Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar


Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   ...   13   14   15   16   17   18   19   20   21

 

3.

 



Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək:  

 



əsasən  2005-ci  ilədək  ibtidai  və  orta  təhsildə  və  2015-ci  ilədək  təhsilin  bütün 

səviyyələrində gender bərabərsizliyini aradan qaldırmaq; 

4.

 

Uşaq ölümü hallarını azaltmaq:  



 

beş  yaşınadək  uşaqlar  arasında  ölüm  hallarının  mövcüd  dərəcəsini  üçdə  iki  dəfə 



azaltmaq; 

5.

 



Ana sağlamlığını yaxşılaşdırmaq:  

 



ana ölümü hallarının dərəcəsini dörddə üç dəfə azaltmaq; 

6.

 



HİV/AİDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq

 



HİV/AİDS-in  yayılmasını  dayandırmaq  və  xəstəliyin  azaldılması  istiqamətində  işin 

əsasını qoymaq;  

 

malyariyanın  və  diqər  irimiqyaslı  xəstəliklərin  yayılmasını  dayandırmaq  və  bu 



xəstəliklərin azaldılması istiqamətində işin əsasını qoymaq; 

7.

 



Ətraf mühitin davamlılığını təmin etmək:  

 



davamlı inkişaf prinsiplərini dövlət siyasəti və proqramlarına daxil etmək;  

 



təmiz içməli suyu əldə edə bilməyən insanların sayını yarıyadək azaltmaq;  

 



2020-ci  ilədək  xarabalıqlarda  yaşayan  ən  azı  100  milyon  əhalinin  həyat  şəratinin 

yaxşılaşdırılması üçün əhəmiyyatli nailiyyətlər əldə etmək; 

8.

 

İnkişaf üçün qlobal tərəfdaşlıği inkişaf etdirmək:  



 

qaydalara  əsaslanan,  nəzarət  edilən  və  ayrıseçkiliyə  yol  verməyən  açıq  ticarət  və 



maliyyə  sisteminin  yaradılmasını  davam  etmək  (buna  milli  və  beynəlxalq  səviyyədə 

demokratik idarəçilik, inkişaf və Yoxsulluğun azaldılmasına dair öhdəliklər də aiddir);  

 

ən  zəif  inkişaf  etmiş  ölkələrin  xüsusi  ehtiyaclarını  ödəmək  (buna  həmin  ölkələrin 



tərəfsız və kvotasız eksport imkanı əldə etmələri, həddən artıq borc altında olan yoxsul 

ölkələrin  borcdan  azad edilməri; ikitərəfli rəsmi  borcların ləğv edilməsi; Yoxsulluğun 

azaldılması  sahəsində  çalışan  ölkələrə  daha  geniş  inkişaf  yönümlü  yardımın 

göstərilməsi məsələri daxildir);  

 

inkişaf  etməkdə  olan  dənizə  çıxışı  olmayan  və  kiçik  ada  dövlətlərinin  xüsüsi 



ehtiyaçlarını ödəmək;  


 

 



borclarını  uzun  müddət  ərzində  ödənilə  biləcək  səviyyədə  saxlayə  bilməri  üçün 

müxtəlif  milli  və  beynalxalq  tədbirlər  vəsitəsilə  inkişaf  etməkdə  olan  ölkələrin  borc 

problemləri ilə ətraflı şəkildə məşğul olmaq;  

 



inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq şəratində gənclər üçün layiqlı və məhsuldar 

iş imkanları yaratmaq;  

 

farmaseptik  şirkətlərə  əməkdaşlıq  şəraitində  inkişaf  etməkdə  olan  ölkələrdə  əsas 



dərman preparatların asanlıqla əldə edilməsini təmin etmək;  

 



özəl  sektorla  əməkdaşlıq  şəraitində  ölkələrin,  yeni  texnologiyalardan,  o  cümlədən 

informasiya və kommunikasiya texnoloqiyalarından bəhrələnmək imkanı yaratmaq. 

Bu məqsədlər 2015-ci ilin sonuna əldə edilməlidirlər. 

BMT ətraf mühitin qorunması üzrə beynəlxalq səylərin avanqardı rolunda çıxış edir. BMT 

ətraf  mühitin  qorunması  üzrə  müqavilələrin  bağlanmasını  təmin  edir.  Bu  müqavilələr  1980-ci 

illərdə gəmilərdən axan neft nəticısində çirklənməsi 60% azaltmağa, Şimali Amerika və Avropada 

ətraf mühitin transsərhəd çirklənməsini azaltmağa və həm sənayecə inkişaf etmiş, həm də inkişaf 

etməkdə  olan  ölkələrdə  ozon  qatının  dağılmasına  gətirib  çıxaran  bir  çox  qazların  istehsalının 

dayandırılmasına  imkan  vermişdir.  1972-ci  ildə  BMT-nin  ətraf  mühit  üzrə  birinci  konfransının 

keçirilməsindən  sonra  BMT  təsisatları  və  proqramlarının  dəstəyi  ilə  300-dən  artıq  beynəlxalq 

müqavilə və sazişlər imzalanmışdır. Bu beynəlxalq sənədlər itmək təhlükəsi altında olan heyvan 

və  bitki  növlərini,  dəniz  mühitinin  çirklənməsinin,  ozon  təbəqəsinin  dağılmasını,  təhlükəli 

tullantıları, bioloji müxtəlifliyi, iqlimin dəyişməsini, səhralaşmanı, balıqçılıq təsərrüfatını, sənaye 

ximikatları və pestisidlərini əhatə etmişdir. 

BMT-nini  1992-ci  ildə  Braziliyanın  Rio-de-Janeyro  şəhərində  keçirilmiş  ətraf  mühit  və 

inkişaf  üzrə  konfransında  razılaşdırılmış  “XXI  əsr  üçün  gündəlik”  ekoloji  cəhətdən  təhlükəsizn 

inkişafın  hərtərəfli  qlobal  proqramı  sayıla  bilər.  Bu  gündəlik  bir  çox  milli  planların  və  yerli 

təşəbbüslərin  əsasını  təşkil  etmişdir.  2002-ci  ildə  Cənubi  Afrikanın  Yohannesburq  şəhərində 

keçirilmiş Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyədə Ümumdünya Görüşü əlavə səylər və praktiki 

qərarların zəruri olduğu sahələri müəyyən etməyə, əlavə siyasi dəstəyi mobilizasiya etməyə imkan 

vermişdir. 

BMT-nin  ətraf  mühit  üzrə  proqramı  (YUNEP)  ətraf  mühitdən  daha  rasional  istifadə 

edilməsi üçün ölkələrə köməklik göstərir, planetin ətraf mühitinin vəziyyətinin müşahidə edir və 



 

beynəlxalq  müqavilələr  tədbirlər  proqramlarının  qəbul  edilməsi  məqsədilə  konsensusun 

formalaşdırılmasına  şərait  yaradır.BMT-nin  egidası  altında  yaradılmış  texniki  orqanlar  ətraf 

mühitin  vəziyyətini  diqqətlə  müşahidə  edirlər.  Məsələn,  YUNEP-in  iqlim  dəyişkənliyi  üzrə 

hökumətlərarası  qrupu  ümumdünya  şəbəkəsi  olmaqla  özündə  120  ölkədən  olan  1000-dən  artıq 

aparıcı  elm  adamlarının  birləşdirir  və  qlobal  iqlim  dəyişkənliyi  üzrə  biliklərin  (onun  səbəbləri, 

nəticələri,  bu  nəticələrin  yüngülləşdirilməsi  və  onlara  uyğunlaşma  imkanları)  vəziyyətinin 

qiymətləndirilməsini  həyata  keçirir.  Ozon  təbəqəsinə  aid  olan  beynəlxalq  müqavilələr 

çərçivəsində  də  analoji  elmi-texniki  orqanlar  fəaliyyət  göstərir.  BMT  rəhbərliyi  altında  həyata 

keçirilən  ekoloji  sistemlərin  qiymətləndirilməsi  layihəsində  dünyanın  1500-dən  artıq  elm  adamı 

iştirak edir və onlar Yerdə həyatı təmin edən prosesləri, xüsusilə çölləri, meşələri, çayları, gölləri 

və  okeanları  öyrənirlər.  Bu  qiymətləndirmə  qərar  qəbul  edən  şəxslərə  planetin  ekoloji 

sistemlərində  baş  verən  dəyişikliklərin  Yerdə  həyata  təsiri  barədə  etibarlı  elmi  informasiya  əldə 

etməyə  imkan  verir.  BMTİP,  YUNEP  və  Dünya  Bankı  tərəfindən  idarə  edilən  Qlobal  Ekoloji 

Fond  150-dən  artıq  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdə  iqlim  dəyişkənliyi 

təhlükəsinin azaldılması üzrə, bioloji müxtəlifliyin qorunması və sabit istifadəsi üzrə, beynalxalq 

suların  qorunması  üzrə,  ozon  təbəqəsini  dağıdan  maddələrdən  istifadənin  dayandırılması  üzrə 

fəaliyyətin  həyata  keçirilməsinə  3,5  milyard  dolar  ayırmış  və  müxtəlif  mənbələrdən  daha  8 

milyard dollar mobilizasiya etmişdir. 

 

8.5. Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi problemləri 

 

Beynəlxalq ictmaiyyətin iqtisadi əməkdaşlıq problemlərini BMT sistemi və mexanizmləri 



vasitəsilə həll etmək istiqamətində göstərdiyi səylərə baxmayaraq, həll edilməsi vacib olan bir sıra 

prinsipial  məsələlər  vardır.  Bu  məsələlərin  həlli  üçün  ya  müvafiq  yanaşmalar  tapılmayıb,  ya 

qlobal  xarakterli  ayrı-ayrı  amillər  çətinaşılan  maneələr  yaradır,  ya  da  onların  həll  edilməməsi 

qəbul olunmuş qərarların yerinə yetirilməsi mexanizminin az səmərəli olması ilə əlaqədardır. 

Bununla  əlaqədar,  BMT-nin  iqtisadi  fəaliyyəti  çərçivəsində  qəbul  edilmiş,  lakin  yerinə 

yetirilməmiş  bir  sıra  iri  təşəbbüsləri,  sənədləri  və  qərarları  xatırlatmaq  məqsədəuyğun  olardı. 

1974-cü  ildə  BMT-nin  Baş  Məclisinin  6-cı  Xüsusi  Sessiyasında  yeni  iqtisadi  qaydanın  bərqərar 

edilməsi  üzrə  Bəyannamə  və  Tədbirlər  Proqramı  qəbul  edilmişdi.  Lakin,  ötən  müddət  ərzində 




 

proqramın həyata keçirilməsinin nəticələri yoxdur. 1975-ci ildə BMT Baş Məclisinin “İnkişaf və 

beynəlxalq  iqtisadi  əməkdaşlıq  haqqında”  qətnaməsində  əks  olunmuş  inkişaf  ideyaları  planında 

qlobal probelmlər üzrə danışıqlara başlamaq cəhdləri də uğursuzluqla nəticələnib. 

1960-cı  ildə  üç  beynəlxalq  inkişaf  strategiyası  (1960-1970-ci  illər,  1970-1980-ci  illər, 

1980-1990-cu  illər)  qəbul  edilmiş,  lakin  onların  heç  birində  irəli  sürülən  məqsədlərə  (ÜDM-nin, 

sənayenin, kənd təsərrüfatının, beynəlxalq  ticarətin,  iqtisadi  yardımın artımı) tam çatılmamışdır. 

1990-cu  ildə  BMT  Baş  Məclisinin  iqtisadi  məsələlər  üzrə  18-ci  Xüsusi  Sessiyasında  beynəlxalq 

iqtisadi  əməkdaşlıq  haqqında  Bəyannamə  qəbul  edilmişdir.  On  ildən  artıq  bir  vaxt  keçməsinə 

baxmayaraq, bu sənədin müddəalarının həyata keçirilməsi barədə müsbət söz söyləmək mümkün 

deyildir. 

Iqtisadi sahədə bir çox problemlərin həll edilməməsi BMT-nin avtoritetinin yüksəldilməsi 

məsələsini  kəskin  şəkildə  gündəliyə  çıxarır.  BMT-nin  sülh  fəaliyyəti  ümumilikdə  tanınsa  da, 

iqtisadi tərkib özünü daha zəif göstərir. 

Son  illərdə  beynəlxalq  iqtisadi  münasibətlərdə  baş  verən  dəyişikliklər  BMT-nin  1960-cı, 

1970-ci,  1980-ci  illər  sənədlərində  əks  edilmiş  ideyaların  həyata  keçirilməsinə  əhəmiyyətli  təsir 

göstərmişdir. Sosialist dövlətlərinin Avropanın siyasi xəritəsindən yox olmaları, Qarşılıqlı İqtisadi 

Yardım  Şurasının  ləğvi  iqtisadi  arenada  qüvvələr  nisbətini  dəyişdi.  Sosialist  ölkələri  tərəfindən 

BMT-nin iri iqtisadi sənədlərinə salınmış ideyalara tələb yox olmuşdur. 

Digər tərəfdən, mürəkkəb iqtisadi sənədlərin işlənməsi ilə məşğul olan BMT orqanlarının 

fəaliyyəti də bir sıra narazılıqlar doğurur. Belə ki, proqramların və layihələrin BMT təşkilatlarının 

və  digər  institutlarının  real  imkanları  nəzərə  alınmadan  tərtib  edildiyi,  layihə  və  proqramların 

xərclər hissəsində real maliyyə şərtlərinin nəzərə alınmadığı bildirlir. 

Bütün  bunlar  BMT-nin  iqtisadi  orqanlarının  fəaliyyətinin  səmərəliyinini  artırılması  üçün 

tədbirlər kompleksinin həyata keçirilməsini zəruri edir. 

BMT öz işini “Minillik Bəyannaməsi”ndə, həmçinin qlobal konfranslarda müəyyən edilən 

prioritetlərə  uyğun  olaraq  qurmalıdır.  Öz  aktuallığını  itirən  məsələlər  üzrə  fəaliyyətdən  imtina 

edilməli,  yeni  məsələlər  (qloballaşma  və  onun  inkişaf  üçün  nəticələri,  inkişaf  sahəsində 

məqsədlərin reallaşdırılması, münaqişələrin qarşısının alınması və terrorizmlə mübarizə) üzrə isə 

BMT öz biliklərini dərinləşdirməli və öz fəaliyyətini daha məqsədyönlü və səmərəli etməlidir. 




 

1997-ci ildən etibarən BMT-nin fəaliyyətində islahatlara start verilmişdir. Ilk addım olaraq 

yenidən  təşkilatlanma  işlərinə  başlanılmış,  BMT-nin  departament,  fond  və  proqramları  dörd 

istiqamət  (sülh  və  təhlükəsizlik,  inkişaf,  iqtisadi  və  sosial  məsələlər,  humanitar  məsələlər)  üzrə 

qruplaşdırılmışlar. Işin koordinasiyası üçün hər bir qrup üçün icra komitəsi təşkil edilmişdir. Eyni 

zamanda, 1996-cı ildə tutulmayan 1000-ə yaxın vəzifə birdəfəlik ixtisar edilmişdir.  

Daha  sonra  icra  komitələri  Baş  Rəhbərlər  Qrupunun  yaradılması  ilə  birbaşa  olaraq  baş 

katibin  dəftərxanası  ilə  birləşdirilmişlər.  Qrupun  “kabineti”nə  BMt-nin  bütün  departament,  fond 

və proqramlarının rəhbərləri daxildir. 

Təşkilat  strukturunun  gücləndirilməsi  üçün  bir  sıra  departamentlər  və  şöbələr 

birləşdirilmişdir.  Məsələn  üç  departament  yeni  yaradılmış  iqtisadi  və  sosial  məsələlər  üzrə 

departamentdə cəmləşdirilmişdir. 

Ölkələr səviyyəsində BMT-nin təşkilatlanması gücləndirilmişdir. Belə ki, BMT-nin bütün 

fond  və  proqramlarının  ölkələr  üzrə  şöbələri  1997-ci  ilə  qədər  adətən  ayrı-ayrı  ofislərdə 

yerləşirdilər.  Vəsaitin  qənaət  edilməsi  və  daha  səmərəli  birgə  işin  təşkili  üçün  ümumi  ofis 

sahələrindən  və  eyni  xidmət  təchizatçılardan  istifadə  etmək  tövsiyə  edilmiş,  50-dən  çox  ölkədə 

BMT Evləri yaradılmışdır. 

Bundan əlavə, 1997-ci ildə baş katib ölkələrdə iş planlarını bir-birlərinə inteqrasiya etmək 

üçün  BMT-nin  rezident-əlaqələndiricilərinə  daha  geniş  səlahiyyətlər  vermişdir.  Koordinasiyanı 

yüngülləşdirmək  və  BMT-nin  yardımını  ölkələrin  strategiyaları  və  prioritetlərinə  tam 

uyğunlaşdırmaq  üçün  iki  əlavə  alət  yaradılmışdır:  ölkənini  ehtiyacını  müəyyən  edən  Ölkənin 

Vəziyyətinin Ümumi Qiymətləndirilməsi və İnkişaf Məqsərilə Yardımın Göstərilməsi üzrə BMT-

nin Çərçivə Proqramı. 

BMT  sistemi  təşkilatlarının  fəaliyyətinin  canlandırılmasında  əsas  addım  1944-cü  ildə 

Bretton  Vudsda  yaradılan  institutlarla  münasibətlərin  təkmilləşdirilməsi  oldu.  BMT-nin  bir 

tərəfdən Dünya Bankı ilə, dugər tərəfdən isə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq dərəcəsi 

bu  təşkilatlar  yaradılarkən  nəzərdə  tutulan  səviyyəyə  heç  zaman  çatmayıb.  1998-ci  ildən 

başlayaraq BMT-nin İqtisadi və Sosial Şurası bretton-vuds institutlarının üzv-ölkələrinin müliyyə 

nazirləri ilə bir neçə illik görüşlər keçirib. Nəticədə 2002-ci ildə Meksikanın Monterrey şəhərində 

Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondunun  aktiv  iştirakı  ilə  İnkişafın  Maliyyələşdirilməsi 

üzrə Beynəlxalq Konfrans keçirilmiş, bir sıra mühüm nailiyyətlər əldə edilmişdir. 



 

2002-ci  il  mayın  1-dən  etibarən  əməkdaşların  işə  götürülməsi,  yerləşdirilməsi  və 

vəzifələrinin artırılması üçün yeni sistem tətbiq edilmişdir. Bu sistemdə əməkdaşın nailiyyətləri və 

kompetentliyinə daha çox üstünlük verilir və onun vəzifədə olma müddəti və presedentlər daha az 

nəzərə  alınır.  Yeni  kadr  mexanizmlərinin  ümumi  “paketi”nin  bir  hissəsi  olan  bu  sistem 

çərçivəsində  proqram  rəhbərləri  baş  katiblə  imzalanmış  müqaviləyə  uyğun  olaraq,  kadrların 

müstəqil  yığılması  səlahiyyətini  alırlar.  Bu  müqaviləyə  əsasən,  onlar  həm  də  əldə  olunmuş 

nəticələrə  görə  məsuliyyət  daşıyırlar.  Beləliklə,  qərarların  qəbul  edilməsində  məsuliyyətin  daha 

aşağı  səviyyələrə  (əməliyyat  səviyyəli  əməkdaşlara  qədər)  ötürülməsi  istiqamətində  planlı  iş 

aparılır. 

Baş  katib  tərəfindən  2000-ci  ilin  avqustunda  təqdim  edilən  “İnsan  resurslarının  idarə 

edilməsinin  islahatı”  adlı  hesabatda  işçi  yığımının  və  kadrların  yerləşdirilməsinin  müddətinə 

toxunulur.  BMT-nin  personalda  müxtəlif  ölkələrəin  nümayəndələrinin  təmsil  edilməsinin 

zəruriliyi  prinsipinə  daim  əməl  etməsi,  həmçinin  əməkdaşların  yüksək  peşəkarlığının  təmin 

edilməsi ilə eyni zamanda gender balansının yaxşılaşdırılması o deməkdir ki, işə qəbul haqqında 

qərar  o  biri  təşkilatlarda  olduğu  kimi  sürətlə  qəbul  edilə  bilməz.  Lakin  son  illərdə  işə  götürmə 

prosesinin orta müddəti 400 gün təşkil edirdi ki, bu da həddindən artıq çoxdur. Yeni qəbul edilmiş 

sistem  bu  müddəti  90  günə  salmağı  nəzərdə  tutur.  Insan  resurslarının  idarə  edilməsi  həmçinin 

əməkdaşların iki həftə ərzində üfiqi yerdəyişmələrini təsdiq etməli və həyata keçirməlidir. 

Proses həmçinin daha şəffaf xarakter almışdır, belə ki, bütün boş iş yerləri barədə məlumat 

BMT-nin internet saytında yerləşdirilmişdir. 

Baş  katibin  hesabatında  həmçinin  Katibliyin  əməkdaşlarının  mobilliyi  məsələsinə  də 

toxunulmuşdur.  Müxtəlif  peşə  sahibləri  olan  ixtisaslı  əməkdaşların  daxil  olduğu  daha  universal 

vətəndaş  xidmətlərinin  yaradılması  məqsədilə  konkret  bir  vəzifədə  qalma  müddəti 

məhdudlaşdırılmışdır. Eyni zamanda, mənzil-qərargahdan daha uzaq nöqtələrdə çalışanlar xüsusi 

olaraq stimullaşdırılır, personalın öyrənilməsi üçün əlavə proqramlar tətbiq edilir və artıq işləyən 

əməkdaşların səviyyələri artırılır. 

Digər tərəfdən, BMT-nin rəhbər həlqələrinin əməkdaşları insan resurslarının idarə edilməsi 

sahəsində intensiv kur keçməlidirlər ki, bu da kadrlarla işin keyfiyyətinin artırılmasında mühüm 

rol oynaya bilər. Bundan əlavə, yeni attestasiya sistemi tətbiq edilməyə başlanmışdır. 




 

Kardinal  islahatlar  sırasına  daxili  nəzarət  xidmətləri  üzrə  baş  katib  müavininin  təyin 

edilməsi, əməliyyat xərclərinin  ixtisar edilməsi,  yüksək vəzifəli şəxslərin sayının azaldılması və 

təxminən  1000-ə  yaxın  vəzifənin  ləğv  edilməsi  də  aiddir.  Səkkiz  il  ardıcıl  olaraq  BMT-nin 

müntəzəm büdcəsinin nominal dəyərdə “sıfır” artımı təmin edilmişdir. 

Həyata keçirilən islahatları qısa şəkildə aşağıdakı kimi məcmulaşdırmaq olar: 

 

qeyri-prioritet fəaliyyət və inzibati xidmət üçün nəzərdə tutulmuş resursların üzv-dövlətlər 



tərəfindən müəyyən edilən prioritet tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi; 

 



inzibati  xərclərin  azaldılması  və  qənaət  edilən  vəsaitin  inkişaf  məqsədilə  həyata  keçirilən 

fəaliyyətə yönəldilməsi; 

 

BMT-nin  dörd  əsas  istiqamət  (sülh  və  təhlükəsizlik,  inkişaf,  iqtisadi  və  sosial  məsələlər, 



humanitar məsələlər) üzrə iş proqramının yenidən qurulması; 

 



BMT-nin  gündəlik  fəaliyyətinə  nəzarət  edilməsi  və  islahatların  gedişinin  koordinasiya 

edilməsi üçün baş katibin birinci müavininin təyin edilməsi; 

 

vəzifəsi təftişlərin, qiymətləndirmələrin,  nəzarətin, inspeksiyaların və  təhqiqatların  həyata 



keçirilməsi olan Daxili Nəzarət Xidməti İdarəsinin yaradılması; 

 



qərarların  qəbul  edilməsinin  sürətləndirilməsi  və  koordinasiyanın  yüksəldilməsi  üçün 

BMT-nin baş rəhbərlərinin daxil olduğu kabinetin yaradılması; 

 

bütün səviyyələrdə personalın idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə kardinal kadr 



islahatlarının həyata keçirilməsi. 

2003-cü  ilin  sentyabrında  BMT  baş  katibi  təşkilatda  yeni  islahatlar  mərhələsinin 

başlandığını  bəyan  etdi.  Onun  təqdim  etdiyi  hesabatda  BMT-nin  sonrakı  güclənməsi  planı  əks 

olunmuşdu. 

Hesabat BMT-nin bütün təsisatlarına və fəaliyyət növlərinə təsir edəcək  yenidənqurmaları 

müəyyən edir. Hesabatda qeyd olunur ki, vəzifə heç də təşkilatın büdcəsinin ixtisar edilməsindən 

ibarət  deyil.  Əsas  vəzifə  ondan  ibarətdir  ki,  təşkilat  öz  fəaliyyətinə  tənqidi  yanaşmalı,  bu 

fəaliyyətin “Minillik Bəyannaməsi”nin məqsədlərinin reallaşdırılması nöqteyi-nəzərindən  aktual 

olub-olmadığı  müəyyən  edilməlidir.  Əgər  cavab  mənfi  olsa  onda  bu  cür  fəaliyyətdən  imtina 

edilməlidir. 

Hesabatda islahatlar prosesinə aid olan praqmatik təkmilləşdirmə təkliflərinin geniş paketi 

əks olunmuşdur ki, onlardan da bəziləri aşağıdakılardır: 




 

 



təşkilatın  iş proqramlarının  hərtərəfli icmalı:  bu,  təşkilatın  doğrudan da  vacib  olan  işlərlə 

məşğul  olmasını  və  artıq  köhnəlmiş  və  ya  qarşıya  qoyulmuş  vəzifəyə  aid  olmayan  işlərə 

vaxt və vəsait xərcləməməsini təmin etmək üçündür; 

 



BMT-nin  insan  haqları  və  ictimai  informasiya  sahəsində  işinin  təkmilləşdirilməsi  üzrə 

ətraflı  təkliflər:  BMT  informasiya  mərkəzləri  şəbəkəsi  Qərbi  Avropadan  başlayaraq, 

regional  qovşaqların  yaradılması  yolu  ilə  yenidən  təşkil  ediləcəkdir.  İctimai  İnformasiya 

departamentinin  strukturunda  təkmilləşdirmələr  aparılacaq,  kommunikasiya  sahəsində 

razılaşdırılmış strategiyalar işlənəcək və kütləvi informasiya vasitələri  və kommunikasiya 

sahələrində yeni texnologiyaların verdiyi üstünlüklərdən istifadə ediləcək; 

 

təkrarlanmanın  qarşısının  alınması  üçün  iclasların  və  dərc  edilən  hesabatların  sayının 



ixtisarı; 

 



ayrıca  götürülmüş  ölkə  səviyyəsində  BMT  təsisatları  arasında  koordinasiyanın 

yaxşılaşdırılması  üzrə  tədbirlər:  bu,  proqramların  birgə  tərtibi,  ümumi  informasiya 

bazasının və biliklərlə mübadilə şəbəkəsinin yaradılması və resursların birləşdirilməsi yolu 

ilə həyata keçiriləcək

 

həddən  artıq  mürəkkəb  olan  və  iri  əmək  xərcləri  tələb  edən  büdcə  və  planlaşdırma 



sistemlərində dəyişikliklər edilməsi; 

 



BMT və vətəndaş cəmiyyəti arasında münasibətlərin müstəqil ekspertlər qrupu tərəfindən 

qiymətləndirilməsi və müvafiq tövsiyələrin irəli sürülməsi; 

 

BMT  əməkdaşlarının  stimullaşdırılması  və  onların  iş  keyfiyyətlərinin  yüksəldilməsinə 



yönəldilmiş  təkliflər:  bu,  personalın  müxtəlif  iş  yerləri,  funksiyalar  və  hətta  təşkilatlar 

arasında mobilliyinin yüngülləşdirilməsi vasitəsilə həyata keçiriləcək. 

Bütün  deyilənlərə  baxmayaraq,  BMT  qlobal  bir  təşkilat  kimi  özünün  əhəmiyyətini 

saxlamaqdadır və bu ən azə aşağıdakılarla xarakterizə olunur: 

 

münaqişələrlə  zəngin  olan  dünyada  BMT  hökumətlərə  təcili  məsləhətləşmələr  həyata 



keçirməyə imkan verir və uzunmüddətli problemlərin həlli üçün forum rolunda çıxış edir; 

 



BMT  vacib  qlobal  məsələlər  (məsələn,  ətraf  mühit  və  qeyri-qanuni  narkotiklər)  üzrə 

fəaliyyəti stimullaşdırır və bu problemlərin həlli üçün zəruri olan beynəlxalq əməkdaşlığın 

təşkili və davam etdirilməsi üçün saha səmərəli mexanizmlər təklif edir



 

 



BMT  və  onun  təsisatları  iqtisadiyyatı  gücləndirməyə  və  maliyyə  bazarlarını 

sabitləşdirməyə  kömək  edirlər,  onlar  xəstəliklərlə  mübarizəyə,  ərzaq  istehsalının 

genişləndirilməsinə və həyat müddətinin artırılmasına dəstək verirlər; 

 



BMT və onun təsisatları zəif qrupları (uşaqlar, qaçqınlar, məcburi köçkünlər, azlıqlar, yerli 

xalqlar və əlillər) müdafiə ilə təmin edirlər; 



 

BMT və onun təsisatları beynəlxalq qarşılıqlı əlaqə sahələrində mühüm həyati əhəmiyyətə 



malik texniki və hüquqi normaların işlənməsinə şərait yaradırlar. 

 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə