Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu


MÖVZU 14. XX ƏSRİN MÜASİR FƏLSƏFİ TƏLİMLƏRİ VƏ ONLARIN



Yüklə 0,78 Mb.
səhifə10/11
tarix17.09.2017
ölçüsü0,78 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

MÖVZU 14. XX ƏSRİN MÜASİR FƏLSƏFİ TƏLİMLƏRİ VƏ ONLARIN

ƏSAS SOSİAL İSTİQAMƏTLƏRİ.

2 saat
P L A N

1. XX əsr fəlsəfəsinin əsas xüsusiyyətləri. Marksizm- leninizm – XX əsr fəlsəfi

təlimlərindən biridir.

2. XX əsr fəlsəfəsində elmi idraka münasibət. Elmi- texniki zəkaya pərəstiş.

3. Dünyada insan və insan dünyası. XX əsrin din fəlsəfəsi. Metomizm.

4. Sovet dövründə fəlsəfənin ziddiyyətli inkişafı və tarixi taleyi.

5. Müasir Azərbaycan fəlsəfəsi: naliyyətlər, problemlər.



Ə D Ə B İ Y Y A T
1. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı. 2004.

2. Şükürov A. Fəlsəfə. Bakı. 1997.

3. İsmayılov F. Müasir Qərb fəlsəfəsi. Bakı. 1991.

4. Rüstəmov İ.Ə. XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi

fikrin vəhdəti. Bakı. 1992.

5. Fəlsəfə ensiklopedik lügəti. Bakı. 1997.

6 A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı

1. XX əsr bəşəriyyətin inkişafı tarixində sosial-iqtisadi, siyasi və mənəvi sahə-lərdə dərin keyfiyyət dəyişiklikləri dövrüdür. Həmin dəyişkən, ziddiyyətli və sürətli inkişaf edən dövrün bütün xüsusiyyətləri, ideyaların kəskin mübarizəsi öz əksini XX əsrin fəlsəfi konsepsiyalarında və müxtəlif cərəyanlarda tapmışdır. XX əsr fəlsəfəsini iki hissəyə ayırmaq olar: marksist fəlsəfə və qeyri- marqsist fəlsəfə. Bu iki fəlsəfi istiqa-mət ümumi cəhətlərə malik olsalar da, sinfi məzmun, bəşəri sərvətlərə münasi-bət, dünyagörüşü istiqaməti, tarixi prosesin izahı, bəşəriyyətin gələcəyi və s. baxım-dan fərqlənirlər. Marksist fəlsəfi konsepsiya bəşəriyyətin gələcəyini sosializmdə gör-düyü, fəhlə sinfinin inqilabi nəzəriyyəsi olduğunu, bəşəri sərvətlərə qovuşduğunu id-dia etdiyi halda, qeyri- marksist fəlsəfi cərəyanlar sinfi məzmundan yüksəkdə dur-duğunu, bəşəri sərvət səciyyəsi daşıdığını iddia edərək özünü yeganə fəlsəfi varis kimi təbliğ edir, marksist-leninci fəlsəfi ideyaları təsadüfi hadisə adlandırırlar. XX əsr fəlsəfəsinin əsas xüsusiyyətlərindən biri ən yeni və ya “müasir fəlsəfənin” əmələ gəlməsidir.

XX əsr fəlsəfəsinin xüsusiyyətlərindən biri də elmi-texniki və sosial- mənəvi tərəqqinin doğurduğu kəskin böhranlı vəziyyət, mürəkkəb sosial-qlobal ekoloji prob-lemlər, “demoqrafik” partlayış, istilik- nüvə müharibəsi təhkükəsi və s. əlaqədar dərin ziddiyyətlər və onlardan çıxış yolları axtarmaq ideyaları təşkil edir.

XX əsr fəlsəfəsində cəmiyyətin gələcəyinə bədbin, inamsız münasibət təza-hürləri səciyyəvidir.

XX əsr fəlsəfəsi qədim dövrdən indiyədək mütərəqqi fəlsəfi irsin mənimsənil-məsi və onlara yeni mənalar istinad edilməsi və s. cəhətdən də diqqəti cəlb edir. Pla-ton və Aristotel irsinə maraq xüsusilə artmışdır. Orta əsr ilahiyyat fəlsəfəsi netomizm cərəyan vasitəsilə yenidən canlandırıldı. Antik və qədim Şərq fəlsəfi ideyalarının, intibah mədəniyyətinin, maarifçilik və inqilabi demokratizm fəlsəfi ənənələrinin bər-pası və canlandırılması, “keçmişə, geriyə qaydış” adi ilə qədim, orta əsr, intibah, yeni dövr və klassik fəlsəfə nümunələrinin aşkar və təhlil edilməsi XX əsr fəlsəfəsinin əsas məziy-yətlərindəndir.

XX əsr fəlsəfəsində “Kanta doğru geriyə qaydış” ideyası ilə İ.Kantın fəlsəfi irsi-nin yeni şəraitdə davamçıları –yenikantçılıq cərəyanı meydana çıxdı. Yenikantçılığın nümayəndələri T.Koqen, E.Kassirer, V.Vindelband və b. kanatın “şeyözündələrinin ” obyektivliyini qəbul etmir, onun subyektiv idealizmini qəbul və təbliğ edirdilər.

XIX əsrin sonu XX əsrin əvvəllərində fəlsəfədə Hegelçilər cərəyanı qüvvətli olmuşdur. “Geriyə, Hegelə qaydış

Ideyaları altında birləşən yenihegelçilər (R.Kroner, Y.İppolit, F.Bredli, C.Royş, Q.Lasson və b) Hegel fəlsəfəsinin yeniləşdirilmiş şərhi əsasında bütöv dünyagörüşü sistemi yaratmağı qarşılarına məqsəd qoymuşdular. Yenihegelçilik Avropa öllələrin-də və ABŞ-da geniş yayılmışdır. Yenihegelçilər bütün müasir fəlsəfi ideya və kon-sepiyaları Hegel irsina istinadən təhlil etməyə çalışırdılar.

XX əsrin bir sıra fəlsəfi cərəyanlarında klassik fəlsəfənin ən ümumi anlayış-larının fəlsəfənin əsas məsələsi, maddi və idealın nisbəti, materiya və şüur, materiya-nın məkan və zaman xassələri və s.) mahiyyəti tənqidi təhlil edilir, onlar pozitivizm mövqeyindən qiymətləndirilərək “praktik əhəmiyyəti olmayan”, “insana praktik fay-da verməyən mücərrəd anlayışlar hesab edilir, onların daşıdığı dünyagörüşü və sosial- sinfi məna yükü nəzərə alkınmırdı. Fəlsəfəyə ancaq mənəvi- tərbiyəvi əhəmiyyət baxımından qiymət verilirdi.

XX əsrin əvvəllərində fəlsəfi fikirdə dünyanın “duyğular nöqteyi- nəzərindən” izahını verməyə çalışan empiriokritisizm mövqeyi daha güclü yer tutmuşdur. Empi-riokritisizmin ən görkəmli nümayəndələri avstriyalı E.Max (1836- 1916) və isvecrəli R.Avenarius (1843-1996) olmuşlar. Empiriokritisizm (yunanca “təcrübənin tənqidi” mənasını verir) – fəlsəfədə subyektiv idealizmin yeni forması və idraki metodolo-giya-dır. Ona “maxizm fıəlsəfəsi” də deyilir. Empiriokritisizmdə “təfəkkürə qənaət” idrakın əsas metodoloji prinsipi elan olunur. Həmin prinsipin idraka tətbiqi ilə belə bir subyek-tiv idealist nəticə gəlinir ki, gerçəkliyin əsasında “duyğu kompleksləri” durur, ancaq mütləq “mən” və “mənim duyğularım” mövcuddur. Gerçəkliyin obyek-tiv reallığından söhbət gedə bilməz.

Empiriokritisizm “təcrübə” anlayışını tənqidi təhlil edərək onu substansiya (ma-teriya), zərurət, səbəbiyyət, qanunauyğunluq və s. anlayışlardan, yəni “aprior müha-kimələrdən” təmizləmək ideyasını irəli sürür və göstərir ki, bunlar təcrübəyə “qeyri- qanunu daxil edilmişdir”. Empiriokritisizm dünyaya duyğuların məcmusu kimi baxır.

2. Marksizm –leninizm bütöv təlim olub, iqtisadi, fəlsəfi, sosial-siyasi ideyaların vahid sistemidir, dünyagörüşüdür. O, dünya fəlsəfi, iqtisadi və sosial- siyasi fikir inki-şafı zəmnində, XX əsrdə kapitalizm şəraitində zəhmətkeş kütlələrin mənafeyinin ifadə-si kimi meydana çıxmışdır. Alman klassik fəlsəfəsi, ingils siyasi iqtisadi, fransız utopik sosializm marksizm leninizm təliminin nəzəri mənbələrini təşkil edir. Bu təlimin sosial- sinfi mənasını fıəhlə sinfinin, bütün azadlıq uğrunda mübarizə aparan zəhmət-keş kütlələrin mənafeyinin müdafiəsi təşkil edir. Marksizm- leninizm inqilabi dünya-görüşüdür, müəyyən ideyalar sistemidir, sosial ədalətin qərarlaşmasına imkan verəcək bir cəmiyyət-sosializm qurmaq onun ictimai-siyasi idealıdır.

Hazırda SSRİ-nin dünya sosializm sisteminin dağılması, XX əsrin bir çox xalq və millətlərinin sosializmdən üz döndərməsi, marksizm- leninizmin özünü doğrultma-ması nəticəsi deyil, əslində sosializm quruculuğu haqqında marksizm- leninizm ide-yalarının düzgün həyata keçirilməməsi, bu təlimin bayağılaşdırılması, zorakılığa, inzibati- amir-liyə əsaslanan, bir sosializm cəmiyyətinin qurulması nəticəsi idi. Bu cəmiyyətdə azadlıq, bərabərlik, hümanizm, ictimai mülkiyyət prinsipləri sözdə, qanunlarda elan olunsa da, işdə heç də ardıcıl həyata keçirilməmiş-dir. İqtisadi, siyasi, mənəvi ziddiyətlər axıra qədər həll edilməmiş, əksinə, tək partiyalı siyasi rejim onları daha da dərinləşdirmişdir. Düzdür, bu prosesə bir fəlsəfi təlim kimi marksizm- leninizmin ziddiyyətlərinin, onun neqativ tərəflərinin də təsiri olmuşdur, lakin əsil sə-bəb real gerçəklik ziddiyyətləri, qurulmuş real “sosializm cəmiyyətinin” iqtisadi, siyasi, sosial və mənəvi cəhətlərdən deformasiyaya uğraması, cəmiyyətin iqtisadi, siyasi və mənəvi böhran həddinə gəlib çatması, dağılma prosesinin obyektiv zərurətə çevirilməsi olmuşdur.

Marksizm- leninizm fəlsəfi konsepsiyasının meydana çıxmasının konkret tarixi şəraiti, ilkin əsasları və səbəbləri vardır. Belə ki, XIX əsrin ortalarında kapitalizmin inkişafı ilə əlaqədar iri sənaye müəssisələri meydana çıxdı, bununla birlikdə fəhlə sinfi də formalaşdı və inkişaf etdi. Kapitalizm inkişaf etdikcə onun qəbrqazıyanı olan prole-tariat da yaranırdı. Getdikcə proletariatın istismarı artdı, o, fəallaşdı və inqilabçı sinfi kimi mübarizə meydanına atıldı. Lakin onun mübarizəsi çox kortəbii və qeyri- mütə-şəkkil səciyə daşıyırdı. Bu şəraitdə proletariata inqilabi nəzəriyyə lazım idi. Fəhlə hərə-katı ilə inqilabi nəzəriyyə birləşdirilməli idi. Belə bir nəzəriyyə marksizm oldu.

Təbii –elmi və nəzəri ilkin şərtlər olmadan heç bir yeni təlim meydana çıxa bilməz. Marksizm fəlsəfəsinin də formalaşmasının belə ilkin şərtləri vardır. XIX əsrin ortalarında təbiətşünaslığın inkişafı, 1) hüceyrənin kəşfi (M.Y.Leyden və T.Şvan). Darvinin təkamül nəzəriyyəsi, enerjinin itməməsi və çevrilməsi qanunu (M.V.Lomo-nosov və Y.Mayer) və cəmiyyətə baxışlarda yeni iqtisadi və sosial- mənəvi təlimlərin meydana çıxması marksizm təliminin formalaşmasında təbii- elmi ilkin əsaslar oldu və onun inkişafına təkan verdi.

Marksist- leninçi fəlsəfi konsepsiyanın baniləri K.Marks (1818- 1883) və F. En-gels (1820-1825) olmuşlar. Həmin təlimi V.İ.Lenin (1870-1924) inkişaf etdirmişdir. Onlar bir sıra əsərlərində marksizm- leninzm fəlsəfəsini inkişaf etdirmişlər. Bu fəlsəfi konsepsiyanın fərqləndirici xüsusiyyəti odur ki, K.Marks, F.Engels və V.İ. Lenin cəmiyyətə baxışları, onlar ictimai nəzəriyyələri utopiyadan xilas edib, real zəmin üzərində qurdular, cəmiyyətin inkişaf qanunauyğunluqlarını və onların aparıcı amil kimi maddi iqtisadi əsaslarını öyrənib aşkar etdilər.

- onlar tarixi prosesin subyekti kimi fəlsəfədə insan problemini, onun sosial mahiyyəti ideyası, praktika haqqında təlimi əsaslandırdılar. Praktika insan fəaliy-yətinin əsasıdır, səbəbidir. Praktika ictimai fəaliyyətdir, əmək prosesidir. Marksizmə görə “praktika həqiqətin, fəaliyyətin əsası və meyarıdır”;

- onlar ictimai şüurun ictimai varlıqdan asılılığı ideyasını verməklə müəyyən etdilər ki, ən yaxşı ideya və konsepsiyaların dəyişməsinin mənbəyi və səbəbi real hə-yatdır, ictimai varlıqdır;

- onlar tarixin yeni konsepsiyasını, cəmiyyət inkişafının ictimai- iqtisadi forma-siyalar haqqında, təlimi, onların bir-birini əvəz etməsindən ibarət olan mərhələli tə-rəqqi yolunu və strukturunu müəyyən etdilər, siyasi, sosial, sinfi və s. münasibətlərin əsa-sında maddi istehsal münasibətlərinin durması ideyasını işləyib hazırladılar;

- onlar şəxsiyyətin azadlığı məsələsini işləyərək onun tarixi zərurət və qanuna-uyğunluğun dərk olunması, insanın inkişafı ilə əlaqələndirdilər. Onların fikrincə fərdin azadlığı o zaman mümkündür ki, hər cür sosial məhdudluq (istismar, bəra-bərsizlik, ədalətsizlik və i. ax.) məhv edilib aradan qaldırıla bilsin;

- onlar inkişaf haqqında dialektiv müddəaları materializmlə birləşdirərək, hə-min ideyaları cəmiyyətin öyrənilməsinə tətbiq etdilər: bunun əsasında tarixin dialek-tik materialist anlayışını kəşf etdilər, maddi və mənəvi münasibətlərin qarşılıqlı nisbətini, maddi-istehsal münasibətlərinin aparıcı rolunu, ictimai varlığın ictimai şüuru müəyyən etməsini əsaslandırdılar;

- onlar cəmiyyət haqqında baxışların seyrci xarakterini, aradan qaldırdılar, dünya-nı dəyişdirmək haqqında inqilabi təlim yaratdılar. K.Marks yazırdı ki, filosof-lar dünyanı ancaq müxtəlif şəkildə “izah etmişlər, mətləb isə onu dəyişdirməkdən ibarətdir”;

- onlar gerçəkliyin dərk olunmasının dialektik metodunu işləyib hazırladılar, materialist dialektikanın müddəalarını müəyyən etdilər, özlərinin dedikləri kimi, əvvəllər “başı aşağı” olan dialektikanı ayaq üstə qaldırdılar, dialektikaya ən ümumi əlaqə və inkişaf haqqında təlim kimi baxdılar;

- onlar təbiətşünaslığın naliyyətləri və inqilabi təcrübə əsasında varlıq, materiya, şüur, hərəkət, məkan, zaman, insan, idrak, həqiqət, ictimai münasibətlər, ictimai var-lıq, ictimai şüur, qanun, kateqoriya və s. kimi fəlsəfə anlayışları dialektik- materialist mövqedən dəqiqləşdirilmiş izah olunmuş və yeni fəlsəfi müddəalarla zənginləş-dirmişlər.

Lakin bütün bunlarla yanaşı marksist- leninçi fəlsəfi konsepsiyanın bir sıra nə-zəri müddəaları özünü doğrultmamış, ziddiyyətli xarakter daşımışdır: Məs. sosializm quru-culuğunun ümumi qanunauyğunluqları haqqında, “inqilabın ixracına” qarşı, ayrıllıqda götürülmüş bir ölkədə sosialist inqilabının qələbəsinə dair, “imperializmin sosialist inqilabının ərəfəsi olması”, “çürüməkdə olan kapitalizm olması” və s.

Sosializm quruculuğu illərində bu təlimin “zənginləşdirilməsi” məqsədilə ona əla-və edilmiş ideyalar onu kütlələrin nəzərindən salmışdır. Butaya “mədəni inqilab”, “ümumxalq mülkiyyəti”, “milli münasibətlərin inkişaf qanunauyğunluğu”, “vahid milli yekcinsliyə doğru inkişaf”, “sovet xalqının formalaşması”, “vicdan azadlığı”, “millətlə-rin öz müqəddəratını təyin etməsi” və s. kimi özünü doğrultmayan “yeni, sosialst nəzə-ri müddəaları” göstərmək olar. Məs. İ.Stalinin təkidilə marksizm təlimi-nə sinfi mübarizə haqqında belə bir müddəa əlavə edilmişdir. “Sosializm inkişaf etdikcə sinfi mübarizə güclənir”. Həmin müdəaya əasən ölkədə milyonlarla adamın qanı axıdılmış, qolçomaqlar və sosializmə zərərli olan ictimai qruplar və təbəqələr bir sinif kimi ləğv edilmiş, görkəmli adamlar “xalqdüşməni” kimi represiyalara, təqiblərə məruz qalmışlar.

3. XX əsrin müasir fəlsəfəsində ciddi mübahisə doğuran məsələlərdən biri ger-çəkliyin dərk edilməsində zəka və iradənin, elmi idrakın və ya intuitiv qabiliyyəıtin (intuisiya, psixika, instinkt, telepatik imkanlar və s.) qarşılıqlı nisbəti problemidir. Fəlsəfi konsepsiyaların nümayəndələri təfəkkürdən insanın mənəvi-iradı təcrübəsinə, qey-ri-rasional imkanlara daha çox üstünlük verir, irrasionalizm mövqeyində duraraq rasio-nalizmi qəbul etmirlər.

Fəlsəfə tarixində rasionalizm və irrasionalizm arasında mübahisə qədim dövr-lərdən başlamış, XVII- XVIII əsrlərdə isə daha da kəskinləşir.

Rasionalizm – fransızca “rationalis” – idraki, zəka əqil mənalarında işlənir, in-san fəaliyyətinin əsasına zəkanı, əqli, məntiqi mühakimələri qoyan fəlsəfi cərəyandır. Bu, irrasionalizmə və sensualizmə (emprizmə) əks cərəyandır. Rasionalizmə görə gerçəkliyin dərk edilməsinin ən ümumi qanunauyğunluqlarını təcrübədən əldə etmək olmaz. Bunlar ya anadan gəlmə ideyalardır, insanəqlinin məhsullarıdır, ya da zəkanın qənaətləridir. Rasionalizmin tərəfdarları Dekart, Spinoza, Leybnits, Malbranş və b-dır. Rasionalistlər idrakda praktikanın roluna görə bilmir, həqiqəti aprıor hesab edir, zəkanı həqiqətin mənbəyi və meyarı sayırlar. Sensualizmin “Hisslərdə olmayan heç bir şey zəkada yoxdur” nəticəsini rasionalistlər qəbul etmirdilər. Kant özünün idraka baxışlarında rasionalizm və sensualizmi barışdırmağa çalışsa da, Hegel isə dünyanın başlanğıcını və mahiyyətini mütləq ideya, dünya zəkası ilə izah etmiş, idraka “zəka-nın özünü dərketməsi” prosesi kimi baxmışdır. Hegel obyektiv dünyanın inkişafına da “xalis məntiqi rasional proses” kimi baxmışdır.

İrrasionalizm isə zəkanın, məntiqi təfəkkürün idraki imkanlarını məhdud hesab edən, idrakda əsasən intuisiya, hiss və instinktləri (mistika, nurlanma, qeyri-şüuri, xəyal və s) aparıcı amil hesab edən fəlsəfi konsepsiyadır. Gerçəkliyin inkişafını irrasio-nalizm zəruri qanunauyğunluqdan məhrum, nizamsız (xaotik) və korkoranə iradəyə tabe olan bir proses kimi səciyyələndirir. Nümayəndələri Şellinq, Nitşe, Hartman, Şo-penhauer, Kyerkeqor və b. olmuşlar.

Alman filosofu A.Şopenhanerin (1788-1860) “həyat fəlsəfəsi” təliminə nəzər salaq. O, “dünya iradə və təsəvvürlərdir” əsərində “azad iradə” ideyasını irəli sürərək qeyd edirdi ki, ziddiyyətli həyatın öyrənilməsində məntiqi təfəkkürə, zəkaya deyil, “zəkaya nisbətən üstünlük təşkil edən iradəyə” mühüm əhəmiyyət verirdi. İradə müstəqildir, zəkanın, idrakın istiqamətini və nəticələrini o müəyyən edir. A.Şopen-hauer insan fəaliyyətində zəkaya yox “volyuntiv” (iradə ilə bağlı keyfiyyətlər; “volyuntarizm” anlayışı da buradan əmələ gəlmişdir) və emotiv (emosional, hiss- psixoloji) motivlərə istinad etməyi tələb edirdi. O, “iradəni zəkanın əlavəsinə çevi-rən” klassik rasionalizmi tənqid edərək göstərirdi ki, zəka kultu- mənasızdır, uydurmadır. Ancaq iradə əsasdır, sərbəstdir, İdrakı o, idarə edir. Dünya məhz iradə və təsəvvürdür. Şopenhaker təlimində “zəka mifi” öz yerini “iradə mifinə” veir, vol-yuntarizm təbliğ olunur.

Alman filosofu F.Nitşe iddia edir ki, iradə insanın davranışını müəyyən edir. O, iradi hakimiyyəti həyata tətbiq edərək, göstərir ki, həyat özlüyündə “hakimiyyətə mak-simum çap atmaq hissidir”. “Həyat fəlsəfəsi” konsepsiyası fransız filosofları A.Berq-son, N.Diltey və Q.Zimmelin əsərlərində inkişaf etdirilmişdir. A.Berqson dünyaya mə-nəvi təcrübənin “yarıminstiktiv elementlərini” tətbiq etməyə iddia edirdi. Belə “yarım-instiktiv elementi” isə “qeyri-şüur ruh” adlandırırdı. O, “şəxsiz zəka”, “mütləq zəka” ideyasını tənqid edirdi.

Bəzi filosoflar dünyanın mənimsənilməsində insanın psixik fəaliyyəti ilə bağlı olan qeyri- şüuru instinktləri, “nurlanmanı” və s. əsas amil hesab etmişlər və psixo-analiz konsepsiyasını yaratmışlar. Avistiriyalı psixiator- həkim Ziqmund Freyd bu sahədə xüsusi yer tutur və onun psixo- fəlsəfi təliminə freydizm deyilir. K.Q.Yunq, A. Adler, V.Rayx, Q.Markuze bu koinsepsiyanın nümayəndələri olmuşlar.

Z.Freydə görə elmdə və fəlsəfədə zəka kultu, idraka pərəstiş edilməsi, uzun za-man fəlsəfədə və təbiətşünaslıqda qeyri-şüuru olana, qeyri-rasionala diqqət yetirilmə-məsinə səbəb olmuşdur. Onun fikrincə zəka insan həyatı üçün, onun gerçəkliyi mə-nimsəməsi və öz “mən”ini müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Z.Freyd müasir elmi idrakın tam izah edə bilmədiyi telepatik hadisələr, bəzi arzu və istəkləri və s. qeyri- şüuri hesab edirdi. Yuxugörmə, kipnoz vəziyyəti, özünüdərketmə, intuitiv duyma, “ürəyə damma”, ekstaz halı, “ilahi nurlanma” və s “aşağı qeyri- şüuri hal” kimi qiymətləndirilirdi. Yaradıcılıq, qabaqgörənlik, elmi “peyğəmbərlik” hadisə-ləri və s. isə “yüksək qeyri- şüuri” hesab edirdilər. Mistika – yunanca “mistikos” olub mənası sirli deməkdir. Qədim dövrlərdə meydana gəlsə də XX əsr fəlsəfəsində geniş yayılmış dini- idealist baxışdır. Gerçəkliyin əsasına fovqəltəbii qüvvələrə, allaha eti-qad qoyulur. Əsas müddəası-insanın allahla və sirli qüvvələrlə qovuşmasından ibarət-dir. İnsanın Allahla ünsiyyətə girməsi- mistik ekstaz, ilahi nurlanma, vəhy, kəşf və s. vasitəsi ilə əks olunur. Mistisizm islam dininin sufilik –dini –fəlsəfi cərəyanında da geniş təbliğ olunmuşdur. Sufilik təlimində “şəriət”, “təriqət” adlanan iki mərhələdən keçən sufi müridləri, üçüncü “həqiqət” adlanan mərhələyə yüksəlməlidirlər. Həqiqət mərhələsində insan elstaz, qəlbin ilahi nurlanması və s. vasitələrlə Allahla qovuşur, onunla ünsiyyətə girir, gerçəkliyə dair ilahi həqiqətlərə yiyələnir. İslam teologiya-sında idrakın da ən yüksək mərhələsini mistik hal, ekstaz vasitəsilə Allaha qovuşaraq həqiqətin dərk olunması təşkil edir.

4. XX əsr elmi- texniki inqilab əsridir. ETİ-nin sosial-iqtisadi, texniki, hərbi, mənəvi və s. naliyyətləri, onların geniş tətbiqi ona iki cür münasibət formalaşdırmış-dır: a) ETİ cəmiyyəti çıxılmaz vəziyyətə salıb, sosial-mənəvi ziddiyyətləri kəskinləş-dirib, onu iqtisadi, maddi və mənəvi çıxılmaz böhrana dücar edib, məhv edici mü-haribə təhlükəsi doğurmuşdur; b) əksinə, ETİ-nin naliyyətlərinin tətbiqi cəmiyyəti ziddiyyət və problemlərdən, böhran və hər cür təhlükədən xilas edərək böyük qüvvədir. Müasir qabaqcıl dünya ölkələrində ikinci mövqe daha aparıcı yer tutur. Bu-nun nəticəsidir ki, ETİ fetişləşdirilmiş, “texnokratik” baxışlar, konsepsiyalar meydana gəlmişdir.

ETİ belə bir ümid doğurmuşdur ki, yeni elmi və texniki naliyyətlər əsasında çətin problemləri və ziddiyyətləri həll etmək mümkün olacaqdır. Belə ümid əhval-ruhiyəsi, elmi-texniki zəkaya inam və pərəstiş tədricən “stşientizm” (latın dilində elm deməkdir) və ya “texnisizm” adlanmağa başladı. Bunların da müxtəlif formalar növləri formalaşmışdı: “kibernetik stsientizm”, “genetikstsientizm”, “kompyuter stsi-entizmi” və s. Bunların da əsasında “sənaye cəmiyyəti”, “sənayedən sonrakı cəmiy-yət”, “informasiya cəmiyyəti” və s. kimi stsientik konsepsiyalar təbliğ olunurdu. Hə-min ideyaların nümayəndələri E.Dürkheym, M.Veber, U.Rostou, D.Bell, A.Tofler və b. iddia edirlər ki, elmi və texniki tərəqqi əmək məhsuldarlığını yüksəltmiş, bütün adamların maddi və mənəvi tələbatının ödənilməsinə, cəmiyyətin elmi və ağıllı idarə olunmasına səbəb olmuş, deməli, “ümumi rifah cəmiyyəti” formalaşmışdır.

Lakin bütün bunlara baxmayaraq XX əsr cəmiyyətində sosial-siyasi, maddi- iqtisadi və mənəvi-mədəni ziddiyyət və qlobal problemlər qaldığına və getdikcə kəs-ginləşdiyinə görə antitexniki konsepsiyalar da güclənir.

5. Tarixi dönüşün bütün dövrlərində fəlsəfə üzünü yenidən insana çeviri. XX əsrin 70-80 –ci illərində “fəlsəfi antropologiyanın” (insan haqqında fəlsəfi elm) can-lanması da bununla izah edilməlidir. İnsanı, onun ətraf aləmlə qarşılıqlı əlaqə və münasibətini fəlsəfinin əsas məsələsi kimi təqdim etmək mövqeyi yenidən canlanmış, “insana doğru yeni dönüş etmək” ideyaları güclənmişdir. “İnsana qaydış” iki formada irəli sürülürdü: a) insandan, antropologiyadan dini fəlsəfəni modernizə etmək məqsədilə istifadə edilməsi, varlıqda, dünyada, Allaha münasibətdə insanın mövqeyi və rolunun, mahiyyətinin müəyyənləşdirilməsi. b) insana münasibəti dünyaya qeyri-dini antropologiya mövqeyindən əsaslandlrmaq.

Ekzistensializm –insanın mövcudluğu haqqında fəlsəfi cərəyandır. XX əsrdə insanın taleyi, mövcudluğu problemləri, cəmiyyətdə yeri, azadlığı və mübarizəsi, ölü-mü və ölməzliyi haqqında fəlsəfi konsepsiyadır; XX əsrdə insan həyatının zidddiy-yətləri, partlayışlı inkişafı, gələcəyə ümidsizliyi və i. ax həmin təlimi doğurmuşdur; ekzistensializm insanı ümumi mahiyət, universium şəklində deyil, onun mövcudluğu-nun konkret ziddiyyətləri və problemləri ilə birlikdə öyrənir. Ekzistensializmin dini –mistik, fəlsəfi- mənəvi və hətta ateist istiqamətləri vardır. İnsan azadlığından bəhs edən ateist ekzistensialistlər onun Allah iradəsinə tabelikdən də azadlığını tələb edir-lər.

XX əsr fəlsəfəsində öz problemləri dairəsi ilə ekzistensializmə yaxın olan cərə-yan personalizmdir. (latınca “persona” – şəxsiyyət deməkdir). Personalizmin fərqlən-dirici xüsusiyyəti odur ki, burada “şəxsiyyət” ilkin reallıq kimi götürülür, ən ali mənəvi dəyər hesab edilir, “şəxsiyyətə” “varlığın ilkin mənəvi elementi” kimi baxılır. Hətta, dini personalist təlimlərdə belə şəxsiyyət- hər şeyə qadir olan Allahla eyniləş-dirilir. Dünyanın varlığı və insanın mövcudluğu ekzistensializmdə başlıca fəlsəfi problemlərdir. Bu dövrdə K.Yaspers, Y.Sartr, M.Şeler, N.Qartman və b. ekzistensia-lizm ontologiyasının hazırlanmasında xüsusi xidmətləri olmuşdur. Onlar insanı fəlsəfənin mərkəzinə qoyur, insan varlığının, mövcudluğunun öyrənilməsini fəlsəfə-nin əsas vəzifəsi hesab edirlər: “İnsan var, mövcuddur, varlıqdır, həm də xüsusi varlıq” hesab edirlər.

Klassik fəlsəfə varlığı insandan asılı olmayaraq öyrənirdi, ekzistensializmin ontologiyası isə tələb edirdi ki, varlıq insana nəzərn, onun prizmasından asılı öyrə-nilsin, maddi və mənəvi mövcudluq halında yanaşılsın; insan və onun ətrafındakı var-lıq mövcudluq sayılsın. Ekzistensializmin ümumi nəticəsi belə idi: Dünya insandan xaricdə, ondan asılı olmayaraq mövcuddur, insanın təhlili və mövcudluğu fəlsəfənin əsasına qoyularsa, fəlsəfə həqiqi humanizm mövqeyi qazana bilər.

Ekzistensializm fəlsəfəsinin əsas vəzifələrindən birini həyatla ölümün arasında dayanmış insana kömək etməkdə görür. Çünki bu zaman insan üçün həyatın mənası itir, hər bir adam ölüm haqqında düşünür. Fəlksəfə insanda bunu tərbiyə etməlidir ki, ölüm yetişdikdə ləyaqətlə ölməyi də bacarmalıdır. İnsanın həyatı və ölümü, həyatın mənası-fəlsəfənin əbədi mövzusu olmalıdır. Bununla yanaşı ekzistensializm “həyat ölümə doğru mövcuddur” nəticəsini çıxarmaqla, ümidsizliyə bədbinliyə qapalır. Qabaqcıl fəlsəfə insan həyatının mənasını ictimai, sosial motivlərdə görərək qeyd edir ki, həyat- insan azadlığı və yaşayış uğrunda mübarizədur, insanın özünü təsdiq etməsi prosesidir.

6. Din XIX- XX əsrlərdə ictimai və mənəvi tərəqqidə, mədəniyyətin inkişaf etdirilməsində, dini zəmində fəlsəfi ideyaların meydana çıxmasında özünəməxsus rol oynamışdır. Dinin inkişafı müxtəlif formalarda getmişdir: a) din funtamentalizm və ya ənənəvicilik. Qədim dini ayincilik, teologiya müdafiə oilunur. B) modernizm və ya dini müasirləşdirmək meylləri: dində islahatlar axtarmaq, onu müasir sosial-elmi-texniki tərəqqiyə uyğunlaşdırmaq; v) dini şüur zəmində yeni dini –fəlsəfi cərəyanlar, yeni dini təlimlər yaratmaq və s. Həmin proseslər bütün dünya dinlərində getmişdir.


: img -> page -> tmp
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə