Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   13   14   15   16   17   18   19   20   21

 

siyasi  tövsiyələri  sırasında  inkişaf  məsələləri  üzrə  (xüsusilə  milli  və  beynəlxalq  səviyyələrdə 

“optimal  idarəetmə”  sahəsi  üzrə),  bazar  məsələləri  və  onun  iqtisadi  inkişafın  məqsədlərinin 

reallaşdırılmasında  rolu  üzrə,  yoxsulluq  probleminin  yüngülləşdirilməsi  məsələləri  üzrə,  insan 

resurslarının  inkişafı  məsələləri  üzrə,  inkişafın  əhəmiyyətli  amilləri  kimi  demokratiya  və  insan 

haqları məsələləri dialoqun keçirilməsi təkliflərini göstərmək olar. Ticarət və ekologiya arasında 

qarşılıqlı  əlaqənin  nəzərə  alınması  ilə  “dayanıqlı  inkişaf”ın  təmin  edilməsinin  zəruriliyi  xüsusi 

olaraq qeyd edilib. 

1996-cı ildə Midrandda (CAR) keçirilən 9-cu sessiya “dünya iqtisadiyyatının qloballaşması 

və  liberallaşması  şəraitində  artıma  və  dayanıqlı  inkişafa  dəstək”  mövzusuna  həsr  edilmişdi  və 

YUNTAD-ı inkişaf etməkdə olan ölkələrin (xüsusilə daha az inkişaf etmişlərin),  həmçinin keçid 

iqtisadiyyatlı  ölkələrin  beynəlxalq  iqtisadi  sistemə  daha  tam  inteqrasiyası  üçün  dəstək  verməyə 

istiqamətləndirdi. Konfrans “Artım və inkişaf məqsədilə partnyorluq” adlı yekun sənəd qəbil etdi. 

Sənəddə  yuxarıda  göstərilən  məsələlərlə  yanaşı,  qloballaşma  proseslərinin  müxtəlif  iqtisadi 

inkişaf  səviyyələrinə  malik  ölkələrə  fərqli  təsirləri  qeyd  olunur  və  inkişaf  etmiş  və  inkişaf 

etməkdə olan ölkələr arasında, inkişaf etməkdə olan ölkələrin özlərinin arasında, həmçinin inkişaf 

proqramlarının  həyata  keçirən  ölkələrin  dövlət  və  özəl  sektorları  arasında  sıx  əməkdaşlığın 

vacibliyi vurğulanırdı. 

Midrand  sessiyasında  həmçinin  qeyd  edilmişdi  ki,  müəyyən  mənada  YUNKTAD  heç  də 

yaxşı  günlərini  yaşamır.  Belə  ki,  YUNKTAD  və  ÜTT  arasında  müəyyən  mənada  ziddiyyətlər 

mövcuddur.  ÜTT  ticarət  siyasətinin  qlobal  məsələlərini  həll  etsə  də  heç  də  bütün  dövlətlər  bu 

təşkilatın üzvü deyillər. Bununla yanaşı, YUNKTAD-da olan bürokratik sistem dünya ticarətinin 

mürəkkəb  məsələlərini  səmərəli  həll  etməyə  imkan  vermir.  Lakin,  Midrandda  belə  bir  qərara 

gəlindi ki, dünya ictimaiyyəti hələ ki YUNKTAD-a ehtiyac duyur. Bu təşkilat universal xarakter 

kəsb edir və inkişaf kontekstində ümumi ticarət-siyasi prinsiplərin işlənməsi ilə məşğul olmalıdır. 

ÜTT isə sırf ticarət məsələlərini həll etməlidir. 

2000-ci  iln  fevralında  Banqkokda  (Tailand)  keçirilən  10-cu  sessiya  zamnı  qəbul  ediln 

bəyannamədə əsasən qloballaşmanın doğurduğu nəticələrə (bu prosesin iqtisadi inkişaf müsbət və 

mümkün mənfi təsirləri) diqqət yetirilirdi. Qəbul edilən sənədin ümumi məğzi bundan ibarətdir ki, 

qloballaşma  iqtisadi  artım  və  inkişaf  üçün  güclü  və  dinamik  qüvvədir,  lakin  ona  müəyyən 

dərəcədə təsir edilməlidir ki, o, “beynəlxalq səviyyədə uzunmüddətli və balanslaşdırılmış artımın 



 

əsasını  qoysun”.  Bununla  əlaqədar,  Banqkok  konfransının  iştirakçıları  milli  səviyyələrdə  həyata 

keçirilən  siyasətlə  beynəlxalq  səviyyədə  həyata  keçirilən  siyasi  tədbirlər  arasında  daha  dolğun 

razılaşdırmanın  təmin  edilməsinin  vacibliyini  qeyd  edirdilər.  Bu  ilk  növbədə,  milli  hökumətlər 

tərəfindən  həyata  keçirilən  makroiqtisadi  və  sahələr  üzrə  siyasətlərə  və  beynəlxalq  təşkilatlar, 

agentliklər  və  iqtisadi  qruplaşmalar  tərəfindən  həyata  keçirilən  siyasətlərə  aiddir.  Fəaliyyətinin 

çoxtərəfli əsasda quran müxtəlif beynəlxalq institutların işlərinin daha səmərəli koordinasiyası da 

vacib məsələdir. 

2004-cü  ilin  iyununda  Sao-Paoloda  (Braziliya)  keçirilən  11-ci  sessiya  iqtisadi  artım  və 

inkişaf  məqsədilə  milli  inkişaf  strategiyaları  və  qlobal  iqtisadi  proseslər  arasında  ardıcıllığın 

genişləndirilməsi mövzusunda həsr edilmişdi. Bu mövzudan çıxış edilərək sessiya zamanı ticarət, 

investisiya, maliyyə, texnologiya və inkişafla əlaqədar digər mövuzlar üzrə dəyirmi masalar təşkil 

edilib. Müzakirələr zamanı ticarətin inkişaf məqsədlərinə xidmət etməsinin təmin edilməsi yolları 

diqqət  mərkəzində  olub  və  istehsal  sektorunda  rəqabət  qabiliyyətliliyin  artırılması  məsələsinin 

vacibliyi vurğulanıb. 

YUNKTAD-ın  fəaliyyətinin  nəticələrini  xarakterizə  edərək,  qeyd  etmək  lazımdır  ki, 

təşkilatın  bir  çox  qərarları  və  sənədləri  tövsiyə  xarakterli  olublar.  Bununla  belə,  YUNKTAD 

konkret və praktiki əhəmiyyətli nailiyyətlər də əldə edib. Onlar sırasında şağaıdakıları göstərmək 

olar: 

1.

 



Ümumi  imtiyazlar  sistemi  haqqında  saziş  (1971-ci  il).  Inkişaf  etməkdə  olan  ölkələr 

tərəfindən  sənayecə  inkişaf  etmiş  ölkələrə  güzəştli  ixrac  rejimini  nəzərdə  tutur  (ildə 

təxminən 70 milyard dollar məbləğində). 

2.

 



Məhdudlaşdırıcı işgüzar praktikaya nəzarət üzrə şoxtərəfli əsasda razılaşdırılmış prinsiplər 

və qaydalar haqqında saziş (1980-ci il). 

3.

 

İnkişaf etməkdə  olan  ölkələr  arasında ticarət imtiyazlarının  qlobal  sistemi haqqında saziş 



(1989-cu il). 

4.

 



Beynəlxalq  əmtəə  (kakao,  şəkər,  kauçuk,  cutu  və  cutu  məhsulları,  tropik  ağaclar,  buğda) 

sazişləri. Bu sazişlər əsasında müvafiq beynəlxalq təşkilatlar fəaliyyət göstərirlər. Bir sıra 

əmtəə  sazişləri  xammal  əmtəələri  üçün  inteqrasiya  edilmiş  proqramın  (XƏİP) 

reallaşdırılması  zamanı  imzalanıblar.  Bu  proqramın  işlənməsi  barədə  qərar  1976-ci  ildə 

qəbul edilib. 



 

5.

 



Xammal əmtəələri (dəmir filizi, volfram, nis, nikel) üzrə hökumətlərarası tədqiqat qrupları. 

Bu qrupların işində həm istehsalçı, həm də istehlakçı ölkələr iştirak edirlər. 

6.

 

XƏİP-in  reallaşdıırlması  məqsədilə  xammal  əmtəələri  üçün  Ümumi  Fondun  yaradılması 



(1989-cu  il).  Bu  fond  beynəlxalq  bufer  xammal  ehtiyatlarının  (bu  ehtiyatlar  bazarın 

sabitləşdirilməsi  və  qiymətlərin  tarazlaşdırılması  üçün  istifadə  edilir)  yaradılmasını,  ayrı-

ayrı xammal əmtəələri üzrə tədqiqatların həyta keçirilməsini maliyyələşdirir. 

7.

 



İnkişaf  etməkdə  olan  ölkələrin  borclarının  ödənməsi  şərtlərinin  yüngülləşdirilməsi 

haqqında  saziş.  50-dən  artıq  inkişaf  etməkdə  olan  ölkə  borclanmadan  azad  olma 

imkanından istifadə etmişlər. Bu məbləğ 6,5 milyard dollar təşkil edib. 

8.

 



Borcun  restrukturizasiyası  sahəsində  beynəlxalq  hərəkətlərin  rəhbər  prinsiplərinin 

işlənməsi (1980-ci il). 

9.

 

Daha az inkişaf etmiş ölkələr üçün tədbirlər proqramı üzrə iki saziş (1981 və 1990-cu illər). 



10.

 

 BMT-nin  dəniz  nəqliyyatı  sahəsində  konvensiyalarının  işlənməsi:  xətti  gəmiçilikdə 



davranış qaydaları haqqında (1974-cü il), beynəlxalq dəniz yük daşımaları haqqında (1980-

ci il), beynəlxalq qarışıq yük daşımaları haqqında (1980-ci il), gəmilərin qeydiyyatı şərtləri 

haqqında (1986-cı il), saxlama və ipoteka girovu dəniz hüququ haqqında (1993-cü il). 

YUNKTAD-ın  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  də  tarnsmilli  şirkətlər  üzrə 

proqramın reallaşdırılması çərçivəsində görülən işdir. Bu Proqram YUNKTAD tərəfindən 1993-

cü  ildən  etibarən  investisiyalar,  texnologiyalar  və  müəssisələrin  inkişafı  şöbəsi  vasitəsilə  yerinə 

yetirlir. YUNKTAD çərçivəsində həmçinin investisiyalar, texnologiyalar, maliyyə məsələləri üzrə 

Komissiya da fəaliyyət göstərir. 

Beynəlxalq iqtisadi münasibətlərin çoxtərəfli tənzimlənməsi sisteminin formalaşmasına və 

inkişafına BMT-nin 14 ixtisaslaşmış təsisatı da müəyyən təsir göstərir. Bu təşkilatların əksəriyyəti 

barəsində  əvvəlki  mövzularda  geniş  məlumat  verildiyindən  burada  yalnız  onların  bəzilərinin 

fəaliyyətinə toxunulacaqdır. 



Birləşmiş Millətlərin Sənaye İnkişafı üzrə Təşkilatı (YUNİDO) BMT-nin ixtisaslaşmış 

təsisatı  olmaqla  inkişaf  etməkdə  olan  ölkələrin  sənayeləşməsinə  dəstək  məqsədilə  yaradılıb.  Bu 

təşkilat  milli  və  beynəlxalq  resursların  mobilizasiyası  yolu  ilə  inkişaf  etməkdə  olan  ölkələrin 

sənaye inkişafına nail olmaq istəyir. YUNİDO 1966-cı ildə yaradılıb. Ali orqanı iki ildə bir dəfə 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə