Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   2   3   4   5   6   7   8   9   ...   21

 

10

 



kredit  hesablarında  mövcud  olan  məbləğ  məzənnənin  dəyişdiyi  halda  avtomatik  olaraq 

yenidən hesablanır. 



İqtisadi və texniki əməkdaşlıq haqqında hökumətlərarası saziş bir qayda olaraq 3-5 

il  müddətinə  ticarətin  genişləndirilməsi  və  elmtutumlu  əmtəələrin  istehsalının  həcminin 

artırılması məqsədi ilə bağlanır və konkret layihələrin həyata keçirilməsində hər bir tərəfin 

öhdəliklərinin  siyahısını  əks  etdirir.  Tərəflərdən  biri  adətən  obyektlərin  tikintisinə  yardım 

göstərmək,  lazımi  avadanlığı  vermək,  ixtisaslı  kadrlarla  kömək  etmək,  yerli  əhalini 

öyrətmək  öhdəliklərini  götürür.  Qəbul  edən  tərəfin  öhdəlikləri  layihələrin  reallaşdırılması 

üçün  zəruri  infrastrukturun  yaradılmasından,  xarici  mütəxəssislərlə  və  layihə  çərçivəsində 

beynəlxalq yük daşımaları ilə əlaqədar xərclərin çəkilməsindən ibarətdir. 



Maliyyə  yardımı  haqqında  hökumətlərarası  saziş  bir  ölkənin  hökumətinin  digər 

ölkəyə  müəyyən  məbləğdə  uzunmüddətli  kreditin  (adətən  kreditor-ölkənin  əmtəələrinin 

alınması üçün) təqdim edilməsi barədə  razılığını nəzərdə  tutur.  Hökumətlərarası sazişlərin 

bu  forması  sənayecə  inkişaf  etmiş  ölkələr  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında  olan 

iqtisadi  münasibətlərdə  daha  geniş  yayılıb  və  adətən  sonuncuların  daha  inkişaf  etmiş 

partnyordan maşın-texniki məhsulların almalarını dəstəkləmək məqsədini daşıyır. 



İnvestisiyaların qorunması haqqında hökumətlərarası saziş razılığıa gələn tərəflərin 

qarşılıqlı investisiyalarda münasibətdə ayrı-seçkilik həyata keçirməmək, kapital və gəlirlərin 

sərbəst axınına icazə vermək öhdəliklərini nəzərdə tutur. 

Dünya  təsərrüfat  münasibətlərinin  tənzimlənməsində  beynəlxalq  dövlət  və  qeyri-

hökumət orqanları və onlar tərəfindən işlənmiş konvensiyalar, qətnamələr, ticarət əlaqələrini 

tənzimləyən  normaların  unifikasiyası  üzrə  rəhbərliklər  əhəmiyyətli  rol  oynayır.  Məsələ 

burasındadır ki, beynəlxalq ticarət əlaqələri əsasən hüquqi və fiziki şəxslər tərəfindən həyata 

keçirilir  ki,  onların  da  fəaliyyəti  milli  hüquqla  tənzimlənir.  Bununla  yanaşı,  müxtəlif 

dövlətlərin  qanunvericiliyi  bunu  müxtəlif  cür  həyata  keçirir  ki,  bu  da  bir  dövlərin 

normalarının digərinki ilə ziddiyyət təşkil etməsi ilə nəticələnir. Milli əsasda yaradılan milli 

hüquq beynəlxalq ticarətin tələblərinə daha az uyğundur. Bütün bunlar beynəlxalq ticarətin 

inkişafına maneələr yaradır. 

Problemin  həllinin  əsas  vasitəsi  unifikasiyadır.  Unifikasiya  dedikdə  daxili  dövlət 

hüququnda  ümumi  xüsusiyyətlərin,  qaydaların,  adətlərin  müəyyən  edilməsi,  beynəlxalq 

müqavilələrin köməyi  ilə vahid hüquqi  normaların  yaradılması və  onların tətbiqinin vahid 

praktikasının  təmin  edilməsi  başa  düşülür.  Bu  normalar  milli  hüquqlar  tərəfindən  qəbul 




 

11

 



edilir  və  bu  yolla  beynəlxalq  ticarət  əlaqələrinin  tənzimlənməsində  fərqliliklər  aradan 

qaldırılır.  Unifikasiya  çoxplanlı  prosesdir.  O  universal  və  regional  səviyyələrdə  baş  verir, 

ümumi və sosial xarakterli normaları əhatə edir. Bu prosesdə dövlətlər və təşkilatlar iştirak 

edirlər. 

Hazırda universal səviyyədə unifikasiya ilə çoxsaylı dövlətlərarası və qeyri-hökumət 

orqanları  və  təşkilatları  məşğul  olurlar.  Bunların  sırasında  ən  birincilərdən  biri  kimi, 

beynəlxalq  xüsusi  hüquq  üzrə  Haaqa  Konfransını  qeyd  etmək  olar.  Bu  konfrans  ilk  dəfə 

XIX əsrdə çağrılmış, 1955-ci ildən isə daimi əsasda fəaliyyət göstərməyə başlamışdır. Onun 

əsas fəaliyyət sferası beynəlxalq ticarət sahəsində hüquq kolliziyalarını həll edən normalar 

da  daxil  olmaqla  kolliziya  hüququnun  unifikasiyasıdır.  Belə  ki,  1955-ci  ildə  beynəlxalq 

əmtəə alqı-satqısına tətbiq edilən hüquq haqqında Haaqa Konvensiyası qəbul edildi. 1986-cı 

ildə  onu  beynəlxalq  əmtəə  alqı-satqı  müqavilələrinə  tətbiq  edilən  hüquq  haqqında 

Konvensiya (hələ qüvvəyə minməyib) əvəz etdi. 

1926-cı  ildən  etibarən  Romada  xüsusi  hüququn  unifikasiyası  sahəsində 

hökumətlərarası  təşkilat  –  Xüsusi  Hüququn  Unifikasiyası  üzrə  Beynəlxalq  İnstitut 

(YUNİDRUA)  çalışmaqdadır.  Haaqa  Konfransından  fərqli  olaraq,  İnstitut  maddi  xüsusi 

hüququn  müxtəlif  sahələrinin,  o  cümlədən  ticarətə  aid  olan  sahələrinin  unifikasiyası  ilə 

məşğul olur. 

1966-cı  ildə  BMT-nin  beynəlxalq  ticarət  hüququ  üzrə  Komissiyası  (YUNSİTRAL) 

yaradıldı.  Onun  yaradılmasında  məqsəd  beynəlxalq  ticarət  qaydalarının  unifikasiyası  və 

adətlərin  kodifikasiyasının  razılaşdırılmış  şəkildə  həyata  keçirilməsi,  müvafiq  beynəlxalq 

konvensiyaların hazırlanmasıdır. 



Beynəlxalq konvensiyalar beynəlxalq müqavilələrin növlərindən biri olmaqla adətən 

müəyyən  sahələrdə  dövlətlərin  qarşılıqlı  hüquqlarını  və  öhdəliklərini  müəyyən  edir. 

Beynəlxalq konvensiyalar adətən beynəlxalq təşkilatların çərçivəsində qəbul edilir. 

Konvensiyaları  beynəlxalq  iqtisadi  münasibətlərin  formaları  üzrə  sistemləşdirməklə 

onlardan ən əsaslarını göstərək. 

Əmtəələrlə  beynəlxalq  ticarət  qaydalarının  unifikasiyası  üçün  daha  əhəmiyyətli 

konvensiyalar aşağıdakılardır: 

 



beynəlxalq əmtəə alqı-satqısı üzrə vahid qanun haqqında Haaqa Konvensiyası (1964-

cü il); 


 

beynəlxalq əmtəə alqı-satqısında iddia müddətliyi haqqında Konvensiya (1974-cü il); 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə