Mövzu BİM sistemində beynəlxalq iqtisadi təşkilatlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix14.09.2018
ölçüsü0,58 Mb.
#68602
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 

15

 



 

sənaye  və  digər  qurğuların  maddi-texniki  xidməti,  təmiri  və  istismarı  ilə  əlaqədar 



xidmətlər  üzrə  beynəlxalq  müqavilələrin  hazırlanması  üzrə  rəhbərlik  (BMT  AİK, 

1987-ci il). 



Tipik  müqavilə  ticarət  praktikası  və  ya  adətləri  nəzərə  alınmaqla  yazılı  şəkildə 

hazırlanmış  nümunə  müqaviləsi  və  ya  unifikasya  edilmiş  şərtlər  toplusudur.  Bu  müqavilə 

razılığa gələn müqavilə subyektləri tərəfindən konkret sazişin tələbləri ilə razılaşdırıldıqdan 

sonra qəbul edilirlər. 

Tipik  müqavilə  beynəlxalq  alqı-satqı  müqaviləsi  kimi  o  halda  istifadə  olunur  ki, 

tərəflər  yalnız  razılaşdırma  tələb  edilən  maddələri  (tərəflərin  adları,  kəmiyyət,  keyfiyyət, 

qiymət, müddət, sazişin yeri) doldurur və imzalayırlar. 

Maddi-əşyavi  formada  əmtəələrin  alqı-satqısı,  lisenziyaların  verilməsi,  injinirinq 

xidmətlərinin  göstərilməsi,  icarə  beynəlxalq  müqavilələri  üzrə  tipik  müqavilələr  BMT-nin 

Avropa  İqtisadi  komissiyası,  sahibkarların  sahəvi  birlikləri,  iri  firmalar  tərəfindən 

hazırlanmışdır. 

Qeyd etməliyik ki,  yuxarıda sadalananlar üstmilli tənzimlənmənin  taktiki alətləridir. 

Onun strateji alətlərinə isə aşağıdakılar daxildir: 

 



Beynəlxalq Valyuta Fondu; 

 



Dünya Bankı Qrupu; 

 



Ümumdünya Ticarət Təşkilatı; 

 



Avropa Birliyinin siyasi, üstdövlət inzibati və və maliyyə-iqtisadi strukturları; 

 



Beynəlxalq  koordinasiya  təşkilatları  (London  və  Paris  bankları,  Beynəlxalq 

Hesablaşmalar Bankı); 

 

London,  Nyu-York  və  Tokio  mərkəzlərinin  aparıcı  rol  oynadıqları  beynəlxalq 



maliyyə mərkəzləri; 

 



əmtəə, xidmət, kapital hərəkətinin ümumdünya şəbəkələrinə nəzarət  edən transmilli 

şirkətləri və transmilli banklar

 

BMT-nin maliyyə-iqtisadi və sosial qurumları. 



Qlobal tənzimlənmənin əsas strateji alətləri rolunu BVF, DB və ÜTT oynayırlar. Biz 

onların  qlobal  fəaliyyətləri  barədə  əvvəlki  bölmələrdə  müəyyən  qədər  məlumat  vermişik. 

Bunu  xatırlatmaq  istərdik  ki,  son  20  ildə  BVF-nin  fəaliyyəti  bir  neçə  aspektdə  xüsusi 

əhəmiyyət kəsb edib: 

 

böhran vəziyyətində olan inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi; 




 

16

 



 

bazar dəyişiklikləri (islahatları) proqramlarının maliyyələşdirilməsi; 



 

böhranların qarşısının alınması üçün proqram, tədbir, təkliflər və s.-nin hazırlanması; 



 

dünyanın  maliyəə-iqtisadi inkişafının qeyri-sabitliyinin  neytrallaşdırılnması cəhdləri 



ilə əlaqədar inkişaf etmiş ölkələrin səylərinin koordinasiyası. 

Dünyada baş verən sürətli inkişaf prosesləri, güclənən inteqrasiya prosesləri, keçmiş 

sosialist  ölkələrinin  yeni  sistemə  transformasiyası,  qloballaşma  prosesinin  birmənalı 

olmayan  nəticələri  yeni  dünya  tənzimləmə  sisteminin  yaradılmasını  zəruri  edir. 

Formalaşmış  yeni  şəraitdə  keçmiş  SSRİ  respublikalarını,  həmçinin  Mərkəzi  və  Şərqi 

Avropa ölkələrini dünya siyasi və iqtisadi sisteminə cəlb etmək üçün inkişaf etmiş ölkələr 

ikinci  dünya  müharibəsindən  sonrakı  dövrdə  yaradılmış  təşkilatlar  kimi  qurumları  təsis 

etmək  iqtidarında  olmadılar.  Qloballaşmanın  iqtisadi,  siyasi  və  digər  problemlərinin  həll 

edilməsi  iri  dövlətlərdən,  xüsusilə  ABŞ,  Avropa  Birliyi,  Kanada,  Yaponiya,  Rusiya,  Çin, 

Hindistan,  Braziliya  və  digər  ölkələrdən  əməkdaşlığın  inkişaf  üzrə  real  səylərin 

göstərilməsini  tələb  edir.  Mövcud  təşkilatları  modernləşdirmək  və  ya  yeni  qurumlar 

yaradılması  zəruridir.  Bu  təşkilatlar  qlobal  perspektivlərə  və  üstmilli  xarakterli  qərarlar 

qəbul etmək üçün səlahiyyətlərə malik olmalıdırlar. Onlar bu qərarların yerinə yetirilməsinə 

səmərəli  nəzarət  mexanizmini  formalaşdırmalı  və  eyni  zamanda  öz  fəaliyyətlərinin 

şəffaflığına və hesabatlılığına əməl etməlidirlər. 

Yuxarıda  deyilənlər  göstərir  ki,  dünya  təsərrüfat  əlaqələrinin  beynəlxalq 

tənzimlənməsi  müxtəlif  səviyyələrdə  (dünya,  regional,  ölkələrarası,  firmalararası)  həyata 

keçirilir, beynəlxalq iqtisadi münasibətlərin bütün formalarını əhatə edir və özündə müxtəlif 

alətləri  əks  etdirir.  Beləliklə.  unifikasiya  və  kodifikasiya  üzrə  həyata  keçirilən  işlər  hüquq 

yaradıcılığı  prosesinin  bir  hissəsi  olmaqla  beynəlxalq  iqtisadi  hüququn  proqressiv 

inkişafının bir formasıdır. 

 

 



 

 

 

 

 

 


 

17

 



8.3. Birləşmiş Millətlər Təşkilatının yaranma tarixi və obyektiv zəruriliyi 

 

 



Birləşmiş  Millətlər  Təşkilatı  (BMT)  özünün  müasir  görünüşünü  uzunmüddətli 

təkamül  yolu  nəticəsində  əldə  etmişdir.  BMT  sisteminin  ilk  elementləri  hələ  XIX  əsrdə 

meydana  gəlmişdir.  XIX  əsrin  ortalarında  ilk  beynəlxalq  hökumətlərarası  təşkilatlar 

yaradılmışdır.  Bu  təşkilatların  yaranması  əsasən  iki  səbəbdən  irəli  gəlmişdir.  Birincisi, 

burjua-demokratik  inqilablar  nəticəsində  yaranan  suveren  dövlətlər  millü  müstəqilliyə  can 

atırdılar. Ikincisi, elmi-texniki inqilabın nailiyyətləri dövlətlərin qarşılıqlı asılılığına gətirib 

çıxarırdı. 

 

Məlumdur  ki,  xalqın  və  dövlətin  suverenliyinin  dönməzliyi  şüarı  bir  çox  Avropa 



ölkələrində baş verən inqilablar  zamanı səslənən  əsas şüarlardan  biri idi.  Yeni  formalaşan 

təbəqə  özünün  hökmranlığını  güclü,  müstəqil  dövlət  vasitəsilə  gücləndirməyə  çalışırdılar. 

Eyni  zamanda,  bazar  münasibətlərinin  inkişafı  elmi-texniki  tərəqqinin  sürətlənməsini 

stimullaşdırırdı. Bu isə Avropanın bütün inkişaf etmiş ölkələrində inteqrasiya proseslərinin 

yaranmasına  və  dövlətlər  arasında  hərtərəfli  əlaqələrin  formalaşması  ilə  nəticələnirdi. 

Suveren  dövlət çərçivəsində inkişaf etmək arzusu və bunu digər  müstəqil dövlətlərlə geniş 

əməkdaşlıq  etmədən  həyata  keçirməyin  qeyri-mümkünlüyü  dövlətlərarası  qarşılıqlı 

əlaqələrin yeni formasının, yəni beynəlxalq təşkilatların yaranmasına səbəb oldu. 

 

Ilk  əvvəllər  beynəlxalq  təşkilatlar  çərçivəsində  dövlətlərarası  əməkdaşlığın  əsas 



məqsədi  inteqrasiya  prosesləri  üzərində  nəzarəti  təmin  etmək  idi.  Ilk  mərhələdə 

hökumətlərarası  təşkilatlar  daha  çox  siyasi  funksiyanı  deyil,  texniki-təşkilati  funksiyanı 

həyata keçirirdilər. Onlar yeni üzv-dövlətlərin cəlb edilməsi yolu ilə inteqrasiya meyllərini 

inkişaf etdirməli idilər. Əməkdaşlığın əsas sahələri isə rabitə, nəqliyyat və müstəmləkələrlə 

münasibətlər idi. 

 

Birinci  beynəlxalq  təşkilatın  yaranması  tarixi  barədə  məsələ  hələ  də  mübahisəli 



olaraq qalır. Beynəlxalq hüquqşünaslar belə hesab edirlər ki, ilk beynəlxalq təşkilat 1815-ci 

ildə  yaradılmış  Reyndə  gəmiçilik  üzrə  Mərkəzi  Komissiyadır.  Bununla  yanaşı,  XIX  əsrdə 

inzibati birliklər da  yaradılırdı. Məhz inzibati birliklər hökumətlərarası təşkilatların inkişaf 

etməsi  üçün  əsas  münasib  forma  rolunu  oynamışlar.  Əsas  məqsədləri  dövlətlərin  xüsusi 

sahələrdə  əməkdaşlığını  təmin  etmək  olan  inzibati  birliklər  bütün  XIX  əsr  ərzində 

hökumətlərarası təşkilatların inkişafına təkan vermişdir. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə