Mövzu Dövlət və hüququn Plan


Şəxsi hüquq və azadlıqlar



Yüklə 0,6 Mb.
səhifə4/8
tarix20.09.2017
ölçüsü0,6 Mb.
#727
1   2   3   4   5   6   7   8

Şəxsi hüquq və azadlıqlar

Yaşamaq hüququ, azadlıq hüququ, təhlükəsiz yaşamaq hüququ və şəxsi toxunulmazlıq hüququ ayrılmaz vəhdət təçkil etməklə praktiki olaraq insanın hüquqi statusunun əsasını təşkil edir, çünki belə zəmin olmadan istənilən digər hüquqlar əhəmiyyətini itirir.

AR Konstitusiyasının 27 – ci maddəsi müəyyən edir ki, “ I. Hər bir kəsin yaşamaq hüququ vardır. II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasını tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qrşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir”.

AR Konstitusiyasının 28 – ci maddəsində təsbit edilir ki, I – hər kəsin azadlıq hüququ vardır. II – azadlıq hüququ yalnız anunla nəzərdə tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. III – qanuni surətdə AR – nın ərazisində olan hər kəs sərbəst edə bilər, özünə yaşayış yeri seçə bilər və AR – nın ərazisindən kənara gedə bilər. IV – AR vətəndaşı hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.

Ölkə Konstitusiyasının 31 – ci maddəsində təhlükəsiz yaşamaq hüququ təsbit edilmişdir: I – hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. II – qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

AR Konstitusiyasının 32 – ci maddəsinə uyğun olaraq: I – hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. II – hər kəsin şəxsi və ya ailə həyatının sirrini saxlamq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır (2). III – öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz (2). IV – hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısına almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. V – qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında yoplanmış məlumatlarla ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələblərini pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsi və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır (2).


  1. Siyasi hüquq və azadlıqlar

Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Belə ki, AR Konstitusiyasının 55 – ci maddəsi AR vətəndaşalrının dövləti idarə olunmasında iştirak etmək hüququnu bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilməsi imkanlarını təsbit edir. AR vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri AR – nın vətəndaşalrı sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirlmiş qaydada qəbul edilə bilərlər.

Seçki hüququ vətəndaşlara dövlətin seçkili orqanlarının və yerli özünüidarə orqanlarının formalaşdırılmasında iştirak etmək, habelə bilavasitə demokratiya proseduralarında (xalq təşəbbüsü, referendu, seçilmişləringeri çağırılması və s.) iştirak etmək imkanını təmin edən bir sıra hüquqlardır.

Buraya ilk növbədə fəal seçki hüququ və ya bəzən ümumi seçki hüququ adlandırılan səsvermə hüququ aiddir. Səsvermə hüququ dövlət və özünüidarə orqanlarına və vəzifəli şəxslərin seçkilərində, referendumlarda səsvermələr zamanı var idi. Sonra buraya passiv seçki hüququ və ya öz namizədliyini irəli sürmək və yaxud namizədliyinin irəli sürülməsinə razılıq vermək hüququnu nəzərdə tutan seçkili dövlət və ya yerli özünüidarə orqanlarına seçilmək hüququ aiddir.

Bəzi ölkələrdə vətəndaşların seçkilərdə iştirak etmək vəzifəsi müəyyənləşdirilmişdir (Meksika birləşmiş Ştatları).

Birləşmək hüququ. Ümumi qaydada, demoktatik ölkələrdə birliklər sərbəst yaradılır. Birliklər mənfəət əldə etmək məqsədini güdməməlidir, çünki belə birliklərin statusu konstitusiya hüququ ilə deyil, mülki, ticarət, sənaye, kənd təsərrüfatı hüququ ilə tənzimlənir. Bundan başqa bəzi kateqoriyadan olan birliklərin yaradılması siyasi motivlərı görə qadağandır. Məs: AR Konstitusiyasının 58 – ci maddəsinin IV hissəsində deyilir: “AR – nın bütün ərazisində, yaxud hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Konstitusiyada birləşmək hüququnun ümumilikdə elan edilməsi ilə yanaşı birliklərin bəzi növlərinin – siyasi partiyaların, həmkarlar ittifaqı və digər ictimai birliklərin statusunun əsasları müəyyənləşdirilmişdir (AR Konstitusiyasının 58 – ci maddəsi).



Sərbəst toplaşmaq azadlığı. AR Konstitusiyasının 49 – cu maddəsinə görə: “I – hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. II – hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.” Mitinq – açıq hava altında elə bir yığıncaqdır ki, burada təşkilatçıların və digər iştirakçıların kütləvi çıxışlarından sonra hakimiyyətə hər hansı bir tələbdən və ya vətəndaşlara çağırışdan ibarət olan qərar qəbul edilir. Nümayiş – küçələr və yollarda insan kütlələrinin hər hansı ictimai məsələlr üzrə bu insanların mövqeyini və ya hakimiyyətlərə tələbini əks etdirən plakatlar və transporantlarla hərəkətidir. Nümayiş mitinqlə başlaya və ya qurtara bilər. Nümayiş bəzən oturmaqla da ola bilər – iştirakçılar bu halda hərəkət etmirlər, insanların çox olduğu yerdə kütləvi şəkildə otururlar. Son dövrdə bəzi ölkələrdə “ayaq üstü” nümayişlərin keçirilməsinə başlanmışdır: nümayişçilər əl - ələ tutaraq hər hansı bir obyektin ətrafında dairə və ya adətən şosse boyunca bəzən onlarla və hətta yüzlərlə kilometr qırılmaz cərgə yaradırlar.

Yürüş – sözün mahiyyətindən də görünür ki, həmişə küçə və yollarla hərəkətdir.yürüşün bir növü marş – bir çox yaşayış məntəqələrindən, hətta bütün ölkə boyu və ya bəzən bir neçə ölkənin ərazisindən yürüş təşkil edir.

Piketlər – adətən hər hansı bir obyektin, əksər hallarda hökümət idarəsi binası yaxınlığıda plakatlar və transporantlarladuran, oturan və dairəvi hərəkət edən azsaylı insan qruplarıdır (bəzən də bir adamdır). Piketin növlərindən biri palatka şəhərciyidir.

Məlumat azadlığı. Bu bütöv bir qrup hüquq və azadlıqların şərti adıdır: söz azadlığı və ya fikir azadlığı, mətbuat və ya kütləvi informasiya vasitələrinin azadlığı, ictimai əhəmiyyətli məlumatların əldə edilməsi azadlığı, məlumatları yazmaq azadlığı. Belə ki, AR Konstitusiyasının 50 – ci maddəsi təminat verir ki, “I – hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. II – kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. III – hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya cavab vermək hüququna təminat verilir”.

Ancaq mətbuat və məlumat azadlığı ictimai maraqlar naminə sirr sayılmalı olan məlumatların yayılmasına gətirib çıxarmamalıdır. Sirr hərbi, dövlət, diplomatik, peşə (məsələn həkim sirri), kommersiya, şəxsi və s. ola bilər. Demokratik ölkədə dövlətin mühafizə etdiyi sirr sayılan məlumatların siyahısı qanunla müəyyənləşdirilir. Qanun sirrin yayılmasında təqsirli şəxslərin məsuliyyətini də təyin edir.



Müraciət etmək hüququ. Bu hakimiyyət orqanlarına olan tələb, təklif, şikayətlə, yazılı müraciət etmək hüququdur ki, ona hakimiyyət müəyyən edilmiş qaydada cavab verməlidir. Müraciətlər fərdi və kollektiv ola bilər. AR Konstitusiyasının 7 – ci maddəsinin II hissəsində müəyyən edilir ki, AR vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin. Habelə ayrı – ayrı vətəndaşalrın fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Qanunvericilik təşəbbüsü hüququ müraciət etmək hüququnun təzahürüdür. 18 mart 2009 – cu il tarixində keçirilmiş referendumda AR Konstitusiyasının 29 – cu maddəsinə dəyişikliklər və əlavələr edildi və seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü hüququ verildi. Belə ki, AR Konstitusiyasının 96 – cı maddəsi müəyyən edir ki,

I – AR – nın Milli məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri AR – nın MM – nin müzakirəsinə təqdim etmək hüququ) AR MM – nin deputatlarına, AR – nın Prezidentinə, AR – nın Ali Məhkəməsinə, AR – nın seçki hüququ olan 40 min vətəndaşına (2) , AR Prokurorluğuna (1) və Naxçıvan MR – nın Ali Məclisinə mənsubdur.

II – AR – nın Prezidentinin, AR – nın Ali Məhkəməsinə, AR – nın seçki hüququ olan 40 min vətəndaşına (2) , AR Prokurorluğuna (1) və Naxçıvan MR – nın Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında AR MM – nin müzakirəsinə verdiyi qanun və ya qərar layihələr müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III – belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüquqdan istifadə edən subyektin razılığı ilə edilə bilər.



Mövzu 5. Azərbaycan Respublikasının vətəndaşları və onların vəzifələri

Plan:

  1. Vətəndaşlıq anlayışı və onun tarixi kökləri

  2. AR vətəndaşlığı anlayışı və onun prinsipləri. Vətəndaşlığın əldə edilməsi və xitam edilməsinin əsasları

  3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu

  4. İnsan və vətəndaşların konstitusiya vəzifələri

Ədəbiyyaat

  1. AR Konstitusiyası, Bakı – 2016

  2. İsmayılov İ. AR Konstitusiyası və hüququnun əsasları, Bakı – Qanun – 2002

  3. Cəfərov İ. AR Konstitusiya hüququnun əsasları, Bakı – 2002

  4. Əsgərov Z.A. Konstitusiya hüququ, Bakı Dövlət Universiteti – 2002

  5. AR – da insan hüquqları (Tədris – metodiki vəsait), Bakı – Azərbaycan Universiteti – 2002

  6. “AR – nın vətəndaşlığı haqqında” AR – nın 30.09.1998 – ci il tarixli Qanunu

  7. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” AR – nın 13 mart 1996 – cı il tarixli Qanunu

  8. “Ölkədən getmək, ölkəyə qayıtmaq və pasportlar haqqında” AR – nın 14 iyun 1994 – cü il tarixli Qanun

  9. “Yaşayış yerivə olduğu yer üzrə qeydiyyat haqqında” AR – nın 4 aprel 1996 – cı il tarixli Qanun

  10. “AR vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” AR – nın 14.06.94 – cü il tarixli Qanun

  11. Mustafayev.R “Üçüncü minilliyin cəmiyyəti” Dirçəliş XXI əsr jurnalı, № 73 2004 – cü il, səh. 92 – 102.

  1. Vətəndaşlıq anlayışı və onun tarixi kökləri

Konkret bir dövlətdə insanın istifadə edə biləcəyi hüquqların və vəzifələrin həcmi, habelə bu dövlətin ona həvalə etdiyi vəzifələrin həcmi onda bu dövlətin vətəndaşlığının olub olmamasından birbaşa asılıdır.

Vətəndaşlıq – insanın öz dövləti ilə davamlı hüquqi əlaqəsidir. O qanunla müəyyən edilmiş hallarda vətəndaşların və dövlətin qarşılıqlı hüquq və vəzifələrini şərtləndirir. Vətəndaş dövlətin suverenliyi altındadır və dövlət o xaricdə olduqda belə ondan vəzifələrinin icrasını tələb edə bilər. Dövlət öz tərəfindən vətəndaşları öz ərazisində müdafiə etməli və onun hüdudlarından kənar olduqda onlara himayədarlıq etməlidir.

Vətəndaşlıq artıq quldarlıq dövründə yalnız azad insanların vətəndaş ola bildiyi dövrdə məlum idi. Feodalizm dövründə əsasən təbəəlik institutu mövcud idi. Təbəəlik əhalinin sadəcə monarxa tabeliyi, həmdə ondan feodal asılılığı demək idi. Konstitusiyalı dövlətdə əvvəlki təbəəliyi əvəz etmiş vətəndaşlıq institutu cəmiyyətin bütün üzvlərinin bərabərliyi prinsipinin təzahürlərindən biri oldu.

Hal – hazırda təbəəlik termini yalnız monarxiya dövlətlərində işlədilir, həm də indi o vətənlıq termini ilə eyni məna daşıyır. Bir sıra monarxiyalarda (məs: İspaniyada, Belçikada, Niderlandda) təbəəlik termini konstitusiyalarda və qanunvericilikdə vətəndaşlıq termini ilə əvəz edilmişdir.

Vətəndaşlıq insanın dövlətdə hüquqi vəziyyətinin əsası olmaqla eyni zamanda onun vacib hüquqlarından birinin obyektidir. Məhz vətəndaşlığa malik olmaq insana öz müxtəlif hüquq və azadlıqlarını, dövlətin idarə olunmasında iştirak etmək hüququ da daxil olmaqla tam həcmdə reallaşdırmağa imkan yaradır və bununla yanaşı dövlətə münasibətdə vəzifələrini onun müdafiəsi də daxil olmaqla tam həcmdə yerinə yetirilməsini tələb edir. Vətəndaşlıq insanın vəziyyətində avadanlıq və müəyyənlik yaradır. Vətəndaşlığın dəyişdirilməsi də insanın hüququdur.

Vətəndaşlığın əsas prinsipləri adətən konstitusiyada müəyyən edilir, ətraflı tənzimləməsi isə adi qanunlarla həyata keçirilir.

2. AR vətəndaşlığı anlayışı və onun prinsipləri. Vətəndaşlığın əldə edilməsi və xitam edilməsinin əsasları

Ölkə konstitusiyasının 52 – ci maddəsində və “AR – nın vətəndaşlığı haqqında” AR – nın 30 sentyabr 1998 – ci il tarixli qanununun 1- ci maddəsində göstərilir: “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüququ bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs AR – nın vətəndaşıdır”.

Bəzi müəlliflərin fikrincə şəxs dövlətə yalnız totalitar rejimdə mənsub ola bilər. Ancaq bu yanlış fikirdir. Çünki şəxsin dövlətə mənsubiyyəti dedikdə, onun dövlətin yuruduksiyasında olması başa düşülür.

Qarşılıqlı hüquqlar və vəzifələr şəxslə dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquqlara və azadlıqlara malik olması ilə izah olunur.

Vətəndaşla dövlət arasında hüquqi əlaqə daimidir. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlətlə yalnız müvəqqəti hüquqi əlaqədə olurlar. Dövlət həm əcnəbilərin, həm də vətəndaşların müdafiəsinə zəmanət verir. Lakin vətəndaşları əcnəbilərdən onların dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Deməli, vətəndaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi, hüquqi əlaqə başa düşülür. AR – da vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplər vətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericilikdə müəyyən edilən rəhbər müddəaları, ideyalardır.

AR vətəndaşlığının prinsiplərinə daxildir:



  1. Vətəndaşlığın müstəqil müəyyən olunması.

Bu prinsipin mahiyəti ondan ibarətdir ki, şəxslər özləri vətəndaşlıqlarını müəyyən edirlər. Şəxs istənilən vətəndaşlıqdan imtina edə bilər. “AR –nın vətəndaşlığı haqqında” qanunun 5 – ci maddəsinə görə aşağıdakı şəxslər AR – nın vətəndaşlarıdırlar:

  1. “AR – nın vətəndaşlığı haqqında” qanun qüvvəyə mindiyi günədək Ar – nın qeydiyyatında olan vətəndaşlar;

  2. 1992 – ci il yanvarın 1- dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər, bir şərtlə ki, şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində AR – nın vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;

  3. 1998 – ci ildən 1992 – ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar;

  4. Qanuna (AR – nın vətəndaşlığı haqqında qanuna) əsasən vətəndaşlıq əldə etmiş şəxslər.

  1. Vahid vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, AR öz vətəndaşının digər dövlətlər qarşısında vətəndaşlıqdan irəli gələn öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək hüququnu tanıyır. Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini tanıyır. Məs: RF – nın vətəndaşlıq haqqında qanunvericiliyiikili vətəndaşlığı tanıyır. Ancaq o şərtlə ki, həmin dövlətlə Rusiya arasında müqavilə bağlanmış olsun. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər ki, bu böyük dövlətlərin onların daxili işlərinə qarışması üçün imkan yarada bilər.

  2. Bərabər vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlığın əldə edilməsi üsulundan və əldə edilməsi üsulundan asılı olmayaraq, bütün vətəndaşlar bərabər hüquqludur.

  3. Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipi. Vətəndaşlıqdan məhrumetmə əslində insan və vətəndaş hüquqlarının məhdudlaşdırılması deməkdir. SSRİ dövründə bəzi cinayətlərə görə şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum edilirdi. Ancaq indi vətəndaşlıqdan məhrumetmə AR Konstitusiyasının 53 – cü maddəsinə görə yolverilməzdir. Bəzi inkişaf etmiş ölkələrin qanunvericiliyi vətəndaşlıqdan məhrumetməyə yol verilir. Məs: Almaniyada anadan olanlar yox, ancaq naturalizasiya qaydasında vətəndaşlıq əldə edənlər vətəndaşlıqdan məhrum edilə bilər.

  4. AR vətəndaşlarının AR ərazisində qovulmasının və ya xarici dövlətə verilməsinin yolverilməzliyi.

Bu prinsip vətəndaşın dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç kəs AR vətəndaşını dövlətin ərazisindən qova bilməz. Cinayət Məcəlləsinin 13 – cü maddəsinə görə xarici dövlətin ərazisində cinayət törətmiş AR vətəndaşı xarici dövlətə verilə bilməz.

  1. AR – nın hüdudlarından kənarda yaşayan AR vətəndaşlarına Azərbaycan dövlətinin himayədarlığı prinsipi. Bu prinsipqismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər belə imkana malikdirlər. Bu danılmazdır ki, xırda dövlətlər böyük dövlətlərin ərazisində yaşayan vətəndaşlarına himayədarlıq edə bilmir. AR xarici dövlətdə öz vətəndaşlarının hüquqlarının pozulduğu halda həmin dövlətin bizim ölkəmizin ərazisində yaşayan vətəndaşlarına qarşı anoloji tədbirlər görə bilər. Məs: xüsusi rejim tətbiq edə bilər, yaxud diplomatik vasitələrə əl atılır, habelə beynəlxalq insan hüquqlarının müdafiəsi üzrə təşkilatların yardımından istifadə olunur.

  2. Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxs AR – nın hüdudlarından kənarda hansı müddət ərzində yaşamasından asılı olmayaraq AR – nın vətəndaşlığını saxlayır.

  3. Vətəndaşlıqla bağlı beynəlxalq normaların üstünlüyü. AR xarici ölkələrlə vətəndaşlıqla bağlı müqavilələr bağlaya bilər. Bu müqavilələrlə milli hüquq normaları arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələrin tələblərinə, şərtlərinə üstünlük verilir.

Vətəndaşlığın əldə edilməsi və xitam edilməsinin əsasları.

“AR – nın vətəndaşlığı haqqında” qanuna görə AR – nın vətəndaşlığı aşağıdakı qaydalarla yaranır:



  • döğulduqda;

  • vətəndaşlığa qəbul edildikdə;

  • beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda.

Vətəndaşlığın əldə edilməsi yollarına aşağıdakılar daxildir:

1. Filiasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi).

Bu iki üsulla əldə edilə bilər:



  1. ius sanquini – qan hüququ

  2. ius soli – torpaq hüququ

Avropa dövlətlərində ius sanquini əsas götürülür. Bu halda vətəndaşlıq şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından döğulubsa həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Belə ki, Qədim Romada vətəndaşlardan törənən uşaqlar tamhüquqlu vətəndaşlar sayılırdılar. Hazırda Avropa dövlətləri ilə yanaşı, bəzi Asiya dövlətlərində də bu prinsipdən istifadə olunur. AR Konstitusiyasının 52 – ci maddəsinə görə AR – nın vətəndaşlarından doğulmuş şəxs AR – nın vətəndaşıdır. Deməli, bizdə də ius sanquni əsas götürülür. Lakin konstitusiya həmçinin ius solini də vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır. Latın Amerikası, Kanada, ABŞ və s. ölkələrdə ius soli əsas prinsipdir.

  1. naturalizasiya (vətəndaşlığın şəxsi vəsaitlə əldə edilməsi). Naturalizasiya bir qədər mürəkkəb qayadır. Burada müxtəlif şərtlərə əsasən şəxs dövlətin vətəndaşlığını əldə edir. Naturalizasiya qaydasında AR – nın vətəndaşlığını əldə etmək üçün şəxs:

  • ən azı 5 il AR – da fasiləsiz yaşamalı;

  • Azərbaycan dilini bilməsi haqqında sənəd (arayış) təqdim etməli;

  • AR – nın Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürməli;

  • Qanuni gəlir mənbəyi olmalıdır.

Bu şərtlərə əməl edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə mənsubiyyətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanuna (AR – nın vətəndaşlığı haqqında) müvafiq surətdə öz vəsatəti ilə AR – nın vətəndaşlığına qəbul edilə bilər.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin AR – nın ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır. AR – nın ərazisində daimi yaşama müddəti o halda fasiləsiz heab edilir ki, şəxs il ərzində AR – nın ərazisini 3 aydan çox olmayan müddətə tərk etmiş olsun. Aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər AR – nın ərazisində son 5 il yaşamadan da AR – nın vətəndaşlığına qəbul edilə bilərlər:



    1. şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;

    2. şəxs AR üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Bu hallarda əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxsin AR – nın vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.

AR – nın vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs AR – nın Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, AR – nın ərazi bütövlüyünü pozmağa çağırışlar, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.

AR vətəndaşlığına qəbul haqqında qərar AR Konstitusiyasının 109 – cu maddəsinin 20 – ci bəndinə müvafiq surətdə AR – nın Prezidenti tərəfindən qəbul olunur.

AR – nın vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs AR – nın qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.

Ukraynada bu şərtlə yanaşı qanunvericilikdən imtahan verilməsi də nəzərdə tutulur. Bu şərti məqsədəuyğun hesab etmək olar. Çünki vətəndaşın qanunları bilməsi vacibdir, belə bir prinsip vardır ki, qanunu bilməmək məsuliyyətdən azad etmir.


    1. optasiya (yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi) .

    2. transfert (ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması).

Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edirsə, transfert hamıya aid edilir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə