Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   13   14   15   16   17   18   19   20   21

 

çağrılan  Baş  Konfransdır.  YUNİDO-nun  rəhbər  orqanları  Sınaye  İnkişafı  Şurası  və  Proqram  və 

Büdcə məsələləri üzrə Komitədir. YUNİDO-nun mənzil-qərargahı Vyanada yerləşir. 

YUNİDO-nun fəaliyyəti şərti olaraq əməliyyat və köməkçi fəaliyyətlərinə bölünür. BMT-

nin  Baş  Məclisinin  qətnamələrindən  çıxış  edərək  YUNİDO-nun  əməliyyat  fəaliyyətinə 

aşağıdakılar aiddir: 

 

siyasi, iqtisadi, maliyyə vəziyyətlərinin, texniki amillərin nəzərə alınması ilə sənayeləşmə 



proqramlarının  hazırlanmasında  ölkələrə  tövsiyələr  verilməsi  və  konkret  yardım 

göstərilməsi; 

 

inkişaf  etməkdə  olan  ölkələrdə  istehsalın  idarəedilməsi  məsələləri  üzrə  təsisatların  və 



orqanların yaradılması və gücləndirilməsi

 



sənaye  obyektlərinin  əsaslnadırılması  üzrə  elmi-tədqiqat  işlərinin  təşkili  və  həyata 

keçirilməsi; 

 

konkret  layihələrin  həyata  keçirilməsində  texniki  yardım  göstərilməsi,  xammal 



resurslarından istifadədə tövsiyələrin verilməsi və s. 

Köməkçi  fəaliyyət  özündə  informasiyanın  yığılması, ümumiləşdirilməsi, nəşr edilməsi və 

yayılmasını, hesabatların nəşr edilməsini və s.-ni əks etdirir. 

YUNİDO Sənaye və Texnologiya İnformasiyası Bankına malikdir və onun fəaliyyətini və 

milli və regional səviyyəlrdə digər banklarla əlaqəsini təmin edir. Inkişaf etməkdə olan ölkələr bu 

bank vasitəsilə elmi-texniki xarakterli unformasiyaya çıxış əldə edirlər ki, bu da real yardımdır. 

1986-cı ildən etibarən YUNİDO BMT sisteminin ixtisaslaşmış təsisatı statusunu əldə edib. 

Bu,  inzibati,  maliyyə,  kadr  müstəqilliyinin  təşkilati  məsələlərinə  toxunsa  da,  onun  fəaliyyətinin 

mahiyyətini, məqsədlərini, prinsiplərini və istiqamətlərini dəyişməyib. Hazırda YUNİDO özünün 

müntəzəm büdcəsinə malikdir. Bu büdcə üzvlük haqları hesabına formalaşır və əsasən katibliyin 

fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə edilir. Əməliyyat fəaliyyətinin maliyyələşdirilməsi 

BMT-nin İnkişaf Proqramının, YUNİDO-nun Sənaye İnkişafı Fondunun, üzv-dövlətlərin könüllü 

üzvlük haqılarının hesabına həyata keçirilir. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) BMT-nin ixtisaslaşmış təsisatıdır. 

Onun  vəzifəsi  kənd  təsərrüfatı  məsələləri  üzrə  fəaliyyət  göstərən  hökumətlərarası  təşkilatların 

fəaliyyətini, həmçinin fərdi və kollektiv səyləri koordinasiya etməkdir. Buradan məqsəd əhalinin 



 

kənd  təsərrüfatı  məhsulları  ilə  təmin  edilməsini  yaxşılaşdırmaqdır.  FAO  1945-ci  ildə 

yaradılmışdır, ali orqanı iki ildə çağrılan Konfransdır. Mənzil-qərargahı Romada yerləşir. 

FAO-nun  əsas  vəzifələrindən  biri  inkişaf  etməkdə  olan  ölkələrə  kənd  təsərrüfatı,  meşə  və 

balıqçılıq təsərrüfatı sahələrində yardımın göstərilməsidir. FAO çərçivəsində yardım həm maddi, 

həm  də  qeyri-maddi  xarakter  kəsb  edir.  Inkişaf  etməkdə  olan  ölkələrə  ərzaq  göndərilir,  kənd 

təsərrüfatı  istehsalının  inkişafında,  kadrların  hazırlanmasında,  tövsiyələrin  işlənməsində  və  s.-də 

texniki yardım göstərilir. 

YUNİDO və FAO BMT-nin ixtisaslşamış təsisatı statusuna malik olsa da, BMT-nin digər 

institutu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) BMT-nin Baş Məclisinin 

köməkçi  orqanıdır.  BMTİP  inkişaf  etməkdə  olan  ölkələrə  iqtisadiyyatın  mühüm  sahələrində 

çoxtərəfli  texniki  və  investisiya  qoyuluşlarına  hazrılıq  yardımı  gəstərir.  1965-ci  ildə  yaradılmış 

BMTİP-in  rəhbər  orqanı  Direktorlar  Şurasıdır.  Bu  şura  3  il  müddətinə  seçilən  48  hökumət 

nümayəndələrindən ibarət olur. Şuranın ildə iki dəfə sessiyası keçirilir, onlar arasındakı müddətdə 

isə təşkilatın fəaliyyətinə Nyu-Yorkda yerləşən Katiblik rəhbərlik edir. 

BMTİP-in  yardımı  könüllü  üzvlük  haqıları  hesabına  maliyyələşdirlir.  Bu  yardım  yalnız 

hökumətlər  vasitəsilə  həyata  keçirilir.  1990-cı  illərin  sonuna  BMTİP-in  140-a  yaxın  ölkədə 

bölmələri var idi ki, bu bölmələr də 180 ölkəyə xidmət göstərirdi. Hazırda Direktorlar Şurasının 

çağırışı  ilə  BMTİP  öz  fəaliyyətini  əsasən  altı  istiqamətə  yönəltmişdir:  yoxsulluqla  mübarizə; 

idarəetmə  fəaliyyətinin  inkişaf  etdirilməsi;  inkişaf  etməkdə  olan  ölkələr  arasında  texniki 

əməkdaşlıq; ətraf mühit və təbii resurslardan rasional istifadə; qadınların inkişafda iştirakı; inkişaf 

məqsədli texnologiyalar. 

İqtisadi və Sosial Şura tərəfindən koordinasiya edilən və bu Şuranın qətnamələrinə uyğun 

olaraq  yaradılmış  məhəlli  region  iqtisadi  komissiyaları  BMT  çərçivəsində  iqtisadi  əməkdaşlıq 

orqanları arasında xüsusi blok təşkil edir. 

Avropa  İqtisadi  Komissiyası  (AİK)  1947-ci  ildə  BMT-nin  müvəqqəti  orqanı  kimi  5  il 

müddətinə  yaradılmış  və  qarşısına  müharibədən  sonrakı  Avropanın  iqtisadi  inkişafına  yardım 

etmək  məqsədi  qoyulmuşdu.  1951-ci  ildən  AİK  BMT-nin  daimi  orqanı  statusunu  almışdır. 

Hazırda 55 üzvü var. AİK-in rəhbər orqanı növbəti illik sessiyadır, katibliyi Cenevrədə yerləşir. 

AİK  ticarət  inkişafına,  elmi-texniki  əməkdaşlığa  yardım  göstərir.  AİK-in  tərkibində  15-ə  yaxən 

sahəvi komitələr (kənd təsərrüfatı, kimya və s. üzrə) vardır. Son illərdə AİK öz diqqətini əsasən 




 

ekologiya  problemlərinə,  xüsusilə  də  transsərhəd  ekologiya  problemlərinə,  enerjidən  səmərəli 

istifadə  məsələsinə,  ekologiya  nöqteyi-nəzərindən  nəqliyyat  sahəsinə  və  meşə  resursları 

məsələsinə yönəldib. 



Afrika İqtisadi Komissiyası  (AFİK)  1958-ci ildə Afrika  qitəsinin  inkişaf problemlərinin 

öyrənilməsi  və  təhlilində  Afrika  xalqlarına  yardım  məqsədilə  yaradılıb.  53  ölkə  komissiyanın 

üzvüdür.  AFİK  bu  regionun  iqtisadi  inkişafı  üzrə  tədbirlər  işləyir,  üzv-dövlətlərin  sorğularına 

əsasən  məsləhət  xidmətləri  göstərir.  Ali  orqan  AFİK-in  illik  sessiyalarıdır.  Onlar  arasında 

rəhbərlik isə İcra Komitəsi vasitəsilə həyata keçirilir. AFİK dörd subregional bölməyə malikdir: 

Şimali  Afrika  üçün  Tanjer  şəhərində  (Mərakeş),  Qərbi  Afrika  üçün  Nimaye  çəhərində  (Niger), 

Şərqi Afrika üçün Lusaka şəhərində (Zambiya) və Mərkəzi Afrika üçün Kinşasa şəhərində (Zair). 

Son illərdə AFİK bölgə dövlətlərinə məsləhət texniki xidmətləri çərçivəsində quraqlıqla mübarizə 

sahəsində,  irriqasiya  sahəsində  layihələrin  yaradılmasında,  kadrların  hazırlanmasında  yardımlar 

göstərmişdir. 



Latın  Amerikası  və  Karib  hövzəsi  İqtisadi  Komissiyası  (LAKİK)  1948-ci  ildə 

yaradılmışdır.  Ali  orqanı  iki  ildə  bir  dəfə  çağrılan  sessiyadır.  Sessiyalar  arasında  komissiyanın 

işini  bütün  55  üzv  ölkənin  nümayəndələrinin  daxil  olduğu  Komitə  aparır.  Yeri  gəlmişkən, 

LAKİK-ə  təkcə  Latın  Amerikası  və  Karib  hövzəsi  ölkələri  deyil,  həm  də  ABŞ,  Kanada,  Böyük 

Britaniya,  Fransa,  Hollandiya,  ispaniya  da  üzvdürlər.  LAKİK-in  tərkibində  daimi  orqanlar  – 

Mərkəzi Amerika ölkələrinin İqtisadi Əməkdaşlıq Komitəsi, Karib hövzəsi ölkələrinin İnkişaf və 

Əməkdaşlıq  Komitəsi,  Ticarət  Komitəsi,  Hökumət  ekspertləri  Komitəsi  fəaliyyət  göstərir. 

LAKİK-in  əsas  iş  istiqamətləri  yuxarıda  qeyd  olunan  komissiyaların  iş  istiqamətləri  ilə  demək 

olar ki, eynidir. 

Asiya  və  Sakit  Okean  İqtisadi  və  Sosial  Komissiyası  (ASOİSK)  1947-ci  ildə  təsis 

edilmiş  regional  orqandır.  Ali  orqan  illik  sessiyadır.  ASOİSK-in  katibliyi  Banqkokda  yerləşir. 

Regionun  əksər  ölkələri,  həmçinin  ABŞ,  Niderland,  Böyük  Britaniya,  Fransa  ASOİSK-in 

üzvüdürlər. 51 ölkə bu komissiyanın üzvüdür. Komissiyanın Dehlidə 1994-cü ildə keçirilən 50-ci 

sessiyasında  Asiya-Sakiot  Okean  regionunda  regional  iqtisadi  əməkdaşlığın  gücləndirilməsi 

haqqında  Bəyannamə  qəbul  edilmişdi  ki,  burada  da  regionun  spesifikası  nəzərə  alınmaqla  onun 

inkişaf  yolları  göstərilmişdi.  Investisiya  layihələri  üzrə  texnologiyaların  ötürülməsi  sahəsində 

regonal  iqtisadi  əməkdaşlıq  üzrə  tədbirlər  proqramı  çərçivəsində  işlər  aparılır.  Region  üçün 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə