Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 1,67 Mb.
səhifə6/10
tarix11.04.2018
ölçüsü1,67 Mb.
#36948
1   2   3   4   5   6   7   8   9   10

Zaqafqaziya mərmər böcəyi (Polyphylla fullo L.). Böcəklər dəstəsi (Coleoptera) lövhəbığ böcəklər fəsiləsinə (Scaradaeidae) mənsubdur.

Üzüm tənəklərinə mərmər böcəklər fəsiləsindən 10-a qədər böcək növü zərər vurur. Bunlardan ən çox yayılanı və zərər verəni Zaqafqaziya mərmər böcəyidir.

Yetkin fərdin qanadüstlüyü üzərində ağ mərməri naxışlar, ön kürəkciyinin əsasında isə qara haşiyə vardır.

Bığcıqları lövhəvaridir. Uzunluğu 28-38 mm-dir.

Sürfəsi ağ rəngdə olmaqla çox iridir və «C» şəklində bükülmüşdür.

İyunun sonlarında qışlamış böcəklər kütləvi surətdə uçmağa başlayır. Böcəklər ancaq gecələr fəal olur. O, tənək yarpaqları ilə qidalanır. Gündüzlər otların altında və ya torpaq yarıqlarında gizəlnir.

Az müddətdən sonra böcəklər cütləşməyə başlayır və hər bir dişi fərd torpağın 10-12 sm dərinliyinə 3-8 ədəd yumurta qoyur. Bir dişi böcək yaşadığı dövründə 40-a qədər yumurta qoya bilir. Yumurtadan çıxan sürfə əsasən tənəyin kök sistemi ilə qidalanır. Tənəklərə əsasən sürfələr zərər verir.

İnkişafını başa çatdırmış sürfələr torpağın 15-20 sm dərnliyində yuva düzəldib orada pup halına keçir. Pup mərhələsi temperaturdan asılı olaraq 20-30 gün davam edir.

Böcəyin sürfələri cavan (əsasən tingliklərdə) və çoxillik üzüm tənəklərinin kök sistemini gəmirməklə onlara böyük zərər vurur. İl ərzində bir nəsil verir.

Mübarizə tədbirləri.

1. Yazda və payızda cərgə araları şumlanmalıdır. Nəticədə torpaqda olan sürfə və pupun bir qismi mexaniki təsirdən məhv olur.

Şum arxasınca sahəyə ev quşlarının buraxılması yaxşı nəticə verir. Belə ki, ev quşları zərərvericinin sürfə və puplarını həvəslə yeyir.

2. Kimyəvi mübarizədə Karate Zeon preparatı ilə 0,3 l/ha normasında ciləmə aparmaq məsləhətdir.




Mövzu 8 . Meyvə ağaclarının sorucu zərərvericiləri və onlarla

mübarizə tədbirləri
İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.



PLAN


  1. Alma yaşıl mənənəsi, gavalı mənənəsi və qanlı mənənə, onların morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

  2. Alma ballıcasının morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

  3. Alma vergülşəkilli, bənövşəyi və kaliforniya çanaqlı yastıcalarının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.

  4. Qonur meyvə, qırmızı alma və armud fır gənələri, onlarla mübarizə tədbirləri.


ƏDƏBİYYAT


  1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

  2. Xəlilov B.B. – Azərbaycanda meyvə ağaclarının başlıca zərərvericiləri və onlarla mübarizə tədbirləri. Gəncə, 2002.

  3. Məmmədova S.R., Xəlilov B.B. – Meyvə və subtropik bitkilərin zərərvericiləri. Bakı, 1974.

  4. Osmolovskiy Q.E., Bondarenko N.V. – Gntomoloqiə. Leninqrad, «Kolos», 1980.



GƏNCƏ - 2017

Mövzu 8 . Meyvə ağaclarının sorucu zərərvericiləri və onlarla

mübarizə tədbirləri
Alma yaşıl mənənəsi (Aphis pemi Dey). – Bərabərqanadlılar dəstəsi (Homoptera) mənənələr fəsiləsinin (Aphididae) nümayəndəsidir.

Yetkin fərd sarımtıl-yaşıldır. Uzunluğu 2 mm-dir. Yumurtası ovaldır, 0,5 mm-dir. Sürfəsi qonur yaşıldır.

Zərərverici alma, gavalı, heyva, zoğal, əzgil və s. bitkilərə zərər vurur.

Mənənə payızda zoğların tumurcuğu əsasında yumurta fazasında qışlayır. Erkən yazda tumurcuqlar açılmağa başladığı dövrdə qışlamış yumurtalardan sürfələr çıxır. Sürfələr əvvəlcə qabarlanmış tumurcuğun hüceyrə şirəsini sormaqla qidalanırlar. Sonrakı nəsillərin yetkin və sürfələri yarpaqların hüceyrə şirəsi ilə qidalanır. Nəticədə yarpaqlar qıvrılır, eybəcərləşir və quruyur.

Bütün vegetasiya dövründə bakirə yolla çoxalırlar. Bir dişi fərd 40-a qədər sürfə doğur. Bir nəslin inkişafı 10-15 günə başa çatır. il ərzində 17-yə qədər nəsil verir.

Mübarizə tədbirləri.

1. Qışlamış yumurtaları məhv etmək üçün ağacların istirahət dövründə nitrofenin 2-3%-li məhlulu, DNOK-un 1%-li məhlulu çilənməlidir.

2. Zərərvericinin azalmasında 2 və 7 nöqtəli parabizən böcəyi və qızılgöz böyük rol oynayır.

3. Kimyəvi mübarizədə 2,5%-li desis – 0,3-0,5 l/ha, karbofos – 0,1-0,2%, Bİ-58 – 2 l/h, Lannat 1,5-2 l/ha, Karogen 150-300 ml/ha preparatlarının birinin emulsiyası ilə çiləmə aparılmalıdır.



Gavalı mənənəsi (Hyalopterus pruni Fabr). – Bərabərqanadlılar dəstəsi (Homoptera), mənənələr fəsiləsinə (Aphididae) mənsubdur.

Yetkin fərd solğun yaşıldır, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Uzunluğu 2,5-3 mm-dir. Sürfə yetkindən kiçikdir, ona oxşardır.

Zərərverici köçəridir. O öz inkişafını meyvə və qamış bitkisi üzərində keçirir.

Zərərvericinin mayalanmış yumurtaları gavalı, ərik, şaftalı ağaclarının tumurcuğunun kənarında, yaxud qabıq çatlarında qışlayır. Erkən yazda (martın sonu, aprelin əvvəli) yumurtadan çıxan sürfə tumurcuqların hüceyrə şirəsini sorur. Sonradan yarpaq üzərinə keçirlər.

Bakirə yolla çoxalır. İl ərzində bir neçə nəsil verir.

Mübarizə tədbirləri.

1. Bağların yaxınlığında olan qamışlıqlar məhv edilməlidir.

2. Alma yaşıl mənənəsinə qarşı aparılan mübarizə tətbiq edilməlidir.

Qanlı mənənə (Erosoma lanigerum Hausm) - Bərabərqanadlılar dəstəsi (Homoptera), penfiqi (Penphigidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin fərd qonur, yaxud tünd-qırmızı rəngdə olub, üzəri ağ mumabənzər maddə ilə örtülüb. Uzunluğu 2-2,3 mm-dir.

Sürfəsi yetkinə oxşayır. Yumurtası ovalvari olub, qəhvəyidir, uzunluğu 0,5 mm-dir.

Mənənə əzilən zaman bədənindən Qana bənzər maye çıxır. Ona görə də ona qanlı mənənə deyilir.

İlk dəfə 1787-ci ildə ABŞ-dan İngiltərəyə, oradan da Avropaya yayılıb. Keçmiş SSRİ-yə 1862-ci ildə Fransadan əkin materialı ilə keçib.

Zərərverici yetkin halda qışlayır. Bakirə yolla çoxalır. Bir dişi fərd 20-yə qədər diri bala doğur.

Sürfə 15-20 gün ərzində 4 dəfə qabıq dəyişir, yetkin hala keçir və bakirə yolla çoxalma qabiliyyətinə mənsub olur.

Rütubətin az olması mənənəyə pis təsir edir, quraqlıq zamanı isə kütləvi surətdə qırılır. Şiddətli leysan yağışları pis təsir edir. İldə 12-15 nəsil verir.

Zərərverici qidalanan zaman bitkinin hüceyrəsinə tüpürcək buraxaraq onu durulaşdırır, bu da şirənin sürətlə axmasına səbəb olur. Nəticədə zoğda, budaqda, kökdə müxtəlif şişlər əmələ gəlir və həmin şişkinliklər çatlayır, həmin çatlardan xəstəlik törədən zərərli mikroorqanizmlər daxil olur və onu çürüdür. Beləliklə, ağac quruyub məhv olur.

Mübarizə tədbirləri.

1. Qurumuş budaqlar kəsilərək bağdan çıxarılmalıdır.

2. Bağlarda zərərvericinin tüfeylisi olan afelinus minicisinin artırılmasına şərait yaradılmalıdır.

3. Kimyəvi mübarizədə 35% fozalon – 2-3 l/ha, Bİ-59 – 2 l/ha və s. emulsiyası ilə çiləmə aparılmalıdır.

5. Ağaclar ölmüş qabıqlardan təmizlənməlidir.

6. Bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir.

7. Daxili karantin tədbirlərinə əməl edilməlidir.

Alma ballıcası (Psylla mali Schmidbg) - Bərabərqanadlılar dəstəsi (Homoptera), ballıcalar fəsiləsinə (Psillidae) mənsubdur.

Yetkin fərdin rəngi sarımtıl-yaşıldır. Dal ayaqlar atlandırıcıdır. Uzunluğu 2,5 mm-dir.

Sürfəsi yastıdır, tünd-qəhvəyidir.

Yumurtası uzunsov ovalvaridir. Uzunluğu 0,4 mm-dir. Zərərvericinin yumurtaları meyvə tumurcuqlarının əsasında və qabıq qırışlarında qışlayır.

Yazda tumurcuqlar açılan zaman qışlamış yumurtalardan sürfələr çıxır və tumurcuğun şirəsi ilə qidalanır. Sürfənin inkişafı 29-38 günə başa çatır və yetkin hala keçir. Çonra yetkin fərdlər cütləşir və mayalanmış yumurtalar meyvə tumurcuqları əsasına, qabıqların qırışlarına, çatlarına qoyulub qışlayır.

Zədələnmə nəticəsində yarpaqlar eybəcərləşir, qönçə və çiçəklər quruyaraq tökülür. İldə bir neçə nəsil verir.



Mübarizə tədbirləri. 1. Qışlayan yumurtaları məhv etmək üçün nitrofenin 2-3%-li və DNOK-un 1%-li məhlulu çilənməlidir.

2. Kimyəvi mübarizədə Bİ-59 – 1,0-2,0 l/ha və ya Lannate – 1,5-2 l/ha, Sumi alpha 1,5 l/ha, Bestseller 0,07-0,1 l/ha ilə çiləmə aparılmalıdır.



Alma vergülşəkilli çanaqlı yastıca (Lepidosaphes L.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), çanaqlı yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.

Dişi çanaqlı yastıca uzunsovdur, vergülvaridir. Ağ və ya sarımtıl rəngdədir. Uzunluğu 1-3 mm-dir. Həşəratın üzərini örtən qalxan qəhvəyi rəngdədir.

Yumurtası ovalvaridir, ağ rəngdədir, uzunluğu 0,3 mm-dir.

Sürfəsi uzunsovdur, sarımtıl-ağ rəngdədir. Uzunluğu 0,20-0,5 mm-dir.

Bu zərərverici alma, armud, şaftalı, heyva, ərik və s. bitkiləri zədələyir.

Zərərverici ölmüş dişilərin qalxanları altında yumurta fazasında bitkinin gövdə və budağı üzərində qışlayır. Yumurtadan çıxan sürfələr ağacların gövdə, budaq, yarpaq və meyvə başlanğıcına yayılaraq xortumları ilə hüceyrə şirəsini sorur. Onların üzəri tədricən çanaqla örtülür. Sürfələrin inkişafı 4-5 həftəyə başa çatır, 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. Bir dişi fərd 100-ə qədər yumurta qoyur.

İldə bir neçə nəsil verir.

Bənövşəyi çanaqlı yastıca (Parlatoria oleae Colvee). - Bərabərqanadlılar dəstəsi (Homoptera), çanaqlı yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.

Bədəni bənövşəyi rəngdədir. Çanağı ağ, yaxud bozdur. Böyüklüyü 2-2,5 mm-dir. Erkəklər bir cüt qanada malikdir. Uzunluğu 1 mm-dir. Qırmızımtıl-yaşıl rəngdədir.

Yumurtası uzunsovdur, 0,1-0,2 mm-dir. Sürfə yetkinə oxşardır, ancaq ondan kiçikdir. Alma, armud, ərik, şaftalı, gavalı, badam və s. bitkilərə zərər vurur.

Zərərverici yetkin və sürfə halında ağac qabıqları üzərində çanaq altında qışlayır. Yazda qışlamadan çıxan dişilər yumurta qoyur. Bir dişi 50-70 ədəd yumurta qoya bilir. Yumurtanın embrional inkişafı 1-2 həftədir. Sürfələr budaqlarla, zoğlarla, yarpaq və meyvələrin şirəsini sormaqla qidalanır.

Sürfə 28-30 gündə 2 dəfə qabıq dəyişib yetkin hala keçir. Hər bir nəslin inkişafı 50-60 gün davam edir. İkinci nəslin yetkin dişiləri qışlayır. İldə iki nəsil verir.

Kaliforniya çanaqlı yastıcası (Quadraaspidiotus perniciosus C.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), qalxanlı yastıcalar (Diaspididae) fəsiləsinə aiddir.

Yetkin fərd limonu rəngdədir, uzunluğu 1-1,5 mm-dir.

Alma, armud, gavalı, albalı, gilas, şaftalı, ərik və s. bitkiləri zədələyir.

Daxili karantin obyektidir.

Zərərvericinin birinci yaş sürfələri qalxancıq altında qışlayır. Yazda tumurcuqlar açıldıqda qışlamadan çıxan sürfələr qidalanır. Yetkin fərdlər diri sürfə doğur. Sürfələr 20-25 gün inkişaf edib 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. İldə 2-4 nəsil verir.

Yastıcalarla mübarizə tədbirləri.

1. Qurumuş budaqlar kəsilib bağdan kənara çıxarılmalıdır.

2. Yastıca daraşmış ağacların gövdə və budaqları metal şotkalarla təmizlənməlidir.

3. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

4. Qışlamış fazalara nitrofenin 3%-li emulsiyası, yaxud №30SS-in 5%-li emulsiyası çilənməlidir.

5. Vegetasiya müddətində Bİ-59 – 1,5-2,0 l/ha, Aktara 0,5-0,6 kq/ha normada çiləmə aparmaq məsləhətdir.

6. Kaliforniya çanaqlı yastıca ilə əlaqədar olaraq daxili karantin tədbirlərinə əməl olunmalıdır.

Qonur meyvə gənəsi (Bryobia redikorzevi R.) – Gənələr dəstəsi (Acarina), qonur gənələr fəsiləsinə (Bryobidae) malikdir.

Yetkin ovalvari olub, qırmızı və ya qonurdur, 4 cüt ayağı vardır. Uzunluğu 0,60 mm-dir.

Yumurtası qırmızıdır, uzunluğu 0,15 mm-dir. Sürfəsi narıncıdır, 3 cüt ayağı vardır, uzunluğu 0,16 mm-dir.

Əsasən alma ağaclarına, eləcə də armud, gavalı, ərik və s. zərər verir.

Zərərverici yumurta fazasında zoğ və budaqların qabığı üzərində qışlayır.

Tumurcuqlar açılan zaman qışlamış yumurtalardan sürfələr çıxır və yarpaqların hüceyrə şirəsi ilə qidalanır. Bir nəslin inkişafı 25-30 gündür.

İldə bir neçə nəsil verir.

Qırmızı alma gənəsi (Panonychus Koch) - Gənələr dəstəsinin (Acarina), hörümçək gənəsi fəsiləsinin (Tetranychidae) nümayəndəsidir.

Yetkini ovalvaridir, tünd qırmızı rəngdədir, uzunluğu 0,32-0,37 mm, erkəklər isə 0,27-0,30 mm-dir.

Yumurtası narıncı-qırmızıdır, uzunluğu 0,13-0,15 mm-dir.

Sürfəsi limonu rəngdədir, 3 cüt ayağı var, böyüklüyü 0,2 mm-dir.

Zərərverici yumurta fazasında zoğ və budaqlar üzərində qışlayır. Mayın ortalarında qışlamış yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin inkişafı 20-25 gündə başa çatır.

Yetkin və sürfələr yarpağın alt səthində olmaqla onun hüceyrə şirəsini sorur, nəticədə yarpaq quruyur.

Bir dişi fərd 40-50 ədədə qədər yumurta qoyur.

Kütləvi şəkildə miqdarına isti aylarda - iyul və avqustda rast gəlinir.

İldə 5-6 nəsil verir.

Armud fır gənəsi (Eriophyes pyri L.) - Gənələr dəstəsinin (Acarina), fır əmələ gətirən fəsiləsinə (Eriophydae) mənsubdur.

Yetkin fərdin bədəni silindrvaridir, ağımtıl rəngdədir, 4 cüt ayağı var. Uzunluğu 0,23 mm-dir.

Zərərverici yetkin halda armud ağacının tumurcuq pulcuqları arasında qışlayır. Erkən yazda qışlamadan çıxan yetkinlər yarpaqlarla qidalanır və bir müddətdən sonra yarpağın alt səthinə yumurta qoyur. Yumurtadan çıxan sürfə və yetkin fərdlər yarpağın alt səthində qidalanır. Zədələnmiş yarpaqların üst səthində fırlar əmələ gəlir. Belə yarpaqlar inkişaf etmir və quruyur.

Necə nəsil verməsi aydınlaşdırılmayıb.



Gənələrlə mübarizə tədbirləri.

1. Ağaclar quru budaqlardan, qabıqlardan təmizlənməlidir.

2. Aqrotexniki tədbirlər yerinə yetirilməlidir.

3. Qışlamış yumurtalara qarşı nitrofenin 3%-li, №30 SS-ın 5%-li və DNOK-un 1%-li məhlulu ilə çiləmə aparılmalıdır.

4. Qönçələmə fazasında 50%-li neoron – 1,2-1,6 l/ha, 25%-li reqas – 0,8 l/ha, 60%-li pliktran – 0,8-1,0 l/ha preparatlarının biri ilə çiləmə aparmaq məsləhətdir.


Mövzu 12. Kartof, çuğundur və günəbaxan bitkilərinin

zərərvericiləri və onlarla mübarizə tədbirləri
İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.



PLAN


  1. Kartof gövdə nematodu, Kolorado kartof böcəyi və kartof güvəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

  2. Çuğundur adi uzunburnu, çuğundur birəcikləri və çuğundur bağacığının morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.

  3. Günəbaxan odlucasının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.


ƏDƏBİYYAT


  1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

  2. Dünyamalıyev M.Z., Eyvazov Ə.Q., Əhmədov S.Ə., Quluyev C.A., Ələsgərova X.N. – Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər. Bakı, «Nurlan», 2008

  3. Hüseynov K. – Ekoloji təmiz kartof istehsalında inteqrir mübarizənin təşkili Gəncə, 2016.

  4. Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

GƏNCƏ – 2017

Mövzu 12. Kartof, çuğundur və günəbaxan bitkilərinin

zərərvericiləri və onlarla mübarizə tədbirləri
Kartof bitkisinin zərərvericiləri o qədər də çox deyildir. Kartofa zərər verən müxtəlif bitkilərlə qidalanan zərərvericilərdən məftil qurdu, sovkaların kök boğazı gəmirən tırtıllarını, danadişi və lövhəbığ böcəkləri göstərmək olar.

Xüsusiyyətlənmiş zərərvericilərdən isə gövdə nematodu, Kolorado kartof böcəyi və kartof güvəsini göstərmək olar.



Kartof gövdə nematodu (Ditylenchus destructor Th.)Əsil yumru qurdlar və ya nematodlar sinfinin (Nematoda), müxtəlif dərili nematodlar (Heteroderidae) fəsiləsinə mənsubdur.

Kartof gövdə nematodunun yetkin fərdinin uzunluğu 1-1,3 mm-dir. Bədəni möhkəm kutikula ilə örtülmüşdür ki, bu da onları xarici mühitin təsirindən qoruyur.

Yumurtası 0,5 mm böyüklükdədir.

Sürfəsi ağımtıldır, xarici görünüşünə görə yetkin fərdə oxşayır, lakin onlardan iki dəfə kiçikdir.

Zərərvericinin yayılma arealı və bioloji xüsusiyyətləri kifayət qədər öyrənilməmişdir.

Kartof gövdə nematodu kartof əkinlərini, əsasən əkin materialını torpaq vasitəsilə yoluxdurur. Gövdə nematodu torpaqda və kartof yumrularında bir neçə il yaşaya bilir.

Nematod əkilmiş yumurtalardan cücərmiş bitkilərin gövdəsinin içərisinə keçərək, gövdənin yoğunlaşmasına və əlavə budaqlanmasına səbəb olur. Bunun nəticəsində buğum araları qısalır, yarpaqlar saralır və nəhayət quruyaraq məhv olur.

Nematodun zərəri bununla bitmir. Onun əsas zərəri kök yumrularını zədələməsidir. Zərər nəticəsində qabıq üzərində gümüşü-boz ləkələr əmələ gəlir və qabıq bir çox yerdən çatlayır. Sonra zərərverici yumrunun daha dərin qatlarına hərəkət edib qidalanmasını davam etdirir.

Gövdə nematodu bütün vegetasiya ərzində çoxalır və inkişaf edir. Bir dişi fərd 250-yə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 2-6 həftə sonra sürfələr çıxmağa başlayır.

Tarladan məhsulla birlikdə anbara gətirilən nematodlar orada inkişaf edib gələcək üçün böyük ehtiyat yaradır.

Nematodun kütləvi çoxalması üçün havanın çox rütubətli omlasıdır. Zədələnmiş yumruların içərisinə daxil olan zərərli mikroorqanizmlər onların çürüyüb sıradan çıxmasına səbəb olur.

Nematod il ərzində bir neçə nəsil verir.



Mübarizə tədbirləri.

1. Daxili karantin tədbirlərinə əməl edilməlidir.

2. Növbəli əkin sisteminə əməl edilməli və nematodla yoluxmuş sahələrə 3-4 il kartof əkilməməlidir.

3. Nematoda davamlı sortlar əkilməlidir.

4. Məhsul yığıldıqdan sonra yoluxmuş bitkilər sahədən kənara çıxarılmalı və yandırılmalıdır.

5. Kimyəvi mübarizədə torpaq əkindən qabaq karbation preparatı ilə dərmanlanmalıdır. Bunun üçün hər 1 m2-ə 10 l suda həll edilmiş 150-200 ml preparat sərf edilməlidir.



Kolorado kartof böcəyi (Leptinotarsa decemlineata Say) – Böcəklər (Coleoptera) dəstəsinin yarpaqyeyənlər (Chrysomolidae) fəsiləsinin nümayəndəsidir.

Kolorado böcəyinin bədəni ovalvari olmaqla, uzunluğu 7-12 mm arasında dəyişir. Bədən üst tərəfdən qabarıqdır, sarımtıl rəngdədir. Alnında üçbucağı xatırladan ləkə vardır. Bığcığı 11 buğumdan ibarətdir. Qabaq kürəkciyi üzərində 11 ədəd ləkə vardır. Ortadakı ləkə ən böyük olmaqla «V» rəqəminə bənzəyir. Qanadları üzərində uzununa 10 qara zolaq vardır. Qanadları qaramtıl-sarıdır.

Yumurtası qırmızımtıl-sarı, yaxud narıncı rəngdədir, ovalvaridir, uzunluğu 0,8-1 mm-dir.

Sürfəsi aşağı tərəfdən yastı, üst tərəfdən qabarıqdır. Ortası yoğundur, qılçıqlarla örtülmüşdür. Rəngi əsasən narıncı-qırmızı olub, üzərində uzununa düzəlmiş iki cərgə qara nöqtə vardır. Uzunluğu 15-16 mm-dir.

Pupu narıncı rəngdədir, uzunluğu 9 mm-ə çatır.

Böcəyin vətəni Şmiali Amerikanın cənub-qərb hissəsidir. Zərərverici oradan Şimali Meksikaya, oradan Kolorado Ştatına yayılaraq kartof bitkisinə böyük zərər vermişdir. Elə burada da onu Kolorado böcəyi adlandırmışlar.

Bu zərərverici 1922-ci ildə Fransada müşahidə edilmişdir. Bundan sonra zərərverici avropanın bir sıra ölkələrinə yayılmışdır. İkinci dünya müharibəsi zamanı alman faşistləri qəsdən bu zərərvericini bir ölkədən digər ölkələrə yaymışlar.

Sonradan isə bu zərərverici keçmiş SSRİ-yə yayılmış, karantin tədbirlərinə zəif əməl edilməsi nəticəsində Qazaxıstana, Orta asiya ölkələrinə, Zaqafqaziyaya, eləcə də Azərbaycana yayılmışdır. Hal-hazırda respublikamızın elə rayonu yoxdur ki, orada bu zərərvericiyə rast gəlinməsin.

Kolorado kartof böcəyi torpağın 25-30 sm dərinliyində böcək fazasında qışlayır. Yazda temperatur 14-150S olduqda böcəklər torpağın üst səthinə çıxırlar və acgözlüklə su içməyə başlayırlar. Bu dövrdə böcəklər kütləvi halda su arxları kənarlarına toplaşırlar. Böcəklər su ehtiyatı topladıqdan sonra bir müddət kartof bitkisinin yarpaqları ilə qidalanmağa başlayır. Əgər böcəklər qışlamadan çıxdığı vaxt tarlada kartof cücərtiləri olmazsa, onlar bir müddət yabanı badımcançiçəklilərlə qidalanırlar. Qida bitkiləri olmadıqda belə böcəklər aylarla ac qala bilir.

Böcəklər qışlamadan çıxdıqdan təxminən bir ay sonra cütləşmə prosesi gedir və dişi fərdlər yumurta qoymağa başlayırlar. Yumurta qoyma bütün vegetasiya dövrü davam edir. Yumurtalar topa halında qoyulur. Hər bi topada 25-30 ədəd yumurta olur. Yumurtalar kartof, badımcan, pomidor, bibər və s. bitkilərinin yarpağının alt səthinə qoyulur. Bir dişi fərd 400-800 ədədə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 5-10 gün sonra sürfələr çıxır, üç həftə qidalanır, inkişaf edir, 4 dəfə qabıq dəyişir və bundan sonra pup halına keçirlər. Puplardan 6-15 gün sonra böcəklər çıxır və ikinci nəslin inkişafı başlayır. Bu nəslin inkişafı da birinci nəsildə olduğu kimi davam edir.

Havanın soyuması ilə əlaqədar olaraq böcəklər qışlamaya gedir.

Kartof bitkisinə ən çox sürfələr zərər verir. Belə ki, onlar bitkinin yarpaqlarının ətli hissəsini tamamilə yeyir, orada yarpağın yalnız damarları qalır. Zərərverici bir bitki ilə qidalandıqdan sonra digər sağlam bitki üzərinə keçir. Yarpaqları yeyilmiş bitkinin inkişafı zəifləyir, eləcə də məhsuldarlıq aşağı düşür. Zərərverici il ərzində 1-3 nəsil verir.



Mübarizə tədbirləri.

1. Daxili karantin tədbirlərinə əməl olunmalıdır.

2. Kiçik sahələrdə böcəklər əl ilə yığılıb məhv edilməlidir.

3. Sürfələrin 1-ci və 2-ci yaş dövrünün kütləvi artım dövründə xəstəlik törədən mikrobioloji preparatlardan – boverin – 2 kq/ha, bitoksibasilin – 3 kq/ha və dendrobasilin – 4 kq/ha məsarif normasında suspenziyası çilənməlidir.

4. Kimyəvi mübarizə olaraq 35%-li fozalon – 2 l/ha, 50%-li volaton – 1,5 l/ha, 5%-li karate – 0,4 l/ha və s. preparatlarının emulsiyası ilə çiləmə aparmaq məsləhət bilinir. Həmçinin Arrivo (0,1l/ha), Mospilan (0,4 nkq/ha), Sumi-alfa (0,25 l/ha) preparatlarının istifadəsidə tövsiyyə olunur.

Kartof güvəsi (Phthorimaea operculella L.) – Kəpənəklər (Lepidoptera) dəstəsinin güvələr (Gelechidae) fəsiləsinə mənsubdur.

Yetkin kəpənək gümüşü-boz rəngdədir. Böyüklüyü 12-16 mm-dir. Yumurtası ovalvaridir, ağ rəngdədir, 0,35-0,36 mm böyüklükdədir. Tırtılı açıq-sarı, yaxud yaşılımtıl rəngdədir. Axırıncı yaşda uzunluğu 12 mm-ə çatır.

Pupu boz gümüşü barama içərisində olur.

Güvənin pupları qışlayır. Erkən yazda puplardan kəpənəklər uçurlar. Bir müddət qidalanır, cütləşir və yumurta qoyurlar.

Dişi fərdlər yarpağın alt səthinə 2-3 ədəd yumurta qoyur. Yumurtanın embrional inkişafı 5-7 gün çəkir, tırtılın inkişafı 20-25 gündə başa çatır.

Anbarlarda isə yumurtalar topa halında kartof yumrularının gözcüklərinə qoyulur.

İnkişafını başa çatdırmış tırtıllar tarla şəraitində müxtəlif sığınacaq yerlərində, anbarda isə kisələrin qırışqlarında, divar yarıqlarında pup halına keçir.

Kartof güvəsi daxili karantin obyektidir. Zərərverici kartof bitkisinin yarpaq, gövdə və kök yumruları ilə qidalanır. Eyni zamanda güvə həm tarla şəraitində, həm də anbarlarda zərər verir. İl ərzində 5-8 nəsil verir.



Mübarizə tədbirləri.

1. Alaq otları, o cümlədən yabanı badımcançiçəkli bitkilər məhv edilməlidir.

2. Daxili karantin tədbirlərinə əməl edilməlidir.

3. Kimyəvi mübarizədə 5%-li karate – 0,4 l/ha və 35%-li fozalon – 2,0 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar. Güvəyə qarşı Arrivo (0,16 l/ha), Desis (0,2 l/ha) və Siruks (0,16 l/ha) preparatlarının da istifadə etmək məsləhət bilinir.


Çuğundurun zərərvericiləri

Çuğundur bitkisi zərif və şirəli bitki olduğu üçün zərərvericiləri özünə cəlb edir. Çuğundur bitkisi üzərində 120 növ zərərvericiyə təsadüf olunur. Bunların əksəriyyəti polifaq həşəratlardır. Bununla yanaşı çuğundur bitkisinin bir sıra xüsusiyyətlənmiş zərərvericiləri vardır. Onlardan geniş yayılanları və zərərverənləri çuğundur adi uzunburun böcəyi, çuğundur birəcikləri, çuğundur bağacığı və s. göstərmək olar.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə