Mövzu ƏNƏNƏ VƏ HÜquqda qender: qenderin hüquqi geneziSİ



Yüklə 134,16 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü134,16 Kb.
#67276


Mövzu 4. 

 ƏNƏNƏ  VƏ  HÜQUQDA  QENDER:  QENDERİN  HÜQUQİ  GENEZİSİ. 

 

1.  Qenderin hüquqi genezisi. 



2.  Ənənə hüququn mənbəyi kimi. 

3. Qadın məsələsi anlayışı. 

 

1. Təbiət tərəfindən qadın üçün ayrılmış insan nəslinin artırılması  və ailə ocağının 



qorunub saxlanması rolu qender qeyri-bərabərliyinin  əsasını qoydu ki, bu da ilk 

hüquqi mənbələrdə daha da möhkəmləndirildi.  

Ailə-nigah çərçivəsində  ənənə  və Xamurapi Qanunları ailə başçının ali vəziyyətini 

möhkəmləndirirdi. Qədim Vavilon hüququ boşanmağa icazə versə  də bunu xüsusən 

qadınlar üçün hüquqi  və maddi əngəllərlə  çətinləşdirirdi. Ümumiyyətlə heç yanda, 

ailədəki kimi bütün qədim hüquqi sistemlərə xarakterik olan qadının asılı  vəziyyəti  bu 

cür aydın nəzərə çarpmırdı. 

Qender hüququnda qeyri-bərabərliyi  əks etdirən digər hüquqi mənbə  XII cədvəl 

Qanunlarıdır. Romalıların ailə-nigah münasibətləri üçün  nəslin başçısı – kişinin üstün 

hakimiyyəti xarakterik idi. Ailə hüququnda qohumluq əlaqələri ancaq kişi xətti üzrə 

müəyyən olunurdu. 

Roma hüququnda iki növ qohumluq nəzərdə tutulurdu. Aqnat – bu və ya digər 

yüksələn xətt üzrə ümumi ataya bağlı qohumluq və koqnat – sırf hüquqi xarakteri ilə 

fərqlənən qohumluq. Koqnat – açıq qohumluq idi ki, bu da övladlığa götürmək və nigaha 

daxil olmaq (qadınlar üçün) yolu ilə genişləndirilə bilərdi. Bundan irəli gələrək roma 

hüququnda iki növ nigah – «kum-manu» və ya «ərin əli altında» və «sine-manu» və ya 

«ərin əli olmadan» mövcud idi.  

X –XI əsrlərdə Lev Mudrının (887-911-ci illər) qanunları nigahın hüquqi qüvvəsini 

kilsə ilə bağlıdı. Aleksey Komnenin qanunu isə nigah işlərini ruhani məhkəməsinin 

icrasına verdi. Nigah işlərinə doğuşun qanunniliyi, nişanlanma və cehiz məsələləri aid 

idi. Nigah bağlanması  və  ər-arvad arasında  şəxsi münasibətləri kilsə hüquqi ilə 

tənzimlənirdi. Qərb kilsə hüquqi kişilərin 14, qadınların 12 yaşından daxil ola biləcəyi 

nigahın pozulmasına icazə vermirdi. 

XI-XIII əsrlərin  adi hüququna görə ər-arvad arasındakı əmlak münasibətləri kişinin 

idarəçiliyində olan əmlakın ümumiliyi ilə xarakterizə olunurdu.  

Klassik müsəlman hüququ VII-X əsrlərdə formalaşmış qaydalarda təqdim olunur. 

Buna baxmayaraq müsəlman ölkələrinin müasir hüquqi sistemləri öz mənşəyini ənənəvi 

klassik müsəlman hüququndan alır ki, çox vaxt bu normalar əzəli formasında istifadə 

olunur. Bu da öz növbəsində bu qanunların mükəmməlliyinə sübutdur. 

Qurana görə nigah, ailə, uşaq doğumu hər bir dindar müsəlmanın mütləq 

hüququdur. Quran çoxarvadlığa icazə verir. Ancaq onların sayı eyni zamanda 4-dən çox 

olmamalı  və kişi onların hər birini eyni maddi səviyyədə saxlamaq imkanına malik 

olmalıdır. Nigahlı arvadlarından  əlavə  hər bir kişinin qadın-kəniz (siqə) saxlamaq 

hüququ var idi. Nigah bəylə  gəlinin qohumları arasında  şifahi və ya yazılı razılaşma 

əsasında bağlanırdı. Nigah yaşının dəqiq sərhədləri yox idi. Nigah yaşının təyin 

kriteriyası ancaq cinsi yetişmə sayılırdı. Nigah gəlin üçün «başlıq parası» ödənilən 

andan qüvvədə hesab olunurdu. Quranda təyin olunduğuna görə «başlıq parası» 

qadının əmlakı sayılırdı və boşanan zaman onda qalırdı.  Kafir ərəblərdə cehiz məcburi 

deyildir. Ancaq Məhəmməd öz qızı Fatiməyə xalça və yastıq cehiz verdikdən sonra, 

cehiz ənənə nöqteyi-nəzərindən normaya çevrildi və məhkəmə praktikasında müzakirə 

olunmağa başlandı. Nigaha daxil olmaq üçün əngəllər də Quranda təyin olunurdu.  

Fransanın 1789-cu il Vətəndaş Kodeksi ərin (FVK) və atanın ailədə  mülkiyyət 

hüququndan az olmayan hakimiyyətini təmin edirdi.  Ərlə arvadın, valideynlə övladın 

hüquq qeyri-bərabərliyi  FVK normaları ilə ardıcıl olaraq təyin edilirdi. Bunun səbəbi 

onda idi ki, bu kodeksin ailə hüququ bölmələri  bilavasitə Napaleon Bonapartın iştirakı 



qəbul olunmuşdur. O utanmadan Dövlət  Şurasının yığıncaqlarda bəyan edirdi: Şərq 

xalqları  məsələni daha düzgün həll edirlər; onlar qadını kişinin  şəxsi mülkiyyəti elan 

etmişlər, doğrudanda təbiət onları bizim köləmiz kimi yaratmışdır; qadınlar dözməlidirlər; 

qadınlar kişiyə  uşaq doğmaq üçün verilmişlər. Ümumiyyətlə Fransanın nigah-ailə 

qanunvericiliyi iki  əsr  ərzində çox təsirli dəyişikliklərə  uğramışdır. Buna baxmayaraq, 

ailə quruluşunun xarici və daxili görünüşü nə  qədər dəyişilsə  də onun hüquqi 

quruluşunun bünövrəsi dəyişilməz qalır: FVK əvvəlki kimi nigaha hal-hazırda bərabər 

hüquqlu tərəflərin mülki və  şəxsi müqavilələrinin bir növü kimi baxır. Bunu da öz 

növbəsində bütün müasir hüquqi ailələrə aid etmək olar. 

 

2. Qender qeyri-bərabərliyinin izahında sosial norma və  ənənələr böyük rol oynayır. 



Onlar qadınla kişinin  ailədə və cəmiyyətdə rolunu təyin edir, cinslər arasında hakim 

münasibəti və fərdi üstünlüyü formalaşdırır, qadın və kişiyə xas olan əmək fəaliyyəti 

növlərini diktə edir.  

Bu qender normaları və ənənələri region və ölkələrə görə fərqlənməklə yanaşı 

həmçinin ölkə daxilində də fərqlənirlər. Bu da öz növbəsində qadın və kişinin status və 

müstəqilliyinə  təsir edir. Sosial norma və  ənənələr özlərində elə qender strukturları 

cəmləşdirirlər ki, nəticədə onlar professional seqreqasiyaya (ayrılma) – yüksək qender 

zorakılığına və işçinin ixtisasından asılı olmayaraq əmək haqqının daimi fərqinə gətirib 

çıxarır.  

Hüququn inkişaf və formalaşmasına  ənənələr böyük təsir göstərir.  Ənənələr insan 

fəaliyyətini bütün sferalarda reqlamentləşdirir, sonradan yaranmış  əxlaq normaları ilə 

birlikdə xeyir və  şər, haqlı  və haqsız anlayışlarına təsir göstərir.  Ənənə sosial 

təcrübəçnin nəsildən – nəsilə  və  cəmiyyətdən fərdə ötürülməsinin və qorunub 

saxlanmısının  ən qədim formasıdır. Sosialogiyada ənənə dedikdə uzun tarixi zaman 

kəsiyində  dəyişmədən insan çoxluğu tərəfindən həyata keçirilən standartlaşdırılmış 

hərəkətlərdən ibarət olan davranışın tarixən təşəkkül tapmış forması başa düşülür. 

Ənənənin meydana gəlməsi onun praktiki vacibliyindən irəli gəlir. İnsanlar hiss edirdilər 

ki, müxtəlif həyati vəziyyətlərdə uyğun davranış variantlarına  əməl etmək lazım gəlir. 

Əks halda ya istənilən nəticəni əldə etmək olmurdu, ya da bütün cəmiyyət üçün mənfi 

nəticələr  əldə oluna bilərdi.  Ənənələr insanların fəaliyyətinin bütün sahələrini 

tənzimləyirdilər. 

Hüquqi ənənə sosial normanın ən qədim növlərindəndir. Ənənələr insanların ictimai 

əhəmiyyətli davranışlarının ən rasional variantlarını dəfələrlə təkrarlanması nəticəsində 

meydana gəlir və onların ünsiyyətinin dayanıqlı formasına çevrilirdi. Bu davranış 

qaydalarının sosial  ənənələrlə möhkəmləndirilmiş effektliyi və vacibliyi bu normaların 

cəmiyyət və dövlət tərəfindən həyata keçirilməsinin təmin olunması vacibliyini tələb 

edirdi. Ənənə tarixən və faktiki olaraq qanunun ilk əlamətlərini göstərirdi.  

Ənənə bir çox hüquq sahələrinin mənbəyidir. Qadının  cəmiyyətdə və ailədə yerinin 

təyininə  ən çox ənənə  təsir göstərmişdi. Təbiətin qadın üçün təyin elədiyi nəslin 

davamçısı  və ailə ocağının qoruyucusu rolu nəsildən-nəslə, xalqdan-xalqa ötürülərək 

adi hüquq normaları ilə möhkəmləndirilmiş  və bugünümüzə  qədər qorunub 

saxlanmışdır. Ailə münasibətləri misalında biz, ənənəni hüququn formalaşmasına 

təsirini göstərməyə çalışacağıq. 

İnkişaf etməmiş  cəmiyyətlərin ailə-nigah normaları böyük sərbəstliklə xarakterizə 

olunur. Bütün xalqdarda adi hüquq normaları hüquqi ailələrdə kişinin qadın üzərində 

tam hakimiyyətini, ailə  məsələlərinin hətta boşanma məsələlərinin həllində  ərin üstün 

hüququnu təmin edir. «Rus hüquqi abidələri / mitropolit qanunvericiliyi»ndə  

boşanmanın səkkiz  şərti verilir ki, bunlardan yalnız birində – kişinin uzunmüddətli və 

sağalmaz xəstəliyi zamanı qadın boşanma iddiası irəli sürə bilər.  

Adi hüquq normalarından irəldi gələn bu qender qeyri-bərabərliyinə daha müasir 

hüquqi ailələrdə də rast gəlmək olar. 



 

3. Qadın məsələsi – qadının cəmiyyətdə  dərk olunan yeri onların emansipasiya 

proqramının  əsaslandırılması ictimai həyatın bütün sahələrində kişilərlə tam 

bərabərliyin əldə olunması deməkdir. Bu həmçinin milli və millətlərarası problemlərin 

həlli, siyasi və sosial əksliklərin və konfliktlərin aradan qaldırılması deməkdir. 

Qadın məsələsi – ümumi sosial-siyasi problemin bir hissəsi olub ölkənin və bütün 

cəmiyyətin inkişaf yolunun seçilməsi, həmçinin,  əhalinin  əksəriyyətini qadınlar təşkil 

edən hissəsinin inkişafının əsas iqtisadi, siyasi və sosial dəyişikliklərini əhatə edir. 

Qadın məsələsinin mahiyyəti  cinsindən asılı olmayaraq bərabərlik prinsipinin həyata 

keçirilməsindən ibarətdir. Birincisi, bərabərlik cəmiyyətdə eyni sosial vəziyyət deməkdir. 

A.Bebel yazırdı ki, əgər bütün insanların bərabərliyindən danışırıqsa, onların bir 

hissəsini nəzərdən atmaq cəfəngiyatdır.  

Digər  əhəmiyyətli kateqoriya sosial-fəlsəfi anlayış olan və qadınların cəmiyyətin 

həyatının bütün sferalarında kişilərlə eyni iştirakını 

nəzərdə tutan 

«bərabərhüquqluq»dur. Bu hüquq və  vəzifələrin bərabərliyi, imkanların bərabərliyinin 

hüquqi təminatı  və qanunvericilikdə  hər bir vətəndaş üçün cinsinə görə heç bir 

məhdudiyyət və ya güzəştlərin olmaması deməkdir. 

Qadın məsələsinin məzmunu müəyyən  şəraitdə reallığın bütün əlaqə  və 

münasibətlərini göstərən hissə  və elementlərin tam toplusu təşkil edir. O bütün 

sahələrdə  bərabərlik problemini, emansipasiyanın dəqiq proqramını, qadınların öz 

hüquq və maraqları  uğrunda mübarizəsinin müxtəlif metodlarını özündə  əks etdirir. 

Bütün bunlarla yanaşı buraya qadın hərəkatının forma və xarakteri, nəzəriyyələrin 

işlənib hazırlanması, müxtəlif səviyyələrdə sosial tədqiqatların aparılması, ictimai  fikrin 

formalaşması, kişi təfəkkürünüun stereotipindən imtina etmək, patriarxat siyasətin 

naqisliyinin sübutu və bir çox başqa məsələlər də daxildir. 

 

 

Ədəbiyyat 



 

1.  Мювсумова Л. «Гуранда гадын вя ниэащ мясялясинин бязи 

хцсусиййятляри», «Гендершунаслыг»,  

   


№ 3. 2000 

2.  Гендерные проблемы и развитие. Изд. «Весь мир», 2002 

3.  Сюкияйнен Л.Р. Мусульманское право.  М.,1986 

4.  Теория государства и права. Курс лекций под ред. Матузова Н.И., М., 1999 



5.  Поликарпов В.С. История нравов России. Ростов на Дону, 1995. 

 

Document Outline

  • ?d?biyyat

Yüklə 134,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə