Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu


MÖVZU II Fəlsəfənin inkişafının tarixi mərhələləri. Bəşəri və milli fəlsəfi irs. P l a n



Yüklə 0,78 Mb.
səhifə2/11
tarix17.09.2017
ölçüsü0,78 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

MÖVZU II
Fəlsəfənin inkişafının tarixi mərhələləri. Bəşəri və milli fəlsəfi irs.

P l a n

1. Fəlsəfi fikir yaranması və onun mədəni tarixi şəraiti. Qədim dövrün fəlsəfəsi.

Qədim Hindistanda və Çində fəlsəfə.

2.Orta əsrlər dövrünün fəlsəfəsi və onun xüsusiyyətləri. İntibah dövrünün fəlsəfəsi.

3.Qədim Azərbaycanda fəlsəfə. Zərdüştlik, din “Avesta”. Orta əsr Azərbaycan fəlsəfəsi. XIX-XX əsrlərdə Azərbaycanda ictimai fəlsəfi fikirlər.

4.Maarifçilik və klassik alman fəlsəfəsi XIX əsrdə maksizm fəlsəfəsinin formalaşması.



ƏDƏBİYYAT

1.Engels F, Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu. əsər 3 ciliddə. III c. səh. 384-429.

2. Zeynalov M.Fəlsəfə tarixi. Bakı.1999.

3. Əhmədov A. Qədim dünya fəlsəfəsi. Bakı. 1997.

4. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi Bakı 1994.

5. İmanov H. Əhmədov A. Orta əsr islam şərqində fəlsəfi fikir. Bakı. 1998.

6. Tusi N. Əxlaqi-Nasir. Bakı . 1989.

7.Qasımzadə F. Şirəliyev H. Dialektik materializm. səh.26-132. Bakı. 1972.

8. Hüseynov H. XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən.

Bakı.1958.

9. Şükürov A.Şərq fəlsəfəsi və filosofları . Bakı. 2005.

10.M.Fərhadoğlu .Fəlsəfənin əsasları.Bakı.2004.

11. Z.Məmmədov . Orta əsr Azərbaycan filosofları və mütəfəkkürləri. Bakı 1986.

12. A. M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları 2016.

Fəlsəfənin mənşəyi problemi son illərədək tarixi və fəlsəfi ədəbiyyatda ziddiyyətli həll olunmuşdur. Burada iki istiqamət mövcud idi: birinci istiqamətdə müstəmləkəçilik, Avropasentrizm ideoloji cərəyanları mövqeyində duran ideoloqlar bu fikirdə olmuşlar ki, ümumiyyətlə elmi-nəzəri təfəkkür, fəlsəfə mənşəcə Avropa öləkələri ilə, Qədim Yunanıstan və Roma ilə bağlı olmuşdur, buradan da dünya ölkələrinə və Şərqə yatılmışdır. İkinci istiqamıtdə isə elmi və fəlsəfi fikrin Şərq ölkələrində əmələ gəldiyi etiraf edilsə də, fəlsəfənin bir elm kimi formalaşması və inkişafı yenə də Qərb ölkələrinə, Yunanıstan və Ro-maya aid edilirdi. Qədim Şərq ölkələrində elmi və fəlsəfi fikrin ilkin formalaşması və inkişaf etməsi, demək olar ki, qəbul edilmirdi.

Elmi fəlsəfi düşüncə tərzinin mənşəcə Şərqlə bağlı olduğuna şübhə edən Avropanın bir sıra tarixçi ideoloqları iddia edirdilər ki, Şərq xalqlarının təfəkküründə, təbii-elmi və fəlsəfi fikrə meyl, guya təbiətən zəif olmuş, bu xalqlarda ancaq mifologiya, dini-möhumat, mistika mənəviyyatı hökm sürmüşdü. Lakin tarixi faktlar, dövrümüzə qədər gəlib çatmış məxəzlər, maddi mədəniyyət abidələri, bir sıra əsərlər həmin mövqeyin də qeyri-elmi, həqiqətə uyğun olmayan bir müddəa ol-duğunu sübut edir.

Tək bir faktı qeyd edək : məlumdur ki, fəlsəfi fikrin inkişafının ilikn dövrü e.ə.I minillik hesab olunr. E.ə.I minilliyin ortalarından bəşər tarixində “əqli partlayışın” “intellektual inqilabın” baş verdiyi qeyd olu-nur. Düzdür, tarix elmi həmin “intellektual inqilabın”baş verdiyi qeyd olunur. Düzdür tarix elmi həmin intellektual inqilabın səbəblərini hələ də tam mənada tədqiq edib aydınlaşdırmamışdır. Lakin bu, şübəhsiz, quldarlıq ictimai münasibətlərinin, xüsusilə məhsuldar qüvvələrin tək-milləşməsi və inkişafı nəticəsində, istehsalın qarşıya qoyduğu tələbat və ehtiyac əsasında baş vermişdir. Həmin proses isə Yunanıstanda olduğu kimi, Hindistan və Çində də eyni dövrdə, yəni əsasən e.ə.I minilliyin VI-IV əsrlərində baş vermişdir. Ona görədə bizcə, fəlsəfənin mənşəcə Qər-blə, Yunanıstanda bağlanması həqiqətə uyğun deyildir, burada Şərqdə də, Qərbdə də eyni zaman daxilində baş vermiş bir inkişafın qəbul edilməsi daha məqsədəuyğun olardı.

Lakin tarixi faktlar elmi-fəlsəfi fikrin Şərq ölkələrində, xüsusilə Babilistan və Misirdə daha qədim dövrlərdə əmələ gəldiyi haqda zəngin material verir. Həmin ölkələr dünyanın ən qədm quldar dövlətləri idi.

Beləliklə e.ə.III minilliyin əvvəllərində, quldarlıq ictimai münasi-bətlərinin tam qərarlaşması nəticəsində elmi-fəlsəgi fikir “sağlam təfəkkür”də əmələ gəlib inkişaf edirdi.

Lakin bu dünyagörüşü inkişafı, fəlsəfi təfəkkür formalaşması çox uzunmüddətli və ziddiyyətli bir yol keçmişdir.

Qədim Babilistan ədəbi abidəsi olan “Ağanın qul ilə söhbəti”, Misir abidələri olan “Arfaçının nəğməsi”, “Ümidi başa çıxmış öz ruhu ilə söh-bəti” və s. nəzərə almaq kifyyətdir. Həmin ədəbi abidələrdə kahin-lərin təbliğ etdiyi axirət dünyasının mövcudluğuna kortəbii şübhə edilir, xoşbəxtliyin bu dünyada yaradılması ideyası-təbliğ olunrdu. Ölənlərin heç kimin qayıtmadığına və o dünyanı gözü ilə görənlərin olmadığına görə “o dünyada həyatın əbədiliyi” ideyasına şübhə edilirdi. Belə nəticə çıxarılırdı ki, o dünya xoşbəxtliyinə ümid bağlamaqdansa, yaxşı, mənalı həyatı bu dünyada qurmaq daha əlverişlidir. Bu əsərlərdə varlığın, maddi gerçəkliyin sudan törəməsi kimi kortəbii materialist ideya da təbliğ olunmuşdu.

E.ə I minilliyin VI-V əsrlərində Hindistanda fəlsəfə artıq sistemləş-dirilmiş şəkildə, müəyyən cərəyanlar, müddəalar formasında mövcud idi. Burada ən ümumi anlayışlar: varlıq, materiya, insan, həyat, kainat və s.haqqında əsasən dini-mifoloji, iddealist səciyyə daşıyan fəlsəfi baxış-lar, materialist fəlsəfi sezmələr meydana çıxmışdı. Qədim Hind fəlsəfi fikri hakim brahanizm dini təlimi və ona müxalif şəkildə formalaşmış “Verdlər”də (ved) “bilik”deməkdir ifadə olunmuşdur.

Vedlər “-allahların şərəfinə oxuyan dini himnlərin və mahnıların məcmusu idi.

“Vedlər” əsasən dini səciyyə daşısalarda onlarda kainat varlıq insan haqqında və s. ümumiləşmiş fəlsəfi ideyalarda var idi.

Müxtəlif hissələrdən ibarət olan “Vedlərin sonuncu hissəsinin unanişadlar təşkil edir. (“Unanişad” sözünün lüğəti mənası “müəllimin ayaqları altında oturanlar” deməkdir. Görünür onlar “vediləri “ öyrənən şagirdlər olmuşlar) . “Vedilərin” əsas biliciləri və təbliğatçıları yüksək kastadan(təbəqədən olan müdrik brahman kahinləri hesab olunurdular.

Çində də fəlsəfi fikrin meydana çıxması və inkişafı, Babilistan, Mi-sir Hindistan və başqa şərq ölkələrinə uyğun olmuşdur. Buradada istehsalın inkişafı quldarlığa keçilməsi, əqli əməklə məşğul olan xüsusi insanların –müdriklərin əmələ gəlməsi, astronomiya, riyaziyyat, tibb və s. elmlərin meydana çıxması fəlsəfənində yaranmasına imkan vermişdir. “müxalif mövqedən ölkənin dolaşan müdrik kahinlər qəbilə inamlarıa qrşı çıxır”. “Şitezin ”(“Şerlər qanunu ) “itezin”(təbəddulatlar kitabı) və başqa kitab və mənbələrdə ifadə olunan fəlsəfi ideyaları yayırdılar. E.Ə. VI əsrdə ilk Çin fəlsəfi məktəblərin fəaliyyət göstərmişlər. O vaxt formalaşmış kofusiançılıq və daosizm fəlsəfi dini cərəyanları onların adı ilə bağlı olmuşdur.

Konfusiançılıq-e.ə VI əsrdə Konfutsı və onun ardıcılarının -adı ilə bağlı formalaşmış dini-fəlsəfi etik cərəyandır, görüşlər sistemidir.Yeni eranın ərəfəsində xüsusi dinə çevrilmişdir.Əsas mənbəyi “Söhbətlər və mühakimələr”(lun-yuy)adlı kitab hesab olunur. Konfusiyançılığın məqsədi mövcud üsul-idarəsini, quldarlıq münasibətlərini qoruyub saxlamağa xidmət olmuşdur. Bu cərayana görə cəmiyyətdə “jen” adla-nan, allah tərəfindən göndərilmiş qanun fəaliyyət göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki davranış normasına, rəsmi qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi qeyd edirdi ki, cəmiyyətdə ağıllı adamlar rəhbərlik etməli, möhkəm intiham olmalı, hakim-hakim,tabe-tabe, ata-ata, oğul-oğul olmalıdır.

Daosizm-qədim Çində Əmələ gəlmiş fəlsəfi cərəyandır.(e.ə.IV-III əsrlər), eramızın II əsrində dinə çevrilmişdir. Bu dini- fəlsəfi təlimin əsasını qoyan zao-teziya görə bütün mövcuatun ilkin əsası və mahiyyəti “daodan (qanun mənasındadır.)ibarətdir.Daosizmin əsas abidəsi olan “Dao-de-tezin”a görə (e.ə.IV-III əsrlər) bütün maddi cismlər” daonun təzahürləri hesab olunur.Bu təlim hər şeyin “dao”əsasında, daxili zərurət və qanunauyğunluqla baş verdiyini iqrar edir. Bu təlim, nəticə etibarilə, tatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır.

Legizm-qədim Çində konfusiançılıq dini-fəlsəfi cərəyana müxalif meydana çıxmışdı. (latınca “ligis” qanun deməkdir). Leqizm cəmiyyəti, dövlətli,insanı idarə etmək haqqında fəlsəfi, etik, sosioloji təlimdir. E.ə.VI –III əsrlərdə yayılmışdı.Nümayəndələri Quan Çjin Şan Jan, Xan Vey və b. olmuşlar. Leqizzmə görə cəmiyyət və dövlət idarəçiliyi, konfusiaçılıqdakı kimi mənəvi, əxlaqi təkmilləşməyə deyil,”qanuna”, intizama, siyasətə, fəlsəfi biliyə əsaslanmalıdır. Leqiz-min əsas tələbləri bunlar idi. “Hökmdar- qanunun yeganə yaradıcısıdır”. Hökmdar kütlə-lərin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, fəaliyyətində onları nə-zərə almalıdır”, “Hamı qanun qarşısında bərabər olmalıdır.”, əsas fə-aliyyət metodu mukafat və cəzadan ibarət olmalıdır” “nizamlı ordu dövlətin dayağıdır”və s.

Qədim Hind və Çin fəlsəfəsində idrak, məntiq, qnoselogiya məsələlərinə dair də, bn gün elmə əhəmiyyətli olan müyyən ideyalar vardır. Həmin məsələlərdə məntiqi idraka, rasional təfəkkür metodla-rına, ümumi əqli nəticələr hazırlanmasına üstünlük verilsədə, idrakın mənbəyi hiss üzvləri hesab olunurdu. Hind fəlsəfəsində həqiqətin dərk edilməsinin üç metodu (vasitəsi) qeyd edilirdi: qavrama (pratyaşka), məntiqi nəticə (anuman) və nüfuz (avtoritar), şahidliyi (Şabda). Sonralar bunlara iki metod da əlavə olunmuşdur: müqaisə (pravmana) və fərziyyə və ya ehtimal (mimansa)

Budda məntiqində isə həqiqətin nisbiliyi ideyasına üstünlük verilirdi.

Qədim dövr fəlsəfəsi özünün klassik inkişafı formasına Antik öləkələr adı ilə tanınmış Yunanıstan və Roma quldar dövlətlərinə çatmışdır.(latın dilində “anti quus”-qədim deməkdir).Antik fəlsəfə o za-man mövcud olan elmi biliklər əsasında qərarlaşmışdır. Antik ölkələrdə də fəlsəfə bütün bilik sahələrini əhatə edirdi.

Elmi biliklərə istinad edən fəlsəfə əvvəlcə dini-mifoloji xüsusiy-yətlərin tənqidi ilə, sadəlöhv naturalist-materialist meylin güclənməsi ilə, sübut və həqiqətə can atması ilə səciyyələnmiş, inama əsaslanan dini-mifloji baxışlardan fərqlənmişdi.

Milet məktəbi nümayəndələri olan Fales, Anaksimandr, Anaksinen (VI əsr) hər şeyin bütöv kainatın ilikn maddi əsasını su və havada, Nefəs məktəbinin nümayəndəsi Heraklit (1544-483)isə odda görür, dünyanın məhz bu maddi ünsürlərindən əmələ gəldiyini söyləyirdilər. Onlar fəlsəfəyə bütün mövcudatın səbəbləri və başlanğıcı haqqında elm kimi baxırdılar.Burada varlığın mifoloji doğuluşu yox səbəbləri axtarılır, ontoloqizm (varlıq haqqında təlim)ön plana çəkilirdi.

E.əVI-V əsrlərdə Yunan fəlsəfəsində ontoloji təlimə görə varlığın əsas-ları müxtəlif mövqelərdən həll edilirdi. Pufaqorçular bütün mövcudatın əsasına sayları qoyurdular. Parmenid isə iddia edirdiki, varlıq ancaq zəka ilə dərk olunandır,onu hiss üzvləri ilə anlamaq olmaz çünki hisslə ancaq keçici olanı müvəqqəti olanı anlamaq imkanı verir, əqiq, zəka isə əbədi olanı mənimsəyir.Ksenofona və onun elatçılara görə isə varlıq həmişə mövcud olandır, əbədidir, o, fikrimizdə olduğu kimi təkdir, bölünməzdir, bölünən və çox müxtəliflik hissi dünyadır. Vahid, əbədi varlığa ancaq təfəkkür, zəka vasitəsilə nail olmaq olar.

Eleat məktəbi nümayəndələrinə görə varlıq anlayışının məzmununa üç xüsusiyyət daxildir.a) varlıq mövcuddur,vardır, qeyri -varlıq, yoxluq isə mövcud deyildir, yoxdur,b) varlıq vahiddir, bölünməzdir, təkdir, v) varlıq dərk olunmazdır, qeyri-varlıq, yoxluq isə dərkolunmazdır, o zəka üçün yoxdur, çünki, o, mövcud deyildir.

Yunan filosofu Zenan isə varlığın vahid, hərəkətsiz və sonsuz oldu-ğunu,hərəkətin isə ziddiyətsiz fikrə gətirilməsinin mümkün olmadığı üçün varlığın mahiyyətini ifadə etmədiyi haqqında özünün dialektik müddəalarını aporiyalar təlimi ilə, paradaksol vəziyyətlər, dolaşıq şərait-lər yaratmaq vasitəsilə sübut etməyə çalışırdı.

Antik fəlsəfədə varlığın əsaslarının işləməsində “apeyron”və “at-om”haqqında ideyaların da mühüm əhəmiyyəti olmuşdur. Hələ Milet məktəbinin nümayəndəsi Anaksimadır bütün mövcudatın əsasına maddi başlanğıc hesab etdiyi apeyronu (yunan dilində qeyri-müəyyən maddə deməkdir) qoyr və kanatın ondan törədiyini qeyd edirdi.Bu ideya qədim yunan kortəbii materializmin böyük nümayəndəsi,determinizm (səbəb müəyyənliyi) və atomozim fəlsəfi təlimlərin banisi Demokrit(460-370) tərəfindən daha da inkişaf etdirilmişdir.Demokrit və onun tələbəsi Epikür (341-270) iddia edirdilər ki, “dünya boşluqdan və atomlardan ibarətdir.Atomlar həmin bşluqda daim hərəkət edirlər”.Lakin onlara görə atomların özləri dəyişilməz, hərəkətsiz və bölünməzdir. Onların birləşməsindən maddi cisimlər, materiya əmələ gəlir, parçalanmasın-dan, ayrılmalarından isə məhv olur, başqa formaya keçir. Epikür hətta atomları ağirlıqlarına görə də fərqləndirməyə çalışmış, maddi cisimlərin “atom çəkisi” nə görə fərqləndiyinidə sezmişdir.

Demokrit dünyanın mexaniki-materialist mənzərəsi haqqında belə ideya irəli sürmüşdü: bütöv, tam, hisslərin, təklərin məcmusundan əmələ gəlir; atomların nizamsız hərəkəti, onların təsadüfi toqquşması isə bütün mövcudatın səbəbidir. Demokrit hərəkətin səbəbini tapmaq üçün “valid varlığı ayrı-ayrı, çoxsaylı varlıqlara-atomlara bölür, onu materialistcə-sinə təqdim edir.

Lakin dünyanın Demokrat tərəfindən irəli sürülən atomist materia-list mənzərəsinə qarşı hələ sağlığında müəyyən etirazlar olmuş, dialoq-lar, mübahisələr, diskussiyalar aparılmışdır. Materialist “Demokrit xətti” nə müxalif möqedən”Platon xətti” çıxış etmişdir.

Platon (427-347) və onun ardıcılları dünyanın idealist anlayışını əsaslandıraaq varlığın əsasnı maddi olmayan cansız (bədənsiz) ideyadan ibarət hesab edirdilər; maddi varlığın obektiv, hərəkətsiz, əbədi ideyadan əmələ gəldiyini söyləyirdilər. Platon varlığın ancaq idrak, zəka ilə dərk olunmasını qəbul edir, hissi qavranılmanı isə yolverilməz sayırdı. Başlı-ca tənqidi isə onun şagırdı Aristotel (384-322) vermişdi:

O,Platonda əsas çıtışmayan cəhəti, onun ideyaya müstəqil mövcudat kimi baxmasında, onu hissi aləmdən ayırıb təcrid etməsində, hərəkət və dəyişməni isə ancaq hiss aləminə, konkret əşyalara aid etməsində görür-dü. Aristoteldə varlıq mənasında “mahiyyət” anlayışı işlədilir, onların hər ikisinin eynimənalı olduğu təsdiq edilir. “Mahiyyəti” substansiya,-varlıq kimi qəbul edən Aristotel, keyfiyyət, kəmiyyət, müasibət, məkan, zaman, hərəkət, iztirab, hal, sahib (malik) olmaq kimi kateqoriyaları da varlığa “mahiyyət” vasitəsilə aid edirdi. Onları mahiyyətin xassələri sa-yırdı. Mahiyyəti isə ilkin əsas, substansiya kimi həmin xassələrin daşıyı-cısı bilirdi. Aristotel həm də mahiyyətin fərdi, təkcə olmasmını da qəbul ediridi.

Antik fəlsəfədə “materiya” kateqoriyası ətrafında da mübahisələr, fi-kir pluralizm olmuşdur. İlk dəfə “materiya”anlayışını Platon işlədərək onu özünün dəyişməz, vahid hesab etdiyi “ideya”,varılğa qarşı qoymuş-du.

Platon “materiya”dedikdə “başqa başlanğıcı”-dəyişkən axıcı və da-imi olmayanı, “hissi aləmi”nəzərdə tutmuşdu.Materiya hissi-maddi pred-metləri əhatə etdiyi üçün, hərəkətdə və dəyişmədə olduğu üçün, Platona görə o elmi bilik obyekti ola bilməz. Hətta o,bəzən materiya ilə “mövcud olmayanı”yoxluğu da eyniləşdirdi, bəzən isə vonu ancaq məkan mənasında izah edirdi.

Aristotel isə “materiya”ya ancaq məkan mənasında yox, həm də mü-əyyən formaya malik maddi mövcudat şəklində, maddi cisimlərin mə-cmusu kimi baxırdı.

İnsana,onun həyatı, ölümü və ölməzliyinə münasibət, onun təbiət və cəmiyyətdə yeri və rolunun müəyyənləşdirilməsi problemi də antik fəlsəfədə mərkəzi yerlərdən birini tutumuşdu. Bu cəhətdən qədim yunan sofistlərinin əməyi böyük olmuşdur. (Sofistlər-yunan dilində “müdriklik müəllimləri”mənasındadır) Sofistlərin əsas nümayəndələri Prataqor (490-420) və Qorqıy (480-380) olmuşdur. Onlar insan biliyinin yoxlan-ması və təsdiqini tələb edir, korkoranə inamı qəbul etmir, dəlil və sübut-ları əsas götürürdülər. Onlar ənənəvi biliyi deyil,şüurun özü tərəfindən əsaslandırılmış, sübut edilmiş biliyi qəbul edir, köhnə sivilizasiyanın əsaslarını tənqid ediridlər. Sofistlər fəlsəfəsi elmi biliyi kütləvi ya-yır, əhalini maarifləndirir, ilk dəfə təlim üçün qonarlar alırdılar. Siyasi idarəçilikdə, məhkəmədə, həyati mübahisələrdə sofistlər əhaliyə öz mövqeyini əsaslandıraraq sənətini öyrədir,nitq mədəniyyəti, ədəbi dil, dialoq sənəti, üslubiyyət və s.təlqin edirdilər.

Sofistlərin nisbiliyi,relyevtizmi sonralar böyük filosof Sokrat (470-399) tərəfindən ciddi tənqid edilmişdir.Sokrat biliyin subyektivliyi ilə yanaşı,həqiqətin obyektivliyini də sübut etməyə çalışırdı.İnsanı gerçək-liyi və özünü dərketməyə çağırırdı. Onun insana müraciətlə dediyi “özü-nü dərk et!” müddəası iki min ilə yaxındır ki, fəlsəfi hərbməsəl, aforizm kimi səslənir. Sokrat bütün xeyirxahlığın, ədalətin əsasına elmi, biliyi, xüsusilə obyektiv biliyi qoymağı tələb ediridi.O,göstərirdiki,bilik özü xeyirdir,insanı xoşbəxtliyə aparan yoldur.Qeyri-əxlaqi hərəkətlərin səbəbini Sokrat həqiqəti bilməklə, biliksizlə izah edirdi. Sokrata görə “bir halda şər, qeyri-əxlaqi hərəkət biliksizlikdən irəli gəlir, deməli.”bilik həm də ədalətli dövlətin təminatıdır. Sokratın qəti əqidəsi belə idi ki, ancaq xeyirxah adam xoşbəxt olmağa haqlıdır.

Stoiklər fəlsəfəyə ancaq elm kimi deyil, həyat yolu, həyat müdrikliyi kimi baxırdılar.Onların fikrincə ancaq fəlsəfə insana mürəkkəb stuasi-yadan baş çıxarmaq,öz müstəqiliyini və ləyaqətini saxlamaq imkanı ve-rir. Stoiklərə görə həqiqi müdrik heç ölümdən də qorxmamalıdır. Stoiklər ehtirasızlığı və sükunəti, daxili sakitliyi mənəvi ideal hesab ediridilər ki onu da apata adlandırırdılar. Sosial fəallıqdan çəkinmək Epikür (341-270) və Romalı Lukretsi Kar(99-55)etikasında da əsas yer tuturdu.Onların etikası ümumi ictimai insana deyil,fərdə,ayrıca insana istinad ediridi. Bu, Epikurun varlığın ilkin atomdan əmələ gəlməsi ide-yasına uyğun idi. O,qeyd edridiki, real gerçək olan ayrıca təcrid olunmuş atomlardır, ümumi, tam kosmos isə ikincisidir, atomların toplusudur, Epikura görə mənəvi xoşbəxtlik razı qalmaqdır, ruhi sakitlik və qiyam-sızlıqdır. Epikür və Lukretsi Kar mövhumatın, köhnə dini ayinçiilk ənənələrinin tənqidinə də xüsusi diqqət yetirmişdir .Onlar qeyd edirdilər ki,insanın özü ilə birlikdə onun ruhu da ölür.

Feodal istehsal müasibətlərinin qərarlaşması yeni orta əsr feodal mə-dəniyyətinin formalaşmasına səbəb oldu.Bu mədəniyyətin isə səciyyəvi xüsusiyyətin,hər şeydən əvvəl bütün ictimai şüur sistemində dinin,xü-susilə xristianlıq və islamın hakim mövqe tutması ictimai-fəlsəfi,mənəvi fkri əsasən ön təsirinə alması təşkil edirdi.Müxtəlif elm sahələri kimi fəlsəfə də teologiyanın “dinin xidmətçisinə”çevrilmişdi.Dünyanın atomist-materialist mənzərəsi,kosmosentrik səciyyəsi arxa plana keçmiş,dinin təsiri ilə Allahın insanabənzər tək yaradıcı olması ehkamı,-Allahın dünyanı, “heçdən xəlqü etməsi”ideyası aprıcı yerə keçmiş,ka-inatın teonsetrik mənzərəsi dünyagörüşün əsas səcyyəsini təşkil etmişdir.

Orta əsr mədəniyyəti və fəlsəfəsi üçün digər başlıca xüsusiyyəti,-xristian və islam dinlərinin təbliği etdiyi,teokpatik ictimai quruluş idey-asına, dünyanın teokratik mənzərəsi haqqında dini ehkamlara haqq qazandırmaq üçün qədim dövrün fəlsəfi irsindən istifadə etmək cəhdləri təşkil edirdi.Bu məqsədlə Platonun idealist baxışlardan və Aristotelin məntiqi sübutlar haqqında təlimlərindən geniş istifadə edilirdi.Həmin mövqe orta əsr Azərbaycan dini-idealist fəlsəfəsində də məsələn “kəl-am”təlimində,peripatetiklikdə,işraqilikdə,panterizmdə və s. güclü olmuş-dur.

Lakin,bütövlükdə Allahın varlığının çox müxtəlif sübutlarını işləyib hazırlayan exolastiklər,tezkliklə həyatla əlaqələrini itirir,cəmiyyətin praktik tələbatlarının ödənilməsindən uzaqlaşır və nəticədə onların fəlsəfi baxışları mücərrəd,dini-mistik səciyyə kəsb edir.İndinin özündə də həyatla əlaqəsi olmayan,praktik təlabata xidmət etməyən çox dolaş-dırılmış və mürəkkəb,mücərrəd şəklə salınmış fəlsəfə sxolastika adlandırılır.

Orta əsr mədəniyyəti və fəlsəfəsinin əsas cəhətlərindən birini də onun kreasionist səciyyə daşıması təşkil edirdi.(latınca-creatio yaradıcı deməkdir).Dini teosentrik fəlsəfi dünyagörüşü belə hesab edirdi ki, çox-allahlıq və bütpərəstlikdən fərqli olaraq ,hər şeyə qadir, tək allah dünya-nı heçdən yaratmış,öz qüdrəti ilə də özü idarə edir.Təbiət də,cəmiyyət də,insan da onun iradəsinə tabedir.Bilik də insanda anadan gəlmədir,-təcrübə ilə onun əlaqəsi yoxdur.Kreasionizmdə ənənəvi fəlsəfi dualizm yoxdur,monizm hökm sürür;yalnız Allah mütləq,vahid başlanğıc qəbul olunur.Bütün mövcudatı o yaratmış və idarə edir.Kreasionizmin banisi və əsas ideolji Avreli Avqustin (354-430)olmuşdur.O,kilsə müəllim ad-landırılmışdı.O,ilahi tale,axirət cəzası,Allahın subutaları haqqında təlimləri əsaslandırmış,bidətçilik cərəyanlara qarşı amansız olmağı töv-siyə etmişdir.

Orta əsr fəlsəfəsində (Şərqdə də Qərbdə də)insan poblemi də Allah iradəsi əsasında həll olunurdu.Bu cəhətdən islam dini əsasında(xristi-anlıq və başqa dünya dinlərində də belədir)insana münasibətə dair aşağı-dakı ümumiləşmiş nəticələri qeyd etmək olar:a)islam dinində açıq deyi-lməsi də insan Allaha bənzər,Allah surətində təsvir olunur.Xristianlıqda isə bu münsibətlə açıq şəkildə deyilir ki, “Bibiliya”nın qəbul etdiyi insan Allahın surəti və ya onun bənzəriyəsidir.Məhz bunun nəticəsidir ki,Allah səviyyəsinə yüksəldilən İsus Xristos xristianlıqda insan-allah obrazında təsvir olunmuşdur.Azərbaycanda yayılmış panteizm,sufilik,hürufilik və s. dini-fəlsəfi cərəyanlarda da Allahın və insanın bir-birilə “bənzərliyi”və “qovuşması”ideyası geniş yer tutmuuşdur.b)islama görə,-insan yer üzünün əşrəfi,təbiətin tacıdır.O.bütün canlılar işərisində ən ali,şərəfli məxluqdur.v)Platon və Aristoteldə olduğu kimi,dünya dinləri də (xüsusilə islam)insanı “ictimai varlıq” “düşüncəli canlı”hesab edir.İn-san şüurlu varlıq kimi gerçəkliyi dərk edir,lakin o,ancaq Allahı dərk edə bilmir,çünki Allah əlçatmazdır,dərk olunmazdır.q)lakin dinlərin təsirin-də olan orta əsr fəlsəfəsi,insanın Allah iradəsinə tabe olduğunu, “insanın azad iradəsinin olmadığını ”onun taleyinin bütövlükdə ilahi mahiyyət daşıdığını qəbul edirdi.Çox vaxt insanda xeyir əməllərin Allahdan,şər işlərin isə onun özündən asılı olduğu,şərin “şeytan əməli”olduğu təbliğ olunurdu.

Orta əsr sxolostikasını sistemləşdirən Dominikan teoloq-filosofu monax Aktinalı Toma (1225-1274)olmuşdur.O,qarşısına xristian dini təlimini qədim yunan fəlsəfəsinin,xüsusilə Aristotelin ideyaları ilə qovuşduraraq sağlam düşüncə şəklinə salmaq,ekletik dini-fəlsəfi təlim yaratmaq məqsədi qoymuşdu.O,Aristotelin formanı ilkin əsas,materiyanı törəmə hesab edən ideyalarına əsasən iddia edirdi ,xristianlıqda ideal və maddi-nin münasibəti həmin mövqedən həll edilməlidir.A.Formaya görə forma “qayda-qanun prinspi”ilkin əsasıdır,materiya isə “varlığa zəif növü”keçici maddi cisimlərin məcmusudur.Onun fikrincə “ilkin prinsip forma ilə materiyanın qovuşmasından fərdi hadisələr dünyası yarandı”.-O,can və ruhun timsalında forma və maddənin nisbətinsdən bəhs edərək deyirdi ki, “insan ruhu formayabənzər prinsipdir, lakin ruh özünün tam təcəssümünü ancaq canla birləşdikdə tapır.”Aksinalı Foma insan-allah İmsus-Xristosun timsalında maddi və idealın,insani və ilahi mahiyyətin vəhdətini təsdiqləməyə çalışırdı.Onun fikrincə,ali ilahi mütləq sayılan İusus Xristos bir tərəfdən insan obrazındadır,maddidir,digər tərəfdən Allaha məxsus keyfiyyətlərə malikdir.O,ilahi (ideal)və insanın (mad-di,materiya)vəhdəti simvoludur.

Orta əsr fəlsəfələrinin problemləri sıradında ruh və canın,zəka və inamın (etiqadına),maddi və idealın nisbətinin müəyyənləşdirilməsi məsələləri ilə mühüm yer tuturdu.Bunların dini-idealist mövqedən həlli aparıcı,üstün mövqe tutsa da,belə nəticəyə gəlmək düzgün olmazdı ki, bu barədə elmi-realist,materialist baxış heç olmamışdır.Əksinə zəif olsa da,realist-materialist istiqamət də mövcud olmuşdur.

Materializm mövqeyinə yaxın olan nominalistlərə (Rostselin və b)görə isə,universalinlərin möstəqil,obyektiv mövcudluğu inkar olunur,-ümumi anlayışların ancaq insan idrakında təfəkkürdə mövcudluğu qəbul edilirdi.

Rostelin hətta iddia edirdi ki,ancaq təkcələr real mövcuddur,-ümumilər isə illüziyadır,universalilər ancaq maddi cisimlərə,şeylərə ve-rilmiş adlardır,onlar maddi cisimlərsiz mövcud ola bilməz-lər.Nomina-lizmə görə ancaq fərdi olanlar,konkret maddi cisimlər real mövcuddur,-məhz onlar ancaq təfəkkür predmeti kimi öyrənilə bilərlər.

Orta əsr Azərbaycan fəlsəfəsi fikrində də məntiq,qnoseologiya,dün-yagörüşü problemlərinə marağın güclü olması,onun Şərq və ümumdünya fəlsəfi fikir ilə qarşılıqlı əlaqədə inkişaf etdiyini təsdiq edir.

Azərbaycanlılar çox qədim tarixə və zəngin mədəniyyətə malikdir-lər.Onlar dünyanın ən sivilizasiyalı,təbiətən mütərəqqi millətlərindən biridir.Zəngin mədəni irs,bəşərlik və milliliyi özündə vəhdət halında bir-ləşdirən ənənələr,inteliuktal-fəlsəfi sərvətlər,humanist mənəvi dəyərlər,-mənşəcə Oğuz türklərindən olan bu millətə məxsus başlıca keyfiyyətlər-dir.

Daş alətlərdən başlayaraq dəmir alətlərin hazırlanmasına qədər uzun bir tarixi yol keçmiş,öz yazılarına malik olmuş qədim Manna,Midiya ki-mi quldar dövlətinin tərkibində yaşamış qədim azərbaycanlılar e.ə IX əsrdən öz mədəni-fəlsəfi,iqtisadi,siyasi nailliyətləri ilə,folklor nümunələ-ri və ənənələri ilə bütün dünyada tanınmışdır.

Həmin dövrdə xalqımızın dini-fəlsəfi dünyagörüşünü müəyyənləş-dirmək üçün bizə qədər gəlib çatmış folklor nümunələri zəngin material verir.

Təbiətə hörmət və pərəstiş, ovçuluq, əkinçilik, heyvandarlıq, sənət-karlıqla bağlı nəğmələr, mövsüm ənənələri, rituallar, müxtəlif dastanlar, miflər, nağıllar və s.xalqımızın qədim mifoloji təfəkkürdən xəbər ver-məkdədir.

Qədim azərbaycanlılarda ətraf aləmə münasibətdə ümumi Şərqə məxsus 4 ünsür haqqında ideyalar,kainatın 4 ünsüründən ibarət olması,-bütün cisim və hadisələrin bu ünsürlərin birləşməsindən əmələ gəlməsi və parçalanmasından məhv olub getməsi haqqında təsəvvürlər güclü olmuşdur.Qədim hindlilərin “çarvak”ərəblərin “ənnasiri ərbaa”farsların xak.bad,ab,atəş adlandırdıqları həmin 4 ünsürü azərbaycanlılar:

“torpaq,su,od,hava hesab edirdilər.Görünür,ayın 4 həftəyə,ilin 4 fəs-lə,səmtlərin 4 yerə və s.bölünmısi haqqında təsəvvürlərdə bununla əlaqə-dar olmuşdur.Xalqımızın qədim dövrlərindən gələn Novruz ənənələrində 4 ünsür ideyaların təsviri indi də hiss olunmaqdadır:bayrama 4 həftə qal-mış hazırlıq işlərinə başlaması,təbiətin oyanmasilə əlaqədar ardıcıl sürətdə “suyun oyanması”, “od mərasimləri” “yel əsməsi”(hava)torpağın oyanması ilə bağlı dörd həftəlik mərasimlər,çərşənbə ənənələri ayın və rituallar keçməsi bunu bir daha təsdiq edir.

Qədim yunan tarixçisi Herodatın (e.ə 490-425) “Tarix”əsərində məlumat verdiyi “Astiyaq”və “Tomris” əfsanələri də xalqımızın qədim və zəngin mifik mədəniyyətinə malik olduğunu göstərir.

“Tomris”əfsanəsində isə cəsur hökmdar qadın Tomrisin vətəni fəda-karlıqla müdafiə etməsində göstərdiyi qəhrəmanlıqlar təsvir olunmuşdur.

Bunlar da təsdiq edir ki,vətən eşqi,onun müdafiəsi,yadellilərdən qo-runması naminə ölümə getməyə hazır olmaq hələ qədim əcdadlarımız-dan bizə qalmış mənəvi yadigarlardır.

Midiya dövlətindən sonra Azərbaycanda yaşayan xalqlar Atropaten və Albaniya kimi dövlətlərin tərkibində olmuşlar.Onların dini-mifoloji və fəlsəfi dünyagörüşün əsasında “Avesta” da ifadə olunmuş zərdüştlük ideyaları durmuşdur. “Avesta”qədim Azərbaycanda yaşayan xalqların dini-fəlsəfi,mənəvi-əxlaqi,ictimai və i.a.görüşləri əks olunmuşdur. “Av-esta” zərdüştlük dini-mifik dünyagörüşün əsas mənbəyidir.Onun meyda-na çıxması e.ə.təqribən IX əsrə aid edilir.Ehtimal olunur ki,onun tamam-lanması bizim eranın II əsrində başa çatmışdır.

Zərdüştliyin formalaşması b.e.əIX-VII əsrlərə aid edilir.Banisi Zərdüşt peyğəmbər(və ya zaratuştlara) olumuşdur.Onun tarixi şəxsiyyət olması ehtimal edilir.Zərdüşt həm də müqəddəs kitab olan ən qədim “Avesta”nın müəllifi hesab olunur.Zərdüştliyin “Avesta”da ifadə olun-muş ideyalarını,qısa şəkildə belə qruplaşdırmaq olar;

1.Kainatın nizamı,dünya mövcudluğu xeyir və şərin işıq və qaranlı-ğın,həyat və ölümün əbədi,mübarizəsindən asılıdır.Xeyir,işıq allahı Hur-mun (Ahura-Məzda)və şər,qaranlıq allahı isə Əhriman (Ahura-Marı-ya)hesab olunur.Onların arasında ədəbi mübarizə gedir,insanlar onlar arasında mövqe seçməkdə azaddırlar.

2.Zərdüştlük,nəticə etibarilə xeyrin şər üzərində, işığın zülmət üzə-rində qələbəsinə inam və etiqaddır.Gez- tez xeyir qələbə çalacaqdır,lakin insanlar fəaliyyətsiz halda durub bu qələbəni daha da yaxınlaşdırmalı-dırlar.Azad iradəyə malik olan insanlar,şəxsiyyətlər öz fəallıqları ilə dünyada ədalətin,xeyrin qələbəsinin təmir edilməsinə kömək göstər-məlidirlər.

Daha sonrakı dövrlərdə (e.ə XII-VI əsrlər)zərdüştlikdə xeyir Allahı Hörmizə (Ahura-Məzdaya)pərəstişə əsaslanan məzdəlik dini-təriqəti me-ydana çıxır.Xeyirin şər üzərində qəti qələbəsinə inanan və onu təbliğ ed-ən məzdəilik odu Hörmuzun yerdə təzahürü hesab edir,oda sitayişi geniş yayırdı.Zərdüştilikdən fərqli olaraq,məzdəilik ölünün dəfn edilməsinə icazə verir,Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə Hökmdarlar arasın-da vasitəçi olması ideyasına qarşı çıxırdı.Məhsul,göy cisimləri,Günəş al-lahlarına etiqadı qəbul etməklə məzdəlik bütpərəstliyə də yol verirdi.

Orta əsrin lap əvvəllərində Yaxın Şərqdə geniş yayılmış manihey-çilik dini-fəlsəfi ideyaları Azərbaycanda da olmuşdur.Zərdüştilik xristi-anlıq və buddizm dinlərinin təsiriylə formalaşmış maneçiliyin banisi Mani (214-276)olmuşdur.Maniheyçilik III-IV əsrlərdə geniş vüsət almı-şdı.Bu dini-fəlsəfi təlim dürüst səciyyə daşımış “üçlü zaman” sisteminə əsaslanmışdır. “Birinci zaman” da varlığın iki, müstəqil, əbədi və bir-birinə zidd başlanğıcdan ibarət olduğu iddia olunur,xeyr və şər, işıq (allah) və qaranlıq (materiya , maddi cismlər). “İkinci zaman” da bu iki başlanğıc birlikdə , qovuşuq mövcud olur.İşığın, xeyrin hakimi həyat anasını yaşadır.Həyat anası insanı dünyaya gətirir. Həmin insan qaranlı-qla,cəhalətlə mübarizəyə girişir, lakin əsir düşür.İşığın hakimi bu zaman canlı ruhları yaşadır.Həmin ruhlar qaranlıqla , şərlə vuruşub ilkin insan-ları xilas edirlər.Məhz bu təmizlənmə prosesindən sonra “üçüncü zama-n” başlanır: bu xeyrin şər üzərində , işığın qaranlıq üzərində qəti qələ-bəsi zamanıdır.Maddi olanın qalıqları, ilahi işıqdan məhrum olduqları üçün alovlar içərisində yanıb məhv olurlar.İnsanın qəlbini işıqlandırmaq, şərdən (materiyadan )xilas etmək üçün işığın hakimi (allah) öz qulunu xilaskar şəklində yer üzünə göndərir.O, da maneyeçiləri hər cür bəlalar-dan, bəd əməllərdən xilas edir. Maneheyçiliyin xilaskarın zühur etməsi və ədalətli bərpa edəcəyi ideyası sonrakı dinlərə və başqa təlimlərə güclü təsir etmişdir.

Qədim Azərbaycan ərazilərində quldarlığın zəifləməsi , Atropoten, Albaniya Girdiman və b.dövlətlərdə tədricən feodal münasibətlərinin qərarlaşması xalqın dini –fəlsəfi görüşlərində də dəyişikliklər əmələ gə-tirdi.Bu proses V-VI əsrlərdə daha da güclənmiş və feodal ədalətsizli-yinə qarşı müəyyən etirazlar doğurmuşdur. Xalqın azadlıq arzuları V-VI əsrlərdə Asiyada geniş yayılmış məzdəkilər hərakatının ( rəhbəri kalin məzdəkin adındandır) idelogiyası olan məzdəkilikdə ifadə olunmuş-dur.Orta əsr Azərbaycanın fəlsəfi ideyaları çox hallarda cıl materialist , nə də tam idealist, hesab etmək olmazdı. Əhalinin dünyagörüşü dini qida almış,tək Allaha peyğəmbərliyə,Məhəmməd əleyhüssəlamın Allahın rə-sulu olmasına,Quranın müqəddəsliyinə və vəhylə Allahdan göndərilmə-sinə, axirətə,ruha və i a. inam və etiqada əsaslanmışdır.Bu fəlsəfə üçün “ İkili həqiqət” baxışı daha aparıcı rol oynamışdır.

Həmin baxışa görə həqiqət ikili səciyyə daşıyır: elmi –idarakı və dini ilahi. Birinci insan əqlinin , ikinci isə insan qəlbinin qüdrəti ilə dərk olunur.Birinci növ həqiqət də Allahın iradəsi ilə baş verir: Allah müəy-yən adamlarla təbiətdə, cəmiyyətdə və insanın özündə“gizli olan” mü-əyyən sirləri açır, o, isə bunları bəyan edir.

Orta əsr Azərbaycanın fəlsəfi ideyaları çox hallarda Antik ölkə filosoflarının, xüsusilə Platon və Aristotelin təsirində inkişaf etmişdir.-Bu dövr Azərbaycan filosofların dünyagörüşün “peripatelik” səciyyə daşıması, əsasən Aristotelin təsiri ilə izah edilməlidir.Peripatetiklik-dünyagörüşün dualist səciyyəsindən irəli gəlirdi.Həmin fəlsəfi mövqe-yin tərəfdarları materializm ilə idializm arasında tərəddüd edirdilər, onları nə ardıcıl materialist, nə də tam idialist, hesab etmək olmazdı.-Azərbaycan filosoflarından Bəhmənyar, Şührəvərdi, Ürməvi və b. həmin mövqedən çoxlu əsərlər yazmışdır.Əslində islam dininin əmələ gəlməsi və yayılması tarixi zərurət olmuş,zamanın tələbindən doğmuşdur.İslam-da müəyyən ziddiyyətlər olsa da,müəyyən mənada lakin qüvvələrin mənafeyinə xidmət etsə də,mahiyyət etibarilə o,mütərəqqi dindir,cə-miyyətin sosial-mənəvi tərəqisinə kütlələrin mənəvi saflaşdırılmasına xidmət etmişdir.

Düzdür,islamın yayılması bəzən “biz qılınc müsəlmanıyıq”anlayışı-na uyğun olaraq Azərbaycanın bir sıra bölgələrində zorakılıqla həyata keçirilmiş olsa da məsələn, Naxıçvanda,Muğanda,Şirvanda və s.bu,heç də həmişə və hər yerdə belə olmamışdır.Bizcə,islamın deyil,ərəb xəlif-əliyinin ərazi iddiaları siyasəti ilə bağlı yanaşmaq lazımdır.

Orta əsrlərdə Azərbaycanda,Yaxın və Orta Şərqdə yaxşı tanış,demək olar ki,dünya şöhrəti qazanmış bir çox filosof mütəfəkkirlər yetişmiş-dir.Onların içərisində Bəhmənyar Azərbaycanı(Əbulhəsən Bəhmənyar İbn Mərzban-993-1066)daha məşhurdur.Mənbələrin çoxunda o,zərdüşt-lik dini əqidəsinə malik azəbaycanlı peripatetik filosof adlandırılır.Bəzi müəlliflər isə onu sonralar islam dinini qəbul etdiyini qeyd edirlər.Onun hansı şəhər və ya bölgədə anadan olması haqqında dəqiq məlumat yox-dur.Şamaxıda doğulduğu ehtimalı da vardır.Mükəmməl təhsil almış,İbn-Sinanın şagirdi və davamçısı olmuşdur.

Fəlsəfə elminin bütün sahələrinə (ontolegiya, qnoselogiya, məntiq, etika və s.) və problemlərinə dair. Bəhmənyarın əsərləri və özünəməxsus ideyalar vardır.

Bu ideyalar onun “Təhsil kitabı”Məntiqə dair zinət kitabı” “Gözəllik və səadət kitabı”, “Musiqi kitabı “Metafizika”, “Mövcudatın mərhələlə-ri”və s. əsərlərində öz əksini tapmışdır. “Təhsil kitabı”məzmun dərinliyi ilə xüsusilə fərqlənir.

Peripatetizm mövqeyindən çıxış edən Bəhmənyara görə hər şeyin əsasını ümumi mənada götürülən varlıq təşkil edir.Bəhmənyarın fəlsəfi kateqoriyalar,idrak nəzəriyyəsi və s haqqında bir çox ideyaların müəy-yən müasir əhəmiyyəti vardır.Onun səbəb və nəticənin vəhdətdə,eyni zaman daxilində mövcudluğu ideyası hakim müsəlman ilahiyyatçılarının ciddi etirazına səbəb olmuşdur.Çünki Bəhmənyar səbəbin hökmən nəti-cədən zamanca əvvəl gəlməsi ideyasını qəbul etmirdi.Bəhəmnyara görə varlığın mövcudluğunun əsas şərti hərəkət,məkan və zaman vəhdətidir,-onların bir-birindən ayrılmazlığıdır.O,mexaniki hərəkətlə bərabər,kə-miyyət və keyfiyyət dəyişmələrinə də hərəkətin xüsusi forması kimi baxmış,hətta “insan zehninin hərəkəti”adlandırdığı fikri də insan möv-cudluğunun şərti hesab etmişdir.Materiya və formanın münasibətinə dair Bəhmənyar belə hesab edirdi ki, cisim,can materiya və formanın vəhdətindən ibarət mürəkkəb substansiyadır.Materiyasız forma və for-masız materiya yoxdur,materiyada bir forma aradan qalxdıqda,labüd sü-rətdə onu başqası əvəz edir. “Forma başqa bir formanın gəlişi olmadan materiyadan ayrı düşməz.Bu başqa forma materiyanın mövcudluğunda birinci formanın funksiyasını yerinə yetirir.”

Bəhmənyar məntiq və idrak problemlərinə dair zəngin fəlsəfi irs qoyub getmişdir.Bəhmənyar məntiqi idrakın yolunun öç mərhələdən keçdiyini göstərir:a)insanda anadangəlmə potensial zəka,əql b)həmin potensial imkandan “ilkin idrak”şəklində fəal əqli fəaliyyətə keçilməsi v)xalis təfəkkür,əqli nəticələr (məntiqi ümumiləşdirmələr)mərhələsi.Bə-hmənyara görə insanın qəlbi,ruhu qeyri-maddidir,bədəni və ətraf aləmi dərk etməyə və idarə etməyə imkan verir.

Orta əsr Azərbaycanın və ya bütün Şərqin ən görkəmli mütəfəkkir-lərindən biri də Eynəlquzat Miyanəçi-Eynəlquzat Əmulməzli Abdulla Məhhəməd oğlu Miyanəçi Həmadani(1099-1131)olmuşdur.Təbriz yaxı-nlığında yerləşən Miyanə şəhərində anadan olmuşdur.Həmədanda baş qazi olmuş,xalq içərisində dərin hörmət qazanmışdır.Odur ki,Eynəl qüz-rat(Qazilərin gözü)fəxri adını almışdır.O,kiçik yaşlarından təhsilə başla-mış,zəmanəsinin bütün elmlərini öyrənmişdir.

E.Müyanəçi bütün dinlərə eyni nəzərlə baxan azad fikirli filosof idi.Məhz azadfikirli ideyalarına görə 1128-ci ildə həbs olunaraq Bağda-da göndərilmişdir.O,bir sıra müddətdən sonra Azərbaycana qaytarılmış və 32 yaşında dərs dediyi mədrəsədə edam olunmuşdur.E.Miyanəçi yaz-dığı “Həqiqətlərin qaymağı”, “Müqəddimələr”, “Qəribin şikayəti” kitab-larında sufizmin panteist fəlsəfəsini işləyib hazırlamışdır.E.Miyanəçi-ninin fəlsəfəsində varlıq və idrak haqqında orjinal ideyalar vardır.

E.Miyanəçinin dünyagörüşündə mühüm yer tutur. “Vahidlə çoxluq və ya çoxluqla vahid vəhdətdir”.Onun fikrincə,Allah saysız hesabsız at-ributları olan substansiyadır;O,cudatın varlığı-Allahın varlığıdır.deyən filosof ardıcıl monist mövqe tutmuşdur.E.Miyanəçi idrakın hissi,əqli və intutiv formalarını qəbul edirdi.Yalnız duyğu deyil,əqlin,təfəkürün də gerçəkliyin obyektiv həqiqi inikasını verə biləcəyini iddia edirdi.

Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191)də adı orta əsr Azərbaycan fəlsəfəsi tarixində layiqli yer tutur. Şihabəddin Əbültütüh Yəhya Həbəşoğlu Sühəvəvərdi zəmanəsini böyük filosofu,işraqilik fəl-səfisinin banisi,görkəmli şairi olmuşdur.O,Zəncan yaxınlığındakı Sührə-vərd şəhərində anadan olmuşdur.Marağada fəlsəfəni və müsəlman hüququnu dərindən öyənən Ş.Y.Sühvəvərdi(Yaxın)və Orta Şərq ölkələr-ini gəzmiş,İsfahan,Diyarbəkr,Korya və s.şəhərlərdə olmuş,1183-cü ildə Hələb şəhərinə gedib,orada keçirilən disput məclislərində iştirak etmiş-dir.Dərin elmi zəkası, sübutları ilə disputlarda çox vaxt qalib gəlmiş-dir.Lakin o, gənc ikən azad – fikirlikdə və diksizlikdə ittiham olunmuş, ölümünə fitva verilmişdir.O, Hələb qalasına salınmış, 1191-ci ildə edam olunmuşdur.O, Şərqdə “Öldürülmüş filosof ” adı ilə tanınmışdır.50-dən çox əsəri məlumdur.Sührəvərdini fəlsəfi irsində peripatetizm, işraqilik və sufizm ideyaları xüsusi yer tuturdu.

Ş.Y. Sührəvərdinin “İşıq heykəlləri”, “İşıqnamə”, “İşraq hikməti”bə b.əsərlərində işraqilik fəlsəfi ideyaları ifadə olunmuşdur. “İşıq heykəllə-ri”əsəri yeddi heykəldən və hər heykəl isə bir neçə fəsildən ibarətdir.-Yeddi heykəl götürlməsi ehtimal ki,Şərq dini-fəlsəfi fikri ilə bağlıdır.-Burada 7 planetə pərəstiş edən safilər və 7 imama tapınan ismaililərlə yaxınlıq ifadə olunmuşdur.Əslində yeddi sayı daha çox gölgərlə,yaran-mış cisimlərin növləri ilə bağlı idi:efir, 4 ünsürün üçü (hava,su,torpaq)və ünsürlərin üç törəməsi:mineral,bitki,heyvan.Bunlar isə işıq obyektləri-dir,işığın qəbulediciləridir.Bu cisimlər isə maddi mövcudatın materiya-nın təzahür formalarıdır.Ş.Y.Sührəhvərdinin işraqilik fəlsəfəsində cəmi-yyətə,insana baxışlar da maraqlıdır.O,insanı işıqlı,ədalətli,xeyirxah əm-əllərə çağırır.Haqsızlığa qarşı çıxır,ictimai bərabərlik ideyasını təbliğ ed-irdi.

XIII əsr Azərbaycanın ən görkəmli filosoflarından bir də Siracəddin Urməni (1198-1283)Siracəddin Mahmud Əbubəkr oğlu Urməni Azər-baycani olmuşdur.O,ensklopedik biliyə malik təbiətçünas alim,məntiqç-i,filosof və hüquqşünas olmuşdur.Urmiya şəhərində anadan olmuş,Mo-sulda,Dəməşqdə,Konyada yaşamış baş qazi rütbəsinə yüksəlmişdir.-Müasirləri onu bütün elm sahələrinin bilicisi adlandırmışlar.İlk mənbə-lərdə S.Urməvinin ondan çox fəlsəfi əsərinin adı çəkilir.Onlardan “Nurların doğuşları, “Hikmət incəlikləri”, “Həqiqətin bəyanı”, “Metod-lar”, “Dialektika elminə dair traktat”; “Təhsil” “suallar”özünün fəlsəfi məzmun dərinliyi ilə fərqlənirlər. “Nurların doğuluşları”kitabında mən-tiq elminin və fəlsəfənin kateqoriyaları,idrak prosesi,varlıq haqqında verdiyi ideyalarla S.Urməvi Şərq peripateizmini daha da zənginləşdirmiş və inkişaf etdirmişdir.S.Urməvi məntiq və idrak konsepsiyasında duyğu-lara biliyin mənbəyi kimi baxırdı.Onun fikrincə duyğuda əksi,surəti alın-mayan heç nəyi dərk etmək mümkün deyildir.O,idrakda hissi (emosional)və əqli (məntiqi, rasional)momentlərin vəhdətini-gerçəkliyin dərk edilməsi vasitəsi hesab edirdi. “Həqiqi bilik ancaq bu vəhdətdən əl-də oluna bilər”-deyirdi:S.Urməvinin sosial-siyasi və mənəvi-etik görüş-ləri daha maraqlı və əhəmiyyətlidir.O,insanı hakim varlıq,Yer üzünün əşrəfi,yaranmışların ən mükəmməli hesab etmişdir.Bütün bunlarla yana-şı,S.Urməvi dövlət idarəçiliyi metodları sırasında inzibati tədbirləri,-zorakılığı,cəzanı da saxlayırdı.O,deyirdiki,cinayətə qarşı cəza da olmalı-dır.Heç bir şəxs cinayət etdikdə cəzasız qalmamalıdır.Lakin bütün mükafat və cəza tədbirləri ədalət qanunu ilə həll edilməlidir.Filosofun fikrincə,hətta padşah da öz əməllərinə görə qiymətləndirilməlidir.Xeyir-xah işləri müqabilində padşahın alacağı mükafat başqalarından qat-qat çox olmalıdır.Bədxah işlərinə görə də onu başqalarından daha ağır cəza gözləməlidir.S.Urməvi insafı,mötədiliyi qəzəbi cilovlamağı,şəhvətin orta həddə saxlanılmasını,xəsisliyin rədd edilməsini,insanın özünü əqillə idarə etməsini,elmə,mərifətə yiyələnməsini,vətəni sevməsini,ailəyə,va-lideynə,övlada hörmət və ehtiramla.

XIII əsr Azərbaycanın ən görkəmli siması olan Xacə Nəsrəddin Mə-hhəmd oğlu Tusi (1201-1274)ensklopedik alim,görkəmli filosof idi.O,a-stronomiya, riyaziyyat, optika, minorologiya, məntiq, fəlsəfə, etika və b.elmlərə aid dünya şöhrəti qazanmış əsərlərin müəllifidir.Onun etika probleminə həsr olunmuş “Əxlaqi-Nasiri”adlı dünyada məşhur olan kita-bı Azərbaycan dilinə tərcümə edilib nəşr olunmuşdur.Bundan başqa onun “İqtibasın əsası” “Mövcudatın bölgüsü” “Risaleyi fəlsəfi” “İşarə-lər”və qeydlər”və s.əsərləri məşhurdur.N.Tusi 1201-ci ilin fevralın 17-də Tus şəhərində anadan olmuşdur.Əsli –nəsli Həmədan şəhərindəndir,azərbaycanlıdır.O,ilk təhsilini atası Məhəmməd İbn Həsəndən almış,sonralar Yaxın və Orta Şərqin bir çox şəhərlərini görə-rək müasiri olduğu elmləri mənimsəmişdir.Ömrünün müəyyən hissəsini İran İsmaililərinin mərkəzi olan Əlamut qalasında keçirmişdir.Moğul Hülakü 1253-cü ldə Orta Asiyadan keçib Xəzər sahillərinə,oradan da İrana hücüm edir,İsmaililərə divan tutur.N.Tusi isə Marağaya gedib bir rəsədxana tikdirməyi əmr edir.Hülakü xanın əmri ilə rəsədxana tikilir.-N.Tusi burada zəngin kitabxana yaradır,görkəmli alimlər rəsədxanaya toplaşır.Marağa rəsədxanasında dərs deməklə yanaşı astronomiya və həndəsəyə dair dərs kitablarını da yazmaqla məşğul olur.

Onun “Evklidin həndəsi üsülları”kitabından uzun müddət tədris vəsaiti kimi istifadə olunmuşdur.N.Tusi 1274-cü ilin iyun ayında Bağ-dada səfər etmiş,orada vəfat etmiş və orada da dəfn edilmişdir.N.Tusi fəlsəfi görüşlərinə Şərq fəlsəfə ənənələrinin,Antik fəlsəfəsinin,Aristo-tel,Platon,Fales,İbn-Sina və b mütəfəkkirlərin güclü təsiri olmuşdu.Onun fikrincə,varlığın əsasını dörd ünsürün vəhdəti təşkil edir:od,su,hava,-tor-paq.O,belə güman edirdi ki, maddə əbədidir,ancaq bir formadan başqa-sına çevrilir,yox olmur,itmir.N.Tusi və digər Şərq peripatetikləi kimi varlığı zəruri varlıq heç bir səbəblə bağlı deyil,o,özü bütün varlıqların səbəbidir.Zəruri varlıq Allahdır,mümkün varlıq isə gerçək aləmdir.-N.Tusinin materiya forma idrak və məntiqə dair maraqlı fikirləri var-dır:insan digər canlılardan ağıllı və idrakına görə fərqlənir;nəzəriyyə və praktikanın vəhdəti idrakın əsasıdır: “elm əməlsiz,əməl də elmsiz məna-sızdır”, “formasız materiya və materiyasız forma ola bilməz.”Əgər for-ma yox olursa,bu materiyanın yox olması demək deyildir.Materiya qalır,ancaq forması dəyişilir.İdrak prosesində duyğunun rolunu yüksək qiymətləndirən,onu “zəkanın mənbəyi”adlandıran N.Tusi qeyd edirdi ki,ümumi idrakın və ayrıca “elmlərin açarı duyğudur”O,idrakın mərhə-lələrdən,yanlmalardan keçərək həqiqətə çatdığını,qeyri-kamilliyə yük-səldiyni qeyd edirdi.O,da idrak prosesini hissi və əqli olmaqla iki mərhə-ləyə ayırırdı,onları vəhdətdə götürürüdü.

N.Tusinin əxlaqi-etik görüşləri olduqca zəngindir.Onların bəzi cəhətlərini qeyd edək:

N.Tusi əxlaqa,mənəvi keyfiyyətlərə əbədi,anadangəlmə kimi bax-mır,onların həyatda qazandığını sosial mühit və tərbiyənin məhsulu ol-duğunu qeyd edirdi;ağıl insanın azad iradəsini tənzim edir,insan ancaq elmləri mənimsəməklə öz əxlaqi keyfiyyətlərini yüksəldə bilər;filosof əxlaqi keyfiyyətlərinə görə altı növ adamla ünsiyyətin çətin olduğunu qeyd edirdi. A) “nəzarətsiz şahla”b) “rüşşvətxor qazi ilə”v) “yalançı və fırıldaqçı adamla”q)pis,nəzakətsiz qadınla d) “tənbəl adamla”e)”tapşı-rığa pis əməl edən yavərlə”

İnsan üçün ən yaxşı mənəvi keyfiyyəti o,əməkdə,öz zəhməti ilə var-lanmaqda,işgüzarlıqda görürdü.Elmə,ağıla,biliyə münasibətə görə.N.Tu-si insanları dörd qrupa ayırırdı a)biliklidir və biliyini başqalarına öyrədir o,alimdir,ona ehtiram gərəkdir b)biliklidir,lakin biliyi ilə loğvalanır,onu tənqid edin.v)bilikli deyil,bilmir,lakin öyrənməyə ciddi cəhd edir,o zəhmətkeşdir,ona kömək edin.q)bilmir və öyrənmək də istəmir,o ağılsız-dır,ondan uzaq olun,onun fikrincə istedad,qabiliyyət əməklə cilalanmalı-dır,istedada ümid olub,çalışmasan hər cür qabiliyyət itib gedər,sənətin kiçiyi-böyüyü,yaxşısı-pisi yoxdur,sənətkarın var;insanı dörd amil hörmətli edər;doğruçuluq,adəbilik,elmlilik və xoşxasiyyətlik; “minnətsiz əvəzsiz yaxşılıq hörmət artırır,pislik isə düşmənçilik gətirər”, “həyatda do-st tapmaq o qədərdə çətin deyildir,ancaq vəfalı dost seçmək və onu axıradək qorumaq ən çətin işdir.”

Feodalizm şərqdə hələ möhkəm olsa da, XIV əsrdən Avropada , əv-vəlcə İtaliyada , sonra isə bir sıra ölkələrdə burjua münasibətləri qə-rarlaşmağa başlamışdı.İqtisadi qüdrətə malik olan burjuaziya hakimiy-yətə can atır,feodal üsul idarəsinə dinin hakim mövqeyə qarşı mübarizə-yə başlayırdı.

İntibah mədəniyyətinin başlıca səciyyəsini hümanizm ideyaları,in-sanın ləyaqət,şərəf və bacarığının obyektiv və yüksək qiymətləndirilmə-si,təşkil edirdi.İntibah mədəniyyəti insana yüksək humanist münasibə-ti,kainatın mərkəzinə insanı qoyması-antroposentrizm mövqeyi ön ifadə-sini bütün fəlsəfədə,ədəbiyyatda, heykəltəraşlıqda rəssamlıqda,xüsusilə Mikalancelo,Leonardo da Vinçi, Rafeal Petroski,Danti və b.əsərlərində tapmışdır.Əgər Antik dünyagörüşün qayəsini kosmonterizm,insana ka-inatın və təbiətin bir hissəsi kimi baxmaq ideyası təşkil edirdisə,orta əsr-lərdə dünyagörüş teosentrik səciyyə daşıyırdısa,İntibah dövrü dünyagö-rüşü üçün antroposentrizm xasdır.İntibah dövrü fəlsəfəsi üçün təbiətin öyrənilməsinə qayıdış da mühüm yer tutur.Lakin burada təbiət kosment-rik mövqedən deyil,panteistcəsinə şərh olunur:Allaha fövqəltəbii mü-na-sibət deyil,təbiətlə qovuşmaq,təbiətin də ilahiləşməsi mövqeyindən ya-naşılır.İntibah dövrü fəlsəfənin klassik nümayəndəsi Nikolay Kuzans-ki(1401-1464)olmuşdur.O,monlatonizm mövqeyindən çıxış edərək in-sanın öz idrakı ilə yaradıcı səviyyəsinə yüksələ bilməsini,onun “allaha-bənzərliyini”qəbul edirdi.

Onun “əksliklərin eyniyyəti(vahidliyi)prinspi”haqqında müddəası dialektik səciyyə daşıyırdı.O, “Vahid-hər şeydir,hüdudsuzdur,sonsuz-dur” müddəası əsasında belə nəticəyə gəlirdi ki,sonsuzluq “maksimum”-və minimum üst-üstə düşməsi prinsipindən ibarət olması,vəhdəti ideyas-ını əsaslandırmış oldu.N.Kuzanski tək və ümuminin nisbətini də dialek-tikcəsinə həll edirdi.



İntibah dövrü mədəniyyəti təbii-elmi biliyin yeni-yeni nailiyyətləri-nin meydana çıxması,dünyanın heliosentrik mənzərəsinin formalaşması ilə də səciyyəvidir.Bu cəhətdən Nikolay Kopernikin (1473-1543)xüsusi rolu qeyd olunmalıdır.O,dünyanın heliosentrik mənzərəsini əsaslandır-maqla yanaşı,yerin kürə şəklində olması,öz oxu və gönəş ətrafında for-malaşması səma cisimlərinin dövranı haqqında ideyalar irəli sürmüş-dür.O,səma cisimləri ilə Yerin eyni qanunlar əsasında fəaliyyət göstər-diyini,Yerin də planetlərdən biri olduğunu söyləmişdir.N.Kopernik ağır xəstə ikən ölüm ayağında kitabının ilk çap nüsxəsini almışdır.Buna görə də deyirlər ki, “Kopernik yalnız ölüm ayğında dinə meydan oxuya bildi”İntibah mütəfəkkir Cordana Bruno (1548-1600)isə kainatın maddi vəhdəti,orada çoxlu aləmlərin olması,təbiətin sonsuzluğu,panteizm və əksliklərin üst-üstə düşməsi haqqında ideyaların müəllifi kimi məşhur olmuşdur.Dünyanın heliosentrik mənzərəsi haqqında ideyanı inkişaf etdirən C.Brunoya görə,kainatda məskunlaşmış aləmlər çoxdur.O,axirət dünyasını rədd edir,digər dini ehkamları qəbul etmirdi.Odur ki,C.Bruno inkvizisasiya tələblərinə məruz qalmış, həbs olunmuş,1600-cü ildə ton-qalda yandırılmışdı.Eksperimental –nəzəri təbətşünaslığın ,xüsusilə klas-sik mexanikanın əsasını qoymuş Qalileo Qaliley(1564-1642)intibah el-minin böyük nümayəndəsi idi.O,dünyanın heliosentrik mənzərəsi,maddi vəhdəti,yer və göy cisimləri fiziki yekcinsliyi,təbiətin obyektiv qanun-larının mövcudluğu və dərk edilənliyi və s. haqqında ciddi elmi –mate-rialist dünyagörüşü səciyyəsi daşıyan ideyalar irəli sürmüşdür. 1632-ci ildə onun “Dünyannı ən başlıca iki sistemi Ptolomoley və Kopernik sistemləri haqqında dialoq”əsəri çapdan çıxdıqdan sonra o da ciddi təqib olunub həbs olunmuşdu.İ.Nyutonun (1643-1727)klassik mexanika qa-nunlarını ümumdünya cazibə qanunlarını kəşf etməsi,səma cisimlərinin dövranı nəzəriyyəsini işləməsi həmin mexaniki-metafizik fəlsəfi istiqa-məti daha da möhkəmləndirdi.Dünyanın yeni elmi-mexaniki mənzərəsi-nin meydana çıxmasına səbəb oldu, “ilkin təkan” ideyası dini ehkamlara zərbə vurdu.Lakin hərəkəti götürüb qəbul etsə də inkişafı,onun ziddiy-yətli mahiyyətini anlaya bilmirdi,ona görə də təfəkkür metodu metafizik olaraq qalırdı.Sxolastikaya,metafizikaya qarşı çıxan ingilis maerialist fi-losofu Frensis Bekon (1561-1626)qeyd edirdi ki, fəlsəfə,hər şeydən əv-vəl,praktik səciyyə daşımalıdır,çünki əqli qeyriçilik,sxolostika vasitəsilə heç vaxt həqiqətə nail olmaq mümkün deyildir.F.Bekon enprik irak me-todunun,sensualizm cərəyanın (yəni idrak rposesindı duyğuları, hiss üzvlərinə istinad etmək) banisi idi.F.Bekon elmi-idrak üçün vahid induktiv metodu əsas hesab edirdi.Həmin metod isə müşahidə,təhlil,-müqayisə,eksperimentdən ibarət idi.İnduktiv metod faktlarını öyrənilib təhlil edilməsi yolu ilə ümumi müddəalar çıxarmağa doğru getməlidir.-Lakin bu,emprik idrak metodudur,ancaq onun qəbul olunması sensuali-zmdir.(Bekon da bu mövqedə idi)rasional metodların,məntiqi rasionali-zmin rolunu heçə endirməkdir.F.Bekona görə emprik təcrübə o vaxt dü-zgün,həqiqi bilik verər ki,şüur tamamilə yanlış “kabuslar”dan azad olsun.Yanlış “kabuslar”müxtəlif növ xurafatlardan ibarətdir ki,onlar da həqiqi bilik almağa mane olur.F.Bekon “özünü dərketməni”elə bir fəlsə-fi əsas hesab edirdi ki,bütün idrak ona istinad etməli idi. “Düşünürəm,-deməli mövcudam”ideyasını fəlsəfənin ilkin prinsipi sayır,bununla da zəkaya,idraka müəyəssər olan dünyanın hissi dünyadan ontoloji üstün-lüyü fikrini də təsdiq etmiş olurdu..F.Bekonun mexaniki-materializm mövqeyini ingilis filosofu Tomas Hobs (1588-1679)davam etdirmiş-dir.-Hobsa görə materiya əbədidir,ayrı-ayrı cisimlər isə müvəqqəti hərəkətə cismin yer dəyişməsi kimi baxır,onu həyatın,təbiətin və cəmiyyətin mövcudluğu şərti hesab edirdi.O,Bekondan fərqli olaraq dini tam rədd edir,onun qorxu və aldatma yolu ilə əmələ gəldiyini qeyd edirdi,dinin elmlə bir araya sığa bilməməsi ideyasını müdafiə edirdi.

XVIII əsrin sonu XIX əsrin ortalarınadək olan dövrdə Azərbaycan ictimai-fəlsəfi fikrinin xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:

Birinci,bu dövrdə ictimai fikirdə Azərbaycanın işğal edilib Rusiyaya birləşdirilməsi nəticəsində ziddiyyətli meyllər,ideyalar özünü göstərir-di:bir tərəfdən ictimai-fəlsəfi fikirdə köhnə feodal ictimai münasibət-lərini,milli ənənə və milli sərvətləri qoruyub saxlamaq, “milli özünəmə-xsusluğu”hifz etmək baxışları.

İkinci,bu dövrdə ictimai-fəlsəfi fikirdə islam ehkamçılığının,mü-səl-man ilahiyyatının güclü təsiri xüsusilə hiss olunmaqdadır.

Üçüncü,XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəl-səfi fikrində maarifçilik ideyaları da əmələ gəlmiş və getdikcə qüvvət-lənmişdi.Azərbaycanda isə həmin tarixi proses –XVIII əsrin sonlarından başlayaraq XX əsrin əvvəllərinədək davam etmişdir.Odur ki,Azərbaycan maarifçiliyini əsasən XIX əsr hadisəsi hesab etmək tarixi həqiqətə daha çox uyğun olardı.Azərbaycan maarifçiliyinin öz inkişafına görə iki mər-hələyə bölmək olar:birinci mərhələ,XIXəsr.Bu mərhələdə maarifçilik id-ealları feodal-təhkimçilik üsul idarəsinin maariflənmə yolu ilə islah edil-məsi,insaniləşdirilməsi;dini fanatizm,mövhumat,cəhalətin,feodal əsarət-inin kəskin tənqid edilməsi və aradan qaldırlması ilə ifadə olunrdu.

Azərbaycan maarifçiliyinin ikinci mərhələsi-XIX əsrin sonu və XX əsrin əvvəllərinin əhatə edir.Bu dövrün maarifçiliyi daha çox radikaliz-mlə, inqilabi demoratik ideyalarla qovuşması ilə,həyat proqramlarını da-ha qətiyyətli taktiki metodlara həyata keçirməyə meyli olması ilə fərqlənir.

Dördüncü,XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi fəlsəfi fikri üçün həm də realist inqlabi-demokratizm ideyaları xas idi.Bu ideya-ları maarifçiliyin ilkin dövrü nümayəndələrinin fikirlərindən fərqləndi-rən əsas cəhət,onların öz məqsədlərini həyata keçirmək yollarında taktiki vasitələri idi.

Beçinci,XIX əsrn axırı XX əsrin əvvəllərində Azərbaycan ictimai fəlsəfi fikri üçün səciyyəvi cəhətlər mətbuatda,kosmoloji düşüncə,bio-loji,tibbi vı s. görüşlərdə elmi-realist ideyalara,dövrün təbii-elmi yeniliklərinə doğru dönüşündən ibarətdir.Bu dövr Azərbaycan ictimai fikrinin bir çox nümayəndələri /H.B.Zərdabi, C.Məmmədquluzadə,N.-Nərmanov,F.Köçərli,Ömər Faiq/bəzi hallarda islam dini mövqeyindən çıxış etsələrdə,əslində yeni üsul məktəblərinn açılmasını Darbinin təka-mül və Enşteyinn nisbilik nəzəriyyəsini,kainatın maddi vəhdətdən ibarət olmasını,təbii-tibbi bilkilərin yayılmasını və s. geniş təbliğ edirdilər.

Altıncı,XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün,-ölkənin milli müstəqilliyi,suverenliyi və demokratik inkişafını türkçü-lük,islamçılıq və müasirlik mənəvi prinsipləri ilə vəhdətdə həyata keçirməsində görən xüsusi ideya-fəlsəfi cərəyanda da xas idi.

Hazırda müstəqil respublikamızın dövlət quruculuğu işlərinin həyata keçirilməsində onların ideya-nəzəri irsinin və tarixi təcrübəsinin mühüm əhəmiyyəti vardır.



A.A.Bakıxanov-Azərbaycan mədəniyyəti tarixinə-görkəmli şair,ma-arifçi-demokrat filosof,tarixçi-alim,hərbi xadim və zəmanəsinin qabaqcıl ziyalısı kimi daxil olmuşdur.A.A.Bakıxanov şair olmaqla yanaşı,bütün yaradıcılığı boyu elmi tədqiqatla da məşğul olmuşdur.Onun elmi əsərlə-rinməntiq,psixologiya,fəlsəfə,dilşünaslıq,astronomiya,coğrafiya,toponimika,tarix, etika-əxlaq və s. aid çoxlu,müasir dövrdə də əhəmiyyətini sax-layan ideyalar vardır.O,1831-ci ildə fars dilinin qramatikasına dair “Qanuni-Qüdsi”əsərini,1841-ci ildə isə Azərbaycan tarixinin öyrənil-məsində və təbiətşünaslığımızda əhmiyyətini indi də saxlayan “Gülüsta-ni-İrəm”əsərini yazımışdır.A.Bakıxanovun dini,fəlsəfi əxlaq görüşləri onun “Riyaz ül-qüds”, “Təhzibül-əxlaq”, “Kitabi-nəsayeh;Eyn-ülmiza-n”“Kitabi-əskəriyyə”və s.əsərlərində və “Mişkat ül”ənvar poemasında təhlil olunmuşdur.A.Bakıxanovun yaradıcılığında XIX əsrin 30 cu illər-indən sonra dini,sufi “vəhdəti vücud təlimlərinin təsiri zəifləyir,həyat ha-disələrinin realist,öz ziddiyyətləri ilə birlikdə təsvir edilməsi aparıcı yerə keçir.A.Bakıxanovun elmi dünyagörüşü təbii-tarixi və coğrafi hadisələrə elmi obyektivliklə yanaşmaqla,onlar haqqında həqiq biliyə istinad et-məklə səciyyəvidir. A.Bakıxanovun fəlsəfi-əxlaqi (etik) görüşləri əsasən onun “ Təhzibul - əxlaq “ əsərində yığcam şəkildə ifadə olunmuşdur. Yazıçı – filosof “ Təhzibul -əxlaq” əsərinin “ Maaifin rəmzləri haqqın-da” hissəsində (Xatimə də) Kainat və Ülviyyət anlayışlarının fəlsəfi təhlilini vermiş fəlsəfənin predmetinə varlığın fövqəltəbii pirinsiplərini təhlilini qoymuş,əsasən dini ehkamlara istinad edən müsəlman dini -fəl-səfi mövqeyini müdafiə etmişdir.Lakin burada da onun dünyagörüşün-dəki ziddiyyətlər özünü göstərmiş.O naturalist-materialist mövqedən çıxış edərək bütün cisim və şeylərin dörd ünsürdən:od, su,hava,torpağın vəhdətindən ibarət olduğunu,burada “təbii nizami ” “müvazinət”,səbə-biyyətin mövcud olduğunu qəbul edirdi.A.Bakıxanov Allahı “qadiri -güll,ixtiyar,” “vücüdi-güll”adlandırır,lakin həmin “vücüdi güll”in mahi-yyətini tam dərk edə bilmir,onun dərk olunmasını insan üçün əlçat-maz hesab edirdi.A.A.Bakıxanov gənclərə müracitlə deyirdi: “Faydasız sözə əməl etmə,bədbəxtə gülmə,yaxşı adamlarla dost ol,yalan danışma,-elm öyrənməyi bütün şeylərdən vacib bil,yüngül olma,qəzəb vaxtı özünü saxla,heç kəsə paxıllıq eləmə,paxıllıq qabilliyətin olmamağındandır”, həris adam həmişə qəmdədir,nə qədər vardır,güman edir azdır.A.A.-Bakıxanov hər bir insan,xüsusilə alim üçün təvəzökarlıq,tələbkarlıq və ciddiliyi əsas mənəvi sifətlər hesab edirdi.O,şəxsi həyatda da,dövlət işin-də də,elmi fəaliyyətdə də həmin mənəvi keyfiyyətlərə əməl etməyi tələb edirdi.M.F.Axundovun fəlsəfi-materialist dünyagörüşünün formalaşma-sına qədim və orta əsr Şərq və Azərbaycan fəlsəfəsinin,Qərbi Avropanın materialist filosoflarının,xüsusilə Spinoma,Holbax,Feyerbaxın,XVIII əsrin digər fransız maarifçiləri və rus inqilabçı demokratlarının müəyyən təsiri olmuşdur.M,F.Axundovun fəlsəfi görüşləri ortodkosal islamın ideoloji əsasları sayılan sxolastika və mistikanın hələ də güclü olduğu bir mühitdə formalaşıb inkişaf etmişdi.O,dini fanatizm və dispotizm,te-ologiyanı tənqid etməklə kifayətlənməmiş,dünya elmi materialist baxışı əsaslan-dırmağa çalışmışdır.Bu məqsədlə o, “Kəmalüddövlə məktubla-rı”, “Hakimi-ingilis Yuma cavab”, Yek gəlməyini tənqidi, “Mollayi –Ruminin və onun təsnifinin cavabında,” “Con Stüart Milli azadlıq haqqında”, “Babilik əqidələri”və s.kimi fəlsəfi əsər və məqalələrini yaz-mışdır.

M.F.Axundov varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söyləyərək dünyanı Allah tərəfindən həcdən yaradılması haqqın-da islam ehkamına inanmamışdır.O göstərirdi ki,mövcud olmayandan mövcudat,heç nədən varlıq yaradıla bilməz.M.F.Axundov yazmışdır ki,Bütün kainat bir vahid,qadir,kamil,və geniş varlıqdan ibarətdir ki,saysız –hesabsız varlıqlar müxtəlif şəkillər və Şərtlər əsasında vücuda gəlmişdir.M.F.Axundov təbiətə Allahın müdaxiləsi hər cür panteizm,-ümumiyyətlə təbiətin kənar qüvvədən asılığı ideyasını əleyhinə çıxaraq yazmışdır:“Biz bu dünyanın mövcud olduğu gözümüzlə görürük.Bu var-lıq öz-özünə öz qanunları ilə başqa bir xarici varlığa ehtiyac hiss etmə-dən mövcuddur”.İslam dini əsasında tənqidini cəmləşdirən Axundov qeyd edirdi ki,mən başqa heç bir din və məzhəbi islam dinindən üstün tutmuram M.F.Axundov dinlə əxalqın,şərait normaları ilə davranış qay-dalarının qarşılıqlı əlaqəsi və təsiri məsələlərini0 təhlilinə xüsusi diqqət yetirmişdir.M.F.Axundov islamın təbliğ etdiyi axirət ehkamını cəhən-nəm zülmü və cənnət xoşbəxtliyi ideyasını qəbul etmir,onları elə “bu dünyanın əks sədası”adlandırırdı.M.F.Axundov ictimai şüur forması kimi dini strukturunda üç ünsürün olduğunu qeyd edirdi:etiqad,ibadət və əxalq.M.F.Axundovun fikrincə əgər müyyən insan yaratdığı həmin xəyalı vücudu təsəvvür etmədən yaxşı əxlaq sahibi ola bilərsə,o vaxt di-ninin strukturuna daxil olan iki yardımcı prinsipə-etiqad və ibadətə ehtiyac qalmaz,onlar aradan çıxar,əxlaq da dinin pərdəsini itirər.M.F.-Axundov dinin strukturundakı etiqad və ibadətin aradan qaldırılmasının əsas səbəbinin cəməyyətin mənəvi yüksəlişində,elmi tərəqqisində görürdü.

Çadra gəzdirmək adətindən başlamış,namaz qılmaq,oruc tutmaq,hə-cc ziyarəti,xums-zəkat,məhərrəmlik,qurbanlıq və s.kimi islamın əsas ay-ın, mərasim və bayramlarına qədər bütün ayinçilik sistemi haqqında M.F.Axundov müəyyəm fikirlər söyləmişdir.Onun fikirincə bütün bu mürəkkəb dini ayinlər təkcə insnın qiymətli vaxtını almaqla qalmır,onu elmi –yaradıcı fəaliyyətdən uzaqlaşdırır.M.F.Axundovun fikrincə,dini ehkamlara etiqad,xüsusilə axirətə,ruhun varlığına taleyə inam müsəl-manlar arasında mövhumat və xurafatın yayılmasına da qida verir.-Bunlar da müsəlmanların şüurunun tərəqqisinə,mədəni yüksəlişinə mane olmuş onları bütün “mədəni xalqlardan ayırıb geridə qoymuşdur”.

M.F.Axundov siyasi görüşlərində hökmadarın xalqla bir olması,öz-ünü xalqdan ayırmaması məsələlərinə mühüm əhəmiyyət verirdi.Bu barədə yazırdı: “Padşah gərək millət ilə ittifaq etsin və millət ilə yekdil,yekcəhət olsun.Mülkü yalnız özünü bilməsin,özünü ancaq vəkili-millət hesab etsin və parlamentlər tərtib eləsin,heç bir bəd əmələ qadir olmasın.Böyük mütəfəkkir yazıçı,materialist və ateist filosof,maaifçi və inqilabi-demokrat olan M.F.Axundovun dünyagörüşü Azərbaycan ictim-ai-siyasi və fəlsəfi fikir tarixində mühüm mərhələ idi.Onun əsas xidməti bundan ibarət idi ki,o din idealizm və cəhalətin hökm sürdüyü bir şərait-də Azərbaycanda fəlsəfi materializm bayrağını ucaltmış, dispotizm və fanatizmə qarşı demokratiya və hüquq bərabərliyi uğrunda kəskin və ar-dıcıl mübarizə aparmışdır.İnqilabi- demokratizm əqidəsinin formalaşma-sında az rol oynamışdır.

Həsənbəy Səlimbəy Məlikov Zərdabi-Azərbaycanın maarifçi-demo-kratı,materialist filosif-mütəfəkkiri,təbiətşünas-darvinçi alimi,istedadlı publisist olmuşdur.O,1842-ci ildə maarifpərvər ailədə anadan olmuş-dur.Mükəmməl dünyəvi təhsil almışdır.1861-ci ildə Tiflis qəza gimna-ziyasını,1865-ci ildə isə Moskva universitetini fizika-riyaziyyat fakultəsinin təbiət şöbəsini bitirmşdir.Onun Azərbaycan dilində yazdığı “Torpaq,Su və hava”, “Barama qurdunun saxlanması”, “Bədəni səlamət saxlamaq düsturüləməlidir” və s.əsərlərində,həmçinin “Əkinçi”qəzeti və başqa məcmuə və qəzetlərdə təbiətşünaslığa və tibbə dair çap edilmiş çox saylı məqalələrində müxtəlif elm sahələrinə dair materialist dünya-görüşü mövqeyindən təhlil edilən çoxlu və zəngin məlumatlar vardır.-H.B.Zərdabinin dünyagörüşünün formalaşması və inkişafına Şərq,Ru-siya və Avropa mədəniyyətini dərindən məniməsəməsi,xüsusilə XIX əsrin mütərəqqi materialist təbiətşünaslığı,maarifçilik və inqlabi –de-mokratizm ənənələrinin güclü təsiri olmuşdur.Maarifçi –demokrat olan H.B.Zərdabinin cəmiyyətə baxışları ziddiyyətli olmuşdur.O,kəndli ideoloqu idi.O,cəmiyyətdəki sosial ədalətsizlikləri,zülm və əsarəti şiddətli tənqid etsə də,ictimai dəyişiliklər,inqilabi hərəkatlar və s. haqqında maraqlı fikirlər söyləsədə,bütövlükdə cəmiyyətə baxışlarında idealizmdən uzaqlaşa bilməmiş,maarifin,elmin yayılması yolu ilə yeni cəmiyyət qurmağın mümkünlüyünə inanmışdır.H.B.Zərdabinin bir müəllim kimi pedoqoji və əxlaqi görüşləri də müəyyən maraq doğurur.-Beləliklə, zəngin təbii-elmi və fəlsəfi irs qoyub getmiş.H.B.Zərdabinin ideyaları müasir dövrdə də ciddi dünyagörüşü və tərbiyəvi əhəmiyyət kəsb edir.

Azərbaycan ictimai -fəlsəfi fikir tarixində fəlsəfi ideyalar, özünün bütün ziddiyətlərinə və məhdutluqlarına baxmayaraq N.Nərimanov, S.Ağamalıoğlu, B.Xulutlu və başqalarının simasında dialektik və tarixi materializm səviyyəsinə yüksəlir. Həmin elmi – materialist fəlsəfənin mahiyyətini ifadə edərək N.Nərimanov qeyd edirdi ki, əhalinin maarif-lənməsi , dinin təsiri, sosial ədalətə hər cür çağırışlar və s. cəmiyyətin ic-timai münasibətlərdəki ziddiyətləri məhv edib aradan qaldıra bilməz. N.Nərimanov bütün şüurlu həyatını, Azərbaycan xalqının müstəqilliyi və azadlığı uğrunda mübarizə işinə həsr etmiş, bu yolda hər cür məhru-mumiyyətlərə, əzab- əziyyətlərə dözmüşdür.N Nərimanov “ Nadanlıq”, “Şamdam bəy”, “Nadir şah”, “Bahadur və Sona”, “Pir” və s. kimi bədii əsərlərində, xüsusilə çoxsaylı məqalə, çıxış,teleqram və məktublarında xalqımızın tarixi taleyi, onun mənəvi və siyasi azadlığı, sosial-iqtisadi tərəqqisi, dünyagörüşü, dini-əqidəsi, vicdan azadlığı və s. haqqında çox zəngin ictimai-siyasi, fəlsəfi və mənəvi görüşlərini ifadə etmişdir.N.-Nərimanov inqilabçı idi, onun əqidəsinə görə xalqın azadlığı, sosial –siyasi və iqtisadi tərəqqisi ancaq fəhlə sinfi və digər zəhmətkeş kütlələ-rin zülüm və istismara qarşı birgə mübarizəsi, inqilabda qalib gəlməsi yolu ilə mümkündür.N.Nərimanov maarifçi,inqilabçı demokrat əqidəli yazıçı idi. Ətaləti, nadanlığı, avvamlığı tənqid etmək, xalqın savadlan-ması, maariflənməsi və inqilabi azadlıq şüurunun formalaşması uğrunda mübarizəsinin təsviri onun bədii əsərlərinin əsas mövzusu idi. N.Nəri-manov Azərbaycan ictimai-siyasi fikirinin görkəmli nümayəndəsi idi. O, M.F.Axundovdan sonra çar üsul idarəsinin və Şərq dispotizminin ən kəskin tənqidini vermişdir.N.Nərimanov milli münasibətlər sahəsində görkəmli nəzəriyyəçi idi. O, Şərq millətlərinin azadlıq hərakatları, milli adət -ənənə, milli mədəniyyət, millətlərarası münasibətlər, milli hiss və milli psixologiya sahəsində problemlərin dərin bilicisi idi. N.Nərimanov 1918-1923-cü illərdə Dağlıq Qarabağ hadisələri dövründəki fəaliyyəti daha çox müasir əhəmiyyət kəsb edir . N.Nərimanov dialektik materia-list filosof və bacarıqlı həkim idi. Təbiətşunaslığın naliyyətlərinə, tibb elminə və qabaqcıl fəlsəfəyə dərindən bələd olan N.Nərimanov elmi –materialist dünya-görüşünə malik idi cəmiyyət hadisələrinin materialist izahını qıbul edir, varlığın Allah tərəfindən yaradılması müddəasını əsa-ssız sayırdı.N.Nərimanovun fəaliyyətində bir həkim kimi, tibb-elmi fikrin təbliği, səhiyyəyə dair biliklərin yayılması sahəsində gördüyü çox faydalı işlər də mühüm yer tutmuşdu. Onun “Tibb və İslam” , “Hamilə qadın”, “Göz ağrısı- trakxoma”, “Aləmi insan” yaxud xatunlara məx-sus”. “Xolera-vəba”və s. adlarla əhali arasında tibbi biliklərin kütləvi yayılması məqsədi daşıyan çoxlu kitabları çap olunub yayılmışdı.



: img -> page -> tmp
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə