Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   13   14   15   16   17   18   19   20   21

 

mühüm  əhəmiyyət  kəsb  edən  “Nəqliyyat  və  rabitə”  proqramının  və  infrastrukturun  inkişafı 

proqramının reallaşdırılmasında müəyyən nailiyyətlər vardır. 

Qərbi  Asiya  İqtisadi  və  Sosial  Komissiyası  (QAİSK)  1974-cü  ildə  yaradılıb.  Onun 

tərkibinə  regionun  13  ölkəsi  daxildir.  Ali  orqan  iki  ildə  bir  dəfə  çağrılan  plenar  sessiyadır. 

QAİSK-in  katibliyi  bir  sıra  şöbələrdən  –  planlaşdırma,  sənaye,  kənd  təsərrüfatı  və  digər 

şöbələrdən ibarətdir. Bu regionun ölkələrinin iqtisadi əməkdaşlığı bir çox ollarda mövcud  siyasi 

vəziyyətlə  müəyyən edilir. QAİSK-in qarşısında  qoyduğu vəzifələr  yuxarıda  baxılanlarla  demək 

olar  ki,  analogiya  təşkil  edir  –  regionda  iqtisadi  əməkdaşlıq  üçün  münbit  şəraitin  yaradılması, 

iqtisadi  münasibətlərin  gücləndirilməsi,  texniki  xarakterli  tədqiqatların  həyata  keçirilməsi  və  s. 

1994-cü ildə Əmmanda Komissiya yerinə yetirilmək üçün 5 tematik proqram qəbul edib: 

 

təbii resurslardan rasional istifadə və təbiətdən istifadənin idarə edilməsi



 

həyat səviyyəsinin yüksəldilməsi; 



 

iqtisadi inkişaf və əməkdaşlıq; 



 

regional əhəmiyyətli hadisələr və qlobal dəyişikliklər



 

xüsusi problemlər. 



BMT dövlətlərin ümumdünya  təşkilatı olsa  da,  onun  mexanizmləri vacib  əhəmiyyət kəsb 

edən qlobal problemlərin həlli üçün digər iştirakçıları da öz fəaliyyətinə cəlb etməyə imkan verir. 

BMT-nin  fəaliyyətinə  vətəndaş  cəmiyyətinin  müxtəlif  elementləri  –  qeyri-hökumət  təşkilatları, 

işgüzar sektor, peşəkar birliklər və assosiasiyalar cəlb edilirlər və onların BMT-nin işində iştirak 

masştabları  getdikcə  genişlənir.  BMT  həmçinin  tədqiqat  və  akademik  təşkilatlarla,  gənclər 

qrupları və digər assosiasiyalarla da əməkdaşlığını aktivləşdirir. 

BMT  həmçinin  inkişaf  etməkdə  olan  ölkələr  üçün  qlobal  bazarların  açılması  məqsədilə 

göstərilən səylərdə də aktiv surətdə iştirak edir. Baş katib ticarət danışıqlarının “inkişaf raundu”nu 

(bu  raundun  məqsədi  varlı  ölkələrdə  istehsalçılara  verilən  ədalətsiz  subsidiyaları  aradan 

qaldırmaqdan  və  kasıb  ölkələrin  əməktutumlu  ixrac  əmtəələri  üçün  bazarların  tam  açılmasını 

təmin etməkdən ibarətdir) dəstəkləyən bəyanatla çıxış etmişdir. O, inkişaf etməkdə olan ölkələrdə 

özəl  investisiyaların  mobilizasiyası üçün  tədbirlər  görülməsinə çağırmışdır. 2001-2002-ci illərdə 

bu  məsələlər  üç  ümumdünya  konfranslarında  –  Ümumdünya  Ticarət  Təşkilatının  dördüncü 

Nazirlər  Konfransı  (Doha,  Qətər),  İnkişafın  Maliyyələşdirilməsi  üzrə  Beynəlxalq  Konfrans 




 

(Monterrey,  Meksika),  Dayanıqlı  İnkişaf  üzrə  Yüksək  Səviyyədə  Ümumdünya  Görüşü 

(Yohannesburq, Cənubi Afrika) – müzakirə edilmişdir. 

Baş  katib  müntəzəm  olaraq  özəl  sektorun  nümayəndələri  ilə  məsləhətləşmələr  keçirir, 

aparıcı  sahibkarlar  və  müxtəlif  sahibkar  strukturlarının  rəhbərləri  ilə  görüşür  və  BMT-nin 

qarşısına qoyduğu məqsədlərin əldə edilməsinə yardım üçün onlara müraciət edir. 

BMT-nin fəaliyyəti bütün dünyada işgüzar dairələrin maraqlarına cavab verir. Həm işgüzar 

dairələr,  həm  də  BMT  iqtisadi  artımın  və  sabitliyin  genişlənməsində,  yeni  iş  yerlərinin 

yaradılmasında  və  investisiya  fəaliyyətinin  stimullaşdırılmasında  maraqlıdırlar.  BMT-nin 

seçkilərin  keçirilməsinə  yardım,  savadlılıq  səviyyəsinin  artırılmasına  dəstək  və  xəstəliklərlə 

mübarizə  kimi  sahələrdə  fəaliyyəti  sabit,  real  funksiya  göstərən  demokratik  cəmiyyətin 

qurulmasına  xidmət  edir.  Bu  fəaliyyət  əslinə  “yumşaq  investisiyalar”dır  ki,  bu  cür  sərmayələr 

olmadan özəl sərmayələr gözlənilən nəticəni verməzdi. 

BMT-nin  ixracın  genişləndirilməsinə  yardım,  ticarət  maneələrinin  aradan  qaldırılması, 

vahid ticarət nişanlarının dəstəklənməsi və müəllif hüquqlarının müdafiəsi üzrə təşəbbüsləri bütün 

dünya üzrə işgüzar dairələrin maraqlarına cavab verir. BMT sistemi telekommunikasiya, aviasiya, 

gəmiçilik  və  poçt  xidmətləri  üzrə  yexniki  standartları  müəyyən  edir  ki,  bu  da  beynəlxalq 

əməliyyatların həyata keçirilməsini mümkün edir. 

BMT-nin bazar islahatlarının həyata keçirilməsi, işgüzar əməliyyatların yüngülləşdirilməsi 

və  qanunvericiliyin  işlənməsi  üzrə  səyləri  işgüzar  dairələrin  maraqlarına  cavab  verir  və  inkişaf 

etməkdə olan ölkələrə birbaşa xarici investisiyalar axınını stimullaşdırmağa imkan verir. 

İsveçrənin  Davos  şəhərində  hər  il  keçirilən  Dünya  İqtisadi  Forumu  zamanı  1999-cu  il 

yanvarın  31-də  BMT  baş  katibi  dünya  işgüzar  dairələrinin  liderlərini  “Qlobal  müqavilə”yə 

qoşulmağa  və  həm  özlərinin  korporativ  praktikalarında,  həm  də  müvafiq  dövlət  siyasətini 

dəstəkləmək yolu ilə insan haqlarının müdafiə edilməsinə, əmək standartlarına əməl edilməsinə və 

ətraf mühitin qorunmasına çağırmışdır. Baş katib işgüzar dairələrdən xahiş etmişdir ki: 

 

müəyyən  təsirə  malik  olduqları  sahələrdə  beynəlxalq  insan  haqlarının  müdafiəsini 



dəstkləsinlər və ona hörmət etsinlər

 



korporasiyalarının insan haqlarının pozulmasına aid olmamalarını təmin etsinlər; 

 



assosiasiyaların azadlığını və kollektiv danışıqlar hüququnu dəstəkləsinlər; 

 



uşaq əməyinin aradan qaldırılması səylərini dəstəkləsinlər


 

 



məşğulluq və peşə məsələlərində ayrı-seçkiliyin aradan qaldırılmasını dəstəkləsinlər; 

 



ekoloji problemlərin həllində ehtiyat prinsipinə əsaslanan yanaşmanı dəstəkləsinlər; 

 



ekoloji məsuliyyət səviyyəsinin artırılmasına səy göstərsinlər

 



ekoloji cəhətdən təhlükəsiz texnologiyaların işlənməsi və yayılmasını stimullaşdırsınlar. 

Göründüyü  kimi,  bu  müqaviləyə  əsasən  dünya  iqtisadiyyatının  liderləri  insan  haqları, 

əməyin  müdafiəsi  və  ətraf  mühitin  qorunması  sahələrində  müəyyən  normalara  əməl  etmək 

öhdəliyini üzərlərinə götürürlər. “müqavilə”ni Şomal və Cənubun yüzlərlə iri və kiçik şirkətləri, 

peşəkar birliklər və qeyri-hökumət təşkilatları imzalamışlar. “Müqavilə” çərçivəsində korporativ 

maliyyələşdirməyə, reklama və ya müəyyən şirkətlərin hər hansı formada təbliğinə icazə verilmir, 

BMT-nin simvolikasından istifadəyə isə ciddi surətdə nəzarət olunur. 

Bir sıra unikal xüsusiyyətləri BMT-ni inkişafa dəstək planında xüsusilə səmərəli fəaliyyət 

göstərməyə imkan verir: 

 



onun  universallığı:  bütün  ölkələr  siyasət  məsələləri  üzrə  əsas  qərarlara  təsir  göstərmək 

imkanına malikdirlər; 

 

onun neytrallığı: BMT hər  hansı  milli və  ya  kommersiya  maraqlarının təmin etmir, buna 



görə  də  o,  ölkələrlə  və  bu  ölkələrin  xalqları  ilə  etibar  münasibətlərini  inkişaf  etdirərək 

onlara hər hansı əlavə şərtlər olmadan yardım göstərir; 

 

onun  qlobal  iştirakı:  inkişaf  məqsədilə  yardım  göstərmək  üçün  BMT  ölkə  şöbələrinin  iri 



şəbəkəsinə malikdir; 

 



onun hərtərəfli mandatı sosial, iqtisadi və fövqəladə ehtiyacları əhatə edir. 

147  dövlətin  rəhbərləri  tərəfindən  2000-ci  ilin  sentyabrında  qəbul  edilmiş  “Minilliyin 

İnkişaf  Məqsədləri  Bəyannaməsi”ndə  sonrakı  dövr  üçün  uzunmüddətli  proqram  müəyyən 

edilmişdir. 

“Minillik  Bəyannaməsi”ndə  BMT-nin  üzv-dövlətləri  aşağıdakı  sahələrdə  məqsədləri 

müəyyən etmişlər: 

1.

 

İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq:  



 

gündəlik gəliri bir dollardan aşağı olan insanların sayını yarıyadək azaltmaq;  



 

aclıqdan əzab çəkən insanların sayını yarıyadək azaltmaq; 



2.

 

Ümümi ibtidai təhsilə nail olmaq:  

 

bütün oğlan və qızların tam ibtidai təhsil almalarını təmin etmək




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə