Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   2   3   4   5   6   7   8   9   ...   21

 

3

 



Altıncısı,  regional  iqtisadi  inteqrasiya  proseslərinin  intensiv  inkişafı  regional 

tənzimləyici  strukturların  yaradılması  yolu  ilə  beynəlxalq  iqtisadi  münasibətlərin 

dövlətlərarası  tənzimlənməsinin  məzmununu  dərinləşdirdi  və  onun  formalarının  çeşidini 

artırdı. Bu özünü xüsusilə Avropa iqtisadi məkanında parlaq surətdə göstərdi.  

Beynəlxalq  iqtisadi  münasibətlərin  dövlətlərarası  tənzimləmə  sistemi  özündə 

tənzimləmənin obyektlərinin, subyektlərinin və alətlərinin məcmusunu əks etdirir (Sxem 1). 

 

Sxem 1. 

Beynəlxalq iqtisadi münasibətlərin  

dövlətlərarası tənzimləmə sistemi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Beynəlxalq iqtisadi münasibətlərin dövlət tənzimlənməsi sistemi 

Obyektlər 

Alətlər 


Subyektlər 

Beynəlxalq 

 



əmtəələrlə ticarət 

xidmətlərlə 



ticarət 

texnologiyaların 



ötürülməsi 

kapital 



miqrasiyası 

işçi qüvvəsinin 



miqrasiyası 

daşımalar 



hesablaşmalar və 

s. 

Beynəlxalq 

 



konfranslar 

iclaslar 



daimi orqanlar 

qarışıq 


komissiyalar 

təşkilatlar 



 

Hökumətlərarası 

(regional da daxil 

olmaqla) 

 



ticarət 

müqavilələri 

ticarət dövriyyəsi 



haqqında sazişlər 

klirinq sazişləri 



iqtisadi və 

texniki 

əməkdaşlıq 

haqqında sazişlər 

maliyyə yardımı 



haqqında sazişlər 

 

Beynəlxalq 

 



konvensiyalar 



qətnamələr 

rəhbərliklər 



tipik müqavilələr 

 



 

4

 



Yeddincisi, dünya kapitalist təsərrüfatının və dünya sosialist təsərrüfatının 45 illik 

qarşıdurması, həmçinin, sonuncunun dağılması dünya təsərrüfat əlaqələrinin dövlətlərarası 

tənzimlənmə sisteminin formalaşma və funksiya göstərmə proseslərinə müəyyən düzəlişlər 

edilməsinə səbəb oldu. Belə ki, İxrac Nəzarəti üzrə Koordinasiya Komitəsi yaradıldı ki, bu 

təşkilat  da  sosialist  ölkələrinə  və  sosialist  orientasiyalı  inkişaf  etməkdə  olan  ölkələrə  ikili 

təyinatlı  (mülki  və  hərbi)  əmtəələrin  satışını  və  texnologiyaların  ötürülməsini 

məhdudlaşdırdı. Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) sosialist ölkələrinin xarici iqtisadi 

əlaqələrinin koordinatoru rolunu oynayırdı. Keçmiş sosialist ölkələrinin iqtisadiyyatın planlı 

inkişafından  imtina  etmələri  və  onu  bazar  əsasına  keçirmələri,  QİYŞ-in  dağılması,  bu 

ölkələrin  regional  və  dünya  səviyyəli  tənzimləyici  strukturlara  daxil  olmalarına  gətirib 

çıxardı. 



Səkkizincisi,  qlobal  problemlərin  kəskinləməsi  (ətraf  mühitin  qorunması,  nüvə 

müharibəsi,  demoqrafik,  xammal,  ırzaq  və  s.  problemlər)  BMT-nin  Ərzaq  və  Kənd 

Təsərrüfatı  Təşkilatı  (FAO),  Atom  Enerjisi  üzrə  Beynəlxalq  Agentlik  (MAQATE), 

Ümudünya  Səhiyyə  Təşkilatı  (ÜST)  və  s.  bu  kimi  təşkilatların,  beynəlxalq  iqtisadi 

münasibətlərin  dövlətlərarası  tənzimləmə  sisteminin  yeni  elementlərinin  yaranmasının 

təkanverici qüvvəsi olmuşdur. 

Tənzimləmə  obyektləri  dərsliyin  əvvəlki  bölmələrində  nəzərdən  keçirildiyindən 

burada  üstmilli  tənzimlənmənin  müasir  praktikada  istifadə  olunan  subyektləri  və  alətlərini 

xarakterizə edəcəyik. 

 

Beynəlxalq konfrans qarşıya qoyulmuş məsələləri müzakirə etmək və razılaşdırılmış 

qərarlar  qəbul  etmək  üçün  iştirak  edən  dövlətlərin  müvəqqəti  orqanıdır.  Qeyd  etmək 

lazımdır  ki,  “konfrans”  ümumiləşdirici  termini  ənənəvi  olmaqla  getdikcə  daha  az  hallarda 

istifadə  edilir.  Bu  termin  kodifikasiya  xarakterli  konvensiyalar  qəbul  edən  konfranslara 

(məsələn, diplomatik münasibətlər haqqında Vyana konfrnası, dəniz hüququ üzrə konfrans) 

münasibətdə  qorunub  saxlanmışdır.  Hazırda  hətta  çoxsaylı  iştirakçıları  olan  görüşlər  də 

iclas  adlandırılmağa  başlanıb.  Nümunə  kimi  “böyük  yeddilik”  ölkələrinin  hər  il  keçirilən 

görüşlərini göstərmək olar. 

 

Məhdud  tərkibli  iclaslarda  qərarlar  yekdilliklə  qəbul  edilir.  Geniş  tərkibli 



konfranslarda  prosedur  məsələlər  “səsvermədə  olanların  və  iştirak  edənlərin”  (iştirak 

etməyənlər  və  bitərəf  qalanlar  hesaba  alınmırlar)  sadə  əksəriyyəti formasında  qəbul edilir. 




 

5

 



Yekun  mətn  adətən  2/3  əksəriyyətlə  qəbul  edilir.  “Konsensus”  prosedurundan  tez-tez 

istifadə edilir – qərarlar əleyhdarlar olmadan qəbul edilir. 

 

Məhdud tərkibli görüşlərin qərarları adətən birgə bəyanatda və ya kommünikedə əks 



edilir.  Geniş  tərkibli  konfranslar  işin  nəticələrini  və  qəbul  olunan  qərarlarən  mətnini  əks 

etdirən  yekun  aktlar  qəbul  edirlər.  Qəbul  edilmiş  müqavilənin  mətnini  əks  etdirən  aktın 

imzalanması müqavilənin özünün imzalanması deməkdir. Konfransların qətnamələri hüquqi 

cəhətdən  məcburi  deyildir,  lakin  nəzərdə  tutulur  ki,  qətnaməni  imzalamış  ölkələr  mənəvi-

siyasi öhdəlik kimi ona əməl edəcəklər. 

 

Daimi beynəlxalq orqanlar məhdud səlahiyyətlərə və sadə struktura malik qarşılıqlı 

təsir  orqanlarıdır:  məsələn,  Baltik  dənizi  dövlətlərinin  Şurası,  Qara  dəniz  İqtisadi 

Əməkdaşlıq Təşkilatı, Dunay komissiyası və s. 

Bu  cür  orqanların  əsası  kimi  üzv-dövlətlər  arasında  müqavilə  çıxış  edir.  Təşkilati 

struktur  kifayət  qədər  inkişaf  etmiş  və  təşkilata  yaxınlaşmış  ola  bilər.  Baltik  dənizi 

dövlətlərinin  Şurası  xarici  işlər  nazirlərinin  Şurasına,  insan  haqları  üzrə  komissara,  işçi 

qruplarına  malikdir.  Digər  orqanlarda  struktur  daha  sadədir,  məsələn  Dunay  komissiyası 

komissiyanın özündən və katiblikdən ibarətdir. 



Beynəlxalq  qarışıq  komissiyalar  ikitərəfli  və  ya  daha  geniş  sazişlərin  əsasında 

yaradılır  və  bu  sazişlərin  həyata  keçirilməsi  məqsədini  daşıyır.  Onlar  sazişlərin  həyata 

keçirilməsinə  aid  olan  məsələlər  baxır,  əməkdaşlıq  proqramları  qəbul  edir,  onların 

reallaşdırılması  qaydasını  müəyyən  edir,  sazişlərin  yerinə  yetirilməsinə  nəzarət  edirlər. 

Onlara tövsiyələr qəbul etmək hüququ verilmişdir. 

Beynəlxalq təşkilat üzv-dövlətlərin müqaviləsi ilə təsis edilmiş, iştiakçılar tərəfindən 

razılaşdırılmış məqsədlərə, səlahiyyətli orqanlara və digər atributlara (nizamnamə, üzv olma 

qaydası  və  s.)  malik  təşkilatdır.  Bu  müqavilə  həmin  təşkilata  beynəlxalq  təşkilat  statusu 

verir. 


Beynəlxalq təşkilatlar müxtəlif adlar daşıyırlar – təşkilat, fond, bank, birlik, agentlik 

– lakin bu, təşkilatın statusuna təsir etmir. 

Beynəlxalq təşkilatların növlərini bir sıra meyarlara görə müəyyən etmək olar. 

Üzvlərin  dairəsindən  asılı  olaraq,  ümumi  və  ya  məhdud  tərkibli  təşkilatları 

fərqləndirirlər. Ümumi və ya universal təşkilatlar potensial olaraq bütün dövlətlərin iştirakı 

üçün  nəzərdə  tutulub,  lakin hazırda  bəzi dövlətlər  müxtəlif səbəblərdən  hətta  BMT-nin də 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə