kartahen  öhdəlikləri”ni  göstərmək  olar.  Bu 

sənəddə  qeyd edilir  ki, YUNKTAD-ın fəaliyyətinin hərəkətverici qüvvəsi  müxtəlif regionlardan 

olan və inkişaf səviyyələrinə malik olan ölkələrin qarşılıqlı maraqlarının tanınmasıdır. Konfransın 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə