Mövzu Dövlət və hüququn Plan



Yüklə 0,6 Mb.
səhifə1/8
tarix20.09.2017
ölçüsü0,6 Mb.
  1   2   3   4   5   6   7   8

Mövzu 1. Dövlət və hüququn

Plan:

  1. AR – nın Konstitusiyası AR – nın qanunverucilik sisteminin əsası kimi

  2. beynəlxalq hüquqi aktların AR – nın qanunvericilik sistemində yeri

  3. AR – nın Konstitusiyasına dəyişikliklər və əlavələrin edilməsi qaydası

Ədəbiyyat

  1. AR – nın Konstitusiyası Bakı 2009

  2. İsmayılov İ. AR Konstitusiyası və hüququnun əsasları Bakı 2002

  3. Cəfərov İ. AR Konstitusiya hüququnun əsasları Bakı 2002

  4. Əsgərov Z.A Konstitusiya hüququ Bakı 2016

  5. Z. Əsgərov, G.Nəsirov, M.İsmayılov AR – nın Konstitusiyası və hüququnun əsasları “Qapp - Poliqraf” Bakı 2005

  6. Məlikova M.F “Dövlət və hüquq nəzəriyyəsi” Bakı 1998



  1. AR – nın Konstitusiyası AR – nın qanunvericilik sisteminin əsası kimi

AR Konstitusiyasının X fəsli “Qanunvericilik sistemi” adlandırılmışdır. AR – nın Konstitusiyası AR – nın ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya AR – nın qanunvericilik sisteminin əsasını təşkil edir.

Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:



  1. Konstitusiya;

  2. referendumla qəbul edilmiş aktlar;

  3. qanunlar;

  4. fərmanlar;

  5. AR Nazirlər Kabinetinin qərarları;

  6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

AR – nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR – nın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Naxçıvan MR – da həm də Naxçıvan MR – nın Konstitusiyası və qanunları, Naxçıvan MR Nazirlər kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. Naxçıvan MR – nın qanunvericilik sistemi AR – nın qanunvericilik sisteminə uyğun olmalıdır.

Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edilə bilərlər.

AR – nın normativ xarakterli aktları aşağıdakılardan ibarətdir:



  1. AR Konstitusiyasının 130 – cu maddəsinin 1-6, 8 – ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş AR Konstitusiya Məhkəməsinin qərarları;

  1. AR Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahalrı;

  2. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları;

  3. AR Mərkəzi Bankının qərarları;

  4. Milli Televiziya və Radio Şurasının qərarları;

  5. Məhkəmə Hüquq Şurasının qərarları.

Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları AR – nın Konstitusiyası və digər qanunları ilə müəyyən edilir.

Normativ hüquqi aktlar AR – nın Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır. AR – nın dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş, sonradan ləğv edilməmiş və AR – nın Konstitusiyasına zidd olmayan aktlar AR – da hüquqi qüvvəsini saxlayır.

AR – nın normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan dövlət hakimiyyəti orqanı bu səlahiyyətlərin bir hissəsini, qanunla başqa hal nəzərdə tutulmayıbsa, başqa dövlət hakimiyyəti orqanına verə bilər. Səlahiyyətvermə aktında verilən səlahiyyətlərin həcmi, müddəti və səlahiyyəti olan orqan göstərilir.

AR – nın Milli Məclisi Konstitusiyanın 94 – cü (AR MM – nin müəyyən etdiyi ümumi qaydalar) və 95 – ci (AR MM – nin həll etdiyi məsələlər) maddələrində müəyyən edilimş səlahiyyətlərini başqa orqanlara verə bilməz. Göstərilən qaydada səlahiyyət alınmış orqan bu səlahiyyəti ayyrı orqana verə bilməz. Verilmiş səalhiyyətin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi akt qəbul edən orqan həmin səlahiyyətin verilməsi haqqında normativ hüquqi akta istinad etməlidir.

Verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi akt qəbul etmiş orqan onun qəbul edildiyi gündən etibarən 24 saat ərzində (qeyri – iş günləri nəzərə alınmamaq şərti ilə) normativ hüquqi aktı verən orqana təqdim edir. Səlahiyyəti vermiş orqan həmin aktı ləğv etmək və ya dəyişdirmək hüququna da malikdir.

Normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyət olduqda isə daha sonra qüvvəyə minmiş hüquqi akt tətbiq olunur.



  1. Beynəlxalq hüquqi aktların AR – nın qanunvericilik sistemində yeri

Qeyd edildiyi kimi AR – nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR – nın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. AR Konstitusiyasının 109seçki maddəsinin 17 – ci bəndinə uyğun olaraq AR – nın Prezidenti dövlətlərarası və hökümətlərarası beynəlxalq müqavilələr bağlayır,dövlətlərarası və AR – nın qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün AR – nın Milli Məclisin təqdim edir, təsdiqnamələri imzalayır. AR – nın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (AR – nın Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) AR – nın tərəfdar çıxdığı dövlətlərarası müqaviləlr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

  1. AR – nın Konstitusiyasına dəyişikliklər və əlavələrin edilməsi qaydası

AR Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. AR Konstitusiyasının mətnində dəyişiklikləri AR – nın Milli Məclisi və ya AR – nın Prezidenti təklif etdikdə, təkilif olunan dəyişikliklərə dair əvvəlcədən AR Konstitusiya Məhkəməsinin rəyi alınır.

Konstitusiyanın 1 – ci (Hakimiyyətin mənbəyi), 2 – ci (Xalqın suverenliyi), 6 – cı (Hakimiyyətin mənimsənilməsi), 7 – ci (Azərbaycan dövləti), 8 – ci (Azərbaycan dövlətinin başçısı) və 21 – ci (Dövlət dili) maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində (Əsas insan və vətəndaş hüquq və azadlıqları) nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya AR – nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında referenduma çıxarıla bilməz.

AR Konstitusiyasına əlavələr AR – nın Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. AR – nın Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları AR – nın Milli Məclisində 2 dəfə səsə qoyulur. Ikinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. AR – nın Konstitusiyaına əlavələr haqqında Konstitusiya qanunları həm I, həm də II səsvermədən sonra Konstitusiyada qanunlar üçün nəzərdə tutlmuş qaydada AR – nın Prezidentinə imzalamaq üçün təqdim olunur.

AR – nın Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları AR Prezidenti tərəfindən imzalandıqda qüvvəyə minir. Konstitusiya qanunları AR Konstitusiyasının ayrılmaz hissəsidir və AR Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

AR – nın Konstitusiyasına əlavələri AR – nın Prezidenti və ya AR Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər. Konstitusiyanın birinci bölməsində (Ümumi müddəalar, 1- 23 maddələr) əks etdirilmiş müddəalarla əlaqədar AR – nın Konstitusiyasına əlavələr təklif edilə bilməz.

Mövzu 2.

Konstitusiya hüququ və onun predmeti

Plan:


  1. Konstitusiya hüququ anlayışı və onun mahiyyəti

  2. Konstitusiya hüququnun mənbələri

  3. Konstitusiya hüququnun predmeti və metodu

  4. Konstitusiya hüquq normaları və institutları. Konstitusiya hüquq münasibətləri, onların məzmunu

Ədəbiyyat:

  1. AR – nın Konstitusiyası Bakı 2016

  2. İsmayılov İ. AR - nın Konstitusiyası və hüququnun əsasları Bakı qanun 2002

  3. Əsgərov Z.A Konstitusiya hüququ Bakı Universiteti 2002

  4. Koнституционное (государственное) права зарубежных стран. Общая част учебник, из – ва БЕК. Москва 1996

  5. Чирюн В.Е Koнституционное права зарубежных стран. М.Юрист, 2000

  6. Əsgərov Z.A “Konstitusiyanın mahiyyəti haqqında “Qanunçuluq” jurnalı Bakı 1997 ci il №3

  7. Əsgərov Z.A “Yeni konstitusiya sabitliyin təminatçısı olmalıdır” Azərbaycan qəzeti 13.10.95

  8. Əsgərov Z.A “Hüquqi dövlətin Konstitusiyası hansı prinsiplərə əsaslanmalıdır” Azərbaycan qəzeti 25.10.92

  1. Konstitusiya hüququ anlayışı və onun mahiyyəti

Konstitusiya (dövlət) hüququ hüquqşünaslıqda üç aspektdə nəzərdən keçirilir: konkret dövlətlərin hüquq sahəsi kimi, elm kimi və ali təhsil sistemində tədris fənni kimi.

“Konstitusiya hüququ” və “dövlət hüququ ” terminləri sinonimlər sayılırlar. Həqiqətən də, formal yanaşdıqda müşahidə etmək olar ki, göstərilən terminlərdən bu və ya digəri işlədilən ölkələrdə müvafiq hüquq sahəsinin tənzim etdiyi ictimai münasibətlər dairəsi təxminən eynidir.

Ancaq ədəbiyyatda konstitusiya və dövlət hüququ arasındakı fərq barəsində digər baxışlara da rast gəlmək mümkündür. Konstitusiya yalnız dövlət quruluşunun deyil, həmçinin qeyri – dövlət həyatı (nikah, mülkiyyət, əmək və s.) quruluşunun əsaslarını müəyyən etdiyinə görə konstitusiya hüququ mahiyyətinə və məzmununa görə yalnız dövlət hüququ adlandırıla bilən dövlət hüququndan daha genişdir. Digər tərəfdən konstitusiya hüququ dövlət hüququ ilə müqayisədə məhduddur, belə ki, dövlət hüququna inzibati və prosessual hüquq da daxildir.

Hazırda çox az dövlətlər qrupu dövlət hüququ terminindən istifadə edir, onların böyük əksəriyyəti özlərinin hüququnun əsas sahəsini konstitusiya hüququ termini ilə ifadə edirlər.

Məlumdur ki, hər bir dövlətin hüquq sistemi bir çox hüquq sahələri arasında konstitusiya hüququ aparıcı yer tutur. Bu da konstitusiya hüququ sahəsi ilə tənzimlənən münasibətlərin əhəmiyyəti, habelə konstitusiya hüququnun bütün hüquq sahələrinin qarşılıqlı əlaqələrinin mərkəzində olması ilə şərtlənir. Konstitusiya hüququnda elə müddəalar tərtib edilir ki, onlar digər hüquq sahələrinin başlanğıc prinsipləri, əsasları kimi qəbul edilirlər.

Konstitusiya hüququ dövlət hakimiyyəti orqanlarının strukturunu (quruluşunu), əşkili prinsiplərini, fəaliyyət qaydasını, ümumi səlahiyyətlərini, dövlətin insan və vətəndaşla münasibətlərini müəyyənləşdirir və bununla da inzibati hüququn başlanğıc mövqelərini təsbit edir.

Konstitusiya əsas iqtisadi münasibətləri tənzimləyir, beləliklə də konstitusiya hüququ mülki hüququn və sahibkarlıq hüququnun əsaslarını müəyyənləşdirir. Beləliklə, konstitusiya hüququ maliyyə hüququnun, əmək hüququnun, cinayət hüququnun, prosessual hüququn və digər hüquq sahələrinin başlanğıc prinsiplərini müəyyən edir.

Konstitusiya hüququnun əhəmiyyəti həm də onunla xarakterizə olunur ki, burada demoktiya institutları (bərabərlik hüququ, seçki hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ və s.) ifadəsini tapmışdır. Konstitusiya hüququnun köməyi ilə demokratiya cəmiyyətin və dövlətin rəsmi və ümumi prinsipinə çevrilir.

Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, konstitusiya hüquq u insanın cəmiyyətdə və dövlətdə vəziyyətini, ictimai quruluşun əsaslarını, dövlət orqanları, həmçinin özünüidarə orqanları sisteminin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən konkret ölkənin hüquq normaları sistemindən ibarətdir.


  1. Konstitusiya hüququnun mənbələri

Konstitusiya hüququnun yaranmasının və mövcudluğunun obyektiv səbəbləri cəmiyyətin maddi həyat şəraitinə köklənir. Hüquq elmi hüququn mənbələrini işləyib hazırlamışdır. Hüquqi mənada hüququn mənbələri dedikdə, hüquq normalarının əksini tapdığı formalar başa düşülür. Konstitusiya hüququnun əsas növləri normativ – hüquqi aktlar, məhkəmə presedentləri və adət hüququ, habelə bəzi hallarda beynəlxalq və dövlətdaxili müqavilələrdir. Konstitusiya hüququnun normativ – hüquqi aktları qanunlara, icra hakimiyyətinin normativ aktlarına, konstitusiya nəzarəti orqanının normativ aktları, parlament reqlamentləri, yerli özünüidarənin (bələdiyyənin) aktları

Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür.

Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar.

Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. AR – sı Konstitusiyasının 156 – cı maddəsi dövlətin Əsas Qanununa əlavələrin qəbul edilməsi qaydası təsbit olunmuşdur. Həmin maddəyə görə AR Konstitusiyasına əlavələr Milli Məclisində 95 səs çoxluğu ulə Konstitusiya qanunları şəklində qəbul edilir.

AR Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları AR – nın Milli Məclisində 2 dəfə səsə qoyulur. Ikinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.

AR Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada AR Prezidentinə imzalanmaq üçün təqdim olunur.

AR Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları AR Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Konstitusiya qanunları AR Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir.

Qanunlar konstitusiya hüququnun predmetini əmələ gətirən nisbətən az əhəmiyyətli ictimai münasibətləri tənzimləyir. Qanunlar ölkəmizdə ali nümayəndəlik orqan olan Milli Məclis tərəfindən qəbul edilir. Qanunlar konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc olunmuş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Qanunlarda və AR Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına tapşırıqlar nəzərdə tutula bilməz.

AR – nın Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:


  1. AR Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;

  2. AR Prezidentinin seçkiləri;

  3. AR – nın Milli Məclisinə seçkilər və AR – nın Milli Məclisinin deputatlarının statusu;

  4. referendum;

  5. məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;

  6. məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;

  7. bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;

  8. fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;

  9. dövlət təltifləri;

  10. fiziki və hüquqi şəxslərin statusu;

  11. mülki hüquq obyektləri;

  12. əqdlər, mülki müqavilələr, nümayəndəliklə və vərəsəlik;

  13. mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları;öhdəlik hüququ;

  14. ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;

  15. maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;

  16. əmək münasibətləri və sosial təminat;

  17. cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi;

  18. müdafiə və hərbi qulluq;

  19. dövlət qulluğu;

  20. təhlükəsizliyin əsasları;

  21. ərazi quruluşu; dövlət sərhədi rejimi;

  22. beynəlxalq müqavilələrin təsdiqi və ləğvi

  23. rabitə və nəqliyyat işi;

  24. statistika və metirologiya və standartlar;

  25. gömrük işi;

  26. ticarət işi və birja fəaliyyəti;

  27. bank işi, mühasibat, sığorta

Qeyd etmək lazımdır ki, AR Prezidentinin seçkiləri, Milli Məclisə seçkilər, Milli Məclisin deputatlarının statusu və referendum barələrində qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.

AR – nın Milli Məclisində qanunvericilik təşəbbüsü hüquqi (qanun layihələrinin və başqa məsələləri AR Milli Məclisnin müzakirəsinə təqdim etmək hüququ) AR Milli Məclisinin deputatlarına, AR Prezidentinə, AR Ali Məhkəməsinə, AR – nın seçki hüququ olan 40 min vətəndaşına (2), AR Prokurorluğuna (1) və Naxçıvan MR Ali Məclisinə mənsubdur.

AR Prezidentinin, AR Ali Məhkəməsinin, AR – nın seçki hüququ olan 40 min vətəndaşının, AR Prokurorluğunun və Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında AR Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunduğu şəkildə çıxarılmalı və səsə qoyulmalıdır. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin (2) razılığı ilə edilə bilər.

Qanunvericilik qaydasında AR Prezidentinin, AR Ali Məhkəməsinin, AR – nın seçki hüququ olan 40 min vətəndaşının, AR Prokurorluğunun və Naxçıvan MR Ali Məclisinin Milli Məclisə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

Qanun və ya qərar layihəsini AR Prezidenti, AR Ali Məhkəməsi, AR Prokurorluğunun və Naxçıvan MR Ali Məclisi təcili elan edilibsə, bu müddət 20 gün təşkil edir.

Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir (2).

Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində AR Prezidentinə imzalanmaq üçün təqdim edilir. Təcili elan olunan qanun layihəsi AR – nın Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.

AR - nın Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun AR - nın Prezidentinin etirazını doğurursa, o qanunu imzalamayıb öz etirazları ilə birlikdə 56 gün ərzində AR – nın Milli Məclisinə qaytara bilər.

Qanunun özündə başqa qayda nəzərdə tutulmayıbsa dərc edildiyi gündən qüvvəyə minir. AR - nın Prezidenti tərəfindən qanun imzalanmazsa qüvvəyə minmir. Ancaq AR –nın Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Qüyd etmişdik ki, qanunlar vacibliyinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları və adi qanunlar barədə məlumat əldə edəndən sonra bir qədər də məcəllələr haqında qısa məlumat verək.

Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. AR dövlət müstəqilliyini elan edəndən sonra cinayət, cinayət prosessual, mülki, mülki – prosessual, torpaq, su, meşə, ailə, vergi, gömrük, əmək və s. Məcəllələri qəbul edilmişdir.

Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş normaya üstünlük verilir.

Icra hakimiyyətinin normativ aktları arasında AR - nın Prezidentinin fərmanları AR – nın Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Fərmanlar digər bütün normativ aktlar kimi, hüquq norması və dəfələrlə tətbiq edilməsi ilə xarakterizə olunur.

Icra hakimiyyətinin normativ aktları sırasında Nazirlər Kabinetinin qərarlarının böyük əhəmiyyəti vardır. Belə ki, AR Nazirlər Kabinetinin qərarları AR – nın Konstitusiyasına, qanunlarına və AR - nın Prezidentinin fərmanlarına zidd olmamalıdır. AR Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

Icra hakimiyyətinin normativ aktları sırasında mərkəzi icra hakimiyyəti orqanlarının aktları mühüm yer tutur. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları AR – nın Konstitusiyasına, AR - nın Prezidentinin fərmanlarına və AR Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktla rqəbul edə bilərlər.

AR – nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR – nın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Naxçıvan MR – da həm də Naxçıvan MR – nın Konstitusiyası və qanunları, Naxçıvan MR Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. Naxçıvan MR – nın qanunvericilik sisteminə uyğun olmalıdır.

Bələdiyyələr də öz səlahiyyətləri çərçivəsində aktlar qəbul edə bilərlər. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq - ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, AR – nın Konstitusiyasına, qanunlarına, AR - nın Prezidentinin fərmanlarına, AR Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan MR – da həm də Naxçıvan MR – nın Konstitusiyasına və qanunlarına, Naxçıvan MR Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.

Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslərüçün məcburidir.

Mövcud qanunvericiliyə uyğun olaraq hazırda hüququn, o cümlədən də Konstitusiya hüququnun mənbəyi normativ – hüquqi aktlardır.

“Normativ – hüquqi aktlar haqqında” AR – nın 26 noyabr 1999 – cu il tarixli qanunun 2 – ci maddəsində AR – nın normativ – hüquqi aktlarının anlayışı verilmişdir. Qanun AR – nın normativ – hüquqi aktını səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmi., göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi sənəd adlandırır. Qanun normativ – hüquqi aktlardan başqa normativ aktları və onları qəbul edən subyektlər dairəsini də müəyyən edir. AR – nın normativ xarakterli aktları aşağıdakılardan ibarətdir:



  1. AR – nın Konstitusiyasının 130 – cu maddəsinin III hissəsinin 1-6, 8 – ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş AR Konstitusiya Məhkəməsinin qərarları;

  2. AR Mərkəzi Seçki Komissiyasının qərarları və izahaları;

  3. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları;

  4. AR Mərkəzi Bankının qərarları;

  5. Milli Televiziya və Radio Şurasının qərarları;

  6. Məhkəmə - hüquq Şurasının qərarları;

Normativ – hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ – hüquqi aktlar arasında ziddiyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ – hüquqi aktlar arasında ziddiyət olduqda isə daha son ra qüvvəyə minmiş normativ – hüquqi akt tətbiq olunur.

AR – nın qanunvericilik sisteminə daxil olan normativ – hüquqi aktlar ilə (AR – nın Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) AR – nın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Normativ – hüquqi akt onun özündə ayrı hal nəzərdə tutulmamışdırsa, müddətsiz qüvvədə olur. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ – hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ – hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.


  1. Konstitusiya hüququnun predmeti və metodu

Istənilən ölkənin hüquq sistemində konstitusiya hüququnun müstəqilliyi ilk növbədə onun xüsusi tənzimləmə predmetinin olması ilə şərtləndirilir. Konstitusiya hüququ bütöv cəmiyyətin və dövlətin quruluşunun əsasını təşkil edən və dövlət hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan ictimai münasibətləri tənzimləyir. Bu insan, cəmiyyət və dövlət arasında olan münasibətlərdir, həm dədövlətin quruluşunu və onun fəaliyyətini müəyyənləşdirən başlıca münasibətlərdir.

Konstitusiya hüququnu hüququn digər sahələrindən ayırmağa imkan verən əlavə ictimai münasibətlərə hüquqi təsir üsulları və vasitələrinin məcmusu olan hüquqi tənzimləmə metodudur.

Ictimai münasibətlərin konstitusion – hüquqi tənzimləsinin üstünlük təşkil edən forması məcburetmə metodudur. Hakimiyyətin təşkilinə aid olan konstitusiya hüququ normalarının əksəriyyəti məhz bu formadan elan edilir.

Bununla yanaşı konstitusiya hüququnda qadağanedici normalara da tez – tez rast gəlmək olar. Məs: insan və vətəndaş azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır.(AR konstitusiyasının 25 – ci maddəsinin III hissəsi).

Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. əmlakın tam müsadirəsinə yol verilmir. (AR – nın Konstitusiyasının 29 –cu maddəsinin IV hissəsi)

Konstitusiya hüququna əsasən təbii ki, insan və vətəndaşın statusunun tənzimlənməsində bəzən də dövlət orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilməsində tətbiq edilən səlahiyyətvermə metodu da məlumdur. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. (AR Konstitusiyasının 24 – cü maddəsinin I hissəsi) hər bir vətəndaşın təhsil almaq hüququ vardır (AR Konstitusiyasının 42 – cü maddəsinin I hissəsi). AR – da qanunvericilik hakimiyyətini AR – nın Milli Məclisi həyata keçirir (AR Konstitusiyasının 81 – ci maddəsi).

Bütövlükdə ictimai münasibətlərin tənzimlənməsinin konstitusiya – hüquqi metodu hökmedici – imperativ əsaslara söykənir. Bu konstitusiya hüquq normalarının təsiri altına düşən ictimai münasibətlərin təbiəti ilə izah olunur. Hakimiyyət münasibətləri konstitusiya hüququ normalarının əksəriyyətinin məzmununu təşkil edir. Eyni zamanda konstitusiya hüquq normalarının bir çoxu insan hüquqlarının məzmununu və təminatlarını müəyyən edir ki, bu da dövlət hakimiyyəti üçün müvafiq məhdudiyyətlər deməkdir. Konstitusiya hüququnun məzmunu əsasən sosial ziddiyyətlərlə, siniflərin və digər ictimai qrupların öz maraqları uğrunda mübarizəsi ilə müəyyən olunur. Konstitusiya hüququ özündə sosial kompramisi ifadə edir. Bu və ya digər konstitusiya hüququ institutlarının formasına gəldikdə isə o, ölkədə hakimiyyətdə olan qüvvələrin subyektiv seçiminin məhsulu kimi qəbul edilə bilər.


  1. : img -> page -> tmp
    tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
    tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
    tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
    tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
    tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
    tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
    tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
    tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
    tmp -> 0


    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə