Mövzu “BİTKİ ekologiyasi” FƏNNİNİn predmeti, İNKİŞaf tariXİ VƏ problemləRİ. Plan



Yüklə 452,13 Kb.
səhifə1/6
tarix14.10.2017
ölçüsü452,13 Kb.
#4732
  1   2   3   4   5   6

MÖVZU 1. “BİTKİ EKOLOGİYASI” FƏNNİNİN PREDMETİ, İNKİŞAF TARİXİ VƏ PROBLEMLƏRİ.

PLAN

  1. Bitki ekologiyası”nın məqsəd və vəzifələri.

  2. Ekologiyanın tədqiqat obyekti və predmeti.

  3. “Bitki ekologiyası” elminin inkişaf tarixi.

  4. Müasir bitki ekologiyasının əsas problemləri.

ƏDƏBİYYAT

1. Babayev F.Ə. Bitki ekologiyası. Bakı, 2003, 232 səh.

2. Novruzov V.S., Qurbanov E.M, İsmayılova Z.M. Bitki ekologiyası (geobotanikanın əsasları ilə) Bakı, 1998, 197 səh.

3. Горышина Т.К. Экология растений. Москва, 1978.

4. Двoраковский М.С. Экология растений. Москва, 1983, 190 c.

5. Культиасов И.М. Экология растений. Москва, 1982.

6. Лархер В. Экология растений. Москва, 1978.

7. Шенников А.П. Экология растений. Москва, 1950.



  1. Bitki ekologiyası”nın məqsəd və vəzifələri.

XX əsrin 60-80-ci illərinə qədər ekologiya ümumbioloji elm kimi öyrənilir. 80-ci illərdən başlayaraq müxtəlif elmlərdə ekoloji istiqamət yaranır, ekologiya qlobal xarakter alır. “Ekologiya” termini populyarlaşır. “Sosial ekologiya”, “ekoloji təhsil”, “mühəndis ekologiyası” və s. kimi çoxlu yeni terminlər meydana çıxır. Hazırda ekoloji ideyaların geniş yayılmasına baxmayaraq, müasir ekologiyanın həll olunmamış nəzəri, təcrübi və metodik problemləri çoxdur.

Bu problemlərin həllində “Bitki ekologiyası” elminin də əvəzsiz xidmətləri vardır. Hazırlanan bioloq və ekoloqlara “Bitki ekologiyası”nın tədrisində əsas məqsəd:



  1. bitkilərin bir-biri ilə və digər ekoloji amillərlə qarşılıqlı təsirləri, eləcə də bitkilərin inkişaf və yayılmalarını tənzimləyən amillərin təsir qanunauyğunluqları ilə tələbələri tanış etmək;

  2. mühitin bitki üçün əlverişsiz olan amillərini aradan qaldırmağı, optimal inkişaf şəraiti yaratmaq və fitosenozun məhsuldarlığını artırmağı öyrətmək;

  3. təbiətdən düzgün istifadə olunmasında və ətraf mühitin mühafizəsində onlara yardımçı olmaqdır.

İndiki elmi-texniki tərəqqi və insanların fəallığının artdığı dövrdə onları ekoloji təfəkkür, təbii ehtiyatlara məhəbbət ruhunda tərbiyələndirmək bioloq və ekoloqların birinci dərəcəli vəzifələrindəndir. Insanla ətraf mühit arasındakı münasibətləri nizama salmaq üçün ekoloji tərbiyə, ekoloji təhsil və ekoloji təfəkkür probleminin həlli indi həmişəkindən daha kəskin qarşıda durmuşdur.

“Bitki ekologiyası” aşağıdakı başlıca vasitələri yerinə yetirir:



  1. yaşayış yerində mühit amillərinin bitkilərə, bitki birliklərinə (fitosenozlara) təsirlərini müəyyən edir;

  2. müxtəlif yaşayış şəraitinə bitkilərin münasibətini və uyğunlaşmasını öyrənir;

  3. mühitin əlverişsiz şəraitini aradan qaldırmaq və amilləri optimallaşdırmaq imkanlarını araşdırır;

  4. təbiətin mühafizə olunmasında öz töhfəsini vermək istəyir.

  1. Ekologiyanın tədqiqat obyekti və predmeti.

Bitki ekologiyası – bitkilərlə onların yaşadıqları mühit arasındakı qarşılıqlı münasibətləri öyrənir.

Canlı orqanizmləri mühitsiz təsəvvür etmək olmaz. Canlı ilə yaşadığı yerin mühiti arasında spesifik münasibətlər olmalıdır. Bu baxımdan “canlı sistem mahiyyətcə bioloji münasibətlərin məcmusundan ibarətdir”. Bioloji münasibətlər dedikdə, canlı sistem və onu əhatə edən mühit arasında fəal şəkildə olan vəhdət nəzərdə tutulur. Həmin vəhdət ekologiyanın tədqiqat obyektini və həcmini müəyyən edir.

Beləliklə, ekologiyanın tədqiqat obyekti-orqanizmlər və onların mühitlə sistemli məcmusudur, predmeti isə onların əlaqələridir.

Klassik ekologiya-orqanizmlər arasında, həmçinin orqanizm ilə ətraf mühit arasındakı qarşılıqlı münasibətləri öyrənən elmdir.

“Ekologiya” termini ilk dəfə Q.D.Toro (1958) tərəfindən təklif edilmiş, 1866-cı ildə alman zooloqu Ernst Hekkel (Ç.Darvinin davamçısıdır) tərəfindən populyarlaşdırılmışdır. E.Hekkel elmə aşağıdakı tərifi vermişdir: ekologiya (yun. oikos-məskən, sığınacaq, vətən; loqos-elm deməkdir) – yaşayış yeri haqqında elmdir.

“Ekologiya”nın bu cür ifadə olunması elmin yuxarıda qeyd edilən tərifini təkzib etmir, onu tamamlayır. Təriflər bir-birindən prinsipcə fərqlənmir və müvafiq olaraq ekologiyanın tədqiqat obyektini və predmetini müəyyən edirlər.



2.1.Bitki ekologiyası”nın başqa elmlərlə əlaqəsi.

Klassik şərhinə görə, ekologiya-bioloji elmlər sırasına daxildir. Ekologiya - ümumi və xüsusi (bitki ekologiyası, göbələklərin ekologiyası, heyvan ekologiyası, insanın ekologiyası, mikroorqanizmlərin ekologiya və s.) hissələrindən ibarətdir.

“Bitki ekologiyası” digər elmlərlə birgə inkişaf etməkdədir. Ekoloji amilləri ayrılıqda və ya kompleks şəkildə öyrənərkən fizika, kimya, informatika, riyaziyyat və s. elmlərdə olan uyğun metodlardan istifadə edilir.

Bitki ekologiyası bitki fiziologiyası ilə sıx əlaqədardır. Fiziologiyadan fərqli olaraq ekoloji tədqiqatlar təbii şəraitdə - daim dəyişən mühitdə aparılır. N.A.Maksimov, İ.A.İvanov və digər fizioloqlar tədqiatlarını bilavasitə təbiətdə araşdırdıqları üçün onları ekoloq da hesab edirlər.

Bitki ekologiyası “bitki coğrafiyası” elminin içərisində meydana gəlmişdir. Fitocoğrafiya bitkilərin yayıldığı yeri, ekoloq isə yaşayış şəraitini əsas götürür və fərqlənmənin səbəblərini öyrənir.

Təkamül prosesində çox dəyişkənliyə məruz qalmış bitkilər paleontoloji materiallar əsasında tədqiq olunur.

Bitki ekologiyası kənd təsərrüfatında əksər sualların həll olunmasına, ətraf mühitin mühafizəsinə və bu kimi çoxlu problemlərin həllinə köməklik edir.


  1. Bitki ekologiyası” elminin inkişaf tarixi.

Ekologiyanın inkişafı 5 əsas dövrə bölünür:

I dövr-qədimdən başlamış XVIII əsrin sonuna qədər. Bu dövrdə ayrıca ekologiya elmi olmamış, canlıların yaşama şəraiti nəzərə alınmamış, ekoloji bilgi və təcrübələr nəsildən-nəslə ötürülmüş və ya botanikanın (zoologiyanın) tərkibində verilmişdir.

II dövr – XIX əsrin birinci yarısında. Bu dövrdə orqanizm mühitlə vəhdətdə anlaşılır.

III dövr – 1851-1920-ci illəri əhatə edir. Orqanizmi öz sığınacaq yerində öyrənən elm-ekologiya meydana gəlir. Fərdlərin, birliklərin və populyasiyaların ekologiyası öyrənilir.

IV dövr – 1920-1980-ci illər. Bu dövrdə ekologiya ümumbioloji fundamental elmlərdən birinə çevrilir. Ekosistem (1935) və biosenologiya (1942) anlayışları elmə daxil edilir. “Bitki ekologiyası” ayrılır və inkişaf edir. Canlıların ətraf mühitlə əlaqəsi bir neçə səviyyədə öyrənilir” (autekologiya, demekologiya, spesiesekologiya, sinekologiya, sistemekologiya və ya biogeosenologiya).

V dövr – XX əsrin 80-ci illərindən başlayır. Müxtəlif elmlərdə ekoloji istiqamətlər yaranır, ekologiya qlobal xarakter alır.

Ekologiya sahəsində əsaslı kəşflər, ekologiyanın sərbəst elm kimi yaranmasından çox əvvəl meydana çıxmışdır. Təbii ehtiyaclar ibtidai insanlardan geniş ekoloji bilgilər tələb etmişdir. Ekoloji anlayış və bilgilər nəsildən-nəslə keçərək genişləndirilmiş və təkmilləşdirilmişdir.

Eramızdan əvvəl V minillikdə Cənibu-qərbi asiyada ilk suvarma kanalı çəkilmişdir. Teofras(372-278 il b.e.ə) və Böyük Pliniya (23-79 il b.e.ə.) bitkilər haqqında məlumat vermiş, onların forma və böyüməsinin iqlimdən asılı olduğunu qeyd etmişlər. Orta əsrlərdə (XVIII əsr) Böyük Albert bitkilərdə qış istirahətinin səbəblərini araşdırmış, çoxalma və böyümənin qidalanmadan, torpaqdan və günəş istiliyindən asılılığını göstərmişdir.

XVI-XVIII əsrlərdə Çezalpino, Turnefor, Con Rey, Linney və digərlərinin işlərində ekoloji məlumatlara rast gəlinir.

1724-cü ildə yaradılan Rusiya Elmlər Akademiyası Rusiyada ekoloji istiqamətin inkişafına təkan verdi. M.V.Lomonosov (1758) ilk dəfə bitkilərin havadan qidalanması fikrini irəli sürür. O, meşələrin torpağa təsirini, canlı orqanizmlərin neft, kömür və torpaq əmələ gəlməsində rolunu izah etmişdir.

Moskva Universitetinin professoru K.F.Rule (1854) İ.B.Lamarkin “ekoloji” ideyalarını ilk dəfə qiymətləndirmiş və ekoloji mühitin tam tərifini vermişdir. Ruleyə görə xarici şərait dedikdə-canlılara təsir göstərən bütün amillər, məsələn hava, istilik, su, torpaq, torpaqda bitən bitkilər, orada yaşayan heyvanların və insanın özü başa düşülür.

E. Hekkel 1866-cı ildə ekologiya terminini elmə daxil etməyi təklif edir. Ekologiyanın bir elm kimi yaranmasına Ç.Darvinin “Növlərin mənşəyi” (1869) əsəri böyük təsir göstərdi. Bitki coğrafiyası əsasında yaranan ekologiya sərbəst elmə çevrildi. Bu dövrdə ekoloji istiqamət əsasən bitki coğrafiyasında inkişaf etdirilirdi. Danimarka botaniki E.Varminqin “Ekoloji bitki coğrafiyası” (1895) əsəri sonrakı tədqiqatlara təkan verdi. Tədricən bitki ekologiyası bitki coğrafiyasından ayrıldı.

1910-cu ildə botaniklərin Brüsseldə keçirilmiş III Beynəlxalq konqresində bitki ekologiyası sərbəst elm sahəsi elan edildi. Konqresdə bitki ekologiyasının iki istiqaməti müəyyən edildi: fərdlərin ekologiyası (autekologiya) və bitki qruplaşmalarının ekologiyası (sinekologiya).

1913-cü ildə alman alimi O. Drude “Bitki ekologiyası” kitabında ekologiyanı morfoloji-bioloji istiqamətdə inkişaf etdirdi ki, sonralar həyati forma elmi yarandı. XX əsrin 20-30-cu illərində V.İ.Vernadski, A.Humbolt, N.İ.Vavilov, X.Qlizon, A.Tensli və başqa alimlərin əsərlərində ekologiyanın əsas istiqamətləri müəyyən olundu. Ekologiya bütövlükdə 40-cı illərdə formalaşmışdır.

Ekoloji-fiziologiya istiqamətində L.A.İvanov (işığın təsiri), N.A.Maksimov (quraqlığadavamlılıq), O.V.Zelinski (fotosintezin ekologiyası), İ.İ.Tumanov (şaxtayadavamlılıq), P.A.Qenkel (duzadavamlılıq) əhəmiyyətli işlər görmüşlər.

Ekosistem və biosenoz haqqında təlim meydana gəldi. Növün və qrupların ekologiyası anlayışları konkretləşdirildi. V.N.Sukaçov fitosenologiya və biogeosenologiyanı ekoloji istiqamətdə inkişaf etdirdi.

XX əsrin 60-cı illərindən sonra ekoloji tədqiqatlar bütün dünyada sürətlə inkişaf etməyə başlayır. Hal-hazırda bioloji ekologiya, fizioloji ekologiya, insan, heyvan və bitki ekologiyası və s. elmlər ayrılıqda inkişaf etməkdədirlər.


  1. Müasir ekologiyanın əsas problemləri.

- Müasir ekologiyanın problemlərinin bir qismi ekologiyanın riyaziləşdirilməsi (riyazi modelləşdirmə) nəticəsində meydana gəlmişdir. Birincisi, natamam məlumatlar nəticəsində ekosistemdə gözlənilməyən davranışlar özünü büruzə verir. İkincisi, riyazi metodun çatışmazlıqlarından digəri - ekosistemin ən mühüm xüsusiyyətlərindən olan kəskin yenidənqurmaları riyazi dildə ifadə etməyin hələlik mümkün olmamasıdır. Xarici təsirlər nəticəsində sistemdə keyfiyyətcə kəskin yenidənqurma baş verir. Məsələn, qara torpaqların suvarılması gözlənilməyən nəticələrə gətirib çıxarmışdır. Torpağın 10-20 sm-də lil qatı toplanmış, torpağın sıxlığı artmışdır. Nəticədə qaratorpaqlar qiymətli keyfiyyətini itirmiş, az məhsuldar olmuş, vəsait qoyuluşu tələb olunmuşdur.

- Problemlərin bir qismi də bitki ekologiyasının ümumi ekologiyadan süni surətdə ayrılması nəticəsində baş vermişdir. Heç bir bitki və ya populyasiya təbii mühitdə tək mövcud ola bilməz, onlar yalnız ekosistemlə qarışlıqlı əlaqədə yaşaya bilər.

- Populyasiya, qruplaşma və ekosistemin ekoloji parametrlərini təyin etmək çox çətin elmi-metodik problemdir. Həmin problemin həlli ekologiyanın ən mühüm vəzifələrindən biri olan qohum növlərin ekoloji ayrılma prinsipini aydınlaşdırmağa imkan verə bilər. Növün ekologiyasında oxşarlıq çoxaldıqca bir növ digərini sıxışdıracaqdır. Əksinə müxtəlif cinslərdən olan növlər qruplaşmada asanlıqla birləşir və eyni ərazini əhatə edir. Tamamilə aydındır ki, qruplaşmada iştirak edən növlərin ekoloji parametrləri eyni deyil. Hazırda kənd təsərrüfatı üçün böyük imkanlar verə biləcək plikultur nəzəriyyəsi işlənib hazırlanır. Akademik N.T.Neçayev Türkmənistan səhralarında 5-10 dəfə məhsuldar çoxnövlü otlaqlar yaratmışdır. Burada köklərin uzunluğuna, vegetasiya dövrlərinin uzunluğuna görə bitkilər süni qruplarda birləşdirilmişlər.

- Antropogen amillərin təbiətə təsiri nəticəsində ekologiyanın bir sıra elmi-tətbiqi problemləri meydana çıxmışdır. Bunlardan ekoloji sistemlərin davamlılıq problemləri; populyasiya, qrup, ekosistem və nəhayət biosferin davamlılıq problemləridir. Davamlılıq dedikdə ekoloji sistemlərin özünübərpası başa düşülür. Ekoloji sistemlərin davamlılığı ilə bir çox praktiki məsələləri (zəhərli birləşmələrin təbiətə qarışma həddini; şumlama, suvarma və gübrələrin miqdarını və s.) təyin etmək lazım gəlir. Doğrudan da, əgər növün xarici mühitə qarşı ekoloji tələbatı məlumdursa, növün yaşaması üçün lazım olan kriteriyanı yaratmaq mümkündür.

Təbiəti və fitosenozları mühafizə etmək, onlar üzərində daim nəzarət etmək, fəaliyyətimiz nəticəsində yaranan labüd səhvləri düzəltmək dərin ekoloji bitkilər tələb edir.



MÖVZU 2. EKOLOJİ AMİLLƏRİN TƏSNİFATI VƏ TƏSİR QANUNAUYĞUNLUQLARI.

PLAN

  1. Orqanizm və mühitin tamlığı.

  2. Ekoloji amillər.

  3. Bilavasitə və dolayı yolla təsir edən ekoloji amillər.

  4. Ekoloji amillərin fiziki və fizioloji xüsusiyyətləri.

  5. Ekoloji amillərin təsnifatı.

  6. Ekoloji amillərin təsir qanunauyğunluqları.

ƏDƏBİYYAT

1. Babayev F.Ə. Bitki ekologiyası. Bakı, 2003, 232 səh.

2. Novruzov V.S., Qurbanov E.M, İsmayılova Z.M. Bitki ekologiyası (geobotanika əsasları ilə) Bakı, 1998, 197 səh.

3. Горышина Т.К. Экология растений. Москва, 1978.

4. Двoраковский М.С. Экология растений. Москва, 1983, 190 c.

5. Культиасов И.М. Экология растений. Москва, 1982.

6. Лархер В. Экология растений. Москва, 1978.

7. Шенников А.П. Экология растений. Москва, 1950.



  1. Orqanizm və mühitin tamlığı.

Digər orqanizmlər kimi bitki həyatı da bir-biri ilə əlaqədar olan mürəkkəb prosesləri əhatə edir. Bitkilər mühitdən qıda maddələri alır və onlardan istifadə edərək öz bədənlərini qururlar (assimilyasiya edirlər).

Bitki ilə mühit* arasında əlaqə yalnız maddələr mübadiləsindən ibarət olmayıb, bunlar paralel olaraq enerji mübadiləsi də edirlər. Bitkidə fizioloji funksiyalara və digər proseslərə müəyyən qədər enerji sərf olunur. O, sərf etdiyi enerjini mühitdən alır. Bitkilər üçün enerji mənbəyi Günəşdir. Xlorofilsiz orqanizmlər üçün enerji mənbəyi üzvi maddələrdir.-

Göründüyü kimi, bitkilərlə onları əhatə edən mühit arasında sıx əlaqə vardır. Bu cür əlaqə ikili xarakter daşıyır: birincisi-bitki mühitdən asılıdır. Mühitdə bitkinin həyatı üçün tələb olunan hər şey olmalıdır. Bu və ya digər materialın olmaması, həyat proseslərinin yavaşımasına, hətta kəsilməsinə səbəb olur. İkincisi, bitkilər mühitə dəyişdirici təsir göstərirlər.

Həyat fəaliyyəti nəticəsində oksigenin yaranması, karbon qazının atmosferdə nizamlanması, yerə düşmüş bitki qalıqlarının çürüyərək torpağı münbitləşdirməsi və s. belə dəyişdirici təsirlərdir. Bitkilər fiziki fəaliyyətləri ilə də mühitə dəyişdirici təsir göstərirlər: məsələn, köklər torpağa keçərək mexaniki sürətdə torpağı dağıdır, aşınmaların qarşısını alır və s.

Beləliklə, yalnız bitki mühitdən asılı deyil, eyni zamanda mühit də bu və ya digər dərəcədə bitkilərdən asılıdır. Bitkilərlə mühit arasında baş verən mübadilə prosesləri, energetik əlaqələr və s. belə bir nəticəyə gəlməyə imkan verir ki, bitkilər ilə mühit tam vəhdət şəklindədirlər və mühitsiz bitki mövcud ola bilməz.

2. Ekoloji amillər

Canlıların yaşadığı yerdə onu əhatə edən amillərin (və ya təbiət cisimlərinin) məcmusu mühit adlanır. Mühit bir-biri ilə sıx əlaqədə olan çoxlu komponentləri ilə fərqlənir. Mühitin orqanizmə təsir edən hər bir elementi ekoloji amil adlanır.

Əsas ekoloji amilləri, adətən abiotik (qeyri-üzvi mühit amilləri) və biotik (orqanizmlərin bir-birinə və orqanizmlərin mühitə təsiri) olaraq iki yerə ayrılırlar. Qeyri-üzvi mühit amilləri ekotopu (ekotop-bitmə yerinin xüsusi torpaq-iqlim şəraitidir) formalaşdırır. Biotik amillər biotopu (biotop-orqanizmlərin yaşayış yeridir) təşkil edir.

V.M.Sukaçov 1964-cü ildə biogeosenoz anlayışını elmə daxil edərək, biosenozun cansız varlıq (torpaq, iqlim) daxilində yayıldığını və onlarla qarşılıqlı əlaqədə olduğunu qeyd edir. O, göstərir ki, biogeosenoz biosferin bir hissəsi olub ekotopdan və biotopdan ibarətdir.

Биоэеосеноз

екотоп


биотоп

климатоэен

едафатор

фитосеноз

зоосеноз

микробио-

сеноз

Шякил 1. Биоэеосеноздa гаршылыглы тясир.

3. Bilavasitə və dolayı yolla təsir edən ekoloji amillər

Bütün ekoloji amillər bitkilərə bilavasitə təsir göstərmir. Bunların bəziləri bitki orqanizminə dolayı yolla, yəni bitkinin yaşadığı mühiti dəyişdirmə vasitəsi ilə təsir edir. Bu cəhətdən ekoloji amillər təsir etməsinə görə iki qrupa bölünür.



  1. Bilavasitə təsir edən ekoloji amillər. Buraya işıq, istilik, su, torpağın kimyəvi tərkibi, hava, heyvanları tərəfindən yeyiyetmə, yanğın hadisələri və s. daxildir.

  2. Dolayı yolla təsir edən ekoloji amillər. Bu amillərə relyef şəraiti, ana süxurlar, torpağın fiziki xassələri, sahənin qurudulması və ya bataqlaşdırılması və s. daxildir.

Sadalanan amillər nəmliyin, işığın və istiliyin paylanmasına dəyişərək, həmin şəraitdə yaşayan bitkilərə dolayı yolla təsir edir.

  1. Ekoloji amilin fiziki və fizioloji xüsusiyyətləri

Ekoloji amillər fiziki və fizioloji xüsusiyyətlərinə görə də fərqlənirlər. Bitkilərin bitmə yerində ekoloji amilin bu iki tərəfinə diqqət yetirmək lazımdır. Məsələn, bataqlaşmış torpaqlar fiziki cəhətdən rütubətlidirlər, lakin rütubətin çoxluğu bitkilərin sudan istifadəsini çətinləşdirə və turş reaksiya verə bilər, həm də temperatur aşağı olduğundan bitki sudan istifadə edə bilməz. Bu cür torpaqlarda su çox olmasına baxmayaraq, onlar fizioloji quru torpaqlar adlanır.

İqlim amilləri də fiziki və fzioloji təsirlərinə görə fərqlənirlər. Məsələn, illik yağıntıların miqdarı eyni, lakin ilin fəsillərinə görə yağıntıların paylanması müxtəlif olan iki ərazidə bitki örtüyü fərqlənir. Aralıq dənizi ölkələrində illik yağıntıların miqdarının Avropadan çox olmasına baxmayaraq, kserofit bitkilər Aralıq dənizi ölkələrində çoxluq təşkil edir. Çünki Aralıq dənizi ölkələrində yağışlar payız-qış aylarında, Avropada isə ilboyu bərabər paylanır.



  1. Ekoloji amillərin təsnifatı

Ekoloji amillər əsas və ikincidərəcəli olmaqla iki yerə ayrılırlar. Bitkilərə təsir edən əsas ekoloji amillər 3 qrupa bölünür: abiotik, biotik və antropogen amillər.

I. Abiotik amillər.

Abiotik amillər də öz növbəsində 3 qrupda qruplaşdırılırlar:



  1. iqlim amilləri-işıq, istilik, rütubət (yağmurlar, torpaq və havanın rütubəti), havanın qaz tərkibi və hərəkəti;

  2. edafiq (torpaq-geoloji) amillər – torpaq və süxurların mexaniki tərkibi, fiziki-kimyəvi xassələri və digərləri;

  3. oroqrafik (relyef) amillər – dəniz səviyyəsindən hündürlük, relyef və onun formaları, yamacların ekspozisiyası (buxarlığı) və s.

II. Biotik amillər. Bitki və onun populyasiyasına (fitosenizlara) təsir göstərə bilən bütün mikroorqanizmlər, bitki və heyvanlar bu qrupda birləşdirilir. Biotik amillər fitogen, zoogen, mikogen, bakteriya və virogen olmaqla 5 yerə ayrılır.

  1. Fitogen amillər:

  1. bitkilərin bir-birinə birbaşa konkret təsirləri;

  2. bir ali bitkinin müxtəlif orqanizmlər vasitəsi ilə (əsasən mikroblarla) digər ali bitkiyə dolayısı ilə transbiotok təsiri;

  3. yaşayiş yerinin fiziki və kimyəvi xassələrini dəyişməklə dolayısı ilə tarnsbiotik təsirlər.

  1. Zoogen amillər:

  1. bitkilərə heyvanların müxtəlif birbaşa təsirləri;

  2. bitkilərin yaşayış mühitinin heyvanlar tərəfindən dəyişdirilməsi ilə təsirlər.

  1. Mikogen (göbələklərlə), bakterio və virogen amillər.

III. Antropogen amillər – insanın bitkilərə, bitki qruplarına, ətraf aləmə müxtəlif formalı təsirləridir.

Əsas ekoloji amillərlə yanaşı bitkilərə ikinci dərəcəli amillər-tarixi amillər, yanğınlar, yerin maqnit sahəsi, atmosferin elektrikləşməsi, ionlaşdırıcı şüalanma və digər bu kimi amillər də təsir edirlər.

Qeyd olunan əsas amillər öz növbəsində bir çox xırda amillərə ayrılır. Məsələn, işıq amili – işığın gücünə, tərkibinə, gün işığının uzunluğuna; istilik amili – illik temperatur cəmindən, qışın mənfi, yayın müsbət temperaturundan və başqa xüsusiyyətlərdən asılı olaraq bir neçə amilə bölünür. Deyilənlərdən aydın olur ki, ekoloji amil anlayışı mürəkkəb anlayışdır. Prosesin mürəkkəbliyinin bir cəhəti də odur ki, amillər təbiətdə ayrılıqda eyil, birgə təsir göstərirlər.

Hər bir amilin bitki həyatında əhəmiyyətli rolu vardır. Bu və ya digər amilin çatışmaması bitkilərdə gedən həyati proseslərin pozulmasına səbəb olur.



  1. Ekoloji amillərin təsir qanunauyğunluqları.

Ekoloji amillərin təsiri eyniqiymətli deyil. Onların bir qismi tənzimləyici (limitləşdirici) təsirə malik olsalar da, bəziləri inkişafın müəyyən anında bitkiyə təsir etmir (qonşu fitosenoz, günün uzunluğu və s.).

Ekoloji amillərin hər birinin təsir intensivliyi var. Ekoloji amilin bitkilərin həyat fəaliyyətinə təsirini sadə yolla əyrilərlə ifadə etmək olar.




битки вязиййяти

мин опт.


мах.

амилин интенсивлийи

Absis oxunda amilin intensivliyini, ordinat oxunda isə bitkinin həyat fəaliyyətinin dəyişmə vəziyyətini göstərsək, onda ekoloji amilin intensivliyindən asılı olaraq bitkinin vəziyyətinin dəyişməsi əyrisini alarıq. Saks həyat üçün 3 kardinal nöqtə (sahə): minimum, optimum və maksimum müəyyən etmişdir. Maksimum və minimum nəqtələrdə ekoloji amillərin təsiri əlverişli olmur.

Bu nöqtələr uzun müddət təsir etdikdə bitki pessimum sahəsinə (məhv olma zonasına) keçir. Optimum inkişaf normal həyat fəaliyyətinin dözümlülük (vital) sahəsidir. Vital sahə üçün az enerji sərf etməklə az tələf olmaq, uzun müddət yaşamaq, yaşlı fərdlərin çoxluğu və yüksək məhsuldarlığın olması xarakterikdir.




минимум максимум

optimum


(vital)

сащя



пессимум пессимум

писляшмя писляшмя

еколожи амплитуда

Beləliklə, ekoloji amilin növün həyatını məhdudlaşdıran minimum və maksimum nöqtələri (təsirləri) arasındakı məsafə növün ekoloji amplitudası adlanır. Bunu son illər bitkilərin tolerantlıq həddi (dözümlülüyü və ya tab gətirməsi) adlandırırlar.

1 2

3

мин. мах. мин. мах.

Hər hansı amilə qarşı yüksək dözümlülüyü olan, geniş amplitudalı bitkilər var. Məsələn, temperaturaya münasibətinə görə evriterm, duza qarşı-evriqalin, suya görə-evrihidrik, növlərin yayılmasına görə evrixor bitkilər mövcuddur. (qrafikə bax).

Bir qism bitkilərdə maksimum və minimum nöqtələr yaxındır. Bunlar dar (steno) amplitudaya uyğunlaşmışlar (bax, 1 və 2-ci növlər).

Təbii şəraitdə növə çoxlu amillər təsir edir, ona görə də fizioloji (areal) optimum çox vaxt ekoloji (arealdan) optimumdan fərqlənir. Ekoloji optimum ortadan sağa, sola və ya hər iki tərəfə hərəkət edir. Bunu bütün amillərə şamil etmək olar. (Optimum areal-fizioloji, autekoloji və ekoloji areallardan ibarət olur).

еколожи оптимум

физиоложи оптимум.

йералты суйун артмасы йералты суйун артмасы

еколожи оптимум

йералты суйун артмасы

Təzyiq altunda qalan və rəqabətdə iştirak edən növün ekoloji (fitosenotik) optimumu və ya başqa tərəfə hərəkət edir. Rəqabətə məruz qalmayan bir növlü təmiz əkin fizioloji optimum vəziyyəti tutur. Adi şam əlverişli torpaqlarda – (quru, qumlu torpaqlarda) yaxşı inkişaf edir, həyatiliyi yüksək olur, ekoloji amplitudası geniş olur. Bataqlaşmış yerlərdə, turş torpaqlarda şamın ekoloji optimumu sol tərəfə hərəkət edir.

Növün ekoloji valentliyindən və ya elastikliyindən asılı olaraq onlar yaşayış yerində müxtəlif yayılır. Ekoloji valentlik növün müxtəlif yaşayış mühitində yayılma qabiliyyətidir.

Ekoloji valentliyi dar olan növlər stenotop (dar sahədə yayılan növlər), geniş sahədə yayılan növlər işə evritor növlərdir.

Bitkilərin inkişafının optimum zonası aqrotexniki qulluqdan asılı olaraq, dəyişə bilər. Məsələn, aqrotexniki qulluq və gübrələrin təsiri bitkidə optimum inkişaf zonasını genişləndirərək bitkinin tolerantlıq amplitudasını dəyişə bilər.



Yüklə 452,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə