Mövzu Coğrafiya fənninin tədrisinin metodikasının predmeti, əhəmiyyəti və digər elmlərlə əlaqəsi Plan



Yüklə 17,28 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü17,28 Kb.
#82144
  1   2
muhazire1


Mövzu 1. Coğrafiya fənninin tədrisinin metodikasının

predmeti, əhəmiyyəti və digər elmlərlə əlaqəsi

Plan

  1. CTM –nın əhəmiyyəti

  2. Təlim-tərbiyə prosesi,metodikanın tədqiq etdiyi problemlər

  3. Didaktika

  4. Tərbiyəedici təlim nəzəriyyəsi

  5. Psixologiya, məntiqlə əlaqə

Yaşından asılı olmayaraq XXI əsrdə yaşayan və fəaliyyət göstərən insanlar III minilliyin ilk sakinləridirlər. Bu sakinlər arasında bütün ixtisas sahibləri mövcuddur. Bu insanlardan min illik qarşısında daha çox məsuliyyət daşıyanlar müəllimlər, pedaqoji işçilər, ümumiyyətlə təhsil sahəsində çalışanlardır. Çünki gələcəyin qurucuları olan gənclər onlar tərəfindən yetişdirilir. Ona görə də yetişdirilən bu gənc nəslin bünövəsi düzgün qoyulmalıdı. Bünövrənin düzgün qoyulması üçün onu hazırlayan müəllimlər yüksək savada, metodikaya, elmi- dünya görüşə və yüksək pedaqoji ustalığa malik olmalıdırlar.

Coğrafiyanın təhsil cəhətincə böyük əhəmiyyəti olması ilə bərabər o eyni zamanda şagirdlərdə vətənpərvərlik, vətənə məhəbbət, milli qürur, ideya-siyasi, təbiətə məhəbbət və s. tərbiyə aşılanmasında qüdrətli bir amildir. Vaxtı ilə pedaqoqlardan biri qeyd edirdi ki, “dünyəvi elmlər sırasında bir elm vardır ki, bu elmi bilmək elmin hər hansı bir sahəsində işləyən insanlar üçün məcburi olmalıdır. Bu coğrafiya elmidir”.

Metodika müəllimin məqsədinə nail olması üçün onun əlində olan kompasdır. Kompassız komandir öz əsgərlərini uçuruma aparar. Ona görə də hər bir müəllim öz ixtisasını onu öyrətmə yollarını – metodikasını gözəl bilməlidir. Metodikanı gözəl bilmək üçünsə ilk növbədə nəzəri ədəbiyyatlardan öyrənilməli və praktik şəkildə onu tətbiq etməyi bacarmalıdır. Bunun üçün bu elmin yarandığı gündən bu günədək olan təcrübələrdən istifadə edilməlidir.

Yer kürəsinin və öz ölkəsinin təbiəti ,orada baş verən hadisə, proses və dəyişikliklər, sosial-iqtisadi inkişafın istiqaməti, əhalisi, onun təsərrüfat fəaliyyəti, təbiətlə cəmiyyət arasında mübarizəsini gənc nəslə öyrətmək üçün coğrafiya müəllimi coğrafiyanın tədrisi metodikasını dərindən bilməlidir. Eyni zamanda ideya- siyasi cəhətdən kifayət qədər hazırlıqlı olmayan gənc kadr ondan tələb olunan elmi dinləyicilərə verə bilməz.



Coğrafiyanın tədrisi metodikası –təhsil fənni olan coğrafiyanın vəzifələri, əhəmiyyəti və məzmunu haqqında böyüməkdə olan gənc nəslin tərbiyə və təhsili məqsədi ilə bu fənnin tədrisi metodları haqqında olan bir elmdir.

Fənni yaxşı bilmək heç də bu fənndən yaxşı dərs deməyi təmin etmir. Bəzən müəllim mövzunu elə darıxdırıcı izah edir ki, şagirdlər darıxır və müəllimin izahını başa düşmürlər. Belə müəllimlər uşaqlarda fənnə maraq oyada bilmir, hətta fənni gözdən salır. Dərsdə intizamı ancaq zabitəliliklə-qorxu ilə saxlayırlar, aşağı qiymət verməklə sinifdə sakitlik yaradırlar. Öz işini yaxşı bilən müəllimlər isə yaxşı intizam və şagirdlərdə sağlam əhval-ruhiyyə yaradırlar.

Qeyd etdiyimiz hər iki proses üçün şərait eynidir. Burada fərq dərs keçmək bacarığıdır. Bu bacarıq isə uzun müddət inadla çalışmağın və öyrənməyin nəticəsidir ki, bu da metodikanın yolları və üsullarıdır. Bu yollar və üsullar tarixi dövr ərzində toplanmış təcrübələrin nəticəsidir.

Nəzəri şəkildə metodikanı öyrənən gənc müəllim əmək fəaliyyətində qarşılaşdığı bütün çətinlikləri aradan qaldırır.

Əmək fəaliyyətinə başlayan gənc müəllimin ilk qarşılaşdığı vəsaitlər: dərsliklər, atlaslar, xəritələr, diaqramlar və s.-dir. Qeyd etmək lazımdır ki, bu vasaitlər özüdə müəyyən metodika əsasında hazırlanmışdır. Dərsliyə ciddi yanaşmaq, onu öyrənmək elə metodikanın tələblərinə əməl etmək deməkdir. Metodikanı öyrənməyin digər yolu isə müəllimin şəxsi təcrübəsidir.

Deyilənlərdən aşağıdakı nəticələrə gəlmək olar:

1.Hər bir müəllim hər şeydən əvvəl dərs dediyi fənni dərindən bilməli, eyni zamanda həmin fəndən bilik verməyin yollarını- metodikasını da bilməlidir.

2.Coğrafiya fənninin tədrisinin hazırki metodikası ən yaxşı coğrafiyaçı müəllimlərin bir sıra nəsillərinin fəaliyyəti nəticəsində toplanan təcrübələrinin ümumiləşdirilmiş işlərinin nəticəsində yaranmışdır.

3.Fəaliyyətə yeni başlayan hər bir müəllim hazırkı metodikanı dərindən öyrənməli, bilməli, pedaqoji prosesdə tətbiq etməklə öz fəaliyyəti və təcrübəsi ilə onu zənginləşdirməlidir.

Coğrafiya fənninin tədrisi metodokasının başlıca yol, tərz və üsullarını diqqətlə öyrənmək, onu analiz etmək coğrafiyanın tədrisi metodikasının ən başlıca vəzifələrindən birini təşkil edir. Onun ikinci vəzifəsi yeni üsülların tapılması, tədrisi yaxşılaşdıran mütərəqqi yolların müəyyən edilərək metodikanı yeniləşdirmək inkişaf etdirmək də onun vəzifələri sırasına daxildir.

Coğrafiya fənninin tədrisinin metodikası pedaqoji elmlərdən biri olub məktəbin iəlim-tərbiyə vəzifələrinə uyğun olaraq, tədris predmeti- coğrafiyanın tədris predmeti- coğrafiyanın məktəb kursunu işləyib hazırlayır, şagirdlərin təlim və tərbiyə prosesinin qanunauyğunluqlarını öyrənir və aşağıdakı problemləri tədqiq edir.



  1. Yüklə 17,28 Kb.

    Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə