Mövzu Dövlət və hüququn Plan


Mövzu 10 Aqrar hüququ hüququn bir sahəsi kimi



Yüklə 0,6 Mb.
səhifə8/8
tarix20.09.2017
ölçüsü0,6 Mb.
#727
1   2   3   4   5   6   7   8
Mövzu 10

Aqrar hüququ hüququn bir sahəsi kimi

Plan:

1.Aqrar hüququn mənbələri anlayışı.

2 .Aqrar hüquq mənbələrinin təsnifatı.

3.Az.Res.nın Konsitutsiyası aqrar hüququn əsas mənbəyidir.

4.Aqrar münasibətlərin tənzimlənməsində məhkəmə təcrübəsinin əhəmiyyəti.

Ədəbiyyat.

1.Az.Res.nın Konstitutsiyası Bakı 2016.

2.Az.Res.nın Mülki Məcəlləsi Bakı 2000.

3.Az.Res.nın Əmək Məcəlləsi Bakı 2009.

4.A.zRes.nın torpaq Məcəlləsi Bakı 2009.

5.”Aqrar islahatın əsasları haqqında”Az.Res.ının 18.02.95ci il tarixli

Qanunu.

1.Aqrar hüququn mənbələri anlayışı.

Dövlət hüquq yaratma fəaliyyəti müxtəlif formalarında təzahür edir.Hüququ aktların forması və ifadə olunma üsulları hüququn yenidən mənbələrinitəşkil edir.

Tarixə hüququn mənbələrinin 3əsas növü məlumdur:

-sanksiyalaşdırılmış hüquqi adətlər;

-məhkmə presidenti;

-normativ hüquqi aktlar

Hüququn formalaşdığı dövürdə hüquqi adət,yəni tarixən dəfələrlə təkrar olunan və dövlət tərəfindən ümumməcburi qayda kimi sanksiyalaşdırılan davranış qaydası mühüm əhəmiyyət kəsb edirdi.Quldarlıq hüququ və feodal hüququnun ilkin inkişaf dövrünndə hüququn əsas mənbəyi adət hüququ (dövlət tərəfindən sanksiyalaşdırılnışadətlər məcmusu)olmuşdur.Hüquq abidələrinin bir çoxu mühüm hüquq adətlərinin sistemləşdirilmiş nümunələridir.(məsələn,Manu Qanunları,hammurapi Qanunları,On iki cədvəl qanunları və s.)

Presedent(latın dilindən tərcümədə-əvvəlki,qabaqca olan mənasını verir.)hüquq mənbəyi kimi antik və feodal dövlətlərində geniş yayılmışdı və ingilis sakson hüquq sistemli ölkələrdə(Böyük Britaniya,ABŞ)indi də öz əhəmiyyətini saxlamaqdadır.

Normativ aktlar hüquq mənbəyinin ən təkmilləşmiş növüdür və hüquq nizamlamanın dqiq olması üçün,hüquq göstərişlərinin ümumiliyi üçün zəmin yaradır.

Normativ aktlar-dövlətin hüquq yaratma nəticəsində yaradılan və özündə hüquq normalarını ifadə edən aktlardır.Az.Res.nın “Normativ hüquqi aktlar haqqında” 26noyabr 1999cu il tarixli qanunun II maddəsi Az.Res.nın normativ hüquqi aktların anlayışını təsbit etmişdir.Az.Res.ı narmativ hüququ aktı səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş,göstərişləri ümumi məcburi xarakter daşıyan,hüquq normalarını müəyyən edən.dəyişdirən və ya ləvğ edən.dəfələrlə tətbiq edilmək üçün nəzərdə tutulmuş rəsmı yazılı sənəddir.tərifdəndə görünürkü,onlar hüquq normalarının təyin edilməsinə,dəyişdirilməsinə və ləvğ olunmasın yönəldilir.

Normativ aktlar qanunlara və qanun qüvvəli aktlara bölünür.Qanun ali dövlət hakimiyyəti orqanının hüquq aktıdır.Qanun qüvvəli aktlar isə digər dövlət orqanlarının öz səlahiyyətli hüdudlarında qanun əsasında və oun icrası üçün qəbul etdikləri aktlardır.Bu aklara hökumətin (Nazirlər Kabinetinin),nazirliklərin.sahəvi idarələrin.mərkəzi icra hakimiyyət orqanlarının və idarələrin qəbul etdikləri aktlar aiddir.

Aqrar hüququn mənbələri aqrar münasibətlərin hüquqi tənzimlənməsi sahəsində hüquq institutlarının formalaşmasına və inkişafına təsir göstərən dövlət aqrar siyasətinin ifadə və təsbit formasıdır.

Dövlətin aqrar siyasəti şəhər və kənd arasında münasıbətlərin tənzimlənməsinin sosial istiqamətləri,məqsadləri.ideaları,prinsipləri və meodlarının.kənddə iqtisadi münasibətlərin.ərzaq məsələsinin həlli proqramının məcmusu formasında təşəkkül tapır.

Müasir aqrar siyasətin bünövrəsini mülkiyyətin müxtəlif növləri və təsərrüfatşılığın müxtəlif formaları əsasında fəaliyyət göstərən sosial-iqtisadi aqrar bazar strukturlarının formalaşması təşkil edir.Müvafuq olaraq aqrar siyasət aqrar islahatların ,o cümlədən antiinhisar istiqamətli,kəndli əməyinin nüfuzunun və kənddə həyat səviyyəsinin yükssəldilməsinə,ASKnın proritet inkişafını təmin edən struktur,investitsiya və vergi siyasətinə keçilməsinə yönələn torpaq islahatının həyata keçirilməsini nəzərdə tuturdu.

Aqrar siyasətdə dövlət strategiyası çox ukladlı aqrar iqtisadiyyatın formalaşması tendensiyası meylləri arasında aqrar sahədə əmtəə-pul münasibətlərinin daha çox yayılmasından irəli gəlir.Buna görə də ərzaq ölkənin ərzaq problemlərinin həlli üçün k/tı istehsalı təşkili formalarının müxtəlifliyini,k/tda işləyən vətəndaşların iqtisadi hüquqlarının genişləndirilməsini təmin edən təşkilati,iqtisadi və hüquqi mexanizimlərdən tam həcmdə istifadə edilir.

Aqrar siyasət torpaq sahələrinin vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə verilməsinin qanunvericilikdə təsbit olunmasında ifadəsini tapir ki.bu da hamılıqla tanınan beynəlxalq sənədlərə tam cavab verir.

K/tı inkişafi sosial-iqtisadi tələbatı vəASKda bazar münasibətlərinin xüsusiyyətlərinə uyğun olaraq dövlət aqrar siyasətin uzunmüddəətli və cari məqaədlərini müəyyənləşdirir.

Beləliklə dövlət aqrar siyasəti müəyyən edərkən,k/tı istehsalı səmərəliliyinin yüksəldilməsinə və aqrar islahaın realizəsinə yönəlmiş tədbirlər hazırlayarkən aqrar münasibələrin tənzimlənməsi və mühafizəsi üçün formalaşdırılan aqrar qanunvericiliyin təkminləşdirilməsinə mühüm əhəmiyyət verir.

Aqrar hüququn mənbələrinə istənilən hüquq sahəsinin mənbələri üçün səciyyəvi olan ümumi əlamətlər aiddir.Bu əlamətlərdən biri odur ki,aqrar münasibətləri tənzim edən hüquqi aktlar yalnız dövlətin fəaliyyətinin nəticəsidir ki,onsuz heş bir normativ hüquqi akt yarana bilməz.

Bununla da aqrar münasibətləri tənzim edən normativ hüquqi aktlardan ifadə olunmuş dövlət iradəsinin formalaşması və həyata keşirilməsi problemi həlledici əhəmiyyət kəsb edir.Başqa sözlə,aqrar hüquq mənbələrinin ümumi əlamətlərini səciyyələndirmək üçün aqrar münasibətləri tənzimləyən hüquq normalarının ifadə formasını aşkar etmək lazımdır ki,bu hüquq normalarının məcmusu kompleks hüquq sahəsi kimi aqrar hüququ yaradır.

Daha bir vacib məsələni qeyd etmək lazımdır.Aqrar hüquq mənbəyi kateqoriyası hüququn mənbəyi kimi dövlətin normativ hüquqi aktı əlamətləri üzrə xarakterizə olunur.hüquq mənbəyi dövlətin yalnız elə bir normativ aktıdır ki,qeyri müəyyən şəxslər dairəsinə ünvanlanmış və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş ümumi abstrakt davranış qaydasından ibarətdir ki.yeni aqrar hüquq normalarının müəyyən edilməsi,vaxtıilə qəbul olunmuşların dəyişdirilməsi vəya ləvğ olunması vasitəsini təmsil edir.

2.AQRAR HÜQUQ MƏNBƏLƏRİNİN TƏSNİFATI.

Aqrar hüququn mənbələri olan normativ hüquqi aktlar hüquq və haqq-ədalətə(bərabər mənafelərə bərabər münasibətə)əsaslanmalıdır.Aqrar hüquq mənbələrinin təsnifatını dövlət hüquq yaradıcılığı aktlarının hüquqi qüvvəsindən asılı olaraq aparmaq olar.

Az.Res.nın 1995ci il Konsitutsiyasına uyöun olaraq Az.Res.nın qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

1.Konstitutsiya;

2.referendumla qəbul olunmuş aktlar

3.qanunlar

4.fərmanlar

5.Az.Res.ı Nazirlər Kabinetinin qərarları

6.mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Az.Res.nın tərafdar çıxdığı beynəlxalq müqavilələr Az.Res.nın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Naxçıvan MR da həm də Naxçıvan MRnın Konsitutsiyası və qanunları,Naxçıvan MR Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.

Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.

Referendumla qəbul olunmuş aktlar yalız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar.qanunvericilik,icra və məhkəmə hakimiyyəti,hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

Qanunla Konstitutsiyaya zidd olmamalıdır.Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar,qanunvericilik hakimiyəti,icra hakimiyyəti və məhkəmə hakimiyyəti,hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

Az.Res.Prezidentinin fərmanları Az.Res.nın Konsitutsiyasına və qanunlarına zidd olmamalıdır.Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar,icra hakimiyyəti orqanlarını və hüquqi şəxslər üçün məcburidir.

Az.Res.Nazirlər Kabinetinin qərarları Az.Res.nın Konsitutsiyasına,qaanunlarına və Az.Res.nın Prezidentinin fərmanlarına zidd olmamalıdır.Az.Res.Nazirlər Kabinetinin qanunları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşların,mərkəzi və yerli icra hakimiyyəti orqanları,hüquqi şəxslər üçün məcburidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Az.Res.nın Konsitutsiyasına,qanunlarına,Az.Res.nın Prezidentinin fərmanlarına və Az.Res.Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

Fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran,hüquq məsuliyyətini arxadan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq ədalətə (bərabər mənafelərə bərabər münasibətə əsaslanmalı,Az Res.nın konsitutsiyasına,qanunlarına,Az.Res.nın prezidentinin fərmanlarına,(Naxçıvan MR-sında isə həm də Naxçıvan MR-sının Konsitutsiyasına ,qanunlarına,Naxçıvan MRsı Nazırlər Kabinetinin qərarlarına)zidd olmamalıdır.

Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

3.Az.Res.nın Konsitutsiyası aqrar hüququn əsas mənbəyidir.

1995ci il Az.Res.nın Konstitusiyasının qəbul olunması milli qanunvericiliyin o cümlədən aqrar qanunvericiliyin inkişafında yeni bir mərhələ açdı.

Konsiutsiya aqrar hüququn təşəkkül tapması və inkişafı üçün bünövrə olmaqla ümumi formada bu dövlətin və vətəndaş cəmiyyətinin əsas qanunu kimi aqrar münasibətləri tənzim edir.aqrar bazar iqtisadiyyatının ölçülərini(parametrlərini)müəyyən edir,hüquq insitutlarının inkişafına geniş imkanlar yaradır.

Konsitutsiya normaları birbaşa hüquqi qüvvəyə malikdir.bəzi alimlər ictimai münasibətlərin konstitusiya normaları ilə birbaşa tənzimlənməsi imkanını inkar edirdilər.Ancaq bu fikir üquq ədəbiyyatında dəstəklənmədi və tənqidə məruz qaldı,1978ci il Konstitusiyasının qəbul edilməsindən sonra isə ictimai münasibətlərin hüquqi təmzimlənmə mexanizmində konstitusiya normalarının yeri haqqında məsələnin tədqiq ilə məşğul olan mütəxəsislərin əksəriyyəti tərəfindən rədd olunmuşdu.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir.

Az.Res.nın Konstitusiyasının məzmunu aqrar hüququn mənbəyi kimi çox müxtəlifdir.

Aqrar münasibətlərin hüquqi tənzimlənməsi sahəsində konstitusiya normalarını 4əsas hissəyə bölmək olar:

-k/tı sahibkarlığı sahəsində vətəndaşların hüquq və azadlıqları,daha dəqiq desək.k/tı kommersiya təşkilatlarının və sahibkarlarının hüquqi vəziyyəti;

-kəndlilərin torpaq üzərində və digər daşınmaz əmlak üzərində mülkiyyət hüququ və başqa əşya hüquqları;

-k/tı əməyinin hüquqi tənzimlənməsi;

-aqrar münasibətlərin hüquqi tənzimlənməsi və hüquqn tətbiqi sahəsində hüquq yaratma sahələri verilmiş dövlət orqanları sisteminin müəyyənləşdirilməsi;

Konstitusiyanın əsas hissəsi vətəndaşların sosial iqtisadi hüquq və azadlıqları haqqında maddələr təşkil edir.İqtisadı təşəbbüskarliqazaddır,belə ki,əmlaka malik olan hər kəssahibkarlıq hüquqi həyata keçirə bilər və müəssisənin idarə olunması üzrə məsuliyyəti öz üzərinə götürə bilər.

Konstitusiyanın 13cü maddəsi vətəndaş cəmiyyətinin iqtisadi əsası olan dövlət mülkiyyətinin,xüsusi mülkiyyətin və bələdiyyə mülkiyyətinin bərabərliyini müdafiə edir.

Konstitusiya qanunvericiliyi nəinki bütün mülkiyyətçilərin hüquq bərabərliyini və eyni müdafiəsini,habelə mülkiyyət formalarının və sahibkarlıq fəaliyyəti növlərinin azad seçimi təminatını nəzardə tutur.

Mülkiyyət münasibətlərinin konstituya tənziminin həcmi ölkə bazarının mənafeləri ilə müəyyən edilir.Az.dövləti tərəfindən bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması,azad sahibkarlığa təminat verilməsi,iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi prinsiplərinin Az.Res.nın Konstitusiyasında təsbit edilməsi məhz bununla izah olunur.(Az.Res.nın Konstitusiyasının 15ci maddəsinin II bəndi)

əmək münasibətləri sahəsində k/tı işçilərinin konstitusiya statusunun formalaşdırılması üçün ümumi hüquq əsa(baza)Az.Res.nın Konstitusiyasında sərbəst əməyin tanınması və təminatıdır.Hr bir k/tı işçisinin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü,peşə,məşğuliyyət və iş yeri seçmək hüququ vardır.(Az.Res.nın Konstitusiyasının 35ci maddəsinin II maddəsi)Sərbəst əmək hüququna zorla işlədilməyə qadağa qoyulması da əlavə edilmişdir.(Az.Res.nın Konstitusiyasının 35ci maddəsinin II maddəsi)

K/tda əmək münasibətlərinin hüquqi tənzimlənməsi üçün təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun konstitusiyasının 35ci maddəsinin VI bəndində elan olunmasının xüsusi əhəmiyyəti vardır.Əmək hüququnun məcburi ünsürləri(elementləri)sırasına heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minumum əmək haqqı ödənilməsi barədə konstitusiya tələbi daxil edilmişdir.Bu çox mühüm konstitusiyasının hüququnun məzmununa dövlətin və şəxsiyyətin qarşılıqlı münasibətlərində hüquq və azadlıqların bərabərliyi və həyata keçirilməsinin bütövlüyü prinsiplərinin qüvvədə olmasını nəzərə alaraq baxmaq olar.

Az.Res.nın Konstitusiyasına ilk dəfə olaraq vətəndaşların işsizlikdən müdafiə hüququnu təmin edən müdəalar daxil edilmişdir.(Az.Res.nın Konstitusiyasının 35 maddəsinin VII bəndi)

K/tı işçilərinin konstitusiya statusunun yetişdirilməsi həmçinin hər bir vətəndaşa qanunla müəyyən olunmuş qaydada həlli üsullarından istifadə etməklə fərdi və kollektiv mübahisə hüququnun verilməsində özünü göstərir.Bu halda konstitusiya tənziminin obyekti təhlil hüququdur.(Az.Res.nın Konstitusiyasının 36cı maddəsinin I bəndi)

Konstitusiya əmək müqaviləsi üzrə işləyən bütün şəxslərə qanunla müəyyən edilmiş 8saatdan asılı olmayan iş günü,istirahət və bayram günləri,ildə azı bir dəfə 21təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsinə təminat varir.(Az.Res.nın Kons.37ci maddəsinin II bəndi)

4.Aqrar hüquqda unifikasiya(vahid şəklə salınma).

Aqrar hüquq mənbələrinin xüsusiyyəti ondan ibarətdir ki,bazar iqtisadiyyatı şəraitində unifikasiya edilmiş normativ hüquqi aktların əhəmiyyəti saxlanır.Onlar vahid hüquqi məzmuna malik olan sahəvi normativ aktların bütöv.üzvüi sisteminin qurulması üçün əsas normativ material kimi xidmət edir.

Unifikasiya edilmiş aqrar qanunvericilik aktları aqrar hüququn hüquqi mənbələri,ifaadə formasıdır.Onların əsasında aqrar münasibətlərin hüquqi tənzimlənməsində birləşməsi durur.Aqrar hüquqda unifikasiya normativ materialın həcminin azaldılması,hüquq tətbiqetmə fəaliyyətinin səmərəlliyinin artırılması üçün əlverişli şərait yaradır.

Unifikasiya edilmiş normativ hüquqi aktlar termini elmi dövrüyyəyə 70ci illərdə aqrar hüququn formalaşması problemlərinin tətbiqi ilə əlaqədar daxil edilmişdir.Unifikasiya edilmiş normativ hüquqi aktlar k/tı qanunvericiliyinin özəyi kimi qəbul olunmuşdur ki,onun da ətrafında ona yaxın normativ hüquqi aktlar təşəkkül tapır.

Aqrar hüquqa unifikasiya edilmiş bir çox maddi hüquqi və prosesual xarakterli normalar aiddir.16 iyul 1996cı il tarixli”Torpaq isslahatı haqqında”Az.Res.nın qanunu torpaq üzərində dövlət mülkiyyəti inhisarçılığını ləğv etdi,torpaqların yenidən bölüşdürülməsini elan etdi.torpaqların xüsusi və bələdiyyə mülkiyyətinə verilməsini qanuniləşdirdi,onların dövlət mülkiyyəti ilə bərabərliyini tanıtdı.

1999cu ildə qəbul olunmuş Torpaq Məcəlləsi torpaq mülkiyyəti hüququ institutunun daha dolğun tənzimllənməsi üzrə tədbirlər sistemini təsbit etdi.Aqrar bazar iqtisadiyyatına keçidlə bağlı normaları və institutları xeyli təkminləşdirdi.Aqrar hüququn unifikasiya edilmiş mənbəyi kimi Torpaq Məcəlləsinin hüquqi əhəmiyyəti ondan ibarətdir ki.o Az.Res.da torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə,torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqların müdafiəsinə,torpaqdan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına,torpağın münbitliyinin bərpasına və artırılmasına,çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına ,təbii mühütin qorunub saxlanılmasına və yaxşılaşdırılmasına yönəldilmiş mühüm məsələləri həll edir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə